Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Virusların forması, ölçüsü və quruluşu



Yüklə 121,03 Kb.
səhifə7/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   2   3   4   5   6   7   8   9   10   ...   65
mikro imtahan sualları

7. Virusların forması, ölçüsü və quruluşu

Viruslar əsasən zülal və nuklein turşularından təşkil olunmuşdur. Belə viruslar sadə viruslar adlanır. Zülal ilə nuklein turşuları birlikdə nukleoproteidlər adlanır. Mürəkkəb quruluşlu viruslarda zülal ilə nuklein turşularından əlavə lipidlər və karbohidratlar olur. Virusların ölçüləri nm lə ölçülür. Bunlar asanlıqla bakterial süzgəçdən keçirlər. Ölçüsünə görə 3 qrupa bölünürlər. 1) ən xırda ölçüyə malik olan viruslar. 2) orta ölçüyə malik olan viruslar. 3) iri ölçüyə malik olan viruslar. Ən xırda ölçüyə malik olan viruslarən ölçüsü 15 – 30 nm olur. Bunlarada pikornoviruslar, popiloma və polioma əmələ gətirən papoviruslar, sarı qırzdırmanı əmələ gətirən arboviruslar aiddir. Orta ölçülü viruslara – qrip, qızılca paraqrip xəstəliyini törədən mikso viruslar, herpes viruslar daxildir və ölçüləri 80-200 nm arasında olur. İri ölçüyə malik olan viruslar- bunlara tütünün mozaika virusunu misal gösdərmək olar. Bunlarında ölçüsü 300 nm dən yuxarı olan viruslar aiddir. Viruslar formalarına görə bir neçə qrupa bölünürlər:

1) dəyirmi formalı viruslar - heyvan, insan və bitki xəstəlikləri əmələ gətirən viruslar (qrip, qızılca); 2) kubvari formada olan viruslar (çiçək, adena viruslar) 3) basilformalı viruslar (arpanınxətlivirusu); 4) çöp formalı viruslar (tütündə, kartofda alabəzəklik xəstəliyi törədən viruslar); 5) sapşəkilli viruslar (kartof virusu, şəkər çuğundurun saralmasına səbəb olan virus). 6) spermatozoid formalı bakteriya viruslar ( bakteriofaqlar)


Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin