Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı



Yüklə 121,03 Kb.
səhifə5/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   2   3   4   5   6   7   8   9   ...   65
mikro imtahan sualları

5. Bakteriyaların hərəkəti

Hərəkət bütün bakteriyalara xas olan xüsusiyyət deyildir. Kokkların əksəriyyəti hərəkətsizdir. Çöp və silindrik formalar arasında hərəkətli formalar çoxdur. Belə formalar cavan kulturalarda hərəkətli olur, yaşlandıqca isə öz qamçılarını itirir və tamamilə hərəkətsiz vəziyyətə düşürlər. Bakterial hüceyrənin hərəkət orqanı qamçılardır. İlk dəfə bakteriyaların qamçılarla olan hərəkətini alimlərdən 1838-ci ildə Erenberq müşahidə etmiş və 1897-ci ildə Miqula bunların morfoloji təsvirini vermişdir. Qamçıların elektron mikroskopunda tədqiqi göstərir ki, hər bir qamçı sitoplazmatik membranın daxilində olan və ibtidai heyvanların kirpikciklərinin çıxdığı bazal cisimciklərinə bənzər sərt qranullardan çıxan nazik, uzun və incə fibrillərdir. Bakteriyalardakı qamçıların qalınlığı 0,01 mkm olduğu halda uzunluğu bakterial hüceyrənin uzunluğundan dəfələrlə çox olur (20 mkm). Qamçılar sporşəkilli olurlar. Qamçıların yerləşməsinə görə bütün hərəkətli bakteriyaları 4 qrupa bölmək olar: 1) tək-qamçılılar-monotrixlər; 2) hüceyrənin hər iki ucunda birər qamçıları olanlar – amfitrixlər; 3) dəstə qamçılılar – lofotrixlər; 4) hüceyrənin bütün səthini əhatə edən kirpiklilər – peritrixlər. Bakteriyaların hərəkətini duru, qidalı mühitlərdə becərilmiş bir sutkalıq kulturada müşahidə etmək olar. Müxtəlif bakteriyalarda hərəkət surəti müxtəlifdir. Ən hərəkətli forma bir qamçı ilə hərəkət edən vəba vibrionlarında müşahidə olunur. Uzunluğu 2 mkm olan bu bakteriya saniyədə 30-60 mkm-ə qədər məsafəni qət edə bilir. Bakteriyalarda qamçı və kirpikciklərdən əlavə hüceyrənin müəyyən nahiyəsində əmələ gələn çoxlu miqdarda çıxıntılar da olur. Fibril adı latın sözü olub, sap, saçaq, yumşaq tük mənasında işlədilir. Çöp varı və dairəvi formalı bakteriyalarda fibrillərə təsadüf olunur. Hüceyrələrdə fibrillərin miqdarı çox dəyişkəndir: qalın olduqda 200-400 ədədə qədər, nazik olduqda isə 400-700 ədədə qədər sapdan və saçaqdan ibarət olur. Bu çıxıntıların uzunluğu 0,07-3,28 mkm, eni isə 0,01-0,04 mkm-dir. Spiroxetlər qamçısız olur. Bunlar hüceyrənin yığılıb açılması ilə hərəkət edir. Miksobakteriyalarda və bəzi göy-yaşıl yosunlarda isə qamçılar yoxdur, bunlar bərk substratın üzəri ilə selik ifraz edib sürüşməklə hərəkət edirlər (1 saniyədə 5 mkm). Təbii halda qamçıları yalnız elektron mikroskopunda görmək olar.




Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin