Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Bakteriyaların forması və ölçüləri



Yüklə 121,03 Kb.
səhifə3/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   2   3   4   5   6   7   8   9   ...   65
mikro imtahan sualları

3. Bakteriyaların forması və ölçüləri

Bakteriyalar çox kiçik (uzunluğu1-10 mkm) ölçüyə  və müxtəlif formaya malikdir. Bakteriyalar fomalarına görə Kürəvi, çöpşəkilli, qıvrım və sapvari olurlar. Kürəvi bakteriyalar və ya Koklar Kürə formasında olurlar. Yerləşmələrinə, bölünmə xarakterinə və bioloji xüsusiyyətlərinə görə koklar 6 qrupa bölünür. 1.Mikrokoklar 2.Diplokoklar 3.Streptokoklar. 4.Tetrakoklar. 5.Sarsinalar. 6.Stafilokoklar. Çöplər-çöpvari formalar – basillərə və krostridialara bölünür. Çöplərin orta ölçüləri: uzunluğu 2-6 mkm, qalınlığı 0,5-2 mkm olur. Bakteriyalar xarici görünüşünə görə bir-birindən fərqlənirlər: ucları dəyirmi (bağırsaq çöpü), ucları azacıq əyilmiş (qara yara çöpü), ucları qalınlaşmış (difteriya çöpü). Basil və klostridilərə spor əmələ gətirən mikroblar aitdir. Spor əmələ gətirən aerob bakteriyaları basillər, spor əmələ gətirən anaerob bakteriyaları isə klostridilər adlandırırlar. Qıvrımşəkilli-bu formada olan bakteriyalar öz aralarında formalarına, uzunluqlarına və qıvrımlarının sayına görə fərqlənir. Onların azca əyri, vergülvari olanları vibrionlar, “S” hərfinə bənzəyən iki və bir neçə qıvrımlı olanları isə spirillər adlanır. Sapvari bakteriyaların hüceyrələri uzun sap şəklində olur. Bunun hesabına bəzən onlar çox böyük uzunluğa malik olurlar. Bakteriyaların ölçüləri0,5-3 mkm olur. Lakin bunların arasında daha iri və çox xırda formalara da rast gəlinir. Bir çox xırda bakteriyalarda hüceyrənin diametri 0,4-0,7 mkm, uzunluğu isə 2-3 mkm olur, lakin əksər dairəvi bakteriyaların – kokkların diametri 1-2 mkm-ə yaxın olur. 2) Çöp formalı bakteriyalarda çox vaxt çöpün uzunluğu 1-dən 5 mkm-ə qədər, eni isə 0,5-dən 1 mkm-ə qədər ola bilir. Bunların arasında böyük ölçülü formalar da vardır. Belə ki, kükürd bakteriyalarının hüceyrələrinin diametri 50 mkm-əçata bilir. 3) Aktinomisetlərin mitseliləri çox nazik və arakəsməsiz olub, eni 0,2-1,2 mkm-ə, uzunluğuisə 100, 600 mkm-ə, bəzən bir neçə mm-ə çatır. 4) Viruslara gəldikdə isə, bunlar daha xırda ölçüyə malikdirlər. Məsələn, inək çiçəyini törədən virusların uzunluğu 0,26 nm, qripi törədən virusun ki isə 0,1 nm olur. Bakteriofaqların ölçüləri 0,1 mkm-ə qədər olur. Qanlı ishal bakteriyalarının bakteriofaqının ölçüsü 100-150 nm-dir. Bakteriyaların ölçüləri kimi çəkiləri də çox azdır. Bir bakterial hüceyrənin orta nəm çəkisi 5-10 mkq (0,001 mq), quru çəkisi isə 1×10-6 mkq-a bərabərdir.




Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin