Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Bakteriyaların endosporları və digər sakit formaları



Yüklə 121,03 Kb.
səhifə6/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   2   3   4   5   6   7   8   9   ...   65
mikro imtahan sualları

6. Bakteriyaların endosporları və digər sakit formaları

Bakteriyaların müəyyən bir qrupu spor əmələ gətirir. Spor əmələ gətirən bakteriyaların əksəriyyəti qram + bakteriyalarıdır. Hər bakterial hüceyrədə yalnız bir spor əmələ gələ bilər və bu endospor adlanır. Sporəmələgəlmə mürəkkəb proses olub, hüceyrənin daxili möhtəviyyatının ya hamısı və ya çox hissəsini əhatə edir. Tədqiqatlar göstərir ki, spor əmələ gəlmədə 4 mərhələ nəzərə çarpır: hazırlıq, spor qabağı – prospor, qılaf əmələgəlmə və sporun yetişməsi mərhələsi. 1. Hazırlıq mərhələsində hüceyrədə zülal sintezi sürətlənir, vegetativ hüceyrədə olmayan dipokolin turşusu hüceyrədaxili aminturşular hesabına sintez olunur. 2. Sporqabağı mərhələdə spor hüceyrənin tam genetik informasiyasını alır. 3. Üçüncü mərhələdə çox tez (10 dəqiqə müddətində) qılaf əmələ gəlir. Sporqabağı mərhələdə bakterial membran bakteriyanın hüceyrə divarının komponentlərini sintez edir və bunlardan ilk sporun divarı və daxili qılafı əmələ gəlir. Xarici qılafı isə ana hüceyrənin sitoplazmatik membranından əmələ gəlir və ona görə də çoxqatlı olur. 4. Sporun yetişmə mərhələsində spor özü üçün səciyyəvi olan görünüş və ölçüyə malik olub, hüceyrədə müəyyən vəziyyət alır. Spor halından çıxmaq isdəyən bakteriyalarda turşular onlardan xaric olmağa başlayır, ferment fəallaşır. 25 – 30% onların quru çəkisi azalır və hərarətə davamlılığı itir. Bu zaman spor əvvəlcə su toplayır şişir və nəticədə biokimyəvi fəallığı artır. Birinci daxili qılaf əriyir, ikinci isə xarici qlaf əriyir və nəticədə bakteriya hüceyrələri spordan azad olur. Bakteriyalarda 3 tip spor məlumdur: basilyar, qlostridial, plektridial. Basilyar tipdə spor əmələ gələnə qədər hüceyrənin forması dəyişmir, həm də spor hüceyrənin mərkəzində yerləşir. Bunlara Clastridium pasterianumu misal gösdərmək olar. Qlostridial tipli spor əmələ gələrkən hüceyrənin orta hissəsi genişlənir, ucları sivri olub, düyünçəni xatırladır. Spor isə hüceyrənin tam mərkəzinə yaxın vəziyyətdə (subterminal) yerləşir. Plektridial tipli spor əmələ gəlmədə hüceyrənin bir ucu genişlənib təbil çubuğunu xatırladır (terminal vəziyyət) və spor da həmin sahədə yerləşir. Sporəmələgəlmə prosesi ondan ibarətdir ki, bakterial hüceyrənin müəyyən yerində sitoplazma yığışaraq qatılaşır, sonra bu sahə daha möhkəm qatla örtülür. Hüceyrənin qalan hissəsi tədricən parçalanır. Beləliklə, bakterial hüceyrə bir neçə saata (4-8 saata və daha çox) spora çevrilir.




Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin