284) Taunun törədicisi hansı antibiotiklərə qarşı həssas deyil?
A) Geniş təsir spektrli yarımsintetik penisillinlərə
B) Rifampisinə
C) Levomisetinə
D) Tetrasiklinə
E) Polimiksinə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
285) Seroloji müayinələrdə taunun törədicisinin hansı spesifik antigeni əsasən təyin edilir?
A) Kapsul antigeni
B) Heç biri
C) Səthisomatik antigen
D) Qamçı antigeni
E) Somatik antigen
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
286) Tauna qarşı tezləşdirilmiş immunoseroloji tədqiqat üsullarına hansılar aiddir ?
A) İmmunoflüoressent analiz
B) Tumanski üsulu
C) İmmunoferment analiz
D) Dolayı hemaqqlütinasiya reaksiyası
E) Radioimmun analiz
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
287) Tauna qarşı tədqiqat zamanı son müsbət cavabı hansı analizin nəticəsinə əsasən almaq olar?
A) İmmunoflüoresent analizin
B) Kulturanın ayrılması və identifikasiyasının
C) İmmunoferment analizin
D) Radioimmun analizin
E) Dolayı hemaqqlütinasiya reaksiyasının
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
Dostları ilə paylaş: |