Mövzu 4. İstehsal nəzəriyyəsi
21.
İstehsal və istehsal funksiyası. Texnoloji və iqtisadi səmərəlilik .
İstehsal – resursların insan tələbatlarının ödənilməsinə birbaşa və ya dolayı xidmət edən nemətlərə
dəyişdirilməsi prosesidir. İstehsal müxtəlif resursların istifadəsilə əlaqədardır ki, onlar da sonralar bilavasitə istehsal
prosesinə jəlb edilərək istehsal amilləri formasını alır. İstehsal amilləri adətən iriləşdirilmiş qruplar şəklində baxılır: 1)
əmək - jəlb edilən işçi qüvvəsinin məjmusu kimi; 2) istehsal vasitələrinin bütün kompleksinin maddi
formasını təjəssüm etdirən kapital; 3) torpaq - təbii şərtlərin kompleksi kimi; 4) istehsalın təşkili və onun
üzərində nəzarət üzrə fəaliyyət kimi başa düşülən sahibkarlıq qabiliyyəti. Buna görə də məzmun
nöqteyi-
nəzərindən istehsal adətən istehsal amillərinin istehlak üçün nəzərdə tutulmuş nemətlərə transformasiyasından
ibarətdir. İstehsalın nətijələri maddi (əmtəələr), eləjə də qeyri-maddi (xidmətlər) formasını ala bilər.
Hər bir konkret istehsal prosesi tətbiq edilən istehsal amillərinin xüsusi dəsti və onlar arasındakı spesifik
kombinasiya ilə səjiyyələnir. Birgə götürülmüş bu səjiyyələr texnologiya kimi müəyyən edilir. Texnologiya –
istehsal amillərinin müəyyən sabit kombinasiyasıdır. Hər bir istehsalın öz texnologiyası vardır. Bununla
yanaşı eyni məhsul müxtəlif texnologiyaların köməyilə istehsal oluna bilər. Öz növbəsində texnologiyaların
inkişafı yeni istehsal üsullarını tətbiq etməyə imkan verir ki, bunların da sayəsində istehsal amillərinin daha
səmərəli istifadəsini təmin etmək olar. Bir texnologiyanın tətbiqi çərçivəsində həmişə istehlak olunan resursların
kəmiyyətilə məhsul buraxılışı həjmi arasındakı sabit asılılıq mövjud olur. Başqa jür desək, hər bir mövjud
istehsal üsulu üçün məhsul buraxılışının fiziki həjmi vaxt vahidində istehlak olunan istehsal amillərinin fiziki
həjmindən asılılıq funksiyası şəklində təjəssüm olunur. Bu asılılığı istehsal funksiyası adlandırırlar.
Dostları ilə paylaş: |