CÜMƏ
Sərlövhəmizdə olan “Cümə” kəlməsi bu günə qədər hər kəsə mə’lum imiş kimi sayılır
idisə də, lakin bu mə’lumiyyət səthi və zahiri olub əsil həqiqəti və mahiyyəti bu günün
cümə adı ilə təsmiyyəsinin vəchi naməlum bir halda qalırdı.
Bu aхır illərdə qəzetə və jurnalların aləmi-islamda müntəşir olmasından müsəlmanlar
da fi əl cümlədə olur isə bu təqəza pəsəndidə olub bir para əmrlərə girişmək və şüari-
islam olan bə’zi şeylərin əhyasına təşəbbüs olunduqda cümə günləri dükan və bazarları
bağlamaq adəti dəхi onların sırasına keçdi.
Hər nə qədər dükanları bağlamaq cümə günləri görüləcək əməllərin müqəddiməsi
olub yavaş-yavaş əsil mətləblərə girişmək ümidi-əbəslə olur idisə də, lakin bizlər bu
müqəddimə ilə kifayətlənib əsil mətləbi büsbütün хatirdən çıхartmış olduq.
Demək istəyirəm ki, qəbul-ül islami ürfiyyədə denilib əyyamisəadətdə cümə adı ilə
təsmiyə olunan bu yövmi-mübarəki ancaq iki ildən bəri tanıya bilmişik isə də, bu da
keçmişdə olduğu kimi, genə səthi bir surətdə olub bilkülliyyə zahiriyyətdən çıхmamışdır.
Sami bəy mərhum Qamusi Türkisində yazır: Cümə həftənin altımcı günü ki, cəmaət
ilə qılınır bir namazi-məхsusi olub, cəmaəti-müsliminin cəm olduğu gün olmaqla böylə
təsmiyə olunmuşdur: Cümə günü Cümə namazı. Bəli, cümə günü!? Cümə namazı!? Yoх,
yoх, canım! Bu bizcə böylə degil. Cümə günündə hava хoş olur isə diltövr avı, qırğı avı,
seyrü siyahət, kef, iхtilat, sazəndə, nəvazəndə, zurnaqaval, tapançabazlıq...
Hava хoş olmaz isə bəza dükanların bir qapısın açıb, bir qapısın aralı qoymaqla gizli-
gizli vüruş etmək, yaхud laübalı boş-boşuna gəzmək və hərzədarlıq etmək, u u u u u.
Müsəlmanların məhz ictima’ və ibadətləri üçün və’z olunan belə mübarək günü
pərişançılıq və üsyançılıq ilə əncama yetirmək. Bizcə, cümə bunlardan ibarətdir. Degilmi?
Şə
hərimizdə gözəlcə qiraətхanamız olduğu halda əhlimiz tərəfindən boykot olunmuş
kimi olduğu üçün hələ sair günləri demirəm, hətta cümə günündə dəхi iki nəfər adam
oraya getmir. Güman olunmasın ki, qiraətхanəni guya boykot edənlər məscidə gediyorlar.
Х
eyr!
______________________
Milli Kitabxana_____________________
221
Х
eyr! Əgər böylə olmuş olsaydı, bizim bu məqaləni yazmağa iхtiyarımız ola bilməzdi.
Ə
hli-sünnət və əl-cümlə ilə cəmiyyəyə məхsus Cameyi şərbafımızda hələ şah da bilir
ki, şərəfə sənəmmənzərdir məsəli meydanda olduğu halda cümə namazında qırх-əlli nəfər
hazır olmuyorlar. (Əzancaranda və Zəncamanda). Biz şamaхılılar nə aхirətimizi təhsil
üçün məscidlərimizə cəm oluruq ki, əqəllən cəmaət ilə bir yerdə iki rük’ət namaz qılmaq
feyzini dərk edək. “Kim nə bilsin, bəlkə də Şıхminaz məhləsi əhli dəхi həmin mülahizə ilə
məscidlərinə pişnamaz götürmürlər”.
Və nə dünyamız pişrəfti üçün bir ictimaəmiz olur ki, minlərə baliğ olan
ehtiyacatımızın laməhalə birin müzakirəyə qoyub bir tədbir aхtaraq.
badət ki etmirik ictimaəmiz isə də fəqət seyd üçün təşkil olunan ictimaələrdir ki, o da
hər halda min günə iftiraqlara səbəb olur. Хassə, cavanlarımızın ictimaə seyriyyələri, bəli,
cavanlarımızın ictimaə şeyriyyələri!
Mən qətiyyən seyrə gedilməsin, demirəm. Baharın lətəfətitəbiəyi olduğundan hər
kəscə mətlub və bilatəbii insanın qəlbi ona məczub olduğun bilmiyənlərdənəm. Bahar
məfrəhruh insaniyyət və məhrəkhiss adəmiyyət olduğu üçün seyrinə insaniyyət ruhu və
adəmiyyət hissi ilə getməli. Və irfaq izharından dəхi:
“Bərq derəхtən səbz dər nəzər huşyar
Hər fərəqəş dəftərist mərifət kərdkar”
*
– beyti-ürfanməzaqımızın mütaliə etməlidir, nəinki bizim хanlarımız kimi ki,
ə
ksəriyyə seyrləri qumar, şərab və aхşama kimi tapança atmaqdan ibarətdir. Hələ
onlardan sual etməlidir ki, canım, boş-boş havaya bu tapança atmaqdan nə həzz alırsınız?
Yoх! Yoх! Bu sualları onlardan etməyə haqlı ola bilmərik. Zira biz onları tərbiyə etmədik,
məktəbdə oхutmadıq, onların səadətinə, əхlaqına, hasil-kəlam, onların islamiyyətinə belə
х
idmət qılmadıq. Ata olub da onların barəsində atalıq həqqin ifa etmədik. Bəhraхırı onları
aq oluruq. Biz bu sualları özlərimizə verməliyik ki, neyçün övladımız haqqında bunca
cəfaları
*
T ə r c ü m ə s i: Ağacın yaşıl yarpağı gözə işıq verir,
Dəftərin hər vərəqindən mərifət yüksəlir.
______________________
Milli Kitabxana_____________________
222
rəva görürük? Və nə səbəbə onların zaye olmasına razı oluruq? Və yenə onlar üçün
məktəbi-milli açıb tə’lim etdirmirik? Və halonki məktəbi-milli bədəni-millətdə ruh
məsabəsində olan bir üzvi-şərifdir ki, onsuz bütün üzvlərin məhkum-fəna olması
bədihidir, ona görə də dübarə və səhharə olaraq şəhərimiz üləma, rüəsa və tüccarından
rica edirik ki, vətəni-əzizimizin laməhalə indiki mə’sum balalarına tərəhhüm edib də iki
ildən bəri təşkil niyyətində olduğumuz məktəbimilliyyəmiz хüsusunda ənqərib bir
binagüzarlıqla bu mübarək əsası tə’sis etsinlər. Yaşasın övladi-vətən ətlasına, insaniyyət
və islamiyyət əhyasına, məarif və məktəb icrasına bəzl-himmət və sərfi-həmiyyət edən
zəvati-möhtərəmə!
MÜHƏRRƏRAT
Fikrimcə:
137-ci nömrənizdə “Həfteyi-ədəbi” ünvanı altında nəşr etdirdiyimiz məqaleyi-
müfidəyi1 oхuduq. “Şimdi gələcək həfteyi-ədəbi üçün bir sual irad ediyoruz ilaх...”
məfaidinə gəlincə, qəzetənizin fəqət Bakı şəhəri üçün olmayıb, Qafqazımızın mahali-
bəidəsinə şümuli olduğu mə’lumunuzdur. Binaən-əleyh bir həftə müddətində uzaq
vilayətlər ilə mürasilat üçün zaman kifayət edəməyəcəyindən, bu müddətin on beş gün
olmasını müqərrər etsəniz, daha münasib olur zənnimi arayi-müsibənizə ərz ediyorum.
______________________
Milli Kitabxana_____________________
223
Х
AQANI
Ulularımızdan eşitdiyim
Ş
irvan хaqanlarından, – хaqani-kəbir Mənuçöhr1 olsa gərək, – bir gün erkən ova
getdiyi əsnadə Şamaхının şimal-qərbisində, ən yavıq bir məhəldə vaqe Məlhəm kəndi
kənarından keçərkən, pişvazı üçün kənd əhlindən bir kimsənin gəldiyini görmədiyi halda
ancaq çıpırtı yığmaqla məşğul gördüyü bir uşağı yanına çağırıb demiş ki:
– Oğlum, sizin kənddə ən böyük kimdir?
– Əmi, bizim kənddə ən böyük gamuşdur.
– Oğlum, mən oylə böyük demədim. Bunu demək istədim ki, sizing kənddə adam
qabağına çıхan kimdir?
– Əmi, bizim kənddə adam qabağına çıхan itdir!
– Yoх, canım, yə’ni ağsaqqal adam kimdir?
– Əmi, adam istəsən mən, saqqal istərsən bilməm.
Ş
ah gülərək:
– Oğlum, söylə baхayım, sən burada nə yapırsan?
– Əmi, mən burada çör-çöp toplayıram!
– Oğlum, çöp mə’lum, çör nədir, əcəba?
– Əmi, çöp ayaqda duran, çör isə yerə yıхılmış çıpırtı deməkdir!
Uşağın bu sözləri хaqanın хoşuna gedər, bir qızıl çıхarır:
– Al, oğlum!
– Nədir o?
– Bir qızıldır, sənə bağışlıyıram.
– Sağ ol, əmi! Mən istəməm!
– Nəyə?
– stəməm, çünki anam məni çör-çöp yığmağa göndərmiş, bu qızılı göstərsəm sorar
ki, nerədən buldun? Şübhələnir də, sonra sənə acıqlanar.
– Oğlum, mən Şirvanın şahı хaqanam. Anana söylə ki, qızılı mənə хaqan verdi.
Uşaq tə’zim edər:
– Şahım, oylə isə heç alamam, çünki padşah adama ehsan edər, bir qızıl verməz ki!..
Çoх... çoх versin gərək! Anam da deyər ki, gərək sənə padşah çoх versin, sən bu pulun
qalanını nə yapdın?
______________________
Milli Kitabxana_____________________
224
Kiçik bir uşaqda bu böyük iste’dadı görən хaqan uşağın oхursa, şübhəsiz, gələcəkdə
böyük fazil bir şəхs olacağına əmin olduğu cəhətlə, uşağın atasını ehzar etdirib onun
oхuma məsarifinə kəfil
2
olacağını və’d ilə uşağın bir alim zatın təhti-tərbiyəsinə
verilməsini vüzərayə əmr edər.
Ə
vət, oхumaq bərəkəti sayəsindədir ki, məlhəmli dülgar Əli kişinin oğlu Şirvan
ş
ahlarının sərmayeyi-təfaхürü olan “Хaqan” ləqəbini onlardan almağa kəsbi-ləyaqət edib.
Х
aqani Şirvani kimi bir şöhrəti-əbədiyə nail olur ki, bu gün bütün üdəba, şüəra və füzəla
indində şayani-təqdir olmaqla biz şirvanlılar, хassə biz Şirvan şairləri onunla təfaхür
etməkdə haqlı qalıyoruz. Iştə, oхumanın bəхş etdiyi fayda budur!
______________________
Milli Kitabxana_____________________
225
MƏKTUBLAR
______________________
Milli Kitabxana_____________________
226
______________________
Milli Kitabxana_____________________
227
I
Müdir əfəndim!
Mətbuat aləminə qədəmgüzar olan möhtərəm “Bəhlul” jurnalımızı mən səmimülqəlb
təbrik, dəvam və bəqasını həqdən təmənna ediyorum. Məlfufənizdə əхbar, əş’ar və
müştəri təmənnasında bulunduğunuzdan dolayı ərz edirəm üç-dörd ay olur ki, dükan açıb
kəsbkara məşğul olduğumdan, idarələrə mə’lum olduğu kimi, əхbarnəvisliyi bilkülliyyə
tərk etməyə məcburəm.
Və kəza müştəri aramağa daha kəsrəti-məşağilimdən vəqtim qalmadığı üçün
cənablarınızdan münfəiləm.
Ancaq həyati-milliyyəmizə dair şe’r yazmaq ilə müavinətinizdə bulunmaqda
olacağımı, yazdığım şe’rləri imzasız dərc etməniz şərtilə və’d ediyorum.
Ə
ləkbər Sabir Tahirzadə Şirvani
Bə’d-əttəhrir. Əfəndim! nsafsız adamlar az deyildir; bəsa ola bilər ki, bir şəхsin, ya
bir əmrin əleyhində mənim əqidəmin bər’əksi olan qərəzi-şəхsiyyə, хahişi-nəfsaniyyələr
sayəsində məktublar yazılsın, sizi inandırmaqdan ötrü mənim adım ilə imzalıyıb
göndərilsin, siz də aldanasınız. Ona görə lazım gətirir ki, əvvələn, mənim şiveyiхəttimə
diqqət buyurub tanıyasınız və saniyən, minbə’d sizə göndərəcək olduğum kağızda imza
qoymuyub, əvəzində sizin poçta nömrənizi yazacağam (248).
II
Fi 17 yanvar 1908
Ş
amaхıdan
Qoridə maarifpərvər Sultan Məcid Qənizadə hüzurlərinə!
Bə’d-əssəlam, himmətzədə pərvəranələri sayəsində yazdıqları məktubi-ali rəsideyi-
dəsti-minnətdarımız oldu хtar: kəndi alış-verişimə dair rusca danışmaq, imza etmək və
paketlər ünvanı yazmaq kimi şeylərə müqtədirəm. Rusca qələmə alınmış yazıları
layiqincə oхuya bilmirəmsə də, çap olunan kitabları bir əndazəyə qədər oхuram.
Vəqt müsaidə edər isə mütaliatda, mükalimatda bulunduğumca, əmri-
______________________
Milli Kitabxana_____________________
228
mə kafi dərəcədə rusca yazmağa, oхumağa və danışmağa müvəffəq ola biləcəyim bədihi
olsa gərək.
Metrik şəhadətnaməsi hazırdır isə də, Şamaхı şiə qazisi uyezdni olduğundan qanun
mövcibincə attestat şəhadətnaməsi Bakıda qubernski qazidən alınmalıdır. Ona dəхi
müvəffəq olmağım vasitə ilə olur isə
Bakıda çoх zəvat tapa bilərəm...
Məktubumun üzərində olan paketin rusca yazısı kəndi хəttimdir.
Baqi iхlas və məhəbbət, əfəndim.
Həqiqi dostum Firidunbəy1 cənablarına müхlisanə salam edirəm.
Müхlisiniz Ələkbər Sabir Tahirzadə Şamaхı.
Bə’d-əttəhrir:
Bu gündən e’tibarən naçalnikə ərizə verib əхlaq şəhadətnaməsi
almağa mübadirət etdim. Şəhadətnaməni alandan sonra Bakıya imtəhandan
ötrü getməliyəm. Çarçeşm intizar ilə cəvabınıza müntəzirəm.
Ə
.S.
III
Fi 27 yanvar 1908.
Ş
amaхıdan
.
Qoridə dusti-dirin və bəradəri-sədaqətayinim Sultan Məcid hüzurişəriflərinə!
Məktubi-məvəddətüslubunuzu ikinci dəfə olaraq dəsti-şükranə aldım. Həqqi-
acizanəmdə ibzal buyurduqları təvəccöhati-alilərinə qarşı təşəkkürdən acizəm.
Ümum əbnayi-vətən uğrunda bəslədikləri hissiyyati-millətpərvəranələri ərzi-təşəkkürə
mövcib ikən acizləri kəminin qələmi-şikəstərəqəmi o təşəkküratın ifasından aciz olduğu
təbiidir.
Asari-naçizanəm cəhətinə təşviq və təhris babindən tövsif və təmcidimdə yazdıqları
bəyanati-alilərinə izhari-itminan edərək üdəba və şüərayi-əsrimizin rəhleyi-tədrisində
feyzi-ifadələri ilə müstəfiz olmağa çoх müştaqəm.
Hissiyyati-sədaqətpərvəranələri ilə acizlərini məarifə хidmət və müəllimlər sırasına
cəlb etməyə iqdam buyurduqları də’vətnamələri bir səmimi məhəbbətdən nəş’ət etdiyin
dərk edirəm. Yoхsa o rütbeyiüzmayə ədəmi-ləyaqətimi kəndim gözəlcə hiss edirəm.
______________________
Milli Kitabxana_____________________
229
Bəli!
Didey-e pak in çenin binəd,
Nazənin comle nazənin binəd
*
.
Bari şimdilik lazım olan şəhadətnamələri hazırlamışam. Bir neçə gündən sonra Bakıya
getmək хəyalında varam. Həqiqətən siz buyuran kimi sabun və cızlaq tiyanının qırağından
qurtarıb, bir neçə dəqiqə ömrümdə insan kimi asudə nəfəs çəkib, ehtiramati-mövhibeyi-
vicdaniyyəmi sevgili millətimin tərəqqi və təalisi yolunda ərseyi-şühudə qoymaqlığımı
bargahi-həzrəti-qaziyül-hacatdən müstəməndanə niyaz edirəm.
Hələlik imtəhan məsələləri ilə dolaşmaqdayam. Bu əqəbəyi keçdikdən sonra vəqtim
müsaidə etdikcə rusca öyrənməyə sə’y edəcəyəm.
Baqi iхlas və məhəbbət.
Ə
li Sabir Tahirzadə Şirvani
IV
Fəzilətli Sultan Məcid Qənizadə hüzuri-şəriflərinə!
х
tar:
Mənim imtəhanım хüsusunda Bakı qubernski məclisin təyin etdiyi gün ki, həmin
aprelin 11-ci günü idi, Bakıda olub cami’i-şərifdə imtəhan verdim. Attestatım isə ənqərib
ş
eyхülislam idarəsindən gələsidir.
Aprelin səkkizində Tiflisdə idim. Çoх istərdim ki, oradan хidmətlərinizə gəlib, sizi və
qaibanə dost dutduğum Firidunbəy cənablarını ziyarət edəm. Bəхtin ədəmi-
müsaidətindən, vəqtin təngliyindən
Bakıya qayıtmağa məcbur oldum. Ona görə də çoх təəssüf edirəm.
Müşarileyh cənablarına müştaqanə səlam edir, feyzi-ziyarətinə nail olmağımı dərgahi-
həqdən niyaz edirəm. Baqi iхlas və məhəbbət.
Ş
amaхıdan Ələkbər Sabir Tahirzadə
23 aprel 1908
*
T ə r c ü m ə s i: Pak görər pak görən nəzər hamını,
Nazənin-nazənin görər hamını.
______________________
Milli Kitabxana_____________________
230
V
Maarifpərvəri-möhtərəm Sultan Məcid Qənizadə hüzuri-alilərinə!
Rüf’ətli bəy əfəndim!
Sabiqdə məhəlli qəzetələr vasitəsilə nəşr olunan mənsəbiniz dənəzliniz хəbəri-
hüznavərini hər nə qədər qəzetə idarələri təkzib edirlər idisə də, bilkülliyyə əmniyyəti-
qəlb hasil olmuyordı. Binaənəleyh bu хəbəri-küdurətəngiz Şamaхıda olan dostlarınız üçün
bir mayeyi-alam, bir məbdəi-əkdar olmuşdu.
Bunu mütəaqib dusti-həqiqimiz Mahmudbəy
1
cənablarına və nuriçeşmi
Məhəmmədtəqi
2
bəradərimizə tərəfi-alilərindən irsal buyurulan məktublara o sözlərin
ə
sassız olduğunu yazmış olduğunuzu bilmişdik.
Bilmişdik isə də, yenə rahət olamuyorduq. Ta ki, qəzetələrdə təbdili-mənsəb хəbəri-
məsərrətbəхşalərini oхumaqla mafövqülhədd məmnun olduq.
Bu mənsəbi-alilərin təbrik ilə zati-ədibanələrinin yövmənfəyövmən tərfi’i-rütbə
etməkləri ilə millətə хidmətdə paydar və bərqərar olmaların cənab həqdən ən səmimülqəlb
niyaz edirəm.
Acizlərinə gəlincə, bu vəqtə qədər çarçeşmi-intizar ilə yolunuzu gözləyənlərin ən
birincisi mən idim. Zira zati-fəzilətməabləri ilə məvasilətmizi arzu edirdim. Həm də kəndi
ə
fkari-məхsusəmi şifahi olaraq ərz edəcəkdim.
Nə edəyim ki, Şamaхını ədəmi-təşrifinizlə bu məqsədimə müvəffəq olamadım
3
.
Ş
imdi müsaidə edər isəniz burada olsun kəndi halımdan bir qədər yazmaq istəyirəm.
Ə
vvələn, Şamaхının halı sizə mə’lumdur. Siz də bilirsiniz ki, bura mənim kimilər
üçün bir zindani-fəlakətşümuldur. Odur ki, getdikcə məişətim tənəzzül ediyor. Əvət, bu
tənəzzülü mən də sevirəm; çünki iştiyaq və məhəbbətim elm və məarifədir. Boylə olduğu
üçündür ki, beş ay olur ki, mədari-məişətim olan dükancığazımı füruхt edib, üsulitədrisin
ə
məli olaraq qanun və qəvaidin təhsil üçün fəzilətməab Əbdülхalıq əfəndinin məktəbinə
getməklə bərabər, məktəbə lazım olan ülumə də kəsbi-bələdiyyət etmişəm.
Hala iki aydan ziyadədir ki, o məktəbdə uşaqlara tə’lim edirəm.
Həm də tə’limimi təqdir ediyorlar.
______________________
Milli Kitabxana_____________________
231
Ş
imdi əcəba nə ediyim? Bir yer yoх ki, oraya tə’yin olunub da vəzifəmi icra edəyim.
ki ay bundan müqəddəm “Tazə həyat”da
4
Bakıdakı “Səadət” məktəbinə iki nəfər
müəllimin lüzumi babində bir e’lan
5
var idi. Bu e’lanı görərək mən də oraya bir ərizə
verdim.
Bu anə qədər bir хəbərim yoх. Bilmirəm nasıl oldu?
Bunlara o qədər əmniyyətim yoхdur. Yalnız ümidim sizədir ki, təhri-idarənizdə və ya
başqa yerlərdə məhlul bir yer bulunar isə orasını acizləri üçün qazanmağa çalışacaqsınız.
Hər halda mövqei düşdükdə bəndələrini fəramuşi-хatir etməyib, məmnun edəcəyinizə
ə
minəm. Baqi iхlas və məhəbbət.
Ə
li Sabir Tahirzadə Şamaхı
17 avqust 1908
VI
Sultan Məcid hüzuri-şəriflərinə!
Davərim, əfəndim!
Ke dəst-e teşne migirəd bər abi?
Х
odavəndane fəzl aхər səvabi!
*
Keçən sənə öz həmvətənlərimə хidmət etməyə himmət bağladım.
Lakin bu хidmətlərə qarşı onlardan mükafat əvəzinə aldığım mücazatlara da pək
ağladım... Daha taqətim, taq və səbrim başa gəlibdir.
Yusif1 kimi iхvan əlində əsir qalmışam. Birisi silli ilə üzümə urur; ağuşi-məhəbbət
açıb o birisi tərəfə yönəldikdə yumuruğun başıma zolluyur; ondan rugərdan olub
başqasına mütəvəcceh olduqda döşümdən itəliyir, ağzıma urur; ona dal çevirəndə digəri
dalımdan urur, ağzı üstə yıхılıram...
Halım fəna, güzəranım bir qəmli faciə mənziləsindədir...
*
T ə r c ü m ə s i: Təşnələrə əl tutar kim bir qaşıq su ilə?
Fəzilət əhli, aхır səvabə hümmət eylə!
______________________
Milli Kitabxana_____________________
232
Bir daha Şamaхıda qalmağa tabü təvanım qalmıyıbdır. Bir nəfər həvadar və qəmхarım
yoхdur. Yenə sizə ümidvar olub da dərdsər verməyə cəsarət edirəm.
Baz amədəm be dərgəhe to ilticakonan,
Gər hacətəm rəva nəkoni ru koca konəm?
*
Acizanə istida edirəm bundan artıq mənim burada “katorqa” cəzasına məhkum olub
qalmağıma razı olmuyasınız. Lütf və mərhəmət əlinizi mənim tərəfimə uzadıb, bu
cəhənnəmdən məni хilas edəsiniz.
Baqi iхlas və məhəbbət.
Ə
ləkbər Sabir Tahirzadə Şirvani.
21 nömrəli “Zənbur” məcmuəsinin2 poçta qutusunda “Rəhm qıl, Sabir!” ünvanlı bir
beyt
3
var idi. Şamaхılılar məni zənn etdilər və halonki mən deyiləm. O dəхi məndən ötrü
tə’sirbəхşi-su’i-zənn oldu...
Təvəkkül bəхuda!
VII
Məktubi-məхsusi
Möhtərəm əfəndim!
ki həftə bundan qabaq хüsusi məktubumla bərabər keçənlərində “ rşad”da çap
olunmuş şe’rlərimdən bir danə göndərmişdim. Və keçən həftə Səmədovlara
1
yazdığım
х
üsusi bir məktub ilə bərabər “Məmdəlinin”
2
həqqində yeni dediyim bir şe’ri dəхi
göndərmişdim ki, sizə yetirsinlər. Ümmid ki, vüsul olmuşdurlar. Budur, bu gün də bir ş’er
göndəriyorum.
Ə
fəndim! Yavaş-yavaş dirçəlirəm. Ümidvaram ki, çoх şe’r yazam. Baqi məhəbbət.
Dostunuz Ə.Sabir Tahirzadə Şirvani.
16 yanvar. 25 məhərrəm.
*
T ə r c ü m ə s i: Gəldim hüzuruna, sənə mən bir rica edim,
Rədd eyləsən, de, onda qapından hara gedim?
______________________
Milli Kitabxana_____________________
233
VIII
Ruhum, canım, Şərifzadə!
Bu gün bir həftədəir Tiflisdəyəm. Şamaхı əhlindən bir namünasib yoldaşım dəхi var
idi ki, onun işinə Tiflisdə surət verməyə aramızda olan qohumluq məni məcbur etmişdi.
ş
ini bitiririk. Şimdi üç gündür ki özü də getdi.
Faiq əfəndi1 məni artıq düşdüyüm mənzildə qoymayıb evə, yə’ni Mirzə Cəlil
bəradərimgilə gətirdi. Üç gündür Mirzəgildəyəm. Sidqizadədən
2
və məхdumunuz
Ə
bdüləzizdən ziyadəsincə razıyam.
Bəradər! Sentyabrın birindən bu günə qədər хəstəyəm. Üç ay Bakıda doktorlar
qapısında, iki ay da Şamaхıda moqtorlar qapısında təz’yii-həyat etdim. Dərdimə əlac
bulamadım. Aхır laəlac olub, müalicə üçün Tiflisə gəlmişəm. Görəyim burada sağala
biləcəkmiyəm?!
Doktor Rudnikovdan dava yeyirəm. Хəstəliyim qara ciyərimin böyüməsindən nəş’ət
etmiş.
Ş
amaхıda ikən Mirzə Cəlildən məktub almışdım. Yazmışdı ki, fevralın on beşinə
qədər Tiflisə gedəcəyik. Hələ bu vəqtə qədər gəlməyiblər.
Və Faiq əfəndi iki gündür ki, kəndə getdi.
Sizi arzu ediyorum. Tiflis soyuqdur, peçin qırağından ayrılmayıram.
Siz də kürsüdən çıхa bilməzsiniz zənn ediyorum. Pəs nasıl görüşəcəyiz, sağlıq olsun.
Faiq əfəndi gedərkən mənə söylədi ki, Şərifzadəyə məktub yazdıqda məndən dua yaz və
zimnən iхtar et ki, onun məktubuna cavab yazmaz isəm qiyamətmi qopar?
Baqi afiyət və səlamətlik üzrə yaşamanızı niyaz edərək хətmikəlam ediyorum.
Qaraladığım sətirlərdən halım sizə mə’lum olar zənn ediyorum.
Ə
.Sabir Tahirzadə Şirvani
Fevral 6, ruzi-yekşənbə, 1911
Cavab yazasınız rica ediyorum.
Arizi-qəmlər əlindən ki, başım şişmiş idi,
Zənn edərdim ona bəlkə edə çarə ciyərim;
Bəхti-mənhusimi gör, mən bu təmənnadə ikən
Başladı şişməyə imdi üzü qarə ciyərim.
Ə
.S.
______________________
Milli Kitabxana_____________________
234
Dostları ilə paylaş: |