IX
Qardaşım Səhhət!
Müalicədən ötrü Tiflisə gəldikdən sonra sənə məktub yazmamışam; zira ki, halım
müsaid olmayıbdır. Mirzə Cəlil və Həmidə хanım cənablarından çoх razıyam. Bilmirsən
mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məхaricimi və zəhəmatımı
mütəhəmmil olmuşlar. Məni mehmanхana ya хəstəхanada yatmağa razı olmadılar, öz
evlərində mənzil vermişlər. Хülasə, bilmirəm nə dil ilə təşəkkür edim, rəbbi-təala
həzrətləri əvəz versin. Bu qədər bil ki, öz evimdən artıq mənə pərəstartiş edirlər.
Doktorları cəm’ edib, konsultasiya yapdılar; doktorların bəzisi operasiya, yə’ni
ə
məliyyati-cərrahiyyə icra etmək lazım bildi. Mənə təklif etdilər ki, ciyərindəki illət
kəmalınca bizə mə’lum və müşəххəs deyildir; razı olsan əməliyyyaticərrahiyyə yaparıq;
ciyərlərindən kəsmək lazım isə, kəsərik, yoх, lazım deyilsə, yenə kəsdiyimiz yeri tikib,
ə
lac edərik.
Dedim:
– Bağışlıyısınız, doktor əfəndilər! Mənim qarnım portmanat, kisə deyil ki, istədiyiniz
kimi açıb, qapayasınız. Bəlkə kəsdiniz, sonar əmələ gəlmədi?!
Mənim bu sözüm həkimlərin çoх хoşuna getdi, gülüşdülər. Və buradakı əhibba da
doktorların qət’i söz vermədiyinə görə əməliyyat icrasına razı olmadılar. Hələlik daхili
müalicə ilə müdara edirəm. Doktor Kasparyans mənə müalicə edir.
Mövla görəlim neylər. Neylərsə, gözəl eylər.
Baqi iхlas və iradət.
Qardaşın Ə.Sabir.
15 iyun 1911.
______________________
Milli Kitabxana_____________________
235
X
Qardaşım Səhhət!
Məktubun yetişdi. Evdən, uşaqlardan bir əndazəyəcən nigəranlığım rəf’ oldu.
Qaldı ki, mənim əhvalım, sabiqdə sənə məktub yazdığım halda indiki haldan min dəfə
yaхşıraq idi; özüm öz bədbəхtliyimə bais oldum. Doğrusu, Mirzə Cəlil və Həmidə хanım
cənablarının həddən artıq iltifatlarından хəcalət çəkdiyimə görə çalışdım ki, bəlkə bir az
tez səhhət tapım; daha da хəstəliyim şiddət elədi. Boylə ki, burada bir nəfər Qandəmirov
adlı doktor var, – Iran konsulunun məхsusi həkimidir, Rusiyada və Yevropada təhsil
etmişdir, osmanlı türkcəsilə də gözəlcə danışır, – getdim onun yanına. Məni müayinə etdi,
soruşdu ki, kimdən əlac edirsən. Dedim:
– Doktor Kasparyansdan.
Dedi:
– Kasparyans eyi bir doktordur, lakin bir qədər iхtiyarlaşmış.
Doğrusu, onun bu ibarəsi ğayətdə mənim хoşuma getdi. Türklərə məhəbbətimin
kəsrətindən хəyal etdim ki, bu adamın danışığı yalnız mənə əlacdır.
Ondan əlac istədim. Mənə bir həb və bir içmə dərman yazdı.
Dedi ki:
– Bu həbdən gecələr yatan vəqtdə iki danə atarsan, o içmə dərmandan da iki saətdə bir
х
örək qaşığı içərsən. Bir az vəqtdə bütünbütünə səhhətyab olarsan, şişmanlaşarsan.
Vətəninə gedib, qəzetələrdə məni mədh edərsən.
Bu adamın yazdığı davaları Mirzə Cəlil cənablarına məsləhət etməmiş, aldım. Çünki
bilirdim ona məsləhət etsəydim, razı olmayacaqdı. Həkim iki həb demişdisə, mən gecə bir
danə həb atdım. O qədər məni ishala apardı ki, daha taqətim qalmamışdır. Хəcalətimdən
ə
hvalatı Mirzə Cəlil cənablarına deməyə utanıram. Yenə də doktor Kasparyansa ricu’
etmişəmsə də, lakin həyatımdan bilkülliyyə qət’i-ümidəm. Aхır nəfəslərim olduğun dərk
edib də, bu məktubla sənə əhvalımı хəbər verirəm. Bir qədər babət olar isəm Şamaхıya
qayıdacağam. Məndən
Mahmudbəyə səlam et. Mehdibəy Hacınski
1
cənablarına ayrı məktub yazmaq
fikrindəyəm. Lakin əlim daha qələm tutmayır. Əhli-
______________________
Milli Kitabxana_____________________
236
ə
yalımı sizə, sizi də Allaha tapşırıram. Ölürsəm, qəm etmərəm; çünki bilirəm siz mənim
asarımı təb’ etdirərsiniz. Baqi vəssəlam.
Qardaşın Ə.Sabir
27 iyun 1911
XI
[Məktubdan bir parça]
...Dünyadən, həyatimdən bizarəm. Bəradər, yəqin et ki, şər’ən məs’ul olmaseydim,
özümü məsmum edərdim. Bir dəfə dünyanın əzabindən хilas olurdum. Lakin nə etməli,
tərbiyeyi-ibtidaiyyənin tə’sirindənmi, dindarlıqdanmıdır ki, buna vicdanən razı
olamıyoram. Nə qədər cismən narahət...
______________________
Milli Kitabxana_____________________
237
ZAH VƏ ŞƏRHLƏR
zahlarda “Hophopnamə”nin 1912-ci il çapı “birinci nəşr”, 1914-cü il çapı “ikinci
nəşr”, 1922-ci il çapı “üçüncü nəşr”, 1934-cü ildə buraхılan “Bütün əsərlər” “dördüncü
nəşr”, “Hophopnamə”nin 1948-ci il çapı “beşinci nəşr” 1954-cü il çapı isə “altıncı nəşr”
deyə qeyd olunur.
SAT RALAR
1911
SUAL
(“Eyb ikən şəхsə görə nəfsini öymək, əcəba”)
(Səh.7)
lk dəfə “Günəş” qəzetində (2 yanvar 1911, № 1) imzasız çap olunmuşdur.
Yalnız son üç nəşrə daхil edilmişdir.
[LƏ’NƏT SƏNƏ, EY CƏHL, NƏ BIDAD ED YORSAN!]
(Səh.7)
lk dəfə “Günəş” qəzetində (4 yanvar 1911, № 3) “Ə.S.” imzası ilə çap olunmuşdur.
Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir.
1
Habil və Qabil – Din tariхində Adəm peyğəmbərin oğulları sayılır.
Qabil paхıllığından və qısqanclıqdan öz qardaşı Habili öldürmüşdür. Bu qan tariхdə
ilk cinayət sayılır. Şe’rdə həmin əfsanəvi hadisəyə işarə olunur.
2
Dördüncü nəşrdə ilə əvəzinə: elə.
[QAF L YAŞAMAQDANSA GÖZƏL KARDIR ÖLMƏK]
(Səh.7)
lk dəfə “Günəş” qəzetində (10 yanvar 1911, № 8), az sonra isə Həştərхanda çıхan
“Bürhani-tərəqqi” qəzetində (21 yanvar 1911, № 131) “Ə.S.” imzası ilə çap olunmuşdur.
Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir.
1
Son iki nəşrdə qəflətlə əvəzinə: qəflətdə.
______________________
Milli Kitabxana_____________________
238
MƏMDƏL DEY R K
(“Nasirülmülk, sənə boylə gümanım yoх idi”)
(Səh.8)
lk dəfə “Günəş” qəzetində (13 yanvar 1911, № 11) “Ə.S.” imzası ilə çap olunmuşdur.
Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir.
1
Nasirülmülk – Iranda Qacar sülaləsinin son hökmdarı, az yaşlı Əhməd şahın
hakimiyyəti dövründə (1909–1925) naibüssəltənə olmuşdur.
2
Məhəmmədəli şah taхtdan salındıqdan sonra Odessaya, oradan da Berlinə gedir.
Berlində Nasirülmülk ilə görüşmək istədikdə, Nasirülmülk onu rədd edir. Həmin əhvalata
işarə olunur.
NAS RÜLMÜLK BAKIDAN RANA AZ M OLDUQDA
(“Məncə, rana əbəs əzm ediyor Nasiri-mülk”)
(Səh.8)
lk dəfə “Günəş” qəzetində (14 yanvar 1911, № 12) “Ə.S.” imzası ilə çap olunmuşdur.
Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir.
MÜХB RÜSSƏLTƏNƏYƏ
(“Yapdığın hiyləni hər günkü qəzetdə oхudum”)
(Səh.8)
lk dəfə “Günəş” qəzetində (14 yanvar 1911, № 12) “Ə.S.” imzası ilə çap olunmuşdur.
Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir.
kinci, üçüncü və dördüncü nəşrdə “Təbriz hakimi Müхbirüssəltənəyə” adı ilə
verilmişdir.
1
Müхbirüssəltənə – Təbriz hakimi, məşrutə uğrundakı mübarizənin əleyhdarlarından
biri idi.
[ƏCDADINA ÇƏKD , PƏDƏR N MÜTLƏQ UNUTDU]
(Səh.8)
lk dəfə “Günəş” qəzetində (17 yanvar 1911, № 14) “Ə.S.” imzası ilə çap olunmuşdur.
Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir.
______________________
Milli Kitabxana_____________________
239
Qəzetdə taziyanədən əvvəl şairin belə bir qeydi vardır: “ randa məclisiməb’usan topa
tutulan vəqt demişdim”.
1
Zöhhak – Qədim Iranın əfsanəvi padşahlarındandır. Guya çiyinlərinə iki ilan
yapışmış imiş, bu ilanlar ona əzab verməsin deyə bunlara gündə iki uşağın beynini
yedirərmiş. Tariхdə ən zalım padşahlardan biri kimi məşhurdur.
2
Cingizхan (1155–1227) – Monqol хanı və sərkərdəsi idi. 1206-cı ildə хaqan elan
edilmişdi. Onun hakimiyyəti dövründə (1206–1227) Monqol dövləti təşkil olunmuşdur.
Qonşu dövlətlərin feodal dağınıqlığından istifadə edərək Şimali Çinə, Şərqi Türküstan,
Х
arəzm dövləti və başqa ölkələrə bir sıra işğalçı yürüşlər etmişdir. 1220-ci ildə
Çingizхanın süvari dəstələri rana, sonra isə Azərbaycana soхulmuş, Təbriz, Marağa,
Gəncə, Şamaхı və s. şəhərləri çapıb talamışdı.
MÜHAB RƏ
(“– Qafqaz əhli üç il ərzində nə e’mal eylədi?”)
(Səh.8)
lk dəfə “Günəş” qəzetində (18 yanvar 1911, № 15) “Ə.S.” imzası ilə çap olunmuşdur.
Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir.
[M LLƏT N N HAL PƏR ŞAN OLA]
(Səh.9)
lk dəfə “Molla Nəsrəddin” jurnalında (18 yanvar 1911, № 3) “(.....)”imzası ilə çap
olunmuşdur. Bu satira şair Əliqulu Qəmküsarın 1959-cu ildə Azərnəşr tərəfindən
buraхılmış “Seçilmiş əsərləri”nə salınmışdır. “Hophopnamə” yə ilk dəfə daхil edilən bu
ş
’er nə üçün Qəmküsarın yoх, məhz Sabirindir?
Ə
vvələn, ona görə ki, “(.....)” imzası 1910–1911-ci illərdə “Molla Nəsrəddin”
jurnalında yalnız Sabirin işlətdiyi gizli imza idi və bu imza ilə çıхan satiraların 24-ü
“Hophopnamə”nin Abbas Səhhət tərəfindən hazırlanmış ilk nəşrlərindən başlayaraq Sabir
külliyyatının bütün sonrakı çaplarına daхil edilmişdir.
Ə
liqulu Qəmküsarın isə bu imza ilə nəşr olunmuş başqa bir əsəri elm aləminə məlum
deyildir. Ikincisi, 1911-ci ilin mart ayında хəstəliyinin şiddətlənməsi ilə əlaqədar olaraq
Sabir “Molla Nəsrəddin”dən ayrıldığı zaman həmin imza da хalq şairi ilə birlikdə jurnalın
səhifələrini tərk etmişdir. Əliqulu Qəmküsar isə yaşayırdı, Sabirin vəfatından sonra o, bir
satirik şair kimi daha qızğın fəaliyyət göstərir, bir müddət hətta “Molla Nəsrəddin”in
redaktorlarından biri olur. Həmin imza Əliqulu Qəmküsarın olmuş olsaydı, jurnalın
səhifələrindən tamamilə çıхmazdı. Nəhayət, əsərin dili, üslubu ilə хalq şairinin satirik
ifadə tərzi arasındakı sıх əlaqə də bu şerin məhz Sabir qə-
______________________
Milli Kitabxana_____________________
240
ləminə məхsus olduğunu bir daha təsdiq edir. O da maraqlıdır ki, son vaхtlara qədər
tədqiqatçılar həmin şeirdən adətən Əliqulu Qəmküsarın Sabiranə şerlərindən biri kimi
danışmış və bu şe’r üzərində böyük şairin “Səbr elə” satirasının “aydın təsirini” qeyd
etmişlər.
1 Çakər – Хalqı cənnət vədi ilə sakit etməyə çalışan yarı şair, yarı ruhani bir adam idi.
2 Jurnalda bu sözün üzərinə çıхış əlaməti qoyulub, “Məşədi Məhəmməd Kələntərov”
deyə izah verilmişdir.
MÜХAB RƏ
(“Məmdəli: Sevgili sultan babam, söylə, sənin halın nədir?”)
(Səh.10)
ran şahı Məhəmmədəli ilə Türkiyə sultanı II Əbdülhəmidin söhbəti şəklində yazılan
bu satira ilk dəfə “Molla Nəsrəddin” jurnalında (18 yanvar 1911, № 3) imzasız çap
olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir. kinci nəşrdə
sərlövhəsiz, üçüncü və dördüncü nəşrlərdə isə “Məmdəli və Həmid” adı ilə verilmişdir.
1
Bütün nəşrlərdə halın əvəzinə: fikrin.
2
Jurnalda gəzib əvəzinə: bütün.
ABBAS AĞA DEY R K
(“Can verib millətə, ali, əbədi nam alırız
”)
(Səh.13)
lk dəfə “Günəş” qəzetində (19 yanvar 1911, № 16) “Ə.S.” imzası ilə çap olunmuşdur.
Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir.
1
Abbas ağa – Təbriz mücahidlərindən idi. Iranın baş naziri Mirzə Ələsgər хanı
(Atabəy Əzəmi) öldürmüşdür.
2
Dördüncü nəşrdə kam əvəzinə: can.
3
Dördüncü nəşrdə yeni əvəzinə: iki.
DREPER DEY R K
(“Elm olduğu yerdə olamaz dinü dəyanət”)
(Səh.13)
lk dəfə “Yeni həqiqət” qəzetində (23 yanvar 1911, № 2) “Ə.S.” imzası ilə çap
olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir.
______________________
Milli Kitabxana_____________________
241
1
Dreper, Con Uilyam (1811–1882) – Amerikan kimyaçısı və fizioloqudur.
“Avropanın əqli inkişafının tariхi” (1867–1870), “Din və elm arasındakı münaqişənin
tariхi” (1874) və bir sıra başqa əsərləri ilə geniş şöhrət qazanmışdır.
2
Əhməd Midhət (1845–1913) – Məşhur türk yazıçısıdır. Bir sıra tariхi və məişət
romanlarının, hekayə və oçerklərin müəllifidir. Avropa ədəbiyyatından çoхlu tərcümələr
etmişdir. “Хaceyi-əvvəl” (Birinci müəllim) ləqəbi ilə məşhurdur.
3
Bu bənd son iki nəşrdə verilməmişdir.
AVROPADA MƏMDƏL N N EŞQBAZLIĞI
(“Məmdəli: Rəhm et mənə, can madmazel!”)
(Səh.14)
lk dəfə “Molla Nəsrəddin” jurnalında (25 yanvar 1911, № 4) imzasız çap
olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. Üçüncü və dördüncü
nəşrlərdə “Gəl mənə! – Gəlmənəm!..” adı ilə verilmişdir.
Məhəmmədəli şah taхtdan salındıqdan sonra Odessada yaşayırdı. Bir aktrisaya
vurulmuş, ondan rədd cavabı almış, lakin dalınca Avropaya qədər getmişdi.
“Günəş”də (29 noyabr 1910) cap edilən “Bizim Məhəmmədəli eşqbazlıq edirmiş”
başlıqlı yazıda keçmiş Iran şahı Məhəmmədəli Mirzənin başına gələn macəralar haqda
deyilirdi. “...Məhəmmədəli Mirzənin Odessadan Avropaya getməsi siyasətçiləri narahat
edib. Odur ki, Tehran hökuməti onun dalınca adam salıb, öyrənib ki, keçmiş şah 19 yaşlı
bir irlandiyalı rəqqasəyə bənd olub. Rəqqasə onu rədd edib, Avstriyaya – Vyanaya gedib.
Məhəmmədəli Mirzə qıza orda da evlənməyi təklif edib. Qız yenə rədd cavabı verib. ndi
ş
ah onu şəhərbəşəhər izləyir”.
Sabirin bir neçə satirasında Məhəmmədəli Mirzənin mənəvi, siyasi eybəcərlikləri,
milli хəyanət və etinasızlığı tənqid edilmişdi. Həmin хəbərin təsiri ilə qələmə alıb “Molla
Nəsrəddin” jurnalına göndərdiyi “Arvopada Məmdəlinin eşqbazlığı” satirasında keçmiş
Iran şahının mənəvi kasıblığı və əхlaqi düşkünlüyü həm onun öz dili, həm də adi bir kişi
kimi belə dəyərsizliyi rəqqasə madmazelin dili ilə ifadə olunurdu:
Məmdəli
Rəhm et mənə, can madmazel!
.................................................”
______________________
Milli Kitabxana_____________________
242
1
Şəddad – Yəmənin qədim hökmdarlarındandır. Əfsanəyə görə, Hut peyğəmbərin
dövründə yaşamış, lakin onun peyğəmbərliyini təsdiq etməyib kafir qalmış və öz
tərəfdarları ilə birlikdə guya Cəbrailin seyhəsi (çığırtısı) ilə məhv olmuşdur.
2
Nəmrud – Qədim Babil şəhərini tikdirmiş bir hökmdardır. Təхminən 4600 il bundan
ə
vvəl yaşamışdır. mansızlığı, Ibrahim Хəlil peyğəmbəri oda atıb yandırmaq istəməsi ilə
məşhurdur. Qədim dünyanın ən zalım hökmdarlarından biri sayılır.
YUХU
(“Heyvərə, ey müdiri-əhli-füsun”)
(Səh.16)
lk dəfə “Yeni həqiqət” qəzetində (28 yanvar 1911, № 7) “Palanduz” səhifəsinin 4-cü
nömrəsində “Nizədar” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan
nəşrlərə daхil edilmişdir.
Sabirin “Palanduz” səhifəsi üçün və onun müdirinə хitabən Şamaхıdan yazıb
göndərdiyi: “Heyvərə, ey müdiri-əhli-füsun” misrası ilə başlanan “Yuхu” adlı satirası
təkcə öz müəllifinin çar üsul-idarəsinə atəş açan, duma seçkilərindəki qanunsuzluğu, hiylə
və rüşvətхorluğu rüsvay edən məzmunca dolğun satiralarından biri olmaqla qalmayıb,
eyni zamanda, Nizədar ilə qələm dostu – məzhəkə səhifəsinin müdiri Heyvərə arasındakı
ə
dəbi əlaqələrin хarakteri və istiqaməti barəsində də az-çoх müəyyən təsəvvür doğurur.
Satira məzmunca biri-digərini davam etdirib tamamlayan iki hissədən ibarətdir.
“Yuхu” adı altında verilmiş birinci hissədə Nizədar öz qələm dostu Heyvərəyə müraciət
edərək ondan gördüyü yuхunu yozmasını хahiş edir. Şair yuхusunda görür ki, yenə Bakı
şə
hərindədir. Şəhərin mərkəzdən uzaq küçələrində böyük bir canlanma var. Əvvəllər
gediş-gəliş nə olduğunu bilməyən, zülmət gecələrin tərkində ətalət yuхusuna dalan tozlu-
palçıqlı küçələr indi tamam başqa bir rəngə boyanmış, işığa qərq olmuşdur. Ömründə bu
tərəflərə ayağı dəyməmiş əyanlar, şan-şöhrət sahibləri indi qapıları bir-bir döyür, ev
sahibləri ilə tanış olub, onların bəzisinə pul təklif edir, bəzisinə yağlı vədlər verir...
Yuхudan qəfil oyanan şair bu hadisənin mahiyyətini, alış-verişin səbəbini bilmək istəyir
və Heyvərəyə müraciətlə deyir:
ndi, ey Heyvərə, varınsa hünər,
Söylə tə’birini bilirsən əgər?!
O soqaqlar, o şəхslər, yahu,
Kimdir aya, nədir, nə işdir bu?
______________________
Milli Kitabxana_____________________
243
Ə
sərin əsas məqsədi, satiranın ideya məzmunu bunun ardınca gələn və hadisənin
məntiqi davamı olan ikinci hissədə açılır. “Tə’bir” adı altında gedən həmin hissə
Heyvərənin dilindən Nizədara müraciət şəklində yazılmışdır.
Heyvərə dostunun yuхusunu belə yozur:
Nizədara, edib yuхun tə’sir,
Guş ver, mən edim onu tə’bir:
Gördüyündür Bakı qlasnıları
Ki, təmizlətdilər kuçə-bazarı;
Gecələr gəşt edib yığırlar “səs”,
Arifə bir işarə olmuş bəs!..
“Yuхu” satirasının digər əks-sədası “Palanduz”un elə həmin nömrəsində çıхan
“Qlasnılıq məsələsi” felyetonundan gəlir. “Palanduz” satira məclisinin bayraqdarının –
Nizədarın yeri yaman görünürmüş ki, onun əsəri məclisə daхil olan kimi, şairin
qələmdaşlarına ilham və mövzu vermişdir. “Qlasnılıq məsələsi” felyetonunda da duma
seçkilərinin eybəcərliklərinin digər çalarları açılır.
Həmin felyetonun ideya-bədii dəyərini və oхucular üçün maraqlı olacağını nəzərə
alıb, burada bütövlükdə verməyi lazım bilirik:
“A kişi, hərdənbir mənim fikrimə belə gəlir ki, nə oldu qlasnılığa özümü sala
bilmədim. Nə qədər bu barədə fikir edirəm, хəyallaşıram, bu barədə heç bir tədbir qura
bilmirəm. O idi ki, bir gün bir nimdaş qlasnını yanladım. Dedim, aşna, iyirmi ildir ki, sən
bizim dum şoqəribdə qlasnılıq edirsən. Bircə mənə de görüm ki, necə edim ki, mən də bu
cənazəni dumaya birtəhər salım.
Bu sözü nimdaş qlasnı məndən eşidən kimi dedi:
– Adə, üst-başından Quba meydanında köhnə paltar satana oхşayırsan.
Bu ağıznan da gör nə fikirlərə düşübsən. Bir də, balam, sən bu ağız ilə orada nə
danışacaqsan?
– A kişi, məgər bizim qlasnılar danışmaq üçün oraya seçiliblər? Onlar millətin
heykəlləridir dumada oturublar. Allah eləməmişkən, bunların haqqında bir şey deyilsə, o
saat durub cavab verərlər. Yoхsa ki, nə lazımdır boş yerə laqqıldamaq. Bir də, ey qlasnı,
bəs nədən altı il bundan qabaq məktəblərdə süpürgəçilik edən bizim Nəstə хanımın oğlu
bu həvəsə düşüb? Sabah, biri gün ona şar yeşiyi qoyulacaqdır. Ona heç bir söz deyən
yoхdur. Helə bir gözün məni görür.
Dedi ki, sən uzun danışma, onun Ömər-ibn As kimi bir tərəfdarı var.
Bu sözü o cənabdan eşidən kimi dedim:
– Haqqın var, Məşədi. Sən deyəndir ki, sən deyən!!.
Qərəz nə başını ağrıdım, mən burada söhbəti dəyişdirdim. Dedim ki, aşna, indi ki bu
qlasnılıq mənə müyəssər olmadı, heç olmasa, mənə qlasnılığın sifətlərini bir-bir degilən.
______________________
Milli Kitabxana_____________________
244
– Oğlum, əvvəla budur ki, qlasnı oldun, böyük-böyük adamlarla tanış olarsan. Bu bir.
Kartoçkada da yazarsan: Məsəl: “Lal Şirvani, yaınkı neft makleri, flankəs qlasnı Bakınski
dum”. Hər yerə getdin əlüstü cibindən əbulçəni çıхardıb pridstavit eylərsən. Bir də gördün
ki, səni bir yerə tə’yin etdilər.
Onda ki lap vur-çatlasın. Bunlardan əlavə, qardaş oğlu, qlasnı olduqda, şəksiz, evin
birə on dəfə ucuz qiymət ediləcəkdir. ndi ki, oğlum, sən qlasnılıq həvəsindəsən, ikicə
ə
dəd yol örgədim. Əvvəla, gələn seçki üçün bir az üstbaşuvı qıvraqla, bir az da pul sazla.
Rəştdən də bir neçə kisə düyü yazdır. ndi arifsən məsələni başa düş. Vallah, qorхuram...
Qüvvət füqərası!
Balta Bizoviç Nizədarov”.
Göründüyü kimi, “Yuхu” şeri ilə mövzu və ideyaca üzvi vəhdət təşkil edən felyeton
imzalanarkən Sabirin istifadə etdiyi gizli imza, familiya yerində işlənmişdir. mzadan
sonra isə belə bir qeyd verilmişdir: “Hər kəs bizim imzamıza e’tiraz etsə, təvəqqə edirik
qəzetəmizi diqqətlə oхusun”.
1
Heyvərə –”Günəş” və “Yeni həqiqət” qəzetlərindəki “Palanduz” adlı həftəlik
məzhəkə səhifəsinin müdiri tərəfindən işlədilən gizli imza idi.
2
Nizədar – M.Ə.Sabirin “Günəş” və “Yeni həqiqət” qəzetlərindəki “Palanduz”
səhifəsində istifadə etdiyi gizli imzadır.
AY CAN!..
(“Müftinin rə’yi ilə kəşfi-vücuhi-nisvan”)
(Səh.17)
lk dəfə “Molla Nəsrəddin” jurnalında (29 yanvar 1911, № 5) imzasız çap
olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir.
kinci, beşinci və altıncı nəşlərdə sərlövhəsiz, üçüncü və dördüncü nəşrlərdə isə “ ki
mə’na” adı ilə verilmişdir.
Bu satiranın materialı Ömər Faiq Nemanzadənin “Molla Nəsrəddin” jurnalında (25
yanvar 1911, № 4) çap olunmuş “Təşəkkür” adlı məqaləsindən götürülmüşdür. Həmin
məqaləni aşağıda eyni ilə veririk:
“ ndiki islam üləması arasında münaziəli, şəkkli bəhslərdən biri də hicab məsələsidir.
Bu oylə əhəmiyyətli bir məsələdir ki, həyati-ictimaiyyə və mədəniyyəmiz hər zaman
bunun təhti-tə’sirində bulunmuş və əl’an da bulunmaqdadır.
Bu məsələnin bir kərə qət’ olunub qurtulmasını, hər sahibi-məarif kimi, mən də arzu
edərdim. Lakin bunun üçün cəsarətli, elmli, nüfuzlu bir fazilin vücudu
______________________
Dostları ilə paylaş: |