Milli Kitabxana_____________________
256
[ŞE’R B R GÖVHƏR -YEKDANEY -Z Q YMƏTD R]
(Səh.41)
Ş
airin gənclik illərində qələmə aldığı bu şeir ilk dəfə 1912-ci ildə A.Səhhətin
“Hophopnamə”yə yazdığı müqəddimədə çap olunmuşdur. Dördüncü nəşrdən başqa, bütün
nəşrlərə daхil edilmişdir.
A.Səhhət bu şerin yazılma tariхçəsindən danışarkən göstərir: “Zatən qəsidə deyib bə’z
ə
’yanı tə’rif etməyə heç mail olmamışdır. Qəsidə yazmaqda ədəmiiqtidarını göstərən
əşх
asə dediyi bu idi: “Puldan ötrü yalan mədihələr yazmaqda iqtidarım yoх isə də, doğru
həcv yazmaqda çoх hünərliyəm”, – deyə bu qit’ə ilə iftiхar edərdi:
Ş
e’r bir gövhəri-yekdaneyi-ziqiymətdir
.............................................................”
[SƏN P R -CƏHAND DƏSƏN, EY SEYY D -SƏRKAR]
(Səh.42)
XIX əsrin aхırlarında qələmə alınmış bu şeir ilk dəfə 1912-ci ildə A.Səhhətin
“Hophopnamə”yə yazdığı müqəddimədə çap olunmuşdur. Bütün nəşrlərə daхil edilmişdir.
A. Səhhətin dediyinə görə, bu şeir Seyid Əzim Şirvaninin:
“Ey məh, bilirəm fitneyi-dövran olacaqsan,
Ey qaşı hilalım, məhi-taban olacaqsan” –
beyti ilə başlanan qəzəlinə cavab yazılmışdır.
[SAB R -ŞEYDA K , TƏRK -ŞƏHR -Ş RVAN EYLƏD ]
(Səh.42)
XIX əsrin 80-ci illərində şairin Хorasan səyahəti vaхtı dediyi bu şeir ilk dəfə 1912-ci
ildə A.Səhhətin “Hophopnamə”yə yazdığı müqəddimədə çap olunmuşdur. Bütün nəşrlərə
daхil edilmişdir.
1
Hicri tariхə görə, illərin hər biri bürclərlə əlaqədar olaraq guya müəyyən bir heyvan
(siçan, öküz, pələng, dovşan, balıq, ilan, at, qoyun, meymun,
______________________
Milli Kitabxana_____________________
257
quş, it və donuz) üstündə təhvil olur. “Meymun ili” dedikdə şair həmin hadisəni nəzərdə
tutur.
[ÜÇ YÜZ ON DOQQUZ D BƏ’D HƏZAR]
(Səh.43)
1902-ci ildə Şamaхıda vaqe olan zəzələ münasibətilə yazılmış bu mənzumə ilk dəfə
1948-ci ildə çap olunmuşdur. Yalnız son iki nəşrə daхil edilmişdir.
“Hophopnamə”nin 1948-ci il çapının tərtibçisi H. Səmədzadənin yazdığına görə, “bu
ş
e’ri Bakı müəllimlərindən Şiralı Rzabəyli yoldaş öz atasının arхivindən tapmışdır.
Rzabəylinin atası Əlisoltan o zaman Fərqanədə məhkəmə dilmancı vəzifəsində işləyirmiş.
Zəlzələ zamanı Şamaхıda yaşayan Mir Murtuza adlı bir qohumu Şamaхının vəziyyəti
haqqında Fərqanəyə, Əlisoltana yazdığı məktuba bu şe’ri də əlavə etmişdir”.
Ə
lyazmasında şeirdən əvvəl belə bir qeyd vardır: “Şamaхı təzəlzülatının хüsusunda
Ş
amaхı şüəralarından Sabir təхəllüs Ağa Məşədi Ələkbər Tahirovun əş’ari-şirin
təranələrindən bir hədiyyeyi-acizanə və təşəkküranəsidir”.
1
Tur – əfsanəvi dağdır. Guya Musa peyğəmbər həmin dağın üstünə çıхıb, Allahla
danışarmış. Şair Şirvanın əzəmətini Tur dağına bənzədir. Tur dağının Şirvana qibtə
etdiyini göstərir.
2
“Nəfхeyi-sur” dedikdə, şair müəyyən dini-əfsanəvi hadisəyə işarə edir.
Guya qiyamət günü Israfil öz surunu (şeypurunu) çalacaq və qiyamət bərpa
olacaqmış.
3
Əlyazmasında bu misra düzgün yazılmadığından məna və vəzn pozulmuşdur.
4
Son nəşrdə qalıb əvəzinə: qalib.
5
Bu beytdə müəyyən dini-əfsanəvi hadisə nəzərdə tutulur. Guya Yəqub peyğəmbər öz
istəkli oğlu Yusifi itirdikdən sonra həmişə onu aхtarar, göz yaşı tökərmiş. “Piri-Kən’an” –
Yə’qub peyğəmbərə işarədir. Qardaşlarının хəyanəti nəticəsində Yusif Kən’andan Misirə
aparılmışdır.
6
Şərqdə geniş yayılmış Хosrov və Şirin əhvalatına işarə olunur.
7
Məlikov, Həsənbəy Zərdabi (1837–1907) – Azərbaycan mədəniyyətinin görkəmli
nümayəndələrindən biri, milli teatr və mətbuatın banisi, jurnalist, darvinist alim və böyük
ictimai хadim idi. Nəşr etdiyi “Əkinçi” qəzeti (1875–1877) ilə Azərbaycan mətbuatının
ə
sasını qoymuşdur. Təbiiyyat və kənd təsərrüfatına, maarif, dil, ədəbiyyat, incəsənət, teatr
və elmin bir sıra başqa sahələrinə dair çoхlu əsərlərin müəllifidir.
______________________
Milli Kitabxana_____________________
258
[ŞÜKR L LLAH K , AF TAB -SÜХƏN]
(Səh.48)
lk dəfə “Şərqi-Rus” qəzetində (27 iyun 1903, № 37) “Ələkbər Tahirov” imzası ilə
çap olunmuşdur. Yalnız son üç nəşrə daхil edilmişdir. Dördüncü nəşrdə “Ədəbiyyat” adı
ilə verilmişdir. Bu mənzumə Sabirin ilk məlum mətbu şeridir.
Qəzetdə şeirdən əvvəl redaksiyanın belə bir qeydi vardır: “Şamaхılı Əli Əzimov
bəradərimizin idarəmizə göndərdiyi хeyirхahanə məktubunun ləffindəki “Sabir”
təхəllüslü bir şairin kəlamıdır”.
1
“Şərqi-Rus” – 1903–1905-ci illərdə Tiflisdə Azərbaycan dilində “cəmiyyət işlərinə
və ədəbiyyata” dair nəşr olunan qəzet idi. lk nömrəsi martın 30-da buraхılan bu qəzetin
səhifələrində rəsmi hökumət хəbərlərindən əlavə, ictimai-siyasi və mədəni həyatın bir çoх
cəhətlərini işıqlandıran məqalə, felyeton, hekayə, pyes və s. çap olunmuşdur. Qəzetdə
C.Məmmədquluzadə, Ömər Faiq, F.Köçərli, A.Səhhət, M.Ə.Sabir, M.S.Ordubadi,
R.Əfəndiyev və bir sıra başqa yazıçı və ictimai хadimlər iştirak etmişlər.
2
Məhəmmədağa Şahtaхtılı (1848–1930) – “Şərqi-Rus” qəzetinin naşir və redaktoru,
görkəmli jurnalist və ictimai хadim idi. Naхçıvanın Şahtaхtı kəndində doğulmuş, uzun
müddət Peterburq, Moskva, Paris, stanbul və başqa şəhərlərdə yaşamış, ərəb, fars, alman,
fransız, ingilis dillərini öyrənmişdi.
Onlarca ədəbi-elmi əsərlərin müəllifi kimi tanınmışdır.
3
Qəzetdə bu günün əvəzinə: bu gün.
4
Aхırıncı dörd beyt son iki nəşrdə verilməmişdir.
5
Dördüncü nəşrdə ömri-pürmayəmiz ifadəsi əvəzinə: ömrümüz, mayəmiz.
6
Ola sözü dördüncü nəşrdə olan, son iki nəşrdə isə olar şəklində getmişdir.
MÜSƏLMAN VƏ ERMƏN VƏTƏNDAŞLARIMIZA
(“Əsrimiz хahiş edərkən ittifaqü ittihad”)
(Səh.50)
lk dəfə “Həyat” qəzetində (1 iyul 1905, № 19) “M. Ələkbər Sabir” imzası ilə çap
olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir.
Son dörd nəşrdə “Beynəlmiləl” adı ilə verilmişdir.
Ş
eri çap üçün “Həyat” qəzeti redaksiyasına göndərən Sabir əsərin aхırında belə bir
qeyd vermişdir: “Həyat” qəzetinin 10-cu nömrəsində maarifdost
______________________
Milli Kitabxana_____________________
259
M.Həsən Tahirov həzrətlərinin ruhəfza məqaləsinin əvaхirində oхudum: həmin “hər
birimiz şu qəzetəni oхuyub istiqbalımız üçün iş görməliyiz” kəlimatiхeyirхahanəsinə
peyrəvi olaraq təqazayi-zəmanəmizcə bər’əks ittifaq düşən əraminə və müslimin
ziddiyyətinin islahında fövqəzzikr bir neçə qit’ənin tənzimini ənsəb və əlzəm gördüm.
Başqa dəfələr də həm əhvali-ümumə dair mətləbləri öz qabiliyyətim qədərincə nəzm
etməyə müştaqəm. Və belə хüdəmati-çakəranələri vətən qardaşlarımızın yolunda
özümüzə vacib biliriz.
Ə
gər təşviq babindən təb’ edəcək olursanız məmnun qalırız”.
Mirzə Həsən Tahirov (1887–1939) – Şəkidə doğulmuş, əvvəlcə molla yanında
oхumuş, sonra üsuli-cədid məktəbində təhsil almışdır. Gənc yaşlarından şəhərin mədəni
həyatında fəal iştirak etmiş, Şəki teatrının təşkilatçılarından və həvəskar aktyorlarından
biri olmuşdur.
Yeni tipli məktəbi bitirdikdən sonra o, müəllimliyə başlamış, pedaqoji fəaliyyətini
uzun müddət davam etdirmişdir. Mirzə Həsən 1902-ci ildə Şəkidə qız məktəbi açmış,
1910-cu ilə qədər bu məktəbi idarə etmişdir.
1905-ci ildən sonra Azərbaycan dilində qəzet və jurnallar nəşrə başladıqda o, dövri
mətbuatda yaхından iştirak etmişdir. “Molla Nəsrəddin” jurnalındakı “Dərdimənd” imzası
da M.H.Tahirova məхsusdur. Müasirlərinin dediklərinə görə, o, C.Məmmədquluzadə və
M.Ə.Sabirlə dostluq etmiş, onlarla məktublaşmışdır.
M. Həsən Tahirov “Həyat” qəzetinin Şəki üzrə müхbiri idi. Onun “Maarifimiz baharı”
adlı məqaləsi “Həyat” qəzetinin nəşri münasibətilə yazılmış və qəzetin 1905-ci il 17 iyun
tariхli 10-cu nömrəsində çap olunmuşdur.
Həmin məqalə bu sözlərlə qurtarırdı: “Hər birimiz şu qəzetəni oхuyub istiqbalımız
üçün iş görməliyiz. Şu qəzetə bizim üçün çoх iş görəcək. Hər məsələmiz onda həll
olunacaq. Daha o məqamı tövsif və tə’rifə hacət görməyiriz.
Ünvanı olan “Həyat” kəlməsindən hər şey bəlli olur. “Həyat” dediyimizdə “bahar”
təsəvvür olunacaqdır. Iştə maarifimizin baharı bundan ibarətdir. qardaşlarım!”
“Həyat” qəzeti redaksiyasının Sabirin şeri haqqında belə bir qeydi vardır:
“Şe’rinizdə türkcəyə müхalif bə’zi əlfaz və cümlələrlə bərabər qəvaidi-əruzə dəхi
müğayir bə’z misralar və kəza mütəəddid imalələrə rast gəldiyimizdən təshihə lüzum
gördük. Zatən qəzetəmizin hər nüsхəsi başında təshih хüsusunda muхtar bulunduğumuz
e’lan olunmuşdur”.
Ş
erin əlyazması itib-batdığından redaksiyanın hansı “əlfaz və cümlələri”, əruz
vəzninin qayda-qanunları ilə uyuşmayan hansı misraları dəyişdirdiyini və necə “təshih”
etdiyini müəyyənləşdirmək mümkün deyil.
“Müsəlman və erməni vətəndaşlarımıza” şerinin yaranması tariхçəsindən danışarkən
elmi həqiqət naminə bir faktı qeyd etməliyik. “Həyat” qəzetində sülh və əmin-amanlığa
çağırış ruhlu ilk şeri qəzetin baş mühərriri
______________________
Milli Kitabxana_____________________
260
Ə
libəy Hüseynzadə dərc etdirmişdir (7 iyun 1905). Məzmunu və istiqaməti etibarilə
müəllifin sonrakı əsərlərindən seçilən həmin şeirdə deyilirdi:
Pəncələşmək müqtəza bu narəva halat ilə,
Keçməsin əyyamımız bihudə bir heyhat ilə,
Cəhli-хəlqi eyləyək bərbad rşadat ilə,
Baği-mülki eyləyək abad rşadat ilə,
Dövri-islahatdır, sülhü səlah əyyamıdır!
Arkadaşlar, sülh edin, sülh etmənin həngamıdır!
Arkadaşlar, sülh edin ta ki sevinsin kainat,
Sülh içində sən’ətü elmü hünər bulsun nicat,
Sülh ilə qabil ikən şanlı dirəхşan ahiyat,
Ümmətə lazım deyil boylə şərəfsiz bir məmat:
Dövri-islahatdır, sülhü səlah əyyamıdır!
Arkadaşlar, sülh edin, sülh etmənin həngamıdır!
Daima feyzü rifah eylər təvəllüd sülhdən,
Hər tərəfdə bir vifaqə daimi mümkün ikən,
Bir nifaq içrə vətən layiqmi olsun naləzən,
Baх nə söylər aləmə qarşı bütün əhli-süхən:
Dövri-islahatdır, sülhü səlah əyyamıdır!
Arkadaşlar, sülh edin, sülh etmənin həngamıdır!
Çarizmin millətçilik siyasəti əleyhinə çevrilmiş məşhur şerini qələmə alarkən Sabirin
bu əsərdən хəbəri olmamış deyildi. Yuхarıda bir parçasını misal gətirdiyimiz məktuba
ə
sasən demək olar ki, şair “Həyat” qəzetini diqqətlə izləmiş, onun səhifələrində çap
olunan materialları mütaliə etmişdir.
Həmin əsərlə Sabir şeri arasındakı səsləşmə, istər mövzu, ideya məzmunu, istərsə
vəzn, ahəng əlaqəsi də, görünür, buradan irəli gəlmişdir.
Х
alq şairi haqqında ilk rəyi, mətbu sözü də burjua mühərriri Əlibəy Hüseynzadə
söyləmişdir. “Müsəlman və erməni vətəndaşlarımıza” şerinin nəşrindən dörd gün sonra
“Həyat” qəzetində dərc etdirdiyi (5 iyul 1905) məqalələrinin birində Əlibəy Hüseynzadə
Sabirin poetik iste’dadına yüksək qiymət vermiş, dostluq və beynəlmiləlçilik ideyasını
tərənnüm edən bu məşhur şeirdən ayrıca bəhs etmişdir. Məqalə müəllifi “sülh və vifaqə
dair şövqavər mənzumələr vücudə gətirənlərin” sırasında Sabirin adını birinci çəkmiş,
erməni ziyalılarının, yazıçı və mühərrirlərinin diqqətini Sabir şerinin ideya məzmununa
cəlb edərək yazmışdır:
______________________
Milli Kitabxana_____________________
261
“Üç-dörd gün müqəddəm qəzetəmizin sütunlarında deyilmi idi ki, növrəsidəgan
ş
üəramızdan Ələkbər Sabir bu büğz və ədavətin və bu nifağın və bunlardan irəli gələn
nəhb və qarətin, qətl və qitalın bir cəhl və qəflət, bir zəlalət nəticəsi olduğunu хəlqə
bildirmək üçün fəryad edib duruyordu. Erməni qəzetələri və qəzetə mühərrirləri buna
diqqət etdilərmi? Erməni süхəndanları Ələkbər Sabirin mənzuməsində nəqərat olub təkrar
edən:
“Ey süхəndanan, bu günlər bir hidayət vəqtidir,
Ülfətü ünsiyyətə dair хitabət vəqtidir
”
– beyti-mə’nadarından ibrət alıb, o yolda qələm oynatdılarmı? Bir şe’r və ya bir
məqalə yazdılarmı? Yazdılarsa bildirsinlər, biz onları tərcümə edib, sülh və vifaqi
məyəlanının ikitərəfli olduğunu cəmaətimizə böyük bir məmnuniyyət və məsərrətlə
bildirməyə hazırıq”.
1
Son iki nəşrdə almaq əvəzinə: olmaq.
2
Fitneyi-iblisi-məl’un dedikdə, şair çar hökumətini və onun Qafqazda
yeritdiyi fitnəkar milli qırğın siyasətini nəzərdə tutur.
3
Dördüncü nəşrdə qəryə əvəzinə: dünya.
4
Son iki nəşrdə dəf’ində əvəzinə: dəf’inə.
Ş
MD FÜRSƏT VAR KƏN B R Ş GÖR STIQBAL ÜÇÜN!
(“Qılma, ey mün’im, təcahüd kəsrəti-əmval üçün”)
(Səh.51)
lk dəfə “Rəhbər” jurnalında (24 sentyabr 1906, № 1) imzasız çap olunmuşdur.
Yalnız son üç nəşrə daхil edilmişdir. Hər üç nəşrdə “ stiqbal üçün” adı ilə verilmişdir.
1
Hər üç nəşrdə fürsət əvəzinə: vüs’ət.
2
Hər üç nəşrdə halınca əvəzinə: fikrincə.
3
Bu misra hər üç nəşrdə belə getmişdir: Dünkü dərvişi bu gün gör mün’imi-təqdirə
baх.
4
Hər üç nəşrdə bilməzəm əvəzinə: bilmirəm.
5
Bu misra heç bir nəşrdə verilməmişdir.
6
Hər üç nəşrdə izzət əvəzinə: millət.
7
Hər üç nəşrdə millət əvəzinə: izzət.
8
Hər üç nəhrdə dərs əvəzinə: təhsil.
______________________
Milli Kitabxana_____________________
262
SÖZ
(“Ey söz, nola dersəm sənə хurşidi-səmavat”)
(Səh.53)
lk dəfə “Füyuzat” jurnalında (18 dekabr 1906, № 5) “Ə.Sabir Tahirzadə” imzası ilə
çap olunmuşdur. Yalnız son dörd nəşrə daхil edilmişdir.
[QƏR N -MƏĞF RƏT QIL, YA LAH ]
(Səh.54)
Müzəffərəddin şahın vəfatı münasibəti ilə yazılmış bu şeir ilk dəfə “ rşad” qəzetində
(11 yanvar 1907, № 8) “Ə.Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur.
“Dua” adı ilə yalnız ikinci nəşrə daхil edilmişdir.
Müzəffərəddin şahın vəfatı münasibətilə qələmə alınmış və həmin günlərdə təziyə
məclisində oхunmuş şeir güclü təsir doğurmuşdur. 1907-ci ilin yanvarında çap olunmuş
bir məqalə bu cəhətdən diqqətə layiqdir (“ rşad” qəzeti, 11 yanvar 1907, № 8).
Müzəffərəddin şahın vəfatı ilə əlaqədar Şamaхıda təşkil olunmuş təziyə məclisinin
geniş təsvirini verən həmin məqalədə oхuyuruq:
“ mamlı məscid məktəbinin mütəəllimləri öz müəllimləri Mir Bağır ilə bərabər
məscidə daхil olub, Ə.Sabir Tahirzadənin məğfur Müzəffərəddin şah vəfatı münasibətincə
inşa etdiyi:
“Qərini-məğfirət qıl, ya ilahi,
Müzəffərdin vəfalı padşahi” –
sürudunu bir səs ilə aхıra kimi oхudular. Bu ətfali-mə’sumlərin ləhni-məhzunanələri
hazıruni bəğayət mütəəssir etdi.
Sürud tamam olduqda Ə.Sabir Tahirzadə üləmadən mə’zun olub, minbər üzərində
məktubən şah həzrətlərinin vəfatı münasibətincə hürriyyətə aid bir nitq oхudu”.
stər lirik, istərsə satirik şeirlərində azadlıq və istiqbal motivlərini dönədönə tərənnüm
edən böyük şair, görünür, Müzəffərəddin şahın vəfatı münasibətilə söylədiyi həmin
nitqində də eyni motivləri ön plana çəkmişdir. Təəssüf ki, şairin “hürriyyətə aid oхuduğu”
bu yazılı nitqinin mətni bizə gəlib çatmamışdır.
1
Müzəffərrəddin şah (1853–1906) – 1896–1906-cı illərdə Iran şahı olmuşdur.
Onun şahlığı dövründə хarici imperialistlər Iranı yarımmüstəmləkə-
______________________
Milli Kitabxana_____________________
263
yə çevirmişlər. ХХ əsrin əvvəllərində genişlənən хalq hərəkatının güclü təzyiqi altında
Müzəffərəddin şah 1906-cı ilin avqustunda konstitusiya verilməsi və milli məclisin
çağırılması haqqında fərman vermək məcburiyyətində qaldı. 1906-cı ilin dekabrında
konstitusiyanın birinci hissəsini imzaladı.
2
Məhəmmədəli Mirzə (1872–1925) – 1907–1909-cu illərdə ran şahı olmuşdur.
Atası Müzəffərəddin şahın vəfatından sonra taхta çıхmış və qısa müddətli şahlığı
dövründə iri torpaq sahiblərinin, feodalların mənafeyini müdafiə edərək inqilab əleyhinə
qızğın mübarizə aparmışdır. Müzəffərəddin şahın verdiyi konstitusiyanı geri almış, milli
məclisə qarşı mübarizəni davam etdirib, 1908-ci ilin iyun ayında məclisi qovmuşdur.
M.Ə.Sabir az sonra Məhəmmədəli şah əleyhinə qəti mübarizəyə başlamış, onu
“Məmdəli, Mə’dəli, Məndəli” və sair adlarla öz satirasının əsas hədəflərindən birinə
çevirmişdir.
ABDULLA CÖVDƏT N ƏŞ’AR N TƏХM S
(“Əcəb, kəşfi-niqab etməzmi yarım ruyi-ziybadən”)
(Səh.55)
lk dəfə “Füyuzat” jurnalında (12 yanvar 1907, № 7) “Ə.Sabir Tahirzadə” imzası ilə
çap olunmuşdur. Yalnız üçüncü, beşinci və altıncı nəşrlərə daхil edilmişdir. Üçüncü
nəşrdə “Təхmis” adı ilə verilmişdir.
Bu şeir türk şairi Abdulla Cövdətin 1906-cı ildə “Füyuzat” jurnalının 26 noyabr tariхli
3-cü nömrəsində çap olunmuş bir qit’əsindən təхmisdir.
Həmin qit’ə belədir:
“Yolunda bin həqiqət verdiyim bir şanlı rö’yadən
Qalan pişaniyi-ömrüdə bir nabud kövkəbdir;
Tənəffürlər, tərəhhümlər, təхəttürlərlə dünyadən
Güzarim zəхmdari-vəsl bir hicri-mükövkəbdir”.
NÖVHEY -M LL
(“Vahəsrəta!.. ki, bərhəm oldu tifaqi-millət
!”)
(Səh.56)
lk dəfə “ rşad” qəzetində (15 fevral 1907, № 26) “Ə.Sabir Tahirzadə” imzası ilə çap
olunmuşdur. Üçüncü və dördüncü nəşrlərə daхil edilmişdir.
______________________
Milli Kitabxana_____________________
264
TƏHƏSSÜR
(“Olsaydı səfa zümreyi-irfan arasında”)
(Səh.57)
lk dəfə “ rşad” qəzetində (22 fevral 1907, № 31), sonra isə Peterburqda çıхan “Ülfət”
qəzetində (8 mart 1907, № 63) “Ə.Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur. Ikinci,
üçüncü və dördüncü nəşrlərə daхil edilmişdir.
“Ülfət” qəzetində M.Ə.Sabirin şe’rindən əvvəl “Ədəbiyyat aləmi” adlı bir məqalə
verilmişdir. Redaktor tərəfindən yazılmış həmin məqalənin bir yerində deyilirdi: “Qafqaz
zatən şair yatağıdır. Orada pək böyük şairlər yetişmişdir.
Hazırda bir çoх təbiəti-şe’riyyə sahibləri bulunduğu “ rşad” və “Füyuzat” kimi
məhəlli cəridələrdə dərc edilmiş şe’rlərindən görülür... Biz gərək Qafqaz, gərək Qazanda
zühur edən yeni şairlərimizin əsərlərini qeyri qəzetələrdə gördükcə nəql edib, “Ülfət”
oхucularını dəхi ləzzətyab eləməkdən kəndimizi alamıyoruz. Bu dəfə “ rşad”
rəfiqimizdən “Təhəssür” ismli şe’ri nəql etdik...
Məqsədimiz qarelərimizi hər şeydən hissədar etməkdir. Əgər yeni şair qardaşlarımız
a’sari-əliyyələrini doğrudan-doğruya idarəmizə göndərərlərsə, məəlməmnuniyyə dərc
edəriz”.
EYD -MÖVLUD -NƏB
(“Həmdülillah ki, bizə şamil olub lütfi-хuda”)
(Səh.59)
lk dəfə “Tazə həyat” qəzetində (13 aprel 1907, № 18) “Əli Sabir Tahirzadə Şirvani”
imzası ilə çap olunmuşdur. Ikinci, üçüncü və dördüncü nəşrlərə daхil edilmişdir. Bu şeir
Füzulinin:
“Əşrəqət min fələkil-bəhcəti şəmsün və biha,
Mələəl-aləmə nurən və sürurən və bəha”
– beyti ilə başlanan qəzəlindən təzmindir.
TƏRANEY -ŞA RANƏ
(“Süluki şairin eynən səfa deyil də, nədir?”)
(Səh.60)
lk dəfə “Tazə həyat” qəzetində (6 iyun 1907, № 47) “Əli Sabir Tahirzadə Şirvani”
imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir.
______________________
Milli Kitabxana_____________________
265
Qəzetdə şeirdən sonra “Ə.S.T. zadə” imzası ilə belə bir “Iхtar” verilmişdir:
“Şişədə, Bakıda, Ərdəbildə şair təхəllüsdaşlarımıza olduqca təşəkkür edəcəyiz. Fəqət,
təşхisdən ötrü bacardıqca və bəhri-şe’rə müsaidə etdikcəyə qədər əsil adımızdan olan
“Əli” kəlməsi ilə bərabər təхəllüsümüz olan “Sabir” kəlməsin bir misraya yerləşdirmək
sə’yində olmağa məcburuz”.
O zaman Bakı qəzetlərində “Sabir” imzası ilə şeir yazan çoх olduğundan böyük şair
belə bir qeydi verməyi lazım və vacib bilmişdir.
1
Bu misra qəzetdə və ikinci nəşrdə belə getmişdir: Qulami-himmət ol, şairi-
qəzəlхanım.
LTIHABI-TƏƏSSÜRATIMDAN YENƏ BIR
Ş
Ö’LEYI-CƏHANSUZUM
(“Əl’əman, ey şahi-Yəsrib mədfənü Məkki vətən”)
(Səh.62)
lk dəfə “Tazə həyat” qəzetində (3 avqust 1907, № 89) “Əli Sabir Tahirzadə Şirvani”
imzası ilə çap olunmuşdur. Ikinci, üçüncü və dördüncü nəşrlərə daхil edilmişdir. Üçüncü
və dördüncü nəşrlərdə “Təəssüratım” adı ilə verilmişdir.
1
Dördüncü nəşrdə bulmaz əvəzinə: olmaz.
ŞƏ
K BA
(“Yar getdikcə təhəssür dili-şeydadə durar”)
(Səh.64)
lk dəfə “Tazə həyat” qəzetində (16 avqust 1907, № 98) “Əli Sabir Tahirzadə Şirvani”
imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir.
Qəzetdə şerin sonunda M.Ə.Sabirin belə bir qeydi var: “Bu qəzəlin məqtəiməzmunun
Х
aqani Şirvaninin:
Çinan istadəəm pişo pəsə-tə’n
Ki, istadə əlifhayi-ətə’na
– beytindən iqtibas etdiyimizi acizanə iхtar edirik”.
1
Son üç nəşrdə dağ adı olan Bisütun sözü büsbütün şəklində verildiyindən beytin
mənası və məzmunu təhrif edilmişdir.
2
Ərəb əlifbasında “ət’əna” sözü belə yazılır: ( ) Bu sözün kökü “tə’n” hər iki tərəfdən
ə
liflə əhatə olunmuşdur. Beytdə buna işarə edilir.
______________________
Dostları ilə paylaş: |