davam etdi. - Mən yuxuya da çox inanmıĢam. HəmiĢə də yuxum çin olub. YaxĢı
yadımdadı. 957-ci ilin kəramətli rəcəb ayının 27-si -- cümə axĢamı günü (1550)
yuxuda gördüm ki, bir Ay göyün ortasında durubdur. Eyni zamanda baĢqa bir Ay
da ġərq tərəfdən, digəri isə Qərb tərəfdən görünür. Qərb tərəfdən görünən Ay çox
böyük, ġərq tərəfdən görünən isə kiçik idi. Bir nəfər nurani Ģəxs dayanıb mənə
deyirdi ki, Qərbdəki Ay Sultan Süleyman, ġərqdəki Ay özbək Übeyd və ortadakı
Ay sənsən. Baxıb gördüm ki, əvvəlcə ġərq tərəfdəki Ay göyün ortasına çatdıqda
www.kitabxana.net
– Milli Virtual Kitabxana
85
qopub düĢdü və yerə batıb yox oldu. Ondan sonra Qərbdəki Ay bu qayda ilə yerə
düĢüb batdı. Göyün ortasındakı Ay isə havada olan bir kağız parçası kimi yavaĢ-
yavaĢ aĢağı enərək Qəzvində tikdirdiyim ġahniĢin eyvanında - mənim yatdığım
yerə düĢdü. Mənim yerimə bir xalça, onun üstündən də bir döĢək salınmıĢdı.
Həqiqətən yuxum çin oldu. Übeyd xanı məğlub edib məmləkətdən qovduq, Sultan
Süleymanla isə sülh bağladıq. Bax, ömrüm belə keçdi.
ġahəli dedi:
- ġah sağ olsun, ömrün zinəti də elə budur da.
ġah:
- Bəlkə da haqlısan, - dedi və bir qədər düĢüncədən sonra. - Gecdir, duraq dincələk,
görək sabah üzümüzə hansı xəbərlərlə açılacaq.
Kor ġahəli yerindən qalxdı. XudahafizləĢib getdi. ġah da yataq otağına çəkildi.
XIV FƏSĠL
QƏFĠL GÖRÜġ
Gecə xəlvətcə bizə sevgili yar gəlmiĢ idi.
Nizami Gəncəvi
P ərixan bəyim səksəkə içindəydi. Anası Ģahın yanından xeyir xəbərlə
qayıtmamıĢdı. Söylədiyinə görə, Ģahın nə qərara gəldiyi onun üçün tam aydın
olmamıĢdı.
- Qızım, bilirsən ki, atanın sirrindən fələk də baĢ açmaz. Heç onu qınamıram da.
Onun ayağı biləni, bizim baĢımız bilməz. Heydər mirzəni də yamanlamadı, - bir
qədər susub əlavə etdi, - Ay Pərixan, axı sənin siyasətlə nə iĢin? Atanın yanında
söz sahibisən, sarayda hörmət-izzətin, yetim-yesirə əl tutursan, sənə daha nə
lazımdı, qızım?
Pərixan bəyim demək istədi ki, mənə hakimiyyət lazımdı. Hakimiyyət!.. Amma
demədi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
86
- Mənə atamın sağlığı, - dedi. - Bir də o üzlərini mürdəĢir yumuĢları görmək
istəmirəm.
- Qızım, gəl sən məni eĢit, siyasətdən uzaq dur. Siyasət atına minəni tez çəkib yerə
salırlar. O ki qaldı qadın ola…
Pərixan bəyim güldü:
- Gərək sən məni oğlan doğaydın, ay ana.
- Qız, oğlan, nə fərqi, hər ikisi Allahın payıdı. Ana olmaqdan müqəddəs nə var?!
Peyğəmbər əfəndimiz nahaqdan ha deməyib: «Cənnət anaların ayaqları altındadı».
Sən gəl daĢı ətəyindən tök, payızda toyunu eləyək…
- Darıxma, ay ana. Tələsmə bircə… Toy eləyib gəlin köçməyə, kiminsə arvadı
olmağa nə var ki… - Ağlından dilinə gətirmədiyi bir fikir ildırım sürətilə keçdi:
«Arxası üstə uzan, beĢcə dəqiqə sonra ol arvad. Bəs sonra?» Onu ən çox bu sonrası
düĢündürürdü. «Oldun arvad, oldun ana, sonra nə olsun? Bir kiĢinin halalından
baĢqa sən kimsən? Hökmün nəyə çatır? Nə edə bilərsən? BaĢında dolaĢan
fikirlərini, içində cücərən düĢüncə toxumlarını səpməyə münbit torpaq
tapacaqsanmı? Yox! Anan, xalaların sənə Qurani-kərimdən məsəl çəkəcəklər:
«Qadın tarladır, kiĢi əkinçi. Qoy ərin bu tarlada istədiyi kimi əkib-becərsin». Bir an
özünü arxası üstə, niĢanlısı Bədiüzzamanı üstündə təsəvvür elədi. Pörtdüyünü hiss
edib diksindi. «Allahım, doğrudanmı, məni analıq hissindən məhrum etmisən?
Mən niĢanlı ola-ola evimizdə qızmı qalacam? Axı Ģəriətimizdə qız qalmaq da
günahdır. Bilmirəm, bu hakimiyyət eĢqi haradan gəlib düĢüb mənim baĢıma?»
- Yenə nə fikirləĢirsən? - Anasının səsi onu xəyaldan ayırdı.
- Elə Ģey haqda fikirləĢirəm ki, sən artıq o barədə fikirləĢmirsən, ana.
- O nədi elə?
- BağıĢla, ana, deyə bilməyəcəyəm.
- Vallah, baĢdan - ayağa müəmmasan… Sən sarıdan yaman nigaranam, Pərixan.
- TəlaĢ etmə, ay ana. EĢitməmisən: «Aslanın erkəyi, diĢisi olmaz». Gəl səni öpüm,
çox sağ ol ki, sözümü yerə salmayıb atamla sarayda baĢ verənlər barədə
danıĢmısan, - deyə Pərixan bəyim anasının qızıl cıqqalı alnından öpdü.
- ġahla səninlə qardaĢının xatiri üçün danıĢdım. Amma bu danıĢığın bir nəticəsi
olacaq, olmayacaq, bilmirəm.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
87
- Olacaq, ana. Hökmən olacaq! Söz adamın ürəyində torpağa atılan toxumdan daha
tez cücərir. Ġnanıram ki, sənin sözlərin atamın qəlbində yamyaĢıl ağaca dönüb.
Nəticəsini, inĢaallah görərsən. Get rahat ol, mən də yatıram.
Anası gedəndən sonra Pərixan bəyim yatağına girsə də, gözlərinə yuxu getmədi.
Fikirlər üstünə qoĢun çəkmiĢdi. Bu fikir selinin qabağında duruĢ gətirmək çox
çətin idi. Hərdən bu selin içindən Bədiüzzamanın surəti boylanırdı. Pərixan bəyim
xəyalında doğan bu surətə - gələcək ərinin Ģəklinə güzgüdən baxırmıĢ kimi baxırdı.
Baxırdı, amma qəlbində heç bir tərpəniĢ, əndiĢə, həyəcan hiss etmirdi: «Ġlahi,
doğrudanmı mənim qəlbim belə boĢ qalacaq. Niyə məni sevgidən, eĢqdən mərhum
etmisən, ey Tanrım? Axı çölün quĢu, heyvanı da tayını tapmağa can atır. Bəlkə
günah məndə yox, bəxtimə çıxan, məni görəndə özünü itirən Bədiüzzamandadı?!
Hə, hə, bütün günahlar ondadı. O, mənim qəlbimi fəth edə bilmir. Qalalar, ölkələr
almağa nə var, qüdrətin çatırsa, qadın-qız qəlbini fəth elə. Qız deyirəm ey sənə, bir
kiĢi baxıĢından gün vurmuĢ sırsıra kimi əriyən qız yox. Dağ kimi vüqarı, baĢında
ağıl-kamalı olanı».
Fikirləri ilə baĢ-baĢa qalan Pərixan bəyim darıxıb həyətə düĢdü. Onun otağının
qapısı bağa açılırdı. Bura, doğrudan da, cənnət idi, hər cür meyvə ağacları, çoxlu
qızılgül kolları vardı. Hərəmxananın qadınları yaz, yay, payızda ən xoĢ
dəqiqələrini bu bağda keçirirdilər.
Pərixan bəyimi qızılgül qoxusu vurdu. Qızılgülün xoĢ ətri elə bil gecənin üstünə
çilənmiĢdi. Pərixan bəyim yaxınlaĢıb qızılgül ağacının budağını əydi, pardaxlanmıĢ
güllərdən birinin ətrini sinəsinə çəkdi.
- Sən iylədiyin bu qızılgüldən də qəĢəngsən, Pərixan.
Pərixan bəyim sükutu pozan səsdən diksinib döndü və ona elə gəldi ki, niĢanlısı
Bədiüzzaman qızılgül kolunun içindən çıxdı. Bu qəfil gəliĢdən yanaqları qızardı:
- Sənsən?! - dedi.- Məni qorxutdun.
Bədiüzzamanın həyəcandan səsi titrədi:
- BağıĢla, evdə qərar tutmayıb yanına gəldim.
Pərixan bəyim nazlandı. Ərgənlik taxtında əyləĢmiĢ bu xanım ay iĢığında daha da
gözəl görünürdü. Baftalı köynəyinin yaxasından müĢk-ənbər qoxusu gəlirdi.
Oğlanın gözlərindəki parıltı Pərixan bəyimi üĢəndirdi. Sövq-təbii bu parıltının
gəncin gözlərində hansı hislərdən doğduğunu açıqca sezdi.
- Gündüz vaxt tapmırsan, bəy, gecə niyə gəlirsən? - soruĢdu.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
88
- Gündüz min bir göz baxır… Sənin xəbərin yoxdu, Pərixan, mən hər gecə səni
görməyə gəlirəm. Hər gecə, hər gecə… Yalnız bu gecə səni görmək mənə qismət
oldu.
- Əmioğlum olmasan, səni gecə vaxtı bağa buraxmazlar.
Bədiüzzaman xəfifcə gülümsədi:
- Axı, hamı bilir ki, sən mənim niĢanlımsan, - yaxınlaĢıb qızın ĢümĢad əllərindən
yapıĢdı və aparıb ürəyinin üstünə qoydu. - Görürsən necə döyünür…
Pərixan bəyim əlini yavaĢca çəkərək:
- Döyünməsə, yaĢamazsan, - dedi.
Qızın ahəngdar səsi Bədiüzzamanın qulaqlarında əks-səda verdi, süzülüb bütün
varlığına axdı. Oğlan qəflətən Pərixan bəyimi qucaqlayıb bağrına basmaqdan
özünü güclə saxladı. Daha doğrusu, Pərixan bəyimin xanım-xatın ədası, təmkini
oğlanın qabarmıĢ sinəsindən geri itələdi. Bədiüzzaman vücudunu saran ehtirasdan
boğulurmuĢ kimi:
- Pərixan, gəl bu yaxında toyumuzu eləyək, - dedi.
- Tələsmə…
- Nəyi gözləyirik? QarıĢıq zəmanədi, Ģah məni tez-tez orda-burda baĢ verən
ixtiĢaĢları yatırtmağa göndərir. Nə bilmək olar baĢıma nə gələr. Vaxtında evlənək,
oğul-uĢaq sahibi olaq.
Pərixan bəyimin qaĢları çatıldı:
- Bədiüzzaman, gəl toy eləməyə tələsməyək.
- Axı nə üçün? Səbəb nədi?
- Heç özüm də bilmirəm. Elə bilirəm nəsə olacaq.
- Adamlar yerlərində sakit otursa, heç nə olası deyil, Pərixan. Bütün bu xoĢagələn,
gəlməyən iĢlərin baiskarı insanlardı. Hamı elə bil özünə dərd axtarır. - Bir qədər
sözünə ara verib əlavə etdi, - mən səni toydan və məndən qaçıran səbəbi bilirəm.
- Nədi? - Pərixan bəyim maraqlandı.
- Gərək mənim əmim, məmləkətimizin Ģahı səni lap əvvəldən dövlət iĢlərinə yaxın
buraxmayaydı.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
89
- Niyə?!
- Sən atana müĢavirlik elədikcə hökm verməyə, qərar çıxarmağa vərdiĢ elədin. Bu
saat, bəlkə də, sən mənə niĢanlın gözü ilə yox, tabeliyin altında olan bir adam kimi
baxırsan.
Pərixan bəyim ürəkdən güldü:
- Mənə bənd olandan filosof olmusan.
- Mən ürəyimin sözünü deyirəm, Pərixan, qorxuram sənin hakimiyyətə,
hökmranlığa məhəbbətin nigahımıza mane ola.
Pərixan bəyim susub qulaq asırdı. Qəribə də olsa, dayaz zənn etdiyi Bədiüzzaman
onun qəlbini çulğamıĢ iki bir-birinə zidd fikri oxumuĢdu. O, kiĢi ehtirasının
alovunda yanmaqdan açıqca qorxurdu, ona görə də oğlanı yaxına buraxmırdı.
Bilirdi ki, niĢanlısını azacıq yaxına buraxsa, onun qüvvətli əlləri incə belinə
dolansa, dodaqları öpüĢ görməyən dodaqlarına toxunsa hakimiyyətə əlvida deyib
gərdəyin arxasına keçəcək. Bu isə hər zaman mümkündü, indilik isə hakimiyyət!
Ancaq hakimiyyət! Əgər Bədiüzzaman dünyaya ancaq ehtirasının gözü ilə baxıb
sınağa dözməsə, heç, yox, dözsə, bu hakimiyyətdən ən böyük pay elə ona çatacaq.
Bu cür düĢüncələr içində Bədiüzzamana dedi:
- Gecdi, gedək.
Bədiüzzaman nəsə demək istədi. Pərixan bəyim əlini oğlanın dodaqları üstünə
qoydu:
- Sus. Elə mətləblər var ki, onu danıĢmazlar. - Oğlanı sındırmamaq üçün baĢlarının
üstündəki Ayı ona göstərib dedi: - Bizdən çox-çox əvvəl yaĢayanlardan biri yaxĢı
deyib:
Əzizim qəlbiləndi,
Ay doğdu qəlbiləndi.
Nəyə desən and içim,
Bu qəlb o qəlb iləndi.
Gecən xeyrə qalsın.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
90
- Xeyrə qarĢı.
Pərixan Bədiüzzamandan ayrılıb hərəmxana dairəsinə keçdi. Oğlan bir xeyli onun
ardınca baxıb, ağacların arasında gözdən itdi.
XV FƏSĠL
QURBAĞA GÖLÜNƏ ATILAN DAġ
Səbr etməklə kiĢi zindandan çıxar,
Səbr ilə açılar bağlı qapılar.
Nizami Gəncəvi
ġah tam sağalmıĢdı. Həkim Əbu Nəsir sevincini gizlədə bilmirdi. Baxmayaraq ki,
qəlbən Heydər mirzənin tərəfdarıydı, amma Ģahın sağalması üçün əlindən gələni
eləmiĢdi. ġah da onun zəhmətini layiqincə qiymətləndirmiĢdi. ġah hələ də xəstə
olduğu zaman iki tirəyə bölünmüĢ qüvvələri intizarda saxlayırdı. Sarayında oturub
kəhrəba təsbehini çevirə-çevirə hər kəsin hərəkətini, ağzından çıxmıĢ sözlərini
ayrı-ayrılıqda vərə-vürd eləmiĢdi.
ġah hər bir iĢi vaxtında görməyi sevirdi. Xəstəliyi ucbatından görüləsi iĢləri çoxdu.
Sabah yığılıb qalan bəzi iĢləri sahmana salacaq, sonra Heydər mirzənin
tərəfdarlarının, hamısı olmasa da, bəziləri ilə görüĢüb onlara yerlərini
göstərəcəkdi…
ġah özünü kifayət qədər gümrah hiss eləyirdi və bir azdan hamama getməyə
hazırlaĢırdı. Təmizliyi çox sevirdi. Hətta bu məsələdə ifrat dərəcədə vasvası idi.
HəmiĢə deyirdi ki, gərək adamdan gül qoxusu gəlsin…
Pəncərənin önünə gəlib öz əli ilə saldırdığı bağın tamaĢasına durdu. Yadına
atasının «Dəhhamə»si düĢdü:
QıĢ getdi, yenə bahar gəldi,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
91
Gül bitdüvü laləzar gəldi.
QuĢlar qamsu fəğanə düĢdü,
EĢq odu yenə bu canə düĢdü.
Çöldə qopan hay-küy onu xəyaldan ayırdı. Hüseynqulu Xüləfa baĢının dəstəsi ilə
hərəkətə keçmiĢdi. Axı, Ģahsevənliklərini sübut etməliydilər. Dövlətxananın
önündə qılınc, nizə, balta, yay-oxla silahlanmıĢ minlərlə sufi toplanmıĢdı.
Hüseynqulu Xüləfanın bəlağətli nitqi, tərəfdarlarının təbliğatı iĢini görmüĢdü. Ġlk
bəhanələri bu oldu ki, biz xəstəlikdən təzəcə durmuĢ mürĢidi-kamilimizi - Ģahımızı
Heydər mirzənin tərəfdarına, gürcü əsilli Zal bəyə etibar eləyə bilmərik. Ondan
xəta əskik deyil. Zal bəyin adamları da vuruĢmağa hazır dayanmıĢdılar.
Bu zaman Hüseyn bəy YüzbaĢı da baĢının dəstəsi ilə dövlətxananın qabağına gəldi.
Ustaclıların əmirini görəndə Hüseynqulu Xüləfanın diĢi bağırsağını kəsdi.
- Ey Hüseyn bəy YüzbaĢı, sən Ģahzadə Mustafanı da yolundan çıxartmısan!
Gördün, Allah sənin murazını necə gözündə qoydu, istəyirdin Heydər mirzəni taxta
çıxardasan. Ġndi de görüm, nə üzlə dövlətxanaya gəlmisən?
Hüseyn bəy YüzbaĢı təmkinli addımlarla Çehelsütun eyvanına qalxdı. Sonra
Mustafa mirzə, Allahqulu sultan Aycəkoğlu, Piri bəy Qoçulu, Murad xan
SüfrəçibaĢı, Məhəmməd bəy Qoyunçuoğlu, lap arxada Ġsgəndər bəy Çehelsütun
eyvanına çıxıb Hüseyn bəy YüzbaĢının yanında dayandılar.
Hüseyn bəy YüzbaĢı ilə söhbətdən sonra gecə-gündüz gördüklərini yazan Ġsgəndər
bəy ilk dəfəydi əli qılınclı, oxlu-kamanlı, baltalı-yabalı belə böyük bir kütlənin
qabağında dayanıb onları seyr edirdi. Hər Ģeyi olduğu kimi yadında saxlamağa
çalıĢırdı. Artıq nəinki hadisələrin mahiyyəti, hadisəni törədənlərin xisləti də ona
aydın idi.
Tərəflər qarĢı-qarĢıyaydı. Nəyin və kimin naminə ölməyə və yaxud öldürməyə
atıldıqlarının fərqinə varmadan səs-səsə vermiĢdilər.
Hüseyn bəy YüzbaĢı ondan ehtiyatlanırdı ki, Hüseynqulu Xüləfanın öyrədilmiĢ
adamları qəflətən silaha əl ata və qan tökülə. O, buna yol verməmək üçün üzünü
ĢiĢman gövdəli Hüseynqulu Xüləfaya tutdu:
- Bura bax, ey Hüseynqulu Xüləfa, sən axı dövlətin xüləfasısan, səni özünün
mürĢidi bilən çoxlu sufi var. Sözdə özünü Ģahsevən kimi aparırsan, əməldə yox.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
92
Deyir, avazın yaxĢı gəlir, oxuduğun «Quran» olsa. Sən əsl məramını qızılbaĢlardan
gizlədirsən, onların belinə yaraq qurĢayıb Ģah sarayının qabağına gətirmisən. Axı,
sən niyə qızılbaĢlar arasına nifaq salırsan. Sənin Zal bəylə nə iĢin var? Yəni sən
onu mürĢidimizdən, padĢahımızdan daha yaxĢı tanıyırsan?!
Hüseynqulu Xüləfa camaatın arasından səsini qaldırdı:
- Bura bax, sən o Ģah eyvanından bizə nə moizə oxuyursan? Səni qızılbaĢlara kim
vəkil seçib?
- Səni seçənlər məni də seçib. Allaha həmd və Ģükür olsun ki, padĢahımızın,
mürĢidimizin, vəlinemətimizin qiymətli baĢı salamatdı. Ey Xüləfa, bizim və sizin
nə həddimiz var ki, dövlətxananın qabağına yığıĢıb Ģahımızın gözü qarĢısında bu
cür özbaĢına hərəkətlər edək?!
Sual cavabsız qaldı.
Bu zaman Kor ġahəli bəy camaatın içindən ayrılıb Ģahın sarayına girdi. Onu həm
Ģahsevənlər, həm də Heydər mirzə tərəfdarları gördülər və baĢa düĢdülər ki, burada
baĢ verənlər bitcə-bitcə Ģaha çatdırılacaq və Ģah baĢ verənlərə özünə xas cavab
verəcəkdir. Doğrudan da, çox çəkmədi Ģahın fərraĢı Çehelsütun eyvanında göründü
və hər kəsin eĢidə biləcəyi səslə Zal bəyi səslədi:
- Zal bəy, Ģah sizi gözləyir, Cəfərabad məhəlləsindəki hamama gedəcək.
Elə bil qurbağa gölünə daĢ atdılar, hamı səsini kəsdi. Hüseynqulu Xüləfa bu sözləri
eĢidəndən sonra siviĢib aradan çıxdı.
XVI F Ə S Ġ L
ÇEHELSÜTUN EYVANINDA ġƏNLĠK
Hər ümidsiz iĢdə xeyli ümid var,
Qaranlıq gecədən ağ səhər doğar.
Nizami Gəncəvi
www.kitabxana.net
– Milli Virtual Kitabxana
93
N eçə gün idi nökər-qaravaĢ Səadətabad bağında, bağın içindəki imarətlərdə
təmizlik, abadlıq iĢləri aparırdılar. ġah cümə günü sağalması münasibəti ilə
doğmalarını baĢına yığıb Ģadyanalıq etmək fikrindəydi.
ġah Təhmasib Səadətabad bağını Qəzvini məmləkətin paytaxtı elan etməzdən çox-
çox qabaq -- 1545-ci ildə saldırmıĢdı. Onda bura Qonaqabad adlanırdı və sahibi də
Mirzə ƏĢrəf adlı varlı-hallı bir kiĢiydi. ġah Mirzə ƏĢrəflə sövdələĢib bu yeri ondan
almıĢdı. ġah böyük bir bağ saldırmıĢ və adını da Səadətabad qoymuĢdu. Bağın tən
ortasında yay-qıĢ suyu əskik olmayan arx çəkilmiĢdi. Arxın hər iki tərəfində sırayla
əkilmiĢ xan çinarlar göz oxĢayırdı. Səadətabadın mərkəzində hündür imarətlər, kaĢı
və müxtəlif əlvan naxıĢlarla bəzədilmiĢ saraylar, beĢ yüzdən çox adam tutan
eyvanlar, münĢilərin, nəqqaĢların, xəttatların, pərvanələrin iĢləməsi üçün hər cür
Ģəraiti olan kitabxana, dəftərxana tikilmiĢdi. Bunlardan baĢqa, HəĢtbehiĢt, Nəciyyə
və ġah məscidləri də inĢa edilmiĢdi.
ġah 1555-ci ildə Təbrizdən Səadətabad bağındakı imarətə köçüb Qəzvini
məmləkətin paytaxtı elan etdi. Bu münasibətlə Ģəhərdə görünməmiĢ atəĢfəĢanlıq,
toy büsatı yaĢandı. QonĢu ölkələrdən Ģaha təbrik məktubları, bahalı hədiyyələr
gəldi. Bünövrəsi neçə il qabaq qoyulmuĢ Dövlətxananın inĢası baĢa çatdı. ġah
dünyaca məĢhur Çehelsütun eyvanındakı bəzi təsvirləri öz əliylə çəkdi.
Dövlətxananın Çehelsütun eyvanındakı kitabələrin yazılmasını məĢhur xəttat
Hüseyn Hərəviyə tapĢırdı. Ġmarətin bürcündə quĢ heykəli ucaldılmıĢdı. Bu heykəl
sülh və xoĢbəxtlik rəmzi idi. Səadətabad bağının yeganə, amma çox böyük və
hündür bir darvazası vardı. Bağa giriĢ yalnız bu darvazadan idi…
Cümə günü Çehelsütun eyvanına ipəküzlü döĢəkçələr, qotazlı mütəkkələr
düzülmüĢ, ortaya uzun, çox uzun süfrə salınmıĢdı. Eyvanın aĢağı tərəfində çalıb-
oxumaq, rəqs etmək üçün yer ayrılmıĢdı. ġah çox götür-qoydan sonra külfətini,
yaxında olan qohum-əqrəbasını, simsarlarını Çehelsütun eyvanına dəvət edib
onlarla üz-üzə oturtmaq fikrinə düĢmüĢdü. Gün batanda artıq hamı eyvandaydı.
Qulluqçular gümüĢ Ģamdanlardakı Ģamları yandırmıĢdılar. Burada Gilandan gəlmiĢ
məĢhur AĢıq Zeytundan, sarayın zurnaçısı Həsəndən, nağaraçı Hüseyn Bəlyanidən,
Ģöhrəti məmləkəti dolaĢan xanəndələr Hafiz Əhməd və Hafiz Lələ Təbrizidən,
onları müĢayiət edən tar-tənbur ustadı ġahsuvardan və kamança çalmaqda tayı-
bərabəri olmayan Məsumdan baĢqa yad adam yoxdu. Əslində, onlar da yad
deyildilər, sənətləri ilə hər kəsin doğması ola bilmiĢdilər. Ustad Həsənlə, ustad
Hüseyn saray musiqiçiləri idilər, onlar baĢqa məclisdə çalıb-çağıra bilməzdilər.
Hətta Ģah bir kərə gedib özgə məclisində zurna çaldığına görə ustad Həsəni
məhbəsə saldırmıĢdı. Hafiz Əhmədlə Hafiz Lələ Təbrizi də bir vaxt Ģah sarayının
xanəndələri olmuĢdular. Amma onların avazı, səsləri o qədər məlahətli, əfsunedici
www.kitabxana.net
– Milli Virtual Kitabxana
94
idi ki, Ģah bundan narahat olmağa baĢlamıĢ, qorxmuĢdu ki, sahzadələr onların
ifasına aludə olub heç bir iĢlə məĢğul olmazlar. Çarəni xanəndələri sərbəst
buraxmaqda görmüĢdü. Əslində, verdiyi bu qərar heç də ürəyincə olmamıĢdı,
amma gözəl səsin, musiqinin insan qəlbini necə fəth etdiyini, baĢ qatdığını yaxĢı
bilirdi. Bu gün çoxdan bəri səsləri Çehelsütun eyvanında eĢidilməyən Hafiz
Əhmədlə. Hafiz Lələ Təbrizinin səsinə qulaq asmağa mənəvi bir ehtiyac
duymuĢdu. Onların gəliĢindən hər kəs məmnun idi…
ġahın baxıĢları bir-bir məclisdəkilərin üzündə gəzirdi. Sanki onların qəlblərindən
keçənləri gözlərindən oxumaq istəyirdi. Axı, göz qəlbin aynasıdı -- deyirlər. O, bu
aynada hər Ģeyi olduğu kimi görmək istəyirdi. Bura toplaĢanların hər biri onun
üçün əzizdi. Lap baĢda, sağ tərəfində sevimli arvadı, iki Ģahzadə anası Sultanım
bəyim oturmuĢdu, ondan sonra digər Ģahzadələrin anaları əyləĢmiĢdilər. Bu
qadınların hər biri Ģahın birinci zövcəsi Sultanım bəyimə sayğı ilə yanaĢırdı.
Onlardan sonra Ģahın qızları oturmuĢdular. Əvvəl Ģahın böyük qızı Gövhər bəyim
əyləĢmiĢdi. ġah onu doğma qardaĢı Bəhmən mirzənin oğlu, sarayın eĢikağası
Ġbrahim mirzəyə ərə vermiĢdi. Onların yeganə qızı da babasının məclisindəydi. ġah
kürəkənlərindən Ġbrahim mirzəni daha çox istəyirdi. Çünki Ġbrahim mirzə adi
adamlardan deyildli; Ģair, alim, sazbənd, xəttat, ilahiyyat və dünyəvi elmlərə
aĢiyan, mərifət və kamal sahibiydi. Onun Cahi təxəllüsü ilə yazdığı seirləri dillər
əzbəriydi. Saz çalıb - oxumaqda da ustadlardan geri qalmırdı. ġah onunla bir
məclisdə olanda darıxmırdı, əksinə, xoĢ anlar yaĢayırdı. ġah özü də yeri gələndə
Ģeirlər yazırdı və söhbətlərində Ģah beytlər söyləməyi çox sevirdi.
Gövhər xanımın yanında əyləĢən Pərixan bəyimin də əmisi oğlu Ġbrahim mirzəyə
və bacısına xüsusi məhəbbəti vardı. Gövhər xanımla onu bacılıq hissindən çox
rəfiqəlik, dostluq telləri bağlayırdı. Pərixan bəyimin yeganə getdiyi yer bacısının
evi idi. Ġbrahim mirzənin hikmətli söhbətlərini dinləməkdən doymazdı. Saatlarla
əmisi oğlunun zəngin kitabxanasında oturub mahir xəttatlar tərəfindən üzü
köçürülmüĢ qədim kitabları, təzkirələri oxuyardı. Bacısı ilə əyləĢib Ġbrahim
mirzənin saz çalıb-oxumasına qulaq asar, «Gövhər sultan, əziz bacım, Allah sənə
bu xoĢbəxtliyi çox görməsin. Ġbrahim mirzə kimi incə qəlbli, zərif təbli, kamil bir
insanın məhbubu olduğuna görə xoĢbəxtsən» - deyərdi Pərixan bəyim.
Gövhər bəyim də taleyindən çox məmnun olduğunu söyləyərdi:
- Hə, bacı, doğrudan da, Ġbrahim mirzəylə xoĢbəxtəm. O, hər kəsə bənzəmir. Mən
onsuz bircə gün də yaĢaya bilmərəm.
- Siz bir-birinizə çox yaraĢırsınız. Sevginiz qayım-qədim olsun, - deyə Pərixan
bəyim bacısını qucaqlayıb üzündən öpərdi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
95
Gövhər bəyim Pərixan bəyimin əlindən yapıĢıb sürməli gözlərindən bəxtiyarlıq
yağdıra-yağdıra deyərdi:
- Bacı qurban, bilirsən Ġbrahim nə qədər qəzəl, qəsidə, müxəmməs yazıb?! Həm
türkcə, həm də farsca. Lap rəhmətlik babamız ġah Ġsmayıla çəkib. Mən də onun
xəttatı olmuĢam, o yazır, mən də üzünü köçürürəm. Özünün xəttatları var, amma
bu iĢə özüm maraqlıyam.
Pərixan bəyim Ģaqraq gülüĢlə:
- Ay sənin canınacan, kiĢinin sirrindən agah olmaq istəyirsən də. Ġstəyirsən biləsən,
görəsən sənə nə yazıb. Axı kiĢilər qadınlarını üzlərinə tərifləməyi sevmirlər. Düz
deyirəm?
- Hə, bacı qurban, düz deyirsən. Mənim könüllü xəttatlığımda dediklərinin hər ikisi
var. Allah onu mənə və qızılbaĢlara çox görməsin.
- Amin! Onun bəstələdiyi nəğmələri sevməyən varmı? Allah bədnəzərdən saxlasın.
- Amin, bacı qurban, amin…
Pərixan bəyim bu gün çox Ģad görünürdü. Bunu hətta kəhrəba rəngli rübəndinin
arxasından cilvələnən çöhrəsindən də görmək olurdu. Onun niĢanlısı, Sistandakı
Nimzun vilayətinin valisi Bədiüzzaman da məclisdəydi və oğrun-oğrun Pərixan
Dostları ilə paylaş: |