«bədbəxtlik» sözünü aydınca oxudu. - Allah sənə görmək fürsəti, yazıb-oxumaq
qabiliyyəti veribdi. Sən iĢindən ayrılmadan ətrafına diqqət eləsən, ayıq gözlə
baxsan, çox Ģey görəcəksən. Sən bu gördüklərini gecələr qələmə al! Səfəvilər
xanədanının tarixini yaz. YaĢlı adamlarla söhbət elə, qədim əlyazmaları oxu. Səni
tarixdə mədaxil-məxaric dəftərlərindəki rəmzi iĢarələr yox, qələmə aldıqların
yaĢadacaq. Görürsənmi ətrafımızda nələr baĢ verir? Sən deyə bilərsənmi, indi
üzbəüz oturub söhbət etdiyin Hüseyn əminin baĢına sabah nələr gələcək?
Ġsgəndər bəy «bəli, xeyr» demək əvəzinə çiynlərini çəkdi.
- Görürsən, səhih cavab verə bilmirsən. Çünki sabahımız bəlli deyil, getdiyimiz
cığır fikir meĢəsində itib-batır. Taleyimiz isə Ulu Tanrıdan çox Hüseynqulu Xüləfa
kimi Ģeytanla qolboyun olub yatanların əlindədir.
- Hüseyn əmi, belə bədbin düĢünməyin. Mən sizi çox güclü bir adam bilirəm.
- Söhbət güclü, yaxud gücsüz adamdan getmir. Söhbət ətrafımızı, daha doğrusu,
ürəyimizi qapsımıĢ hörümçək torlarından gedir. Mən sənə gündüzlər insafdan,
mürvətdən, Allaha sadiqlikdən, bəndələrə hörmətdən, insanlıqdan laf edib, gecələr
min bir hiylə iĢlədib, yolları üstə çıxan heç kəsə aman verməyən, qazdıqları
quyuya salan, gözlərinə mil çəkdirən, baĢ kəsən, ev yıxan cəlladlardan danıĢıram.
Sən bunları görürsənmi, Ġsgəndər bəy?!
Ġsgəndər bəy dirçəlmiĢ halda:
- Görürəm, Hüseyn əmi, əlbəttə görürəm. Mən də bu hadisələrin içində deyiləm
bəyəm?
- Xeyr, sən bu hadisələrin içində deyilsən, ancaq Ģahidisən. Oğlum, heç mən səni
bu iyrənc olayların içində görmək də istəmirəm. Amandı, sən özünü bulaĢdırma,
uzaqda dayan, amma gör, əyrini düzdən, düzü əyridən, doğrunu oğrudan, safı
hiyləgərdən, mərdi mərdimazardan ayırd etməyi bacar.
Ġsgəndər bəy dolub - daĢan Hüseyn bəy YüzbaĢıya söz verdi:
- Arxayın olun, Hüseyn əmi, haqqı nahaqqa vermədən hər Ģeyə diqqət yetirəcəyəm.
Siz məni söhbətinizlə qəflət yuxusundan oyatdınız. Son vaxtlar ətrafımda baĢ
verənlər məni də düĢünməyə sövq edir.
- Çox əcəb. Sən həmiĢə ayıq ol. Sənin gözlərinin önündə gözləri baxa-baxa, ayaq
üstə yatanlar çox olacaq. Sən onlara məbadə qoĢulasan. Onlar heç Ġsrafil gəlib sur
www.kitabxana.net
– Milli Virtual Kitabxana
54
düdüyünü çalanda da oyanmayacaqlar. Sən çox oxu, kamilliyə can at, onsuz da
ətrafımız nadanlarla doludu. Sən dünya iĢlərindən huĢyar ol. Vəzifədə, ad-sanda
yox, öz içində, öz gözündə uca ol, onda hər kəsin yanında da uca olarsan.
- Hüseyn əmi, bu dəyərli nəsihətlərinizi ömrüm boyu unutmaram. Söylədikləriniz
həyat dərsləridi, - dedi. Az sükutdan sonra əlavə etdi: - Gecdi, icazə verin mən
gedim, valideynlərim narahat olarlar.
Hüseyn bəy:
- Gecdi, getmə. Valideynlərin bilirlər ki, mənim yanımdasan. Mən də yorulmuĢam,
yer salsınlar yataq, - dedi və çaxçaxı vurdu. Qulluqçu qapını açıb içəri girdi:
- Yatmağa yer hazırlayın.
VIII fəsil
BAġ TUTMAYAN SÖHBƏT
Sərvətin artdıqca bil ki, artacaq dərdi-sərin,
Sən öləntək parçalar ol sərvəti varislərin.
Ġmadəddin Nəsimi
Gecə Pərixan bəyimin anası Ģahın yanındaydı. Biri-birini oxĢayandan, sığal-
tumardan, can alıb, can verəndən sonra iki övlad anası keçdi əsas mətləbə:
- Təhmasib, bilmirəm necə deyim, sən ağır xəstə yatanda Heydər mirzə heç özünü
yaxĢı aparmadı… - susdu. Gözlədi ki, Ģah nə isə desin, soruĢsun, Səfəvilər
xanədanının hökmdarı isə susmuĢdu.
- Qan özünü göstərdi, Təhmasib. Qan…
ġah qeyzlə arvadına baxdı:
- Bu nə qan söhbətidi belə, Heydər mirzə mənim qanımdan deyilmi?
Xanım sözünə düzəliĢ verdi:
- Əlbəttə, sənin qanındandır, ayrı nə cür ola bilər?
www.kitabxana.net
– Milli Virtual Kitabxana
55
- Bəs onda bu nə sözlərdi deyirsən?
- Axı onun anası gürcü qızıdı.
- Nolsun, Ġslamı qəbul eləyib, övladımın anasıdı.
Arvadı çoxdan içində qövr eləyən sözü, nəhayət, söylədi:
- O ki sənin cariyələrindən biriydi.
ġah arvadının sarı simə vurduğunu anlayıb:
- O Gürcüstanda sayılan bir kiĢinin qızıydı. O məmləkətə üçüncü yürüĢümdə o qızı
əsir götürmüĢdük. Saraya, hərəmxanaya gətirdik. O da cariyələrimdən biri oldu.
Amma indi o, Ģahzadə Heydər mirzənin anasıdı. Ona hörmətlə yanaĢmaq hər kəsin
borcudu! - ġah bu sözlərlə «yəni sənin də borcundu» dedi və xanım da bunu
gözəlcə anladı.
- Bəs onun qardaĢı Əlixan bəy Gürcüyə, onun dostu Zal bəyə nə deyirsən?
- Zal bəy nə qələt eləyib? - ġah açıqca istehzayla soruĢdu.
- O da Heydər mirzənin tərəfindədi.
- Bəs kimin tərəfində olacaq, Zal bəy Heydər mirzənin doğmaca dayısı Əlixan
bəyin dostu deyilmi?
- Vallah, qəribə adamsan, hər dinini dəyiĢən, elə bilirsən içini də dəyiĢir?
- Mərdi qova-qova namərd eləməsək, əlbəttə, zahirdə bizimlə, batində
özününkülərlə olar. Mən bu binəvaları yox, onların bizə kəc baxan ağalarını,
ġəkini, ġirvanı yağmalayıb aparanları, gəlin-qızlarımızı çıl-çılpaq atdöĢü eləyənləri
cəzalandırmaq üçün Gürcüstana qoĢun çəkmiĢdim. Sən ki yaxĢı bilirsən, çox vaxt
qurunun oduna yaĢ yanır. Zal bəy, Əlixan bəy və bacısı əsir düĢdü, biz də götürüb
gəldik. Ġndi deyirsən bu adamlara hər fürsətdə zülm eləyim? Peyğəmbər əfəndimiz
beləmi buyurub, xanım əfəndim? Biz xaçpərəstlərlə qəddar rəftar etsək, Ġslamın
müqəddəs qılıncı heç zaman parlamaz.
- Bəli, Peyğəmbər salavatullah zülm etməyi heç kəsə rəva bilməyib.
- Bəs elə isə sən niyə mənə haqsız olmağı rəva bilirsən?
- Allah eləməsin, Təhmasib, mən səni ayıq olmağa dəvət edirəm. YaxĢı, bu Heydər
mirzə əzizindi, Əlixan bəylə Zal bəy qayınlarındı, bəs bu Piri bəy Qoçuluya,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
56
Məhəmməd bəy Qoyunçuoğluna, Allahqulu sultan Aycəkoğluna, Hüseyn bəy
YüzbaĢıya, onların bir yığın tərəfdarlarına nə deyirsən?
- YaxĢı, mənim tərəfimi saxlayanlar kimdi?
- Qızımız Pərixan, oğlumuz Süleyman mirzə, dayıları ġamxal Çərkəz, Hüseynqulu
Xüləfa…
ġah xanımını sınayıcı nəzərlərlə süzdü:
- Bəlkə onlar mənim yox, Ġsmayıl mirzənin tərəfdarlarıdı?!
- Məgər Ġsmayıl da sənin oğlun deyilmi?
- Əlbəttə, oğlumdu, vaxtilə Ģücaət göstərmiĢ Ģahzadədi…
- Amma zindanda yatır.
- Əmrimə itaət etməyib, hakimiyyət sevdasına düĢüb atasının üzünə ağ olanın yeri,
əlbəttə, zindandı. Yoxsa onu gətirib sarayda pərqu yorğan-döĢəkdə yatırtmalıyam?
Xanım da tabe olmaq istəmirdi:
- Təhmasib, əgər insafla danıĢsaq, Heydər mirzə də hakimiyyət sevdasına
düĢməyibmi?
- Xeyr. Mən onu hər kəsdən yaxĢı tanıyıram. Bütün bu həngamələr xəstəliyimlə
bağlı olub. Ehtiyatkarlıqdan yaranıb. YaxĢısı budur sən bu cür çirkin iĢlərə
qarıĢma, - deyə Ģah yerindən qalxdı və bununla da söhbət bitdi. Xanım da çənə
vurmağın, dil tökməyin mənasız olduğunu görüb ayağa durdu. Söhbətin ürəyi
istəyən kimi alınmadığından pərt olmuĢdu. Hətta ürəyində onu bu iĢə qatdıqlarına
görə qızıyla oğlunu qınadı da. Qorxdu ki, Ģahın qəlbi ondan sına. Ərinin necə kinli
olduğunu gözəl bilirdi, ondan incisə, bir də ona yaxın durmayacaqdı, yana-yana
qalacaqdı. Belə olmağını isə qətiyyən istəmirdi. Nigaranlığına aydınlıq gətirmək
üçün əri ilə üz-üzə, göz-gözə durdu. Bəzən bir lal baxıĢın dediklərini bir yığın
sözlə çatdırmaq olmur. Gördü ki, ərinin gözləri dumdurudu, orada özünə qarĢı
zərrəcə kin yoxdu və içindəki sevinc hissinin təsiri ilə Ģahın tüklü iri əllərini
dodaqlarına apardı.
- Gecən xeyrə qalsın, hökmdar.
- Xeyrə qarĢı, xanım. Çox Ģeyi ürəyinə salma, Allah özü hər Ģeyi yoluna qoyacaq.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
57
IX fəsil
XƏYANƏTĠN ĠZĠ ĠLƏ
Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı.
(Atalar sözü)
Heydər mirzəni və tərəfdarlarını gözdən salmaq üçün elə bil növbəyə durmuĢdular.
ġah isə müdriklik göstərib onlara dil vermirdi. Amma istər-istəməz içi bulanmıĢdı.
Gəlib-gedənlər ürəyinə xal sala bilmiĢdilər. Əlbəttə, Ģah çox gözəl baĢa düĢürdü ki,
bu iĢdə hər kəsin öz məramı, öz həqiqəti var. Bəs əsl həqiqəti harada aramalı?
Həqiqət sandığın Ģeyin özü doğrudanmı həqiqətdir? Doğrudanmı sən hər an
həqiqətin yanındasan? Bəlkə, sənin həqiqət zənn etdiyin, əslində, həqiqət deyil?
Hər kəsin həqiqəti öz mənafeyindən doğmurmu? Biz həmiĢəmi ədalətli oluruq?
ġahın bu yerdə fikri yaĢamıĢ olduğu günlərə uçdu, keçmiĢi də onun yadına Heydər
mirzənin tərəfdarları arasında adı hallanan Allahqulu sultan Aycəkoğlu ismini
saldı. Allahqulu məsələsini düĢündüyü yerdə Gilan vilayəti, o vilayətin Xan
Əhməd və Müzəffər sultan adlı hakimlərini də xatırladı, daha doğrusu, o zaman
baĢ verənləri bütün olaylarıyla yaddaĢında bərpa elədi. Vaxtilə baĢ vermiĢ bu
hadisələrin bir ucu da Allahqulu sultan Aycəkoğluna gəlib dirənirdi. ġahın özünün,
doğmalarının Gilan vilayətinə, oranın adamlarına xüsusi rəğbəti vardı. Çünki
gələcək Səfəvilər xanədanının banisi ġah Ġsmayılı uĢaq vaxtı məhz Gilanda
gizlədib, bəlalardan qorumuĢdular. Bu Gilan vilayəti də iki hissəyə ayrılmıĢdı.
Biye-pəsə və Biye-piĢə. Biye-piĢə Xan Əhməd, Biye-pəsə isə Müzəffər deyilən
Əmirə Dibac hakimlik edirdi. Bu Əmirə Dibaca Müzəffər adını da atası ġah
Ġsmayıl cənnətməkan Çaldıran döyüĢündən dörd il keçmiĢ, onun sarayında olanda
ona vermiĢdi. ġah hətta Müzəffəri qızı XanıĢ bəyimlə də evləndirib onunla qohum
olmuĢdu. Amma o neylədi?
Çaldıran döyüĢündə qələbə çalan Sultan Səlim ġah Ġsmayıldan öncə dünyadan
köçdü. Onun yerini oğlu Süleyman tutdu. Dörd il sonra ġah Ġsmayıl da dünyasını
dəyiĢdi, on bir yaĢına qədəm qoymuĢ Təhmasib mirzə onun yerinə taxta çıxdı.
Əvvəl hər Ģey öz qaydası ilə gedirdi. Amma bəzi adamları Ģeytan yolundan azdırdı.
Təhmasib mirzə taxtda oturandan bir müddət sonra atasının zamanında yasavul
olan Üləma Təkəliyə eĢikağası rütbəsi verib əmirlər cərgəsinə çıxartdı. Üləmanın
www.kitabxana.net
– Milli Virtual Kitabxana
58
sevincinin həddi-hüdudu yoxdu. Elə bu vaxt Xorasanda Təkəli camaatı üsyan etdi.
ġah Üləma Təkəlini Azərbaycanın əmrül-ümrası1 seçdi və ona mənsub olduğu
tayfanı sakitləĢdirmək üçün üç yüz qorçu götürüb Xorasana getməyi tapĢırdı.
Üləma Ģaha «baĢ üstə, göz üstə» desə də, Xorasana yox, Təbrizə getmiĢdi. Onun
könlündən səltənətin vəkili olmaq keçirdi. ġahının isə bu vəzifəni ona vermək fikri
yoxdu. Ona görə də rəncidəydi. O, burada Sarayın darğalığını2 ələ keçirmək
istəmiĢdi. Amma qorçular ona mane olmuĢdular. Üləma həddini aĢaraq Ģaha
məxsus cins atları, fərĢxanada saxlanan naxıĢlı çadırı ələ keçirmiĢdi. Təbrizin varlı
adamlarını bir bəhanə ilə dama basıb, mal-mülklərini əllərindən almıĢdı. ġah bəlkə
də səltənətin vəkili olmaq eĢqinə düĢmüĢ Üləmanın törətdiyi bu iĢlərə göz
yumardı, amma eĢidəndə ki, onun göstəriĢi ilə güləbətin tikən kənizləri (qızları)
ustaların əlindən alıb mülazimlərinin ixtiyarına verib, onu Allahın izni ilə
ayaqlarından asacağına and içdi. Üləma da cəzasının ağır olacağını tez baĢa düĢdü
və gecə ikən Türkiyəyə - Sultan Süleymanın sədr-əzəmi Ġbrahim paĢanın yanına
qaçdı. Təhmasib Ģah elçi göndərib xaini geri istədi. Sultan Süleyman da Ġbrahim
paĢanın əlindən qaçıb Təhmasib Ģaha pənah gətirmiĢ ġərif bəyi tələb etdi.
Təhmasib Ģah müdriklik göstərib Sultan Suleymana yazdı ki, etirazım yoxdu,
Üləmanı göndərin, ġərif bəyi aparın: «Nə üçün Üləma və ġərif bəyə görə iki Ġslam
padĢahı arasında çəkiĢmə olsun». Amma hər Ģey əksinə oldu. Sultan Süleyman
Üləmanın sözü ilə Azərbaycana qoĢun yeritdi. Ah, Üləma, Üləma, sənə görə nə
qanlı-qadalı hadisələr baĢ verdi, səni tutmaq üçün nə qədər vaxt sərf olundu.
Sultan Süleyman əvvəl-əvvəl onu diĢinə vurub, bərkliyini, boĢluğunu yoxlamaq
istədi. Fil paĢa adlı birini əlli minlik qoĢunla Van qalasının sərhədlərinə göndərdi.
O da dərhal əks hücuma keçib Fil paĢanı toplarını döyüĢ meydanında qoyub
qaçmağa məcbur elədi. Elə bu vaxt eĢitdi ki, Kar Übeyd xan Özbək Xorasana
hücum edib. Vaxt itirməyib dərhal Xorasana getdi. Üləma xan Ġbrahim paĢaya
Ģahın Azərbaycanda olmamasından yararlanmağı, Əcəm torpaqlarına hücuma
keçməyi məsləhət bildi. Ġbrahim paĢa Azərbaycana hücum etmək üçün Sultan
Süleymandan izn aldıqdan sonra səksən min nəfərlik orduyla hücuma keçdi. Bu
yürüĢdə xain Üləma xan ona bələdçilik elədi. 1534-cü ilin iyun ayı idi.
Təhmasib Ģah Sultan Süleymanın qoĢunu barədə səhih məlumat alandan sonra
hesabladı ki, Sultanın üç yüz min nəfərlik qoĢunu varsa, deməli, bir o qədər də
xidmətçisi, atı, dəvəsi, qatırı var. Hər adama və heyvana gündə iki mən1 azuqə
lazımdı. Bu da hər gün on beĢ min xalvar2 edir. YaxĢı, tutaq ki, Sultan özü beĢ yüz
min dəvə yükü azuqə gətirib, bu ki onlara bir aydan artıq bəs eləməz.
ġah fikirləĢdi ki, bu qoĢunun qabağına çıxsa, məğlub olar. Ona görə də əmr verdi
ki, Qorçuları Rum3 qoĢununu qabaqlayıb tarlaları, biçənəkləri, zəmiləri otartsınlar,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
59
düĢməni ərzaqdan, içməli sudan məhrum etsinlər. Onlar axırda aclığa dözməyib
ölkəni tərk edəcəklər. ġah buna çox əmin idi.
Ġki ay sonra Sultan Süleyman da Ġbrahim paĢanın ardınca Azərbaycana gəldi. O,
məmləkəti tamam-kamal tutmaq niyyətindəydi. Sultan Süleyman yararsız hala
salınmıĢ tarlalardan, əhalisi koçürülmüĢ kəndlərdən, qəsəbələrdən keçərək Ġranda
düĢərgə saldı.
ġah Təhmasib Sultan Süleymanın qarĢısına çıxmasa da qorçuları vasitəsi ilə daim
düĢmənini izlətdirirdi. DüĢmən tərəfin hər addımı ona bəlli idi və arxadan hər an
ona zərbələr vururdu.
Bir axĢam elə bil Əmirə Dibacı-Müzəffəri Ģeytan yoldan çıxartdı, atlanıb kiçik bir
dəstə ilə Sultan Süleymanın Təbrizin Ucan deyilən yerindəki düĢərgəsinə gəldi.
Hələ o yolda ikən onun gəliĢini Sultan Süleymana çatdırmıĢdılar. DüĢərgəyə
çatanda yeniçərlər onun qabağına yeriyib atının çilovundan yapıĢdılar. Sultan
Süleyman da öz ayağı ilə hüzuruna gəlmiĢ ġah Təhmasibin qaynını, Biye-pəsənin
hakimi Əmirə Divacı hörmət-izzətlə qarĢıladı, tabeliyini qəbul etdiyinə görə ona
qiymətli bəxĢiĢlər verdi.
Əmirə Divac-Müzəffər Sultan Süleymanın düĢərgəsinə getməyə hazırlaĢanda
arvadı XanıĢ bəyim onun qabağına yeridi. Müzəffər bu an ayağını üzəngiyə
keçirmiĢdi və atın üstünə qalxmağa hazırlaĢırdı. O, arvadını görüb ayağını
üzəngidən çıxardı. Bolluca arpa yemiĢ at yerində sakit durmurdu, sahibini alıb
aparmağa hazırdı.
XanıĢ bəyim üzünü ərinə tutdu:
- Müzəffər, sənə atam ġah Ġsmayıl, qardaĢım ġah Təhmasib bir yamanlıq eləyib? -
soruĢdu.
- Yox, bir yamanlıq görməmiĢəm.
- Bəs sənə nə vacib olub qardaĢımın düĢməni Sultan Süleymanın qabağında diz
çökməyə gedirsən?
- Mən var-dövlətimi, hakimiyyətimi qorumağın baĢqa yolunu görmürəm.
XanıĢ bəyim bu sözü eĢidəndə elə bil qocaldı: «Doğrudanmı bu çağacan bir yastığa
baĢ qoyduğu adamı tanımayıb. Mən də bunu qardaĢıma arxa-dayaq bilirdim».
- Daha sənə sözüm yoxdu, Müzəffər. Bircə onu bilirəm ki, özün öz əlinlə ölüm
hökmünü yazırsan. QardaĢım ġah Təhmasib buna görə səni heç vaxt bağıĢlamaz.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
60
Müzəffər istehza ilə gülümsədi:
- Hələ yaĢayaq, görək bu qovğanın axırı nəylə qurtaracaq.
- Görəcəyik, - deyə XanıĢ bəyim hikkə ilə fırlanıb otağına qayıtdı. Bu söhbətdən
çox keçməmiĢdi. Azuqələrinin qıtlığından, qızılbaĢların gözlənizməz
hücumlarından bezmiĢ Sultan Süleyman bir gün getmək təbili çaldırıb, Miyanəci
keçib Sultaniyyəyə yetiĢdi. Burada çadırlar qurdurub düĢərgə saldı. Amma bəxti
burda da gətirmədi, gecə bərk qar yağmıĢdı, çadırlar qar altında görünməz
olmuĢdu, əsgərlərdən donanlar vardı. Bir tərəfdən də, qızılbaĢlar onu təqib
edirdilər. Sultan Süleyman məcbur olub Ġraqa çəkildi, amma orada da bənd almadı,
Mosula gəlib orada qıĢladı. ġah Təhmasib də Sultan Süleymanı cavabsız qoymadı,
osmanlıların Van qalasını mühasirəyə alıb bütün qıĢı orada qaldı.
Müzəffər elə bil yatmıĢdı, ayıldı. Güvəndiyi qoĢununu çəkib getmiĢdi. O, baĢının
dəstəsi ilə Gilana qayıdanda yavəri Əmrə Xatəm qoĢunu ilə onun qarĢısına çıxdı:
- Öz Ģahına, qaynına xəyanət eləyənə Gilanda yer yoxdu! - dedi.
Müzəffərlə Əmrə Xatəm arasında Ģiddətli bir döyüĢ oldu. Əmirə Dibiac-Müzəffər
bu vuruĢmada rüsvayçılıqla məğlub oldu. BaĢa düĢdü ki, Gilanda ona daha yer
yoxdu. Bayaqdan hakimiyyətini, mal-mülkünü qorumaq istəyən Müzəffər necə
böyük bir səhv etdiyini anlayıb indi canının hayına qalmıĢdı. BaĢa düĢdü ki, öz
yavəri ona qılınc çəkəndə ürəyində hansı sarsıntını keçirtmiĢdisə, ondan da yüz qat
artdığını, onun Sultan Süleymanın hüzurunda diz büküb oturduğunu eĢidəndə ġah
Təhmasib keçirmiĢdir. Axı, böyüklərin ağrısı da böyük olur.
Daha iĢ iĢdən keçmiĢdi, sabahı düĢünməyib, yaĢadığı günü - hakimiyyəti, var-
dövləti qorumaq xatirinə belə urvatsız hala düĢmüĢdü. Özünü qorumağın yollarını
götür-qoy edəndə ġirvanĢahın - bacanağı II Xəlilüllahın, baldızı Pərixan xanımın
ərinin yanına qaçmaqdan, ondan imdad istəməkdən özgə yol görmədi və kiçik bir
dəstəylə gəmiyə minib ġirvana getdi.
Sultan Xəlil - yəni II Xəlilüllah bacanağını gülərüzlə qarĢıladı. Əhvalatı eĢidib onu
belə etibarsız iĢ tutduğuna görə «xırsızlıq eləmisən» deyə qınadı da.
Amma bilmədi ki, Müzəffəri sarayda saxlamaqla onsuz da ġirvanĢahlar sülələsinə
son qoymaq istəyən, ancaq bacısı Pərixan xanıma görə bu istəyini
gerçəkləĢdirməyən ġah Təhmasibi necə qəzəb atına mindirib. ġah səbrini basıb
Müzəffəri atdöĢü eləyib hüzuruna gətirmək üçün ġirvana elçi göndərmədi. Yenə
qucağı körpə görməyən Pərixan xanımı gözləri önünə gətirib onun xatirinə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
61
ġirvanĢah II Xəlilüllahın qürurunu qırmaq fikrindən daĢındı. Amma Müzəffərin
xəyanətkar adını yaddaĢ kitabının ağappaq səhifəsinə iri hərflərlə yazdı. Bacısı
XanıĢ bəyimi göz yaĢları içərisində qoysa belə, tülkü kimi qaçıb ġirvanda
bağıĢlanacağı günü gözləyən, atasının, Müzəffərim, deyə əzizlədiyi o Əmirə
Divacı iynənin gözündən keçirəcəyinə and içdi. «Təbriz əhli gərək onun
mələrtisinə tamaĢaya dursun. Onda bilər Ģahın məmləkətinə xəyanət etmək nə
deməkdir. Onda baĢa düĢər ki, Ģah xəyanət eləyəni, doğma qardaĢı da olsa,
bağıĢlamaz».
II Xəlilüllah bacanağı Müzəffərə söz verdi ki, məqamında Ģahdan bağıĢlanmasını
xahiĢ edər: «Hələlik otur sarayda, gözlə, Ģahın da sənə qarĢı qəzəbi bir az
soyusun». Amma Ģahın qəzəbinin soyumasını Allah gözlətmədi və bir gecə II
Xəlilüllah dünyasını dəyiĢdi. Qaynının ölüm xəbəri ġah Təhmasibə çatanda o,
Təbrizdə sarayında idi. ġah dərhal həm bacısına baĢsağlığı vermək, həm də
Müzəffəri yanına gətirmək üçün hörmətli əmirlərdən bir neçəsini ġirvana göndərdi.
X fəsil
ƏMĠRƏ DĠBACIN SON HARAYI
Fəryadına yetdiklərim imdadıma yetməz…
942 (1535)-ci ilin yayı idi. Əmirlər ġirvandan Təbrizə əl-qolu bağlı Müzəffərlə
qayıtmıĢdılar. Vücudunu qorxu bürümüĢ Müzəffərin rəng-urfu qaçmıĢdı. Dadına
yetən, imdadına çatan kimsə yox idi. Əmirlərin əhatəsində bu an ancaq on yeddi il
bir yastığa baĢ qoyduğu XanıĢ bəyimi, oğlu Sultan Mahmud xanı andı. Bəlkə
onların yalvarıĢları Ģahın ürəyinə rəhm hissi salaydı. Ancaq indi onlar hardadılar?
Gilandamı, Ģahın yanındamı? - Bunu ancaq Allah bilirdi.
O gecə onu Ģahla görüĢdürmədilər. Ona dedilər ki, axĢamın xeyrindənsə səhərin
Ģəri yaxĢıdı. Müzəffəri zindana saldılar. Hücrədə ondan baĢqa kimsə yoxdu. BaĢını
əlləri içərisinə alıb: «Kiminin əvvəli, kiminin axırı», - deyə acı-acı düĢündü.
Qapı açıldı, zindanban onun qabağına saxsı nimçədə yemək, bir-iki lavaĢ, bir baĢ
soğan, bir bardaq su qoyub: - NuĢ olsun, - deyib getdi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
62
Bərk acdığından nimçəni, lavaĢı lap yaxına çəkdi, baĢ soğanı basıb əzdi: «Ac
qarına ölməkdənsə, tox qarına cəhənnəmə getmək yaxĢıdı».
Çörəyini yedi, cibindən tütün kisəsini çıxarıb qəlyanını doldurdu. Yandırıb,
acgözlüklə bir-iki qüllab vurub tüstünü havaya üfürdü. BaĢa düĢürdü ki, bəlkə də,
düĢünüb-daĢınmaq üçün bu onun yaĢadığı sonuncu gecədir. FikirləĢdi ki, son
ayaqda bir gecəlik ömür də az deyil.
Səhəri gün fərraĢlar qolubağlı Müzəffəri qabaqlarına qatıb divanxanaya - ġahın
hüzuruna aparırdılar. Amma nə üçüncə onu kəsə yox, dolambac yollarla
aparırdılar. Elə bil son kərə Təbrizi görməsi üçün onu baĢmaq seyrinə
çıxarmıĢdılar. Bəhram mirzənin keĢikxanasının, vəzir Qazi Cahanın evinin
yanından olduqca geniĢ və səliqəli meydana girdilər. Burada bir-birinə yaxın,
günbəzləri rəngbarəng kaĢılarla bəzədilmiĢ iki gözəl məscid vardı. Günbəzlərin
üstünə çoxlu göyərçin qonmuĢdu. Bu anlarda məscidlərin minarəsindən azan
verilməsə də qulağına azan səsi gəldi. Məscidlərin seyrindən ayrılıb əvvəl At,
sonra Nağara meydanına gəldilər. Burada ayaq saxladılar. Bu meydan Müzəffərə
yaxĢı tanıĢdı. Novruz bayramlarında, Ģahın zəfərlərlə bitən yürüĢlərindən sonra
burada üç gün - üç gecə nağaralar çalınardı. Burada Ģahın özünün də qoĢulduğu top
və çövkən oynu oynayardılar. Həm də bu meydançadakı dirəklərdən görk üçün
kəsilmiĢ baĢlar asılardı. Müzəffər baĢa düĢdü ki, onu bura bilərəkdən - ibrət üçün
gətiriblər. Meydandakı dirəklərdən üç günahkarın içinə saman təpilmiĢ baĢı
asılmıĢdı. Yaxınlıqda keĢikçilər qaravulda durmuĢdular.
Nəhayət, Müzəffəri saraya gətirdilər. ġahın sarayı bağ-bağatla əhatə olunmuĢdu.
Həyətdə içində balıqlar üzən hovuz vardı. Müzəffər, Ģahın balıq ovunu çox
sevdiyini yaxĢı bilirdi. FikirləĢdi ki, yəqin hovuzu da balıqlara görə tikdirib.
Asta addımlarla gedirdilər. Hər tində, hər qapıda əli dəyənəkli, qılınclı, oxlu-yaylı
keĢikçilər dayanmıĢdı. Kiçik bir qapıdan keçib dəhlizlə irəlilədilər. Müzəffər qapısı
açıq otaqlarda süvari qorçuların qılınclarını dizləri üstünə alıb yerdə oturduqlarını
gördü.
Ġkinci böyük otaqda mənsəb sahibi olan sultanlar, üçüncü otaqda aĢağı mənsəbli
sultanlar, dördüncü otaqda isə sultan olmağa namizəd qorçular əyləĢmiĢdilər. (Bu
qorçular Ģahın icazəsi olmasa evlənə bilməzdilər…) ġahın yataq otaqlarının
qapıları bağa açılırdı. Bu otaqların yanında onun hamamı vardı.
Müzəffərə bu sarayın hər küncü tanıĢdı (Doğma deməyə dili gəlmirdi). Nəhayət,
divanxanaya çatdılar.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
63
… ġah divanxanada əyləĢmiĢdi. Bu gün yolunu azanları cəzalandıracaq, Ģikayətə
Dostları ilə paylaş: |