Milli Virtual Kitabxananın e nəşri n 01 58 (2012) Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: Azərbaycan yazı



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7187
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   23
camaatın ġeyxĢaha rəğbətini görəndə canına üĢütmə düĢdü. Çölün düzündə 
ġeyxĢahın atası Fərrux Yasarın baĢını kəsəsən, sonra da əlinin qanını yuyub, 
namaz qılıb, salavat çevirib gəlib oturasan kiĢinin çənəsinin altında, baĢını salamat 
saxlayasan… Yox, bu, baĢ tutan sevda deyildi. Qanı qanla yuyublar, Allahın izni 
ilə qisas qiyamətə qalmır. Amma ġahgəldi ağa qırxıq baĢını qaĢıyıb, Ģələ bığına 
sığal çəkib, pırpız qaĢlarını oynadandan sonra qisasın qiyamətə qalmasını istədi. 
Bir gecə baĢının dəstəsi ilə ġamaxıdan çıxıb Bakıya gəldi və həmiĢəlik burada 
qaldı. Oğul-uĢağı artıb çoxaldı, qorxa-qorxa, hürkə-hürkə, səksəkə içində uzun bir 
ömür yaĢadı. Buna yaĢamaq deyərlərsə. Bu dünyadan köçəndən sonra ondan 
ĠçəriĢəhərdə ġahgəldilər məhəlləsi yadigar qaldı. Yadıcaları onun nə vaxtsa 
ġirvanĢah Fərrux Yasarın bıĢını kəsdiyindən xəbərsiz yaĢayırdılar. Onlar 
bilmirdilər ki, babaları ġahgəldi ağa ġirvanĢah Fərrux Yasarın baĢını kəsməsəydi, 
tarixdə o adda adamın heç tozu da qalmayacaqdı. Görünür, baĢ kəsməklə də tarixə 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
22 
 
düĢmək olurmuĢ. Ancaq bu da baĢ kəsənin Ģücaətinə görə deyildi, kəsilən baĢın 
kimə məxsusluğuna görə idi…  
Gülüstan qalasında vaxt itirməyin mənasız olduğunu baĢa düĢən Ġsmayıl, 
Naxçıvana tələsmiĢdi. ġərur düzündə hər iki qoĢun üz-üzə gəlmiĢdi. Qüvvələr 
nisbəti Əlvənd mirzənin xeyrinə olsa da, Ġsmayıl onu məğlub etmiĢdi. Əlvənd 
mirzə Ərzincana qaçmıĢdı. Bəxt bu Ağqoyunlu hökmdarından üz döndərmiĢdi. 
Ġsmayıl isə təntənəylə Təbrizə girib Azərbaycan taxtında oturmuĢdu. O, tarixdə ilk 
dəfə öz adına yox, on iki imamın adına xütbə oxutduraraq Səfəvilər dövlətinin 
əsasını qoymuĢdu… 
 
* * * 
 
ġirvandan çıxan Sultan Mahmud xilasını ġah Ġsmayılın sarayına qaçmaqda gördü. 
O, artıq bir neçə gündən sonra Təbrizdə, ġah Ġsmayılın hüzurunda idi. ġah Ġsmayıl 
qarĢısında boynunu burub suçlu-suçlu, hürkmüĢ baxıĢlarla ona baxan Sultan 
Mahmudu xeyli süzüb fikrə getdi: «Allah bilir Ģirvanlılarla döyüĢdə neçə qızılbaĢın 
canına qıyıb bu hərif!» FərraĢlar, cəlladlar qapının dalındaydı, Ģahın əmrini 
gözləyirdilər. Sultan Mahmudun, bu ata qatilinin taleyi indi onun əlindəydi. ġah 
Ġsmayıl susub fikirləĢirdi. O fikirləĢdikcə Sultan Mahmud da gün dəymiĢ sırsıra 
təki əriyir, ölüb-dirilirdi. Zalım oğlu ġah Ġsmayıl da, deyəsən, onun bu halından 
ləzzət alırdı, qərar verməyə tələsmirdi. Bu hal diri-diri soyulmağa bərabər idi. 
Nəhayət, ġah Ġsmayılın sifəti iĢıqlandı. FikirləĢdi ki, el nahaq deməyib, saxla 
samanı, gələr zamanı. Bu niyyətlə də üzünü ata qatilinə tutub dedi: 
- Murad bəy, ürəyin istəyən qədər sarayımda qala bilərsən. Mənə pənah gətirən 
adama zaval yoxdur. 
Murad baĢ əydi: 
- TəĢəkkürlər, Ģah sağ olsun. Ömrüm boyu duaçınız olaram. 
ġah Ġsmayıl çaxçaxı vurdu, qapı açıldı, fərraĢ içəri girdi, cəllad onun çiyni 
üstündən içəri boylandı. ġahın üzündəki təbəssümü görüb qılıncını qınına saldı. 
ġah Ġsmayıl fərraĢa: 
- Mahmud bəy bizim əziz qonağımızdı, ona xidmət göstərin, - dedi. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
23 
 
Mahmud bəy qabaqda, fərraĢ arxada otaqdan çıxdılar. 
 
* * * 
 
… Sarayda Sultan Mahmuda gözün üstə qaĢın var deyən yoxdu. Yeyib-içib 
yatmaqdan, bağ-bağatda var-gəl eləməkdən özgə bir iĢi yoxdu. Əsas məĢğuliyyəti 
gecə-gündüz əmisi ġeyxĢaha kin bəsləmək idi. Əmisini xəyalən asıb-kəsirdi, öz 
əlləri ilə at tövləsinin tirindən asırdı, çinar ağacına sarıtdırıb qırmancla döyürdü, 
kürəyinin dərisini soyub yerinə duz basırdı, gözünə mil çəkdirirdi, baĢına torba 
keçirtdirib qayadan atdırırdı, dəmir qəfəsə saldırıb kəndbəkənd gəzdirtdirirdi… Bu 
kin üç il çəkdi. Onu geri çağıran, yolunu gözləyən yoxdu. Əlacı hücum eləyib taxtı 
geri almağa qalırdı. O, bir gün ġah Ġsmayıldan kömək istədi. ġah da elə bir az 
əvvəl hərəmxanadan çıxmıĢdı, canında hələ də aldığı ləzzətin ovqatı, qadın 
bədəninin xoĢ təması vardı. Bir sözlə, kefi duruydu: 
- ġirvan taxtına sahib olmaq istəyirsən? - ġah Ġsmayıl özündən razı, nəĢəli halda 
soruĢdu. 
Sultan Mahmud baĢ əydi: 
- Bəli, hökmdar. Ancaq ġeyxĢahla tək bacarmaram, mərhəmət göstərin, qoĢun 
verin! Taxta çıxsam, təbəəliyinizi qəbul edəcəm, adınıza xütbə oxutdurub sikkə 
kəsdirəcəm. 
ġah Ġsmayıl qarĢısında ikiqat olub cavab gözləyən Sultan Mahmudu süzüb, 
«Samanın zamanı gəldi», deyə düĢündü: 
- Oldu, sənə qüvvə verərəm. Sabah yola düĢə bilərsən. 
Sultan Mahmud baĢ əydi, Ģahdan rüsxət alıb otaqdan çıxdı. Onu kölgə kimi izləyən 
sevimli qulu məmlük Qara bəy gözləyirdi. Sultana sevincini gizlədə bilmədi: 
- ġah qoĢun verir, Qara, sabah ġirvana gedirik. Üç ildi yeyib-yatırıq, daha bəsdi. 
Qara bəy də xəbərdən sevindi. Həm də ona görə ki, doğma yerlərə qayıdacaqdı. 
 
* * * 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
24 
 
ġeyxĢah Sultan Mahmudla açıq döyüĢə girməyə ehtiyat elədi. Qüvvəsini tükətmək 
istəmədi, ona görə də Gülüstan qalasına sığındı. Sultan Mahmud onu mühasirəyə 
aldı və bu mühasirə üç ay çəkdi. Gülüstan qalasında vəziyyət get-gedə ağırlaĢırdı, 
əsgərlərə azuqə çatmırdı. Əcəl qədəm-qədəm yaxınlaĢmaqdaydı. 
ġeyxĢahın gözünə yuxu getmirdi. Xüsusən gecələr əziyyət çəkirdi. Gecənin zəhmi 
çox ağırdı, elə bil bütün ağrı-acı, dərd-sər adamın üstünə gəlir. Ġstədin-istəmədin, 
içindəki dərdinlə, sevinc-kədərinlə, qorxu-hürkünlə baĢ-baĢa qalırsan. 
Ġndi ġeyxĢahın da ürəyi səksəkədə idi. Ona elə gəlirdi ki, bu gecə nəsə baĢ verəcək. 
Hər Ģey ola bilərdi. DüĢmən kimisə ələ ala, ona sui-qəsd də edə bilərdi. Belə 
düĢünəndə ətrafında dolaĢanlara Ģübhə ilə baxırdı. Çox düĢünüb-daĢınandan sonra 
fikirləĢdi ki, hər bir müĢkül iĢi nizamlayan Allahdı. Bir də gördün, gözləmədiyin 
yerdən üzünə qapı açıldı. Mühasirə uzanır, bəlkə sabah onu mühasirəyə alanların 
özləri bezib çəkilib gedəcəklər. Yox, əksinə də olar. ġah Ġsmayıl qızılbaĢlara 
kömək göndərə bilər… Hər Ģey ola bilərdi, hər Ģey! ġeyxĢahın gözləməkdən özgə 
çarəsi yoxdu. 
 
* * * 
 
Sultan Mahmud dərin yuxuya getmiĢdi, amma sevimli qulu Qara bəy yata bilmirdi. 
FikirləĢirdi ki, yaxĢı, sabah bu Mahmud Gülüstan qalasını alsa, nə baĢ verəcək? 
Təkcə əmisi ġeyxĢahı öldürməklə kifayətlənəcəkmi? ġirvan camaatı ondan ədalət 
görəcəkmi? Onda ədalət, rəhm hissi olsaydı, atasını öldürərdimi? Ey baĢıboĢ Qara, 
doğma atasının qanını içən, bir gün heç nədən səni də qanına bələməzmi? Bələyər, 
Qara, bələyər… Dur, Qara, dur ayağa, kəs bu ata qatilinin baĢını, yoxsa nə vaxtsa o 
sənin baĢını kəsəcək. Ġlahi, sən özün kömək ol… 
Yerindən qalxdı. Gecənin yarısıydı. Çölü dinĢədi. Hərdənbir at fınxırtısı gəlirdi. 
Arxası üstə yatmıĢ Sultan Mahmuda yaxınlaĢdı. Qara bəy hiss etdi ki, bir an 
ləngisə gec olacaq… Var gücü ilə qılıncı endirdi. Qan fıĢqırdı… 
Gecənin qaranlığında əlində torba, bir adam irəliləyirdi. Bu adam Qara bəyin 
tapĢırığı ilə Mahmudun baĢını ġeyxĢaha aparırdı. 
… ġeyxĢah Sultan Mahmudun kəsik baĢına baxıb: - Kərəminə Ģükür, Xudaya, - 
dedi, - sənə Ģəkk gətirən kafirdi. Sən heç kəsi cəzasız qoymursan, necə ki, 
qoymadın. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
25 
 
ġeyxĢah səhərin açılmasını gözləmədi, qoĢunla qaladan çıxıb qızılbaĢların üstünə 
yeridi. Bu qəfil hücumdan özlərini itirən qızılbaĢlar məğlub oldular. ġeyxĢah öz 
taxtında möhkəmləndi. Ancaq o, baĢa düĢdü ki, ġah Ġsmayılla sülhlə dolanmasa 
günü qara olacaq. ġeyxĢah zahirən də olsa ondan asılılığını qəbul etdi. Hətta ġah 
Ġsmayıl Çaldıran döyüĢündə Sultan Səlimə məğlub olanda da ondan üz 
döndərmədi. ġeyxĢah hətta bir dəfə Ģahın sarayında olmuĢdu. ġah Ġsmayıl da ona 
iltifat göstərir, xətrini əziz tuturdu. 
Bir dəfə də ġeyxĢah oğlu Sultan Xəlili qiymətli hədiyyələrlə Təbrizə, ġahın 
sarayına göndərdi. Sultan Xəlillə gedən ağsaqqallardan biri ġeyxĢahın arzusunu 
Ģaha çatdırdı: 
- ġeyxĢah həzrətləri möhtərəm Ģahımız, mürĢidi-kamilimizin qızı Pərixan xanımı 
oğlu Sultan Xəlilə istəyir. 
ġah Ġsmayıl elə o məclisdə qızının «hə»sini verdi və çox keçmədi ki, qızı Pərixan 
xanım ġamaxıya gəlin köçdü. ġah Ġsmayıl kürəkənindən, Pərixan xanım da gənc 
ərindən çox razıydı. Sultan Xəlil ağıllı, bacarıqlı bir adamdı. Məclislər qurmağı, 
çal-çağırı, əyləncəni də çox sevirdi. HəmiĢə alimləri, Ģairləri məclislərinin baĢında 
oturdardı. 
ġah Ġsmayıl ömrünün sonuna bir il qalmıĢ ġeyxĢahla ikitərəfli qohum olmaq 
sevdasına düĢdü, elçi göndərib ġirvanĢahın qızıyla evlənmək arzusunda olduğunu 
bildirdi. ġeyxĢah bu izdivacdan Ģad oldu. 1523-cü ildə, payızın son ayında ġah 
Ġsmayıl özünə yaxĢı bir toy elədi. Amma ona ġeyxĢahın qızı ilə uzun illər bir 
yastığa baĢ qoymaq qismət olmadı. ġahdağa ova gedən Ģah tezliklə ağır xəstələndi, 
hətta Ərdəbilə də özünü çatdıra bilmədi, Sərab mahalının Mənqutay adlı yerində 
dünyasını dəyiĢdi. 
Elə həmin il əcəl ġeyxĢahın da qapısını döydü. Ġyirmi iki il hakimiyyət sürmüĢ 
ġeyxĢah özündən sonra yeddi oğul, bir də ġirvanĢah taxtını qoyub getdi. 
ġirvan taxtına onun böyük oğlu Sultan Xəlil - II Xəlilüllah çıxdı. ġah Ġsmayılın da 
taxtında on bir yaĢa qədəm qoymuĢ oğlu Təhmasib mirzə oturdu. 
Amma zaman keçdikcə gənc Təhmasib bacısı Pərixan xanımın ərindən - II 
Xəlilüllahdan Ģübhələnməyə baĢladı. Əslində, bu Ģübhəyə heç bir əsas yoxdu. 
QardaĢının ərinə belə qısqanc münasibətindən Pərixan xanım da xeyli rəncidəydi. 
ġah Təhmasib Səfəvilər dövlətinin bütövlüyü naminə ġirvanĢahlar sülaləsinə son 
qoymaq fikrindəydi. Onun bu niyyətinin həyata keçməsinə bacısı Pərixan xanımın 
Sultan Xəlilin - II Xəlilüllahın arvadı olması mane olurdu. Doğrudur, II 
Xəlilüllahın övladı olmurdu, amma ġirvanĢahlar taxtına oturmağa hazır dayanmıĢ 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
26 
 
qardaĢları vardı. Təhmasib Ģah taleyin qəzavü-qədərini çox gözləyəsi olmadı - hicri 
942 (1535) -ci ildə II Xəlilüllah - Sultan Xəlil dünyadan köçdü. Onun ölümü ilə 
ġirvan taxtı varissiz qalmıĢdı. Bunu nəzərə alan əyanlar vaxt itirmədən II 
Xəlilüllahın ġamxal ölkəsində (Dağıstan) yaĢayan qardaĢı oğlu ġahruxu dərhal 
ġamaxıya gətirib taxta oturtdular. Əslində, ġirvanı azyaĢlı ġahruxun adından 
Hüseyn bəy idarə edirdi. Lakin ġirvanĢahların keçmiĢ ehtiĢamından əsər-əlamət 
qalmamıĢdı, ixtiĢaĢlar, hərc-mərclik baĢ alıb gedirdi. Elə bu vaxt Salyan və 
Mahmudabadda bir qələndar (dərviĢ) peyda oldu və söylədi ki, bilin, agah olun, 
mən II Xəlilüllahın qardaĢı Məmməd Əminəm, Cam yaxınlığındakı döyüĢdə 
özbəklərin əlinə keçmiĢdim, dərviĢ paltarı geyinib birtəhər xilas olmuĢam. 
(Həqiqətdə isə, II Xəlilüllahın qardaĢı Məhəmməd Əmin ġah Təhmasibin yanında 
qulluq eləyirdi). Yalan ayaq tutar, yeriməz desələr də, qələndərin yalanı iri 
addımlarla yeridi. Ətrafına çoxlu yoxsul, həyatdan, yaĢayıĢdın bezmiĢ, incik 
adamlar toplaĢmıĢdılar. Beləcə, qələndərin baĢında yoxsullardan ibarət böyük bir 
qoĢun yarandı. Ġntizamsız halda hərəkət etmələrinə baxmayaraq yalançı 
Məhəmməd Əmin «lütlərdən» ibarət ordusu ilə Salyanı, Mahmudabadı tutaraq 
ġamaxıya doğru irəlilədi. ġirvan əyanları ġamaxı sarayını müqavimət göstərmədən 
qələndərə təslim etdilər. ġahrux adamları ilə Buğurt qalasına çəkildi. Dul qalmıĢ 
Pərixan xanım qardaĢı ġah Təhmasibin gizli göstəriĢlərinə rəğmən hərəkət edirdi. 
Pərixan xanım yalançı Məhəmməd Əminin ġirvanĢahlar taxtına olan iddialarını 
müdafiə edirdi. Hətta xanımın bu sədaqətindən qələndər o qədər ruhlandı ki, 
Pərixan xanımla evlənmək fikrinə düĢdü. Amma ġah Təhmasib bu «evlənmə 
təklifini» rədd etdi. Qələndər ġirvanĢahlar taxtına iddialı olsa da, necə hərəkət 
edəcəyini, ölkəni idarə etməyin yolunu bilmirdi. Onun baĢına toplaĢan adamların 
da məramları aydın deyildi. Bir sözlə, qələndər ġirvanĢahlar taxtında oturub 
hakimiyyət qura bilmədi və qırx gündən sonra ġamaxını tərk etdi. Qələndərin 
ġamaxıdan çıxıb Salyana doğru hərəkət etdiyini eĢidən ġahrux ətrafındakı 
əmirlərlə qaladan çıxıb onu təqib elədi. Qələndərin «lütlərdən» ibarət qoĢunu 
darmadağın edildi. Yalançı Məhəmməd Əmin ələ keçdi. QorçubaĢı ġeyx Padar onu 
bir az sorğu-suala çəkəndən sonra qətlə yetirdi. 
Qələndərin meyiti Təbrizə - saraya göndərildi. ġahın əmri ilə onun cəsədini dəmir 
qəfəsə qoyub böyük bir kütlənin müĢayiəti ilə Qeysəriyyə bazarına gətirdilər. (Bu 
o demək idi ki, ay camaat, yolunu azmıĢ qələndərin bu dəmir qəfəsdəki cəsədinə 
baxın, ibrət götürün. Bilin ki, Ģah olan yerdə hakimiyyət həvəsinə düĢən kəslərin 
sonu belə olacaqdır.) 
Meydanda qələndərin cəsədi ətrafında böyük bir mərəkə baĢlamıĢdı. ġah 
Təhmasib, qardaĢları Bəhmən mirzə, Əlqas mirzə, Sam mirzə və vəzir-vəkil, 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
27 
 
möhürdar, eĢikağası üçün xüsusi yer düzəltmiĢdilər. Guya qəfəsin içində əbədi 
yuxuya getmiĢ qələndər oyanıb oyun çıxardacaqdı. Amma qırx gün ġirvanĢah 
taxtında oturmuĢ qələndər bir daha yerindən qalxası deyildi. Sadəcə bütün bunlar 
həyatda olanlar üçün görk idi. Muzdlu həcv yazanlar qələndəri lağa qoyur, ələ 
salırdılar. Nağaralar aramsız gumbuldayır, zurna-balabanın səsi kəsilmək bilmirdi. 
Bir neçə gün meydanda saxladıqdan sonra qələndərin cəsədini Sahibabad 
meydanındakı məscidin minarəsindən asıb yandırdılar. 
 
Pərixan xanım bu mərəkədə iĢtirak etməsə də, ġamaxıdan saraya, qardaĢı ġah 
Təhmasibin yanına gəlmiĢdi. O, qardaĢına deyirdi ki, ġirvanda hərc-mərclikdir, 
əmirlər bir-biri ilə yola getmirlər, bu diyarın istila olunmasının vaxtı çatıb. 
ġah Təhmasib də bu fikirdə idi. Dünən axĢam ġamaxıdan yanına gəlmiĢ qorçubaĢı 
ġeyx Padar da Ģaha yalvarmıĢdı ki, amandı, ġamaxını biri-biri ilə yola getməyən 
əmirlərdən xilas edin. 
ġah qardaĢı Əlqas mirzəni iyirmi min qoĢunla ġirvana göndərdi. ġirvanın hər 
cığırına bələd olan ġeyx Padar ona bələdçilik eləyirdi. 
1538-ci ilin yayında Əlqas mirzə iyirmi minlik ordusu, həmçinin Qarabağ və 
Muğan qoĢun dəstələri ilə ġirvana daxil oldu. Tezliklə Surxab, Qorçu qalaları, 
habelə Qəbələ tutuldu. BaĢıbəlalı ġirvan əyanları yenə Buğurd və Gülüstan 
qalalarına sığındılar. Bu mühasirə dörd ay çəkdi. Təhmasib Ģah Ģirvanlıların 
müqavimətini qırmaq üçün özü qoĢun götürüb ġamaxıya gəldi. Bir neçə gün 
müdafiəçilərin sığınacaqları, qalalar aramsız top atəĢinə tutuldu. Müdafiəçilər 
müqavimətin mənasız olduğunu görüb təslim oldular. ġahruxun vəkili Hüseyn bəy 
əyanlarla məsləhət-məĢvərət edib sığıncaqdan çıxaraq ġahruxu, qalanın və 
xəzinənin açarını Ģaha təqdim etdi. Hüseyn bəyi qızılbaĢlara müqavimət 
göstərdiyinə, əks hücuma keçdiyinə görə, elə oradaca qətlə yetirdilər. ġirvanĢahın 
sonuncu hakimi ġahruxu isə Təbrizə göndərdilər (onun da boynu orada 
vurulacaqdı). 
Beləcə, ġirvanĢahlar dövlətinə son qoyuldu. ġirvan indi Səfəvilər dövlətinin 
bəylərbəyliklərindən biri olmuĢdu. ġah yeni yaradılmıĢ bəylərbəyliyi qardaĢı Əlqas 
mirzəyə tapĢırıb Təbrizə qayıtdı. Növbə ġəkinin idi. ġah ġəkini istila edib Səfəvilər 
dövlətinə qatmaq üçün zəmin hazırlamalıydı. ġəkinin hakimi Həsən bəy vaxtilə 
atası ġah Ġsmayıldan yardım alıb gürcülərlə vuruĢmuĢdu. Sonu görünməyən bu 
döyüĢlərin birində Həsən bəy Ģəhid olmuĢdu. Amma onun oğlu DərviĢ Məhəmməd 
özünü heç yaxĢı aparmırdı. ġah onu da eĢitmiĢdi ki, DərviĢ Məhəmməd xan 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
28 
 
Ģirvanlılara kömək məqsədi ilə gecələr qızılbaĢ qoĢunlarına basqınlar edibdir. Hələ 
desən, Sultan Süleyman Azərbaycana hücum eləyəndə DərviĢ Məhəmməd xanın 
ona hədiyyələr göndərdiyini də çatdırmıĢdılar Ģaha. 
ġah Təhmasib DərviĢ Məhəmməd xanın bu hərəkətlərini cavabsız qoymaq fikrində 
deyildi. Amma hər Ģeyin bir vaxtı vardı. 
DərviĢ Məhəmməd xan da ġirvanĢahların süqutundan pəriĢan olmuĢdu, çünki əsas 
müttəfiqini itirmiĢdi. DərviĢ Məhəmməd xan çox düĢündükdən sonra 
hakimiyyətini saxlamaq üçün Ģahla qohum olmaq fikrinə düĢmüĢdü. Hicri 946 
(1539)-cı ildə ġah Təhmasibin bacısı Pərixan xanıma elçi düĢüb onu almıĢdı. 
Beləcə, ġəki hakimi ilə ġah Təhmasib bir neçə il sülh Ģəraitində yaĢamıĢdılar. 
1548-ci ildə Pərixan xanım dünyasını dəyiĢmiĢdi. Elə həmən il Əhərdə Ģahın 
ġamxal sultan Çərkəzin bacısından bir qızı doğulmuĢdu. ġah ona bu dünyadan 
övlad həsrəti ilə köçmüĢ bacısı Pərixan xanımın adını vermiĢdi. Artıq ġəki hakimi 
DərviĢ Məhəmmədlə onu heç bir tel birləĢdirmirdi. Bununla belə, Ģah hələ də ona 
toxunmurdu. Amma məsəl var, deyirlər, «südlə gələn sümüklə çıxar». DərviĢ 
Məhəmməd xan ġah Təhmasibin əsəbləriylə oynamağından qalmadı. Əlqas mirzə 
Səfəvilərdən ayrılmaq fikrinə düĢəndə onu müdafiə elədi. Bununla da 
kifayətlənməyib, qardaĢı ġahnəzəri qoĢunla onun yanına göndərdi. ġəkiyə hücum 
etməyə elə bu da bəs idi. Vaxt yetiĢmiĢdi. 958 (1551)-ci ildə ġah Təhmasib ġəkiyə 
qoĢun yeritdi. KiĢ qalası iyirmi gün ərzində top atəĢinə məruz qalıb xarabalığa 
çevrildi. DərviĢ Məhəmməd xan alınmaz Gələsən-Görəsən qalasına sığınmıĢdı. 
ġah qalanı tutmağı Abdulla xan Ustaclıya tapĢırmıĢdı. QızılbaĢlar qalaya aramsız 
həmlələr edirdilər. DərviĢ Məhəmməd xan sığındığı qalaya nə qədər güvənsə də, 
burada uzun müddət qalmağın ölümə bərabər olduğunu dərk eləyirdi. QızılbaĢların 
davamlı həmlələrindən, top atəĢlərindən bezmiĢ DərviĢ Məhəmməd xan gecə dörd 
yüz atlıyla qaladan çıxdı, qızılbaĢların cərgəsini yarıb keçmək üçün atını 
qamçıladı. Lakin bəxti ona yar olmadı, Kosa Piriqulu adlı bir mülazim onun 
qarĢısına çıxdı. SıyrılmıĢ qılınclar toqquĢdu. Atlar Ģahə qalxdı. Hamı əl saxlayıb 
onların döyüĢünə baxırdı. Kosa Piriqulunun ürəyində Ģahdan alacağı mükafatın 
eĢqi, DərviĢ Məhəmməd xanın qəlbində isə ümidsizlik haləti hökm sürürdü. Kosa 
Piriqulunun dayanmadan qılınc çalmağı, nəhayət, DərviĢ Məhəmməd xanın atdan 
yıxılması ilə nəticələndi. Kosa Piriqulu bəy dərhal atdan düĢüb zərbədən huĢunu 
itirmiĢ ġəki hakiminin baĢını bədənindən ayırdı. Atını dördnala çapıb ġəki 
hakiminin kəsilmiĢ baĢını döyüĢ meydanını seyr eləyən ġah Təhmasibin atının 
ayaqları altına atdı. Beləcə, ġəki xanlığının müstəqilliyinə son qoyuldu. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
29 
 
Təhmasib Ģah olub keçmiĢ bu əhvalatlar barədə indi yastığının yanını kəsdirib 
oturmuĢ, rəhmətlik bacısının adını daĢıyan Pərixan bəyimə heç vaxt danıĢmamıĢdı. 
 
IV fəsil 
 
ĠKĠ RƏQĠB ÜZ-ÜZƏ 
 
Vəfa hər kimsədən kim, istədim, ondan cəfa gördüm, 
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm. 
Məhəmməd Füzuli 
 
Xəstə Ģahın bir tərəfində sevimli Pərixan bəyim, o biri tərəfində oğlu Heydər mirzə 
oturmuĢdu. Heydər mirzə Ģahın gürcü əsilli arvadından doğulmuĢdu. ġah, oğluna 
babası ġeyx Heydərin adını qoymuĢdu. Bu iyirmi iki yaĢlı ortaboy, ağbəniz, 
qaraqaĢ, qaragöz Ģahzadəni Ģah olduqca çox istəyirdi. Heydər mirzə o biri 
qardaĢlarıyla müqayisədə daha həlim təbiətli, insanpərvər, atasının tapĢırığını can-
baĢla yerinə yetirən bir cavan idi. Heydər mirzə Ģahın üçüncü oğlu idi. 
Təhmasib Ģah altı qadının əriydi. Sarayda olduğu müddətdə hər gecəsini onlardan 
birinin yanında keçirərdi. Onun altı qadından doqquz oğlu, səkkiz qızı dünyaya 
gəlmiĢdi. 
Atası ġah Ġsmayıl Xətaiyə oğul toyunu görmək qismət olmamıĢdı. Onun böyük 
oğlu Təhmasib mirzə Ģahlıq taxtına oturandan səkkiz il sonra Bayanduriyyə 
tayfasının əmirlərindən Musa sultan Mosullu Türkmanın qızı Sultanım xanımla 
evlənmiĢdi. Onda onun on səkkiz, sevimli qadınının on altı yaĢı vardı. Sultanımla 
bir yastığa baĢ qoyanda ömrünün ən qaynar çağı idi. Sultanımla söz-söhbəti də 
tuturdu. O çağlarda heç ağlına da gəlməzdi ki, Sultanımdan baĢqa da arvad alar. 
Cavan Ģah: - Ey Sultanım, - deyəndə elə sanırdı dünyanı ona bağıĢlayırlar. 
Sultanım da Sultanımdı ha… Üzünü ona çevirib qara gözlərindən güləndə elə 
sanırdı gözləri qamaĢacaq. Bu gənc xanım olduqca lətafətliydi. Səsinin ahəngi də o 
qədər ahəngdar, musiqiliydi ki… O, çevrilib gedəndə ləpələnən əndamı sanki ona 
gəl-gəl deyirdi. Belə anlarda cavan Ģahın gecəni gözləməyə səbri çatmazdı, Ģirin-
Ģirin gərnəĢib xanımın arxasınca hərəm odasına keçərdi. Qadınları kölgə kimi 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
30 
 
izləyən, kiĢilikdən məhrum edilmiĢ bədbəxt xacə də o dəqiqə gəlib qapının ağzında 
bitər, içəridən gələn həzin qadın iniltisinə sonsuz kədərlə qulaq asardı. 
Bir ildən sonra Təhmasib Ģahla Sultanım xanımın gecələr bir-birinə sarmaĢıb cıdıra 
çıxmalarının nəticəsi olaraq oğulları dünyaya gəldi. Cavan Ģah sevincindən az 
qalırdı qanadlanıb uça. Ġlk övlad nə Ģirin olurmuĢ… Oğlunun adını Məhəmməd 
qoydu. Amma bundan sonra cavan Ģah baĢqa qadınlara da tamah saldı. Doğrusu, 
cavan Ģah bu qadınların bir neçəsi ilə könlünün istəyi ilə yox, müəyyən xoĢagəlməz 
hadisələrin qarĢısını almaq məqsədi ilə evlənmiĢdi. Bu cür izdivaclar, əslində, 
siyası niyyətlərdən doğurdu. Bəzisini isə xoĢlayıb yatağına salmıĢdı. 
Arvadlarının sayı artsa da, Sultanıma olan eĢqi sönməmiĢdi, əksinə, bir az da 
artmıĢdı. Sultanım Ģahın məhəbbətini təkcə lətif bir qadın kimi yox, həm də ağlı, 
dərrakəsi ilə qazanmıĢdı. Bu qarĢılıqlı məhəbbətin nübarı olaraq onların ikinci 
övladları dünyaya gəlmiĢdi. Ona babasının adını vermiĢdilər - Ġsmayıl! 
Təhmasib Ģah övladlarından heç vaxt atalıq məhəbbətini əsirgəməzdi. Hətta 
Qəhqəhə qalasına saldırdığı Ġsmayıl mirzəyə də bir zərər gəlməsini qətiyyən 
istəmirdi. Ġndi bu xəstə çağında böyük oğlu Məhəmməd Xorasanda hakimiyyət 
baĢında, ondan kiçik oğlu Ġsmayıl mirzə isə Qəhqəhə qalasında dustaq həyatı 
yaĢayırdı. Gürcü əsilli arvadından olar Heydər mirzə isə daim baĢı üstündə, əlinin 
altındaydı. ġamxal sultan Çərkəzin bacısından dünyaya gələn dördüncü oğlu 
Süleyman mirzəni MəĢhədə göndərmiĢdi. Amma hazırda yanında, ordugahda idi. 
Süleyman mirzə həm də Pərixan bəyimin doğmaca qardaĢıydı. 
Günlərin bir günü, bir yaz gecəsində, qanın damarlarda qaynayan çağında 
kənizlərindən birinin gözəlliyi Təhmasib Ģahı yoldan çıxarmıĢdı. Bağda gəzərkən 
gül-çiçəyin, oyanmıĢ təbiətin tamaĢasına durduğu anda, kəniz, əlində Ģərbət dolu 
kuzə, çiynində dəsmal onun hüzuruna gələndə bir anda Ģahın qanı üzünə vurdu, 
ehtirasdan ürəyi Ģiddətlə döyünməyə baĢladı. ġahın alıĢıb yanan gözlərini görəndə 
kənizin yanaqları allandı. ġərab dolu badəni Ģaha verəndə Ģah onun ağappaq 
biləyindən yapıĢıb qızı özünə tərəf çəkdi. Qız onun qolları arasında xeyli çırpındı, 
Ģahın əlləri onun qabarmıĢ yaxasında dolaĢdı. Kəniz daha etiraz etmirdi. Bağda 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin