gələnlərin iĢinə baxacaqdı. Günortaya az qalmıĢdı. Qapı açıldı və fərraĢ Müzəffər
sultanı ustufca arxadan itələyib saldı içəri. FərraĢın kobudluğundan elə bil içində
nəsə qırıldı. «Böyüklərin gözündən düĢmə, düĢdünsə, nökərləri qızmıĢ cöngə kimi
atılıb boynuna minəcək» - düĢündü. Salam verdi. ġah onun salamını almadı, qaĢ-
qabağını sallayıb oturmuĢdu.
ġah üzərinə məxmər çəkilmiĢ, yerdən çox da hündür olmayan zərli taxtda
oturmuĢdu. BaĢında lələkli tac, belində qızıl kəmər, qızıl qınlı qılınc vardı.
Divanxananın divarları mavi rəngdə idi və yarpaqvari ornamentlərlə bəzədilmiĢdi.
Divanxananın pəncərələri də ĢüĢədən kəsilmiĢ çox gözəl fiqurlarla süslənmiĢdi.
Müzəffər üstündə cürbəcür quĢ və ağac rəsmləri toxunmuĢ, bütün otağın
döĢəməsini örtmüĢ, yeləni dəvə yunundan olan qırmızı keçənin üstü ilə Ģaha doğru
iki addım atıb dayandı.
ġah onun gətirilməsindən axĢamdan xəbərdardı. Cümə axĢamı olduğundan, onu
hüzuruna gətirtməmiĢdi; müqəddəs ruhları narahat edəcəyindən ehtiyatlanmıĢdı.
ġah dinib-danıĢmadan qarĢısında donub qalmıĢ Piye-pəsənin hakiminə, bacısının
ərinə baxırdı. Daha doğrusu, baxa-baxa içində götür-qoy eləyirdi: «Necə də olsa,
doğma bacısının əridi, bəlkə günahından keçsin, bacısını gözüyaĢlı qoymasın…»
Yox, bu sənə yaraĢmaz, Təhmasib Ģah, qətiyyən yaraĢmaz! Deməli, yadları, qanı
qanından olmayanları günahkar olanda cəzalandır, doğmaların olanda bağıĢla?!
Məscidlərdə, bayramlarda camaata söylədiyin ədalət, insaf, mürvət belə olurmu?
Mizan-tərəzi belə qurulurmu? Özgələri damla, özününküləri ötür getsin.
Doğmalarının günahı olanda əzizlərinin göz yaĢlarına bağıĢla, zaman-zaman sənə
xidmət edib bircə kərə yolunu azanın oğul-qızının naləsinə göz yumub dar
ağacından asdır. Belə davranmaq ədalətdəndirmi? Yox, yox, ədalətdən deyil,
Təhmasib Ģah, heç ədalətdən deyil! Ədaləti pozsan, xalq üzdə sənə itaət edib,
ürəyində səndən qaçacaq. Sufilər, aza qane olub, var-dövlətindən keçib haqqa
qovuĢanlar beləmi edərdilər? - soruĢacaqlar.
ġah nəhayət, baĢını qaldırıb:
- Sən niyə mənə xəyanət etdin? Üstümüzə qoĢun yeridən Sultan Suleymanın
hüzurunda nə itin azmıĢdı? - deyə bir qədər ağrıyla, qəzəb dolu səslə soruĢdu.
Müzəffər sultan yalvarmaqdan özgə çıxıĢ yolu görmədi:
- ġah sağ olsun, Ģeytan məni yoldan çıxartdı. Qul xətasız, ağa kərəmsiz olmaz.
Məni balalarının baĢına çevir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
64
- Balalarımın yox, səni xalqın baĢına çevirmək lazımdır. Gərək bunu əvvəlcədən
düĢünəydin. Mən ürəyimə daĢ bağlayıb sənə layiq olduğun cəzanı verəcəyəm.
- Məni dustaq edəcəksənsə, Qəhqəhə qalasına göndərmə, oranın havası mənə
düĢmür, baĢqa…
ġah onun sözünü kəsdi:
- Yox, arxayın ol, səni Qəhqəhə qalasına göndərməyəcəm, babam Uzun Həsən
paĢanın məscidində, camaatın gözü qabağında yandırtdıracağam, - dedi və çaxçaxı
vurdu. FərraĢ içəri girdi.
- Bunu, - Müzəffər sultanı göstərdi, - aparın dəmir qəfəsə salın. Sabah Həsən paĢa
məscidinin minarəsindən asıb yandırın.
FərraĢ ayaq üstə ölmüĢ Müzəffər sultanın qolundan yapıĢıb birtəhər qapıdan çölə
çıxardı. Allah ona bir gecə də möhlət vermiĢdi.
* * *
ġahın Müzəffər sultan üçün çıxardığı qərar çox amansız, həm də gözlənilməz idi.
ġeyxlər, üləmalar məsləhətləĢdilər ki, necə də olsa, Müzəffər, Ģahın qohumudu,
hökmdarın yanına gedib onun günahlarının bağıĢlanması üçün xahiĢ edək. ġah
səbrlə onları dinləyib dedi:
- Ağalar, elə zənn etməyin mənim ürəyim daĢdandı. Xeyr, belə deyil. Mən də ölüb-
öldürməyin nə olduğunu bilirəm. Ancaq, nə olur-olsun, Vətənə xəyanət eləyəni
bağıĢlaya bilmərəm. Hələ bu cəza da ona azdı. Baxmayaraq onun oğlu Sultan
Mahmud xan bir xəta sahibi deyil, amma atasını bu rəzil yoldan çəkindirmədiyinə
görə, onu da irsi mülkündən məhrum edirəm, Piye-pəsə, vilayətini Piye-piĢənin
hakimi Sultan Xəlilin oğlu Sultan Həsənə bağıĢlayıram!
Bununla da Ģah son qərarını vermiĢdi. Səhəri gün Ģahın əmri ilə Müzəffər sultanı
dəmir qəfəsə salıb Həsən paĢa məscidinin həyətinə gətirdilər. KiĢinin saç-saqqalı
bir gecənin içində ağappaq ağarmıĢdı. Dünənə qədər hər kəsdən özünə qarĢı
hörmət-izzət görən qürurlu bir adamın indi xalqın qabağında dəmir qəfəsdə
oturması ora toplaĢanlarda qorxu, həyəcan, təəssüf hissi oyadırdı. Müzəffər sultan
hələ də key kimi idi, taleyinin bu anında nə etməli olduğunu dərk eləmirdi.
Təbrizin məhəllələrindən məscidin həyətinə axıĢıb gələn camaat Müzəffər sultana
www.kitabxana.net
– Milli Virtual Kitabxana
65
qəfəsə salınmıĢ Ģirə baxan sayaq baxırdılar. «Bu nə rüsvayçılıqdı, Ġlahi! Bu nə
qəzavü-qədər idi baĢıma gəldi!» - Müzəffər sultan acı-acı düĢünürdü.
Nəhayət, iĢ bilən adamlar dəmir qəfəsi qaldırıb qoĢa minarədən asdılar. Kütlənin
içindən bir uğultu keçdi: «Ġndi yandıracaqlar! Yandıracaqlar…»
Müzəffər sultan dəmir qəfəsin içindən donuq nəzərlərlə Təbrizin məhəlləsinə,
baĢında buludlar oynayan Eynal-Zeynal dağına, ġah sarayına, məscidin həyətinə
toplaĢıb onun yandırılacağı anı gözləyən adamlara baxırdı. On yeddi il bundan
qabaq Təbrizə gəlib ġah Ġsmayılın hüzurunda olduğu anları, onun qızı XanıĢ
bəyimlə evləndiyi o xoĢbəxt günü, camaatın dilində əzbər olan toy büsatını yana-
yana, içindən əriyə-əriyə xatırladı. Bəlkə on yeddi il bundan qabaq o toyda çalınan
qara zurnanın havasına Təbrizin küçələrində atılıb-düĢən uĢaqlar da indi bu
camaatın arasındaydı…
Uzaqdan qayğısız bir yeniyetmənin oxumaq səsi gəldi:
Təbrizin küçələri dolambadolan,
Qaragilə, dolamba dolan.
Əgər məni sevmirsən, get ayrı dolan,
Qaragilə, get ayrı olan…
Bu saf uĢaq səsi sinirlərini oxĢadı. Göz yaĢlarını güclə saxladı. Xalqın yaddaĢında
qorxaq, zəif adam kimi qalmaq istəmədi, ona görə də papağını gözləri üstünə
endirdi. Ona elə gəldi ki, bu səs on yeddi il qabaq ona çalınan o toy axĢamından
gəlir. Dərindən bir ah çəkdi: «Dünənki cah-cəlalımı gör, bugünkü halıma bax,
Ġlahi! Mən bu cəzaya layiqəmmi? Doğrudanmı, indi mənə od vuracaqlar, camaatın
gözü qabağında diri-diri bu dəmir qəfəsin içində yandıracaqlar. -Bağırmaq istədi,
səsi içində itib-batdı. - Bu halımdadamı Təhmasib Ģahı sevməliyəm, qulu
olmalıyam?! Axı, ona kim haqq verib taleyimizlə istədiyi kimi rəftar eləsin? Məni
yandırmağa onun haqqı varmı? Allahdan qorxmurmu?.. KaĢ bir qurtum su olaydı,
içəydim… Ey Ġlahi, bir möcüzə göstər, leysan baĢlasın, ildırım çaxsın, tufan
qopsun!»
Yox, nə tufan qopdu, nə də ki leysan baĢladı. GünəĢ asta-asta göyün ortasına doğru
yuvarlanırdı, ordan da yerə od yağırdı. GünəĢə baxmaq istədi, gözləri qamaĢdı.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
66
«Görəsən nəvəm CəmĢid neyləyir? KaĢ son nəfəsdə onun üzündən öpəydim.
Gözümün nuru CəmĢidim, - içindən dəhĢətli bir ağrı keçdi. - Bura toplaĢanlardan
bircəciyi məni xilas eləmək istəyir? Eygili1 gündə küçəyə çıxa bilmirdim bunların
əlindən. Üstümə cumub hərə bir Ģey istəyirdi… Ġnsandan da vəfasızı, xırsızı varmı
dünyada? Dünən Ģahın istəklisiydim, hamı ətrafımda dolaĢırdı, bu gün Ģahın
düĢməniyəm - qəfəsdəyəm, hamı məndən uzaqdadı. Ġndi bir qaĢıq su istəsəm,
verməzlər».
Birdən Müzəffər sultanın dili açıldı:
- Nə baxırsınız, ay camaat? Bu gün, bu qəfəsdə mənəm, sabah da məni bura salanı
tutub salarlar qəfəsə. Mən Allahın peyğəmbəri Ġsaqın nəslindənəm. Mənim
intiqamımı ġah Təhmasibdən Allah özü alacaq.
Cəlladlardan biri bağırdı:
- Kəs səsini! Ağzına gələni çərənləmə!
- Ey miskin gədə, sən mənim yerimə olsaydın, qorxundan indi Ģalvarını
batırmıĢdın, bağırtından qulaq tutulardı.
- Ġndi mən sənə od vuraram, görüm bağırmayacaqsan?
- Ay haramzada, canı yanan bağırmazmı?!
Hökm verildi. Dəmir qəfəsə ucu yanan bir ox atdılar. Neft tökülmüĢ qəfəs alıĢdı.
Müzəffər sultan alovlanmıĢ qəfəsin içində çığıra-çığıra deyirdi:
- ġahınıza deyin ki, gün gələcək meyiti ortalıqda qalacaq. Əzrail canını alanda baĢa
düĢəcək diri-diri adamı yandırmaq nə deməkdi.
Cəlladlar, fərraĢlar səs-səsə vermiĢdilər.
- Səsini kəs!
- Sus, haramzada!
- Sənə hələ bu da azdı.
Müzəffər sultan nifrətinin son həddi olaraq:
- Tüpürüm sizin murdar sifətinizə - deyib bir lomba yerə, cəlladlara tərəf tüpürdü.
Bu an Müzəffər sultanı od bürüdü. O, «Yandım, Allah!», - deyə qıĢqırdı. Onun
fəryadı məscidin minarələrində, Ģəhərin dolanbac küçələrində əks-səda verdi. Bir
an sonra yanmıĢ insan cəsədinin kəsif qoxusu ətrafı bürüdü. Hamı burnunu
www.kitabxana.net
– Milli Virtual Kitabxana
67
tutmuĢdu. Dəmir qəfəs elə bir kürədən çıxmıĢdı, qıpqırmızıydı. Ġçindən göyə doğru
burula-burula bomboz bir tüstü zolağı qalxırdı. Və sanki Müzəffərin ruhu ağrıdan
qıvrıla-qıvrıla bu tüstü burulğanının içi ilə göyə çəkilirdi. Bu zülmə Allah göydən,
səbəbkar Təhmasib Ģah isə, sarayının pəncərəsindən baxırdı.
XI fəsil
XAN ƏHMƏD ƏHVALATI
Sənə xəyanət edənə xəyanət etmə ki, sən də onun kimi olarsan.
Həzrəti Məhəmməd Səlləllahu
əleyhi və alihi vəsələm
Piye-piĢənin hakimi Xan Əhməd Piye-pəsənin hakimi Əmirə Dibaca - Müzəffərə
od vurularaq qətlə yetirilməsini eĢidəndə əti çimçəĢə də, onun ölkəsinin azyaĢlı
oğlu Sultan Həsənə bağıĢlanmasını eĢidəndə çox Ģad oldu. Öz-özünə: «Allah
Ģahımıza uzun ömür versin, çörək itirməyən kiĢidi», - dedi.
ġah Təhmasibin Xan Əhmədə, onun nəslinə sonsuz rəğbəti vardı. Çünki bir vaxtlar
müridlər balaca Ġsmayılı - onun gələcək atasını Gilana qaçırtmıĢdılar. O zaman bu
Xan Əhmədin əmiləri Karkiyə Əli Seyid HaĢım, atası Sultan Həsən gələcəyin
Ģahını hər cür bəladan qorumuĢdular. Hətta bir dəfə Karkiyə Əli balaca Ġsmayılı
həsir səbətə qoyub qalın yarpaqlı bir ağacın budağından asmıĢdı. Sultan Yaqubun
adamlarının qabağına çıxaraq «Qurana» and içmiĢdi.
- Bu «Quran» haqqı, ġeyx Heydərin oğlu Ġsmayıl Gilan torpağında yoxdur!
Gələnlər də onun içdiyi anda, ağsaqqal, ağzıdualı Karkiyə Əliyə inanıb çıxıb
getmiĢdilər.
ġah Təhmasib bu nəslin fədakarlığını heç vaxt unutmurdu. Axı, o zaman bu
adamların heç ağıllarına da gəlməzdi ki, hər gecə bir evdə gizlətdikləri bu uĢaq bir
www.kitabxana.net
– Milli Virtual Kitabxana
68
neçə ildən sonra Təbrizdə Ģah taxtına oturacaq. Sadəcə, ona ġeyx Cüneydin nəvəsi,
ġeyx Heydərin oğlu, bu nəslin gələcək mürĢidi kimi baxmıĢdılar. Piye-piĢənin
hakimi Sultan Həsən rəhmətə gedəndə onun oğlu Xan Əhməd bir yaĢındaydı. ġah
bu südəmər uĢağı Piye-piĢənin hakimi təyin etmiĢdi. Təhmasib Ģah onu həddi-
büluğa çatana kimi baĢ verə biləcək hər cür fitnə-fəsaddan qorumuĢdu. Xan
Əhməd ərgən yaĢına çatanda Neyney adlı bir qızla evlənmiĢdi və bu izdivacdan bir
oğlan uĢağı olmuĢdu. Xan Əhməd oğluna Sultan Cəng adını qoymuĢdu, amma ġah
Təhmasib buna etiraz eləmiĢdi: - A kiĢi, - demiĢdi, - gəl bu uĢağa sənin rəhmətlik
dədən Sultan Həsənin adını qoyaq. Xan Əhməd də buna etiraz eləməmiĢdi. Amma
Xan Əhməd birləĢmiĢ Gilanın sahibi olandan sonra qudurdu. Ġnsanın da qudurmağı
ələ düĢməz. Xan Əhməd bütün Gilan ərazisində hökmü keçən vali olmuĢdu. Artıq
Ģah-zad tanımaq istəmirdi. ġah keçmiĢ duz-çörəyin, onun atasının, əmilərinin
xatirəsini əziz tutub Xan Əhmədi tutduğu yoldan çəkindirmək istəyirdi. Dilli-
dilavər adamlar göndərib öyüd-nəsihət verirdi, ancaq kor tutduğunu buraxmırdı.
Xan Əhməd Gilanın mövqeyinin möhkəmliyinə, ərazinin meĢələrlə, cəngəlliklərlə
əhatə olunmasına arxayın olub, itaət etməkdən boyun qaçırırdı. ġah onun bu
cahilliyinə, keçmiĢin xatirinə, yenə dözdü. Yanına elçi göndərdi və yazdığı fərmanı
ona çatdırmasını tapĢırdı. Elçi Gilana gəlib Ģahın fərmanını Xan Əhmədə verdi.
Xan Əhməd Ģahın fərmanını alıb səssizcə oxudu. ġah yazırdı: «Bütün bu qəbahətli
və utanmaz hərəkətlərinə baxmayaraq, irsi mülkin olan Piye-piĢə Gilanının sənin
ixtiyarında qalmasına icazə veririk. Piye-pəs vilayəti isə, oğulluğum CəmĢid xana
aiddir. Sən oraya müdaxilə etmə və bir-birinizlə ata-oğul kimi rəftar ediniz».
Sultan Əhməd istehza ilə dedi:
- ġah nəyə görə mənim oğlum Sultan Həsənə bağıĢladığı Piye-pəsəni dəmir qəfəsə
salıb yandırdığı Müzəffər sultanın nəvəsi CəmĢidə bağıĢlayır?
- Bəs nə etsin, xan həzrətləri. Babasını öz günahı üzündən yandırdı, bacısı XanıĢ
bəyimi gözüyaĢlı qoydu, indi də bu yolla onun könlünü almaq istəyir.
- Konlünü alıb də. Ərinin ili çıxan kimi ġah Nemətulla Yəzdiyə ərə verib.
- Bu məsələ bizlik deyildir. Sən gəl fitnə-fəsad daĢlarını ətəyindən tök. Allah
eləməsin, amma yaddan çıxartma ki, Müzəffər sultanın baĢına gələn sənin də
baĢına gələ bilər.
- Hərzə-hərzə danıĢma, mən onun üçün Müzəffər sultan deyiləm.
Elçi söz güləĢdirməyin yersiz olduğunu görüb yerindən qalxdı:
- Məsləhət sənindi. Amma yaxĢı olar bir düĢünəsən.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
69
- Məsləhətinə görə sağ ol.
Elçi eĢiyə çıxıb atına mindi.
* * *
Elçinin gətirdiyi xəbər Ģahı cin atına mindirdi. 975 (1567)-ci il idi. ġah Məsum bəy
Səfəvinin baĢçılığı ilə Gilana - Xan Əhmədin üstünə qoĢun göndərdi. Bu səfərdə
Mustafa mirzəylə yanaĢı Allahqulu sultan Aycəkoğlu da vardı. QoĢun yetiĢib Piye-
piĢə vilayətini mühasirəyə alanda Xan Əhməd Deyləman yaylağında quzu kababı
yeyirdi. Vilayətinin Ģah qoĢunu tərəfindən mühasirəyə alındığını eĢidəndə
Lahicana gedib piyada və süvarilərini səfərbər elədi, dar bir dərəyə çəkilib Ģah
qoĢununu gözlədi. Amma Ģah qoĢunu onun qüvvəsini elə ilk həmlədə pərən-pərən
saldı. Xan Əhməd baĢılovlu ƏĢkur tərəfə qaçdı. BaĢının dəstəsi ilə meĢənin
dərinliyinə çəkildi. Payızın ilk ayı olduğundan dağlarda, meĢələrdə gün keçirmək
Xan Əhməd üçün elə də çətin deyildi. Amma Məsum bəy Səfəvinin tapĢırığı ilə
Allahqulu sultan Aycəkoğlu bir dəstə qorçu ilə onu qarabaqara izləməkdəydi. Bu
qaç-qov düz üç ay çəkdi. Və qıĢın buz nəfəsi Xan Əhmədin yaxasından girib
kürəyində dolaĢdı. Günlər keçdikcə meĢədə yaĢamaq Xan Əhməd üçün ölümə
bərabər oldu, amma ayrı əlacı yoxdu. Allahqulu sultanın adamları da onu
izləməkdən usanmırdılar. Bir gecə sübhə yaxın Xan Əhməd hiss etdi ki, baĢının
üstünü kəsdiriblər, gizləndiyi yerdən çıxıb özünü bir çalaya atdı, ancaq xilas ola
bilmədi, qorçular onun üstünə atılıb əl-qolunu bağladılar. Onu Allahqulu sultan
Aycəkoğlunun yanına apardılar. Allahqulu sultan da Xan Əhmədi Məsum bəy
Səfəvinin yanına, o da əsiri ġah Təhmasibin hüzuruna göndərdi. ġah yenə onun
əmilərinin, atasının xatirinə əlini qana batırmadı, amma onu Qəhqəhə qalasına
saldırdı ki, baĢqalarına da dərs olsun.
Təhmasib Ģah hər kəsin xidmətini qiymətləndirən adamdı. O, Məsum bəy Səfəvini
saraya dəvət eləyib ona vəzirlik verdi, Allahqulu sultan Aycəkoğlunu Lahican
əyalətinin hakimi seçdi. Lakin bir müddət sonra o da yolunu azdı. Adamlar ondan
rəncidə oldular. Allahqulu sultan Aycəkoğlu baĢını əlləri arasına alıb etdiyi
səhvləri düĢünəndə artıq gec idi. ġah onu Lahicanın hakimliyindən azad etdi və heç
onunla üz-üzə gəlmək də istəmədi: «Ey Allahqulu sultan, - dedilər, - Ģah buyurdu
ki, dünənki Ģücaətinə görə sağ ol, biz də bunu qiymətləndirdik, amma sən camaatı
öz hərəkətlərinlə bizdən narazı saldın, indi azadsan, get evində ürəyin istəyən
sayaq yaĢa».
www.kitabxana.net
– Milli Virtual Kitabxana
70
Allahqulu sultan Aycəkoğlu baĢılovlu Qəzvinə, Ģahın sarayına gəldi. Amma
həmiĢə üzünə taybatay açılan qapılar bu dəfə bərk-bərk bağlandı. Allahqulu sultan
çaĢıb qaldı. BaĢa düĢdü ki, Ģah onu bağıĢlamasa, heç bir hörmət-izzət sahibi
olmayacaq. Ona görə də evinə getmədi, dövlətxananın qapısı ağzında elçi daĢının
üstə oturub bağıĢlanacağı günü gözlədi. Günlər keçir, Ģah isə onu bağıĢlamırdı.
Allahqulu sultan da evinə getmirdi. Arvad-uĢağı çay-çörəyini gətirib dövlətxananın
qabağında ona verirdi. Onu dilə tutub evə aparmaq müĢkül məsələydi. Artıq
Ģəhərdə Allahqulu sultanın dövlətxananın qarĢısında Allahın daĢı, kəsəyi, ağacı
olmağının səbəbini hamı bilirdi. Onun bu halına acıyanlar da vardı. Amma Ģahın
qorxusundan kimin həddi nəydi ona özgə bir yol göstərsin?! Sənə göstərilən yolla
getməmisən, canın çıxsın, cəzanı çək. Allahqulu sultan da cəzasını Ģərəflə çəkirdi.
ĠĢin tərsliyindən, havalar da get-gedə soyuyurdu. Nə Ģah rəhmə gəlib onu
bağıĢlayırdı, nə də Allahqulu sultan dövlətxanın qabağından çəkilirdi. Gah qar, gah
yağıĢ yağırdı. ÜĢüyürdü, islanırdı, amma uca boylu, çatma qaraqaĢlı, baĢıçalmalı
Allahqulu sultan oturduğu yerdən tərpənmirdi ki, tərpənmirdi. Mübarək ramazan
ayı girəndə seyidlər, üləmalar Ģahla bayramlaĢmağa gedəndə Allah xatirinə
Allahqulu sultan Aycəkoğlunun günahlarından keçməsini ondan xahiĢ etdilər: -
«Yazıq üç aydı ev üzünə həsrətdi», - dedilər.
ġah gülümsəyib:
- Allahqulu cəzasını özü seçib, keçmiĢ olsun!
Bu üç ayda Allahqulu sultanın saç-saqqalına əl dəyməmiĢdi. Buna görə də
çalmasının altından görünən pırtlaĢıq saçı, uzanıb sinəsinə düĢmüĢ, çallaĢmıĢ
saqqalı hər kəsin diqqətini cəlb edirdi.
Seyidlər, üləmalar saraydan çıxıb dövlətxananın qabağında, yağıĢın altında dimdik
dayanmıĢ Allahqulu sultana yaxınlaĢdılar:
- Gözlərin aydın, Allahqulu sultan, Ģah həzrətləri səni bağıĢladı, get evinə. Bayram
günü bizimlə gedərsən Ģahın hüzuruna üzrxahlığa.
Allahqulu sultan baĢ əydi:
- Allah sizdən razı olsun, - dedi və onlardan ayrılıb evinə getdi.
* * *
www.kitabxana.net
– Milli Virtual Kitabxana
71
… Bayram günü deyilən vaxtda Allahqulu sultan Aycəkoğlu da Ģahı təbrik etmək
üçün dövlətxanaya gəldi. Bu dəfə həmiĢəki kimi qapılar onun üzünə taybatay
açıldı. O, saraya daxil olub Ģahın hüzuruna getdi, qarĢısında səcdə edib:
- ġah sağ olsun, qul xətasız, ağa kərəmsiz olmaz, - dedi: - Günahlarıma görə məni
bağıĢlayın.
ġah əli ilə ona qalxmağı iĢarə elədi:
- Allahqulu sultan, amandasan. Sən sufiməzhəb bir kiĢisən, çaĢmasaydın,
yüksələcəkdin. Sən ucalmağı yox, enməyi seçdin. YaxĢı ki, üç ay dövlətxananın
qabağında hər məĢəqqətə dözüb sufiliyini göstərdin. Get, balalarının üstündə ol!
Allahqulu sultan Aycəkoğlu bu qısa mükalimədən sonra baĢa düĢdü ki, Ģahın
mübarək qəlbində daha ona yer yoxdu. Heç bir söz demədi, təzim edib otaqdan
çıxdı.
XII fəsil
QARDAġ XƏYANƏTĠ
Cahil və nadan dostdan ağıllı düĢmən yaxĢıdır.
Fateh ƏmirTeymur
ġah yağıĢın, qarın altında heykəl kimi donub qalmıĢ Allahqulu sultan Aycəkoğlunu
bir daha gözü önünə gətirib: «Mənim sevgim ona nə qədərdisə, yəqin ki, onun da
mənə məhəbbəti, sədaqəti o qədərdi, - düĢündü. - Bəlkə onun yerinə mən də olsam,
Heydər mirzənin tərəfini saxlayardım. Axı, mən onu bağıĢlasam da, ona layiq
olduğu bir iĢ tapĢırmadım. Daha bu Aycəkoğlu niyə mənim yolumda özünü fəda
etməlidi axı?.. Oy, oy, Allahın mənə bağıĢladığı bir ömrü qeylü-qalsız yaĢamağa
da imkan vemirlər. Bunlar mənə bir köynək yaddı, bəs özümünkü, hamıdan çox
istədiyim doğmaca qardaĢım Əlqas mirzə də mənə xəyanət etmədimi? ġirvanĢahlar
sülaləsinə son qoyub onu ġirvanın naibi etdim, o isə, heç bir səbəb olmadan üzümə
ağ oldu. Üstünə qoĢun yeridib həddini bildirmək istədim, qorxusundan arvadı
Xanbəyim xanımla oğlu Əhməd mirzəni yanıma üzrxahlığa göndərdi. Dedim,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
72
noolar, əziz qardaĢımdı, yəqin Ģeytan yoldan çıxarıb. Bir neçə hörmətli adamı
Xanbəyimlə ġirvana yola saldım. Dedim bu adamların yanında Əlqas mirzə
«Quran»a and içib tövbə eləsin. And içdi, inandım. Ona inanıb gavurlara dərs
vermək üçün Gürcüstana hücum etdim, Əlqas mirzə də fürsəti fövtə verməyib
ġirvanda məscidlərdə adına xütbə oxudub sikkə kəsdirdi, padĢahlıq eĢqinə düĢdü.
Daha bundan sonra onu bağıĢlamaq olardımı? Mən Gürcüstan səfərindən sonra
qoĢun göndərib onu cəzalandırmaq istədim. Əlqas mirzə Ġstanbula, düĢmənim
Sultan Süleymanın yanına qaçdı. Yanıb-yaxıldım. Doğrudanmı qardaĢ qarındaĢdır?
Axı mən ona bir yamanlıq eləməmiĢdim. Onu özümə arxa-dayaq bilirdim. Amma
o, hərəkətləri ilə qəlbimdə hər Ģeyi alt-üst elədi. Buna da dözdüm. O isə özgə
qapısında da sakit oturmadı, Sultan Süleymana Ģirin vədlər verib üstümüzə
qaldırdı.
Ağlı o qədər çaĢdı ki, götürüb mənə məktub yazdı, ərz elədi ki, bəs, biləsən, Sultan
Süleyman məni oğulluğa götürüb. O, atamın bütün mülkünü mənə bağıĢlayıb.
Cavabında yazdım ki, mülk nə mənim, nə sənin, nə də möhtərəm Sultanındır. Mülk
Allahındır, hər kəsə istəsə, verər.
Bir dəfə də yazdı ki, bəs, Sultan Süleyman ona çoxlu at, daĢ-qaĢla bəzədilmiĢ
əĢyalar, qumaĢ libaslar, qatır və dəvədən baĢqa üç yüz min əĢrəfi bağıĢlamıĢdır.
Mən də ona yazdım ki, ey bədbəxt qardaĢım, bütün bunlar sənə bir fayda
verməyəcəkdir. Çünki dini dünya malına satmısan. O daĢ-qaĢdan məndə səndə
olandan qat-qat artıqdır. Amma mən gərək sənin kimi əbləh olam ki, var-dövlətə,
mal-mülkə uyub, onlarla qürur duyam. Mən varlığına daim qürurlandığım və
qürurlanacağım Ģeyi daxilimdə, ürəyimin dərin guĢəsində nəqĢ etmiĢəm.
Sultan Süleyman Əlqas mirzəyə qoĢulub yenə üstümüzə qoĢun çəkdi. Mənə belə
məzmunda bir məktub yazmıĢdı. «Sənin rəhmətlik və cənnətlik atan ġah Ġsmayıl
mənim atam Sultan Səlim Yavuzla müharibə etdi. Sən də Ģücaət iddiasındasansa,
gəl vuruĢaq. Müharibə etmək istəmirsənsə, Ģücaət iddiasında da olma». Onun
məktubunu belə cavablandırdım:
«Bütün varlıqlardan yüksək olan, Ģəni uca böyük Allah «Quran»da buyurur ki,
kafirlərlə cihad və qəzada özünüzü ölümə verməyin. Bir halda ki, Allah bizə
kafirlərlə müharibədə belə təhlükəyə düĢməyi qadağan edir, mən iki müsəlman
ordusu arasında müharibəyə necə fitva verim. Sayca sənin on adam müqabilində
bir adam olmayan ordumu döyüĢə apararaq bu müsəlmanları nə üçün təhlükəyə
salım. Mənim atam sənin atanla müharibə edən gün DurmuĢ xan və baĢqa əmirlər,
bəlkə də onun bütün qoĢunu sərxoĢ idilər. Onlar gecəni səhərə qədər Ģərab içmiĢ,
səhər tezdən isə vuruĢmağa baĢlamıĢdılar. Bu çox ağılsız və yaramaz bir hərəkət
www.kitabxana.net
– Milli Virtual Kitabxana
73
idi. O vaxtdan indiyə qədər Çaldıran müharibəsindən söhbət düĢəndə mən həmiĢə
DurmuĢ xana lənət oxuyuram ki, atam həzrət ġah Ġsmayılı aldadıb, müharibəyə
sövq etdi.
Dostları ilə paylaş: |