bəyimə baxırdı. Pərixan bəyimdən sonra Xədicə bəyim oturmuĢdu. O, Piye-pəsəsin
hakimi CəmĢid xanın arvadıydı. Ondan sonra əyləĢən Ģahın həmiĢə Anaxanım deyə
əzizlədiyi Zeynəb bəyim idi. Ağıllı-kamallı bu xanım hələ niĢanlanmamıĢdı. ġahın
Məryəm bəyim, Fatimə bəyim, ġəhrəbanu bəyim, Xanıs bəyim adlı qızları isə, ər
evlərində haqqa qovuĢmuĢdular.
Məclisdə Ģahın oğlanlarından Heydər mirzə, Süleyman mirzə, Mustafa mirzə,
Ġmamqulu mirzə, Əhməd mirzə öz yerlərini tutmuĢdular.
ġah xəstə yatarkən sarayda baĢ verənləri unutmaq istəsə də, bu məclisi keçirməklə,
həm də qanından, iliyindən gəlmiĢ övladlarına, doğmalarına ibrət dərsi vermək
istəyirdi. Əlbəttə, açıb- ağartmamaq, üzə vurmamaq Ģərtilə. Deyir, sən ağacını
götür, suçlu suçluluğunu bildirəcək.
Al-əlvan geyinmiĢ kənizlər, əllərində göz oxĢayan çini boĢqablar, Ģərbət dolu
kuzələr, su bardaqları, içəri girdilər. Gətirdiklərini səliqə ilə süfrəyə düzüb
çəkildilər. Sonra aĢpazlar iri məcməyilərdə aĢ, gümüĢü kasalarda aĢqarası,
əridilmiĢ yağ, çörək, nazik yuxa, camıĢ qatığı, motal pendiri gətirdilər. Süfrəyə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
96
birinci Ģah əlini uzatdı: - Bismillah, - deyib yuxa götürdü, arasına motal pendiri
qoyub ləzzətlə yeməyə baĢladı. Ondan sonra hamı «bismillah» deyib çörək kəsdi.
Olduqca könülaçan bir gecəydi. Sərin meh əsir və güllərin ətrini Çehelsütun
eyvanına səpirdi. Gecəni səhər eləmək üçün budaqdan - budağa qonan quĢlar
civildəĢirdilər…
ġah gözaltı baxdı ki, daha yeyən yoxdu, dodaqaltı süfrə duası oxudu:
- Ya Allah, süfrəmizi ruzili, məmləkətimizi qada-bəladan hifz elə. Biz yedik
doyduq, ya Rəbbim, cəmi aclar doysun!
Hamı bir ağızdan «Amin» dedi. Nökərlər süfrədəki qab-qacağı yığıĢdırdılar.
Kənizlər çiyinlərində dəsmal, aftafa-ləyənlə məclisə gəldilər. ġah baĢda olmaqla
hamı ağzını yaxalayıb əllərini yudu. Sonra ortaya hilli-mixəkli çay, çərəz gətirdilər.
ġah söhbət etməyə ilmə axtarırdı. Bu vaxt Ġsaq-Musaq quĢunun kədərli səsi
eĢidildi. ġah dedi:
- Gör Allahın quĢa çevirdiyi bu iki qardaĢ itirdiklərini neçə ildi axtarırlar?! Bir
qulaq asın.
Doğrudan da, adama elə gəlirdi ki, quĢlar: - Ġsaq, Musaq, tapdın?! Yox! - deyə bir-
birini haraylayır.
ġah dedi ki, amma insanlarda Allahın quĢu qədər etibar yoxdu. Hamı bir-birinin
üzünə baxdı: «Yoxsa indi Ģah onları etibarsızlıqda suçlayıb qınayacaq, tənbeh
edəcəkdi?!».
Ancaq Ģah susub, indi görürmüĢ kimi, Çehelsütun eyvanının divarlarını bəzəyən
rəsmlərə baxırdı. Xeyli sükutdan sonra Ģah dedi:
- Bu Çehelsütun sarayında kimlər qonağımız olmayıb: Osmanlı, Portəgiz,
Venesiya, Moskva səfirləri… Çar Ġvan Qroznı mənə yüz top, beĢ yüz tüfəng
göndərmiĢdi. Bu gavur məmləkətdən olanlar mənim əlimlə Sultan Süleymanı
aradan götürmək istəyirdilər.
Ġbrahim mirzə:
- ġah sağ olsun, - dedi, - Allah Sultan Süleymanı bu xaçpərəstlərə bir bəla
göndərmiĢdi. O, günbatana doğru geniĢ əraziləri tutmuĢdu. Xaçpərəstlər sizin
Ģəxsinizdə Osmanlılara qarĢı güclü müttəfiq axtarırdılar.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
97
ġah uzun əlini sarıyanız sifətinə xüsusi bir yaraĢıq verən ağappaq saqqalına, qalın
dodaqları üstündə çatma qaĢ kimi sallanan bığına çəkdi. Qövsvari qaĢları altında
həmiĢə donuq görünən gözləri parıldadı:
- Doğru deyirsən, qardaĢoğlu, - dedi, - bu xristian əhli ilanı Seyid Əhməd əli ilə
tutmağı sevir. Hiylə və məkrdə onlara çatan olmaz. Özləri əzilməkdən qorxub bizi
qabağa vermək istəyirlər. Sultan Süleyman dörd dəfə məmləkətimizə hücum eləsə,
əyalətlərimizi viran qoysa da, mən müsəlman ölkəsinə qoĢun yeritməyi Ģənimə
sığıĢdırmadım. Ġstəmədim aramızda yaranmıĢ sülh pozulsun.
- Çox uzaqgörənlik etmisiniz, - Ġbrahim mirzə dedi. - Xeyri də, Ģəri də insan
törədir, əmi.
ġah gülümsəyərək:
- Elədir, qardaĢoğlu, - dedi. - MeĢə çaqqalsız olmaz. Yolunu azanlar, atasına asi
düĢənlər bizdə də olub, Osmanlılarda da. QardaĢlarım Əlqas mirzəylə Sam mirzə
mənə arxa çevirib Sultan Süleymanın yanına qaçmıĢdılar, bundan çox pərt
olmuĢdum. Əməlləri mənə yaman yer eləmiĢdi. Allah bu haqsızlığı götürmədi, gün
gəldi, Sultan Süleymanın oğlu Ģahzadə Bəyazid on min qoĢunla mənim yanıma
qaçdı. O, üç il bizim məmləkətdə əmin-amanlıqda yaĢadı. Sultan Süleyman onu
qaytarmağımızı tələb edirdi. Mən çalıĢırdım ata ilə oğulu barıĢdırım. Bəyazid isə
mənə təklif edirdi ki, sultanın üstünə qoĢun çəkim. Mən ona etiraz edib dedim ki,
atanla bağladığım sülhü sənə görə poza bilmərəm. Qərəz, çox yazıĢmalardan, get-
gəldən sonra Sultan Süleyman Xosrov paĢanı böyük bir elçi heyəti ilə yanıma
göndərib Ģahzadə Bəyazidi geri istədi. Gördüm onu verməsəm, sülh pozulacaq.
Əlacsız qalıb razılaĢdım. Elçilər onun ölüm fərmanı ilə gəlmiĢdilər, onu dörd oğlu
ilə bir yerdə öldürüb, meyitlərini dəvələrin belinə aĢırıb apardılar. Mən bu barədə
təzkirəmdə də yazmıĢam.
- Heyif ondan, gözəl Ģair idi, - Ġbrahim mirzə dedi.
- Elə atası Sultan Süleymanın da yaxĢı təbi vardı. Bəyazid bağıĢlanması üçün
atasına yeddi bənddən ibarət belə bir Ģeir yazıb göndərmiĢdi:
Ey sərasər aləmə Sultan Süleyman baba,
Təndə canım, canımın içində cananım baba,
Bəyazidinə qıyarmısan, benim canım baba,
Bigünaham, haqq bilir, dövlətli sultanım baba.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
98
… Tutalım iki əlim baĢdan-baĢa qanda ola,
Bu misaldır söylənir kim, qul günah etsə nola,
Bəyazidin suçunu bağıĢla, qıyma bu qula,
Bigünaham, haqq bilir, dövlətli sultanım baba.
Sultan Süleyman da oğluna cavabında belə yazmıĢdı:
Ey dəmadəm məzhəri-tüğyanü-üsyanım oğul,
Taxmıyan boynuna hərgiz tək fərmanım oğul,
Bən qıyarmıydım sana, ey Bəyazid xanım oğul,
Bigünaham demə, bari tövbə qıl, canım oğul.
… Tutalım iki əlim baĢdan-baĢa qanda ola;
Çünki istiğfar edərsən, biz də əfv etmək nola,
Bəyazidin suçunu bağıĢlarım, gəlsən yola.
Bigünaham demə, bari tövbə qıl, canım oğul.
Amma Sultan Süleyman belə yazsa da, oğlunun qətlinə fərman verdi.
Ġbrahim mirzə coĢqunluqla:
- Əmi, maĢallah, mən həmiĢə sizin yaddaĢınıza heyran oluram, - dedi.
ġah məmnunluqla:
- Buna görə Allahımdan çox razıyam. Hətta otuz il bundan qabaq gördüyüm
yuxular da günüynən, saatıynan yadımdadı. Bu keyfiyyət həm də qandan gəlir,
qardaĢoğlu, - dedi. - Ulu babamız ġeyx Səfinin təzkirəsi, kəlamları məlum, mənim
atam, sizin babanız ġah Ġsmayıl Xətainin Ģeirləri dünyaca məĢhurdu. Analıqlarım
Həyat xanımla Cahan xanımın da Ģair təbi olub. Bir gün Cahan xanım günüsü
Həyat xanıma belə bir beyt söyləyib:
www.kitabxana.net
– Milli Virtual Kitabxana
99
To padiĢahe-cahani cahan ze dəst məne*,
Ke padiĢahe-cəhanra bekar ayəd.
Həyat xanım da günüsünə dərhal belə bir cavab verib:
Tərke-cəme-cahan bekan ta əz həyat bər xori**,
Hər ke cəme-cahan konəd ke, ze həyat bər xori.
Bədbəxt qardaĢım Sam mirzə Ģeir və qəsidələr yazırdı. Böyük oğlum Məhəmməd
mirzənin də Ģairliyi var. Sən özün də farsca, türkcə gözəl Ģeirlər yazırsan, - bir
qədər sükutdan sonra. - Biçarə Ġsmayıl mirzənin də təbi var. Keçən il həyatı barədə
mənə bir qəsidə yazıb göndərmiĢdi. Oxuyanda göz yaĢımı saxlayammadım…
Pərixan bəyimin də gözəl təbi var. Mənə oxumağa verməsə də, eĢitmiĢəm ki,
Ġsmayıl mirzə barədə bir mənzumə yazıb. Elədirmi, qızım? - ġah üzünü Pərixan
bəyimə tutub soruĢdu.
Pərixan bəyim ədəblə baĢ əydi.
- Elədir, mehriban atam. O, məhbəsə düĢəndə mən yeniyetmə yaĢındaydım. Onun
qəhrəmanlığından bu gün də əfsanələr danıĢırlar. Halbuki o, zindana düĢəndə
iyirmi dörd yaĢındaydı.
ġahın qaĢları çatıldı. O, istədi - istəmədi, bu Ġsmayıl mirzə əhvalatı hər zaman
ortadaydı.
ġah:
- Pərixan, qızım, Ġsmayıl mirzə ağlının ucbatından məhbəsə düĢüb, - dedi. - Qoy
orada bir az qalsın, ağlı baĢına gəlsin.
Pərixan bəyim kəfənini boynuna doladı:
- Mənim əziz Ģah atam, məhbəs hər adamı ağıllandırmır, bəlkə də əksinə… Ġsmayıl
mirzə illərdi bizdən ayrı düĢüb, zindandadı, indi onu bağıĢlamaq olmazmı?
www.kitabxana.net
– Milli Virtual Kitabxana
100
Hamı susub bu mükaliməyə qulaq asırdı. Bu zaman Sultanım bəyimin ürəyi
Ģiddətlə döyünürdü, bu söhbətin nə ilə bitəcəyini gözləyirdi. Heydər mirzə də
adının xəyanətdə hallanacağından ehtiyatlanıb susmuĢdu. Bədiüzzaman
niĢanlısının Ģahın qəzəbinə gələcəyindən ehtiyat edirdi. Bacılar səksəkədə, Ģahın
xanımları nigaranlıq içindəydi. Onların arasında Ġsmayıl mirzənin azadlığa
çıxmasını istəyənlər də, istəməyənlər də vardı. Hamı, o cümlədən, Sultanım bəyim
də yaxĢı bilirdi ki, Heydər mirzənin anası, Əlixan bəyin bacısı istəməzlər ki,
Ġsmayıl mirzə azadlığa çıxsın. ġah ağıl-kamalına görə həmiĢə hörmət etdiyi,
müĢavirələrinə belə dəvət etdiyi qızına dərhal cavab vermədi. Ġsmayıl mirzə gözləri
önündə durmuĢdu. Atalıq hissi ilə hakimlik hissi qəlbində üz-üzə gəlmiĢdi. Ata -
«bağıĢla», - deyirdi. ġah - «bağıĢlamaq olmaz», - hökmünü. FikirləĢirdi ki, Ġsmayıl
mirzədə hakimiyyətə hərislik var. Azadlığa çıxsa, məmləkətdə qarıĢıqlıq olacaq.
Nəhayət, Ģah dilləndi:
- Səhvini baĢa düĢməyəni Allah da bağıĢlamır. Mən hər kəsdən vəfa, etibar görmək
istəyirəm. Rəhmətlik atam ġah Ġsmayıl bu xüsusda yaxĢı deyib:
Ey könül, sidq ilə hər kim Ģah ilə yoldaĢ ola.
Üz gərək döndərməyə hər necə kim yol daĢ ola.
Yolu gər daĢ ola, gər yay ola, gər oxü qılınc,
MürĢidə dönənin mənidə ismi laĢ ola.
Pərixan bəyim istədi Ģaha deyə ki, sənin yerinə göz dikənin biri də budur ey,
gözünun qabağında ciddi sifət alıb. O, ilk dəfə görürmüĢ kimi Heydər mirzəyə
diqqətlə nəzər saldı. FikirləĢdi ki, bu ortaboylu, yaraĢıqlı oğlan, gözəl natiq, mahir
at çapan olsa da, lazım gəlsə qılıncını siyirib döyüĢə atılan cəngavər ola bilməz. O,
olsa-olsa, müharibə barədə nağıllara qulaq asmağa qadirdi. Bu zəriflikdə oğlandan
Ģah olarmı? ġah babam deyib ki:
Mənəm Sultan Xətai Heydər oğlu,
Mənim yolumda qovğa gərəkdir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
101
Bir gürcü qızının qarnından çıxanın yolunda kim qovğa edər?!
Pərixan bəyim ürəyindən keçənləri Ģaha söyləmədi. Çünki Heydər mirzə də onu
Ġsmayıl mirzəni Qəhqəhə qalasından çıxarıb Ģah taxtına oturtmaq cəhdinə görə
ittiham edə bilərdi. Bir də ki, xəstəlikdən təzəcə durmuĢ atasının qanını qaraltmaq
istəmədi. Fikrini baĢqa cür tamamladı:
- Əziz atam, - dedi, - biz kimik ki, sənin əmrindən kənara çıxaq. Ancaq mənim Ģah
babam belə buyurub axı:
Xətai hal çağında,
Hər könül alçağında.
Yüz min Kəbə yaxmaqdır,
Bir könül al çağında.
ġah gözlərini Pərixan bəyimdən çəkmədən dedi:
- Pərixan, qızılbaĢlar ona görə döyüĢlərdə qələbələr qazanıblar ki, həmiĢə, hər
yerdə mürĢidi-pirlərinə sözsüz itaət ediblər. Atam bu xüsusda da öz sözünü
deyibdir:
Mürid oldur ola əhl- iradət,
Hər iĢdən var da pirdən icazət.
Sənin qardaĢın Ġsmayıl müridlik yolunu tutmadı. Qəhrəman oğlumun zindanda
yatması mənə də xoĢ deyil. Amma bu yolu o özü seçib.
Pərixan bəyim daha atası ilə söz güləĢdirmədi. Deyəmmədi ki, qəhrəman at belində
olar, qəhrəmanın qol-qanadını sındırmaq üçün zindana atmazlar. O, içində
çağlayan etirazını güclə boğdu. Pərixan bəyimin susduğunu görüb Sultanım bəyim
məclisdəki gərginliyi aradan götürmək üçün dedi:
- Hökmdar, bəlkə sazandalara söz verəsən?! Cavanlar da darıxmasınlar.
ġah yanında oturmuĢ xanımını gözüdolusu süzdü:
www.kitabxana.net
– Milli Virtual Kitabxana
102
- Buyursunlar, Sultanım. Deyirəm, xanəndələrimiz «ġur» oxusunlar, qulaq asaq.
ġahsuvar tarını, Məsum kamançasını «ġur» üstə köklədi. «ġur»un «mayə»sini
Hafiz Əhməd baĢladı:
Mənə badi-səba ol sərvi-gülrüxdən xəbər verməz,
Açılmaz qönçeyi-bəxtim, ümidim nəxli bər vermə.
Töküb göz yaĢını sənsiz həlakin istərəm, amma,
Əcəl peykinə seyli-əĢk girdabi-güzər verməz.
Hafiz Əhməd Ģöbədən - Ģöbəyə adladıqca coĢur, məclisdəkilər də dünyanın min bir
qayğısından uzaqlaĢıb könül rahatlığı tapırdılar. Xanəndə xoĢ avazı ilə sanki
dərələrdən, təpələrdən, ormanlardan keçərək məclisdəkilərə bələdçilik edirdi. O, zil
Ģöbələri Hafiz Lələ Təbriziyə saxlamıĢdı. Hafiz Lələ Hafiz Əhmədin ağzından
avazı alaraq elə bir ustalıqla «NiĢibi-fəraz» Ģöbəsinə keçdi ki, hamı əl çaldı. ġah,
«Əhsən!», - dedi. Xanəndə Məhəmməd Füzulidən oxuyurdu:
Könlümdə min qəmin vardır ki, pünhan eyləmək olmaz,
Bu həm bir qəm ki, el tənindən əfqan eyləmək olmaz.
Nə müĢkül dərd olursa bulunur aləmdə dərmanı,
Nə müĢkül dərd imiĢ eĢqin ki, dərman eyləmək olmaz.
Hafiz Lələ cəh-cəhli zəngulələrlə muğamı tamamlayıb «əyaq» verəndə alqıĢ
qopdu. Hamı bir anda kimliyini, məmləkətdə mövqeyini, yerini unutmuĢdu.
Xanəndələr muğamın təkrarsız avazında onları dinləyənlərin könlünü fəth edib
kamillik mərtəbəsinə qaldırmıĢdılar. Bu an hər kəs ölüb-öldürmək, kiminsə
azadlığını əlindən alıb zindana atmaq kimi düĢüncələrdən çox-çox uzaq idi.
Ġbrahim mirzə bayaqdan qəlbində xanəndələrə qoĢulub səssizcə oxuyurdu. ġah
ömrünün tamaĢasına durmuĢdu. Sultanım bəyim xəyalən Qəhqəhə qalasında, oğlu
Ġsmayıl mirzəylə üz-üzə oturmuĢdu. Pərixan bəyim baxıĢlarını Bədiüzzamanın
odlu baxıĢlarından yayındırıb Məhəmməd Füzulinin indicə oxunan qəzəllərinə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
103
nəzirə yazmaq barədə düĢünürdü. Heydər mirzə elə bil ağzına su almıĢdı, Ģahlıq
fikrinə tez düĢdüyü və niyyətinin Ģaha agah olduğu üçün hələ də nigarançılıq
içində çırpınırdı.
Ġbrahim mirzə Ģahın kefini duru görüb ürəyindən keçənləri söylədi:
- ġah sağ olsun, bu Füzuli qəzəlləri məni həmiĢə heyran eləyir. Nə qədər incə
zövqlu Ģair olub. Heyif, onu görmək mənə qismət olmadı.
- Allah rəhmət eləsin. Yazdığı əĢarlar həmiĢə diridir. «Bəngü badə»sini də mürĢidi-
pirimiz ġah Ġsmayıla həsr edib.
Ol ki, baĢlar zamanda bəzmi-fərağ,
PadĢahlar baĢından eylər əyaq.
- Bunun açması necədi, hökmdar?
- Açması budur ki, mürĢidimizlə özbəklərin padĢahı ġeybani xanın arasında
müharibə olmuĢdu. Atam ġeybani xanı məğlub edib öldürdükdən sonra qafa tasını
qızıla tutdurmuĢdu. Bu qafa onun piyaləsi olmuĢdu. ġair bu hadisəyə iĢarə vurur.
Ġbrahim mirzə coĢqunluqla dedi:
- Onda olan bənzətmə, onda olan bəlağət kimdə var?!
Degil bihudə gər yağsa fələkdən baĢıma daĢlar,
Binasın tiĢeyi-ahimlə viran etdigimdəndir.
ġah da etiraf etdi:
- Gözəldi.
- Əmi, bağıĢlayın məni, Bağdad bizdə olanda gərək onun qədrini biləydik. -
Qəsdən «biləydiniz» demədi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
104
- Doğru buyurursan, amma dövlət iĢinə baĢımız qarıĢdığından, o boyda kiĢini
unutmuĢuq. Lap açığı, Füzuli bizim sarayda çalıĢan Ģair Heyrətiyə göndərdiyi bir
qəsidədə bostanımıza daĢ atmıĢ, saraydan uzaq durmasıyla fəxr etmiĢdi.
- Əmi, Füzuli hər cür hörmətə layiqdi. O, azad ruhlu bir insan olub. Qəfəs ona
yaddı.
- QardaĢoğlu, mən sarayı heç vaxt qəfəsə çevirməmiĢəm. Məhəmməd Füzulini
həmiĢə rəhmətlə yad edirəm. Amma nə gizlədim, o yazanda ki:
Tökdükcə qanımı oxun ol asitan içər,
Bir yerdəyəm əsir ki, torpağı qan içər, -
mənim xətrimə dəyirdi. Elə bilirdim ki, məmləkətimdə tökülən qanların baiskarı
mənəm. Tək olan Allah Ģahiddir ki, mən nahaqdan bir insanın da burnunun
qanamasını istəməmiĢəm.
- Əmi, onun sözlərindən incimək günahdır. Biz gəldi-gedərik, Füzuli sözü
yaĢayandı. Füzuli Sultan Süleymanın onun üçün kəsdiyi doqquz ağcanı* ala
bilməyəndə də dilini saxlaya bilməyib: «Salam verdim, rüĢvət deyildir - deyə
almadılar», - deyib.
ġah dedi:
- Ġbrahim mirzə, görürəm, Füzulini özündən də çox istəyirsən.
- Bəli, elədi. Mən Füzulini oxuyanda özümdə olmuram.
- YaxĢı, qalx ayağa, sazını götür, AĢıq Zeytunu çək meydana.
Ġbrahim mirzə yerindən qalxıb sazını götürdü, AĢıq Zeytunun qarĢısında durub:
- AĢıq, buyur, meydan sənindi, - dedi.
AĢıq Zeytun sazını köynəyindən çıxarıb «BaĢ sarıtel» üstə köklədi. BaĢladı AĢıq
Qurbanidən oxumağa:
Ay ağalar, ay qazılar,
Yar yaman aldatdı məni.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
105
Əl atdım yarın dəstinə,
Yar kənara atdı məni.
Tor qurdum çeĢmin gölünə,
Qurbanam sonam telinə.
DüĢdüm dilbilməz əlinə,
Aldı, ucuz satdı məni.
Qurbanidi mənim adım,
Adəm atadı bünyadım,
ġeĢ atdım, çahar oynadım,
Axır, fələk uddu məni.
Ġbrahim mirzə AĢıq Zeytunun cavabında məlahətli səslə oxumağa baĢladı:
Durub dolanım baĢına,
AĢiqindən küsən dilbər!
Gözlərini dik gözümə,
Nə mən dinim, nə sən, dilbər!
Mina qəddin zəbərcəddi,
Nə desən, cana minnətdi.
El köçüb, otaq xəlvətdi,
Gəlsən alam busən, dilbər!
www.kitabxana.net
– Milli Virtual Kitabxana
106
Ġbrahim mirzə sezilməz tərzdə arvadı Gövhər xanıma iĢarə ilə qoĢmanın ardını
oxudu:
ĠtirmiĢəm maralımı,
Bir sinəsi yaralımı,
Gündüz səbr-qərarımı,
Gecə yuxum kəsən dilbər!
Qurbani özünə bəydi,
Yar həsrəti qəddin əydi,
Nə dedim, xətrinə dəydi,
Bu mən, dilbər, bu sən, dilbər!
AlqıĢ qopdu. AĢıq Zeytunla Ġbrahim mirzə keçib yerlərində əyləĢdilər. Ġndi də
zurnaçı Həsənlə nağaraçalan Hüseyn meydana girdilər. Həsənin zurnada xüsusi bir
məharətlə çaldığı «Tərəkəmə» sümükləri cümbüĢə gətirmiĢdi. ġah Ģahzadələrə
üzünü tutub: - Oynayın! - dedi. - Qalxın! Qalxın!
ġahzadələr qalxıb əvvəl üz-üzə, sonra qol-qola girib oynaya-oynaya dövrə
vurdular.
ġah övladlarını bu cür qol-qola, yan-yanaĢı görəndə sevincindən gözləri doldu.
* * *
Həmin gecənin səhəri Ģah sarayda ustaclı tayfasının nüfuzunu zəiflətmək üçün
Heydər mirzənin tərəfini saxlayan əmirlərindən bir neçəsini saraydan
uzaqlaĢdırmaq fikrinə düĢdü. Əvvəl Murad xan SüfrəçibaĢını çağırtdırdı. Hal-
əhvaldan sonra:
www.kitabxana.net
– Milli Virtual Kitabxana
107
- Murad xan, - dedi, - sabah qoĢun götürüb Mazandarana gedirsən. Üzümüzə ağ
olan bir dəstə Kəcur qalasına sığınıb, bizi tanımaq istəmirlər. Get o qalanı fəth elə.
Murad xan SüfrəçibaĢı:
- BaĢ üstə, Ģah sağ olsun. «Sağ olsun, baĢqa cür də cəzalandıra bilərdi» -- düĢündü.
- Çox pakizə, gedə bilərsən. Allah amanında.
- Sağ olun, - deyib Murad xan SüfrəçibaĢı arxa-arxaya gedib qapıdan çıxdı. «Atalar
yaxĢı deyib ki, tələsən təndirə düĢər. Biz tələsib Heydər mirzəni Ģah taxtına
oturtmaq fikrinə düĢməsəydik, indi Ģah məni gedər-gəlməzə göndərməzdi».
ġah Piri bəy Qoçulunu da yanına çağırtdırıb:
- Bu gündən Reyin hakimisən. Sabah yola çıx, Reyə get. Elə iĢlə ki, camaat bizdən
rəncidə olmasın, - dedi.
Piri bəy Qoçulu Allahına Ģükür eləyib Ģahın ona uzatdığı fərmanı alıb getdi.
Allahqulu sultan Aycəkoğlunun bir dəfə özü-özünə cəza verdiyini xatırlayıb ona
toxunmadı. Amma Həsən bəyin oğlu Hüseyn bəy YüzbaĢını saraydan
uzaqlaĢdırmaq istədi. ġah, Həsən bəy və onun oğlu Hüseyn bəyin Səfəvilər dövləti
yolunda göstərdikləri xidmətləri yaxĢı bilirdi.
Hüseyn bəy Ģahın onu nə səbəbə yanına çağırtdırdığını dərhal anladı. ġah onu
gülərüzlə qarĢıladı, kefini soruĢdu. Hüseyn bəy də razılığını bildirib Allahın
köməkliyi ilə sağaldığı, məmləkətin iĢlərini sahmana salmağa baĢladığı üçün Ģaha
gözaydınlığı verdi. Bir qədər ordan-burdan danıĢandan sonra Ģah dedi ki, bəs Rum
(Türkiyə) sultanı II Sultan Səlim Allah rəhmətinə gedib, çox fikirləĢdim, səndən
layiqli birisini tapa bilmədim. Məsləhətdi ki, sən Rum elinə gedib Sultan Səlimin
oğlu Sultan Murada baĢsağlığı verəsən, həm də bir elçi kimi onun cülusunu təbrik
eləyəsən.
ġahın təklifi Hüseyn bəyin heç cür ürəyindən deyildi. Saraydan uzaqlaĢsa,
rəqiblərinə bəri baĢdan uduzmuĢ olacaqdı. Sonra, Allah bilir, ustaclıların, onun
özünün taleyi necə olacaqdı. Artıq ustaclı Murad xan SüfrəçibaĢıyla Piri bəy
Qoçulunun əhvalatından da xəbərdardı. Ona görə də ürəyində Allahını çağırıb belə
bir bəhanə uydurdu:
- ƏĢrəfin mübarək zatının sağlamlığı üçün nəzir demiĢdim ki, səkkizinci imamın
ziyarəti üçün MəĢhədə gedərəm. Ömrümün sabahına ehtimadım az olduğu üçün
mənə ziyarət rüsxəti verməyinizi arzu edərdim.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
108
ġah düĢündü ki, o, həyatda ola-ola bu Hüseyn bəy YüzbaĢı neyləyə bilər?! Yel
qayadan nə aparar?!
- YaxĢı, Hüseyn bəy, sən ziyarətə gedərsən. Sənin əvəzinə Çuxursəd hakimi
Məhəmməd xan Toxmağı göndərərik, - dedi.
Hüseyn bəy YüzbaĢı ikiqat oldu:
- Əlahəzrət, Allah sizdən razı olsun. Ġcazə verin, mürəxxəs olum.
ġah əlini qapıya sarı tuĢladı:
- XoĢ getdin.
* * *
… ġah o gündən sonra düz iki il ağrı-acı bilmədən, kefi kök, damağı çağ
məmləkəti idarə elədi.
Ġki ildən sonra isə baĢına bu bəla gəldi. Adi bir ehtiyatsızlıqdan ölüm yatağına
düĢdü.
XVII FƏSĠL
ÖMRÜN SON GECƏSĠ
Ölüm gəlməmiĢ ölümə hazırlaĢ.
Yusif Balasaqunlu
984-cü siçan ilinin səfər ayının 13-ü (13 may 1576) axĢamı Ģahın halı pisləĢdi.
Buna baxmayaraq o, hələ də əcəlinin yetiĢdiyinə inanmırdı, yaĢamağa ümidliydi.
Uzaqdan, çox uzaqdan qulağına səs gəlirdi və get-gedə bu səs yaxınlaĢırdı, sanki
dağlar da əks-səda verirdi: Pirim, mürĢidim, sadağa olduğum! Pirim, mürĢidim,
sadağa olduğum! ġah, Allah! ġah, Allah! - deyə ordu onu qarĢılayırdı. Yüz minlik
www.kitabxana.net
– Milli Virtual Kitabxana
109
bir ordunun eyni bir avaz, eyni bir ahənglə, qılıncları qalxanlara döyə-döyə
hayqırdığı bu sözlərdən, həqiqətən, yer-göy titrəyirdi. Əstəğfürullah, ordu onu yer
Dostları ilə paylaş: |