haqqı da vardı. Axı, bu Ġsmayıl mirzə on dörd yaĢından əlində qılınc, hərb
meydanına atılmıĢdı. Hələ onda Pərixan bəyim anasının bətnində idi. O, bu
dünyaya bir il sonra (1548) gələcəkdi. Sonralar biləcəkdi ki, atası ġah Təhmasib
ona xəyanət eləmiĢ qardaĢı Əlqas mirzənin yerinə on dörd yaĢlı Ġsmayıl mirzəni
ġirvanın hakimi təyin etmiĢdi. Qacar tayfasından olan Göyçə sultan da onun
lələsiydi və Ġsmayıl mirzənin bir sərkərdə, dövlət adamı kimi yetiĢməsində çox
əmək sərf eləmiĢdi. Ġsmayıl mirzə Ģücaətdə, fərasətdə babası ġah Ġsmayıla
çəkmiĢdi. O da on dörd yaĢında olanda ġirvanĢahlar sülaləsindən olan Burhanla
vuruĢub ona qalib gəlmiĢdi. Daha sonra Ġsmayıl mirzə I Sultan Süleymanın ordusu
ilə vuruĢmada özünü qəhrəman sərkərdə kimi tanıtmıĢdı. Ġsmayıl mirzə Qarsı üç
gün mühasirədə saxlayıb, Osman Çələbinin qoĢununa qalib gəlmiĢdi. Əmisi
Bəhmən mirzəylə çiyin-çiyinə Bayburt ərazisində osmanlılarla döyüĢmüĢdü. O,
1552-ci ildə qızılbaĢları Ərzurumun Osmanlı hakimi, özündənrazı, lovğa Ġsgəndər
paĢanın üzərinə yeridib, sonra qəsdən geri çəkilmiĢ, bu yolla rəqibini qalasından
kənara çıxmağa həvəsləndirmiĢdi. Beləcə, Ġsmayıl mirzə Ġsgəndər paĢanın qaladan
çıxmıĢ qoĢunlarını mühasirəyə alıb darmadağın etmiĢdi. Ġsmayıl mirzə bu döyüĢdə
Ġsgəndər paĢanın qardaĢı Ramazan bəyi, Sultan Süleymanın qullarından
Məhəmməd qullarağasını, MərəĢ, Malatay, Trabzon hakimlərini, Rasin və kürd
əmirlərini, sancaq* bəylərini əsir almıĢdı. Osmanlılar bu gəncin sürətli və cəsarətli
həmlələrindən özlərini itirmiĢdilər. Onun qəhrəmanlığını, Ģücaətini «Dəli Ġsmayıl»
ayaması ilə etiraf etmiĢdilər.
El arasında Ġsmayıl mirzə haqqında rəvayətlər dolaĢırdı. Onun adı gələndə
qızılbaĢlar ordusunda canlanma yaranırdı, adı ilə öyünürdülər. Söyləyirdilər ki, bir
axĢam altı yüz yeniçər Ġsmayıl mirzənin qərərgahına gələrək onun tərəfinə
keçdiklərini söyləyirlər. Elə ki onların baĢçıları Ġsmayıl mirzənin çadırına girir,
gözlənilmədən qılınclarını siyirib Ģahzadənin üstünə atılırlar. Ġsmayıl mirzə bu
qəfil həmlənin qarĢısını qılıncının və qolunun gücü ilə alır. Xəyanət niyyətilə
gəlmiĢ yeniçərlər qılıncdan keçirilir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
121
Bax, belə bir qəhrəman Ģah atanın qəzəbinə gəlmiĢdi. Nə idi bu qəzəbin səbəbi?
Ġsmayıl mirzə nə günah iĢlətmiĢdi? Pərixan bəyim günlərlə bu barədə düĢünmüĢdü,
iĢin içində olan əyanlardan soruĢub öyrənmiĢdi. Qələbə eĢqi ilə alovlanan Ġsmayıl
mirzə Osmanlılarla Səfəvilər arasında bağlanmıĢ Amasya sülh (29 may 1555-ci il)
saziĢinin Ģərtlərini heç cür qəbul edə bilmirdi. Bu sülhün Ģərtlərinə görə, Səfəvi
dövləti Qərbi Gürcüstan vilayətini, Bağdadı itirmiĢdi.
ġah Ġsmayı mirzəni qardaĢı Məhəmmədin yerinə Herata hakim göndərmiĢdi. Bu
uzun yolda onu Əli sultan Təkəli müĢayiət edirdi. ġah Təhmasib Əli sultana
gizlində məktub verib tapĢırmıĢdı ki, onu Məhəmməd mirzənin lələsi, Heratın
əmir-əl-ümərası Məhəmməd xan Təkəliyə çatdırsın. Məktubda göstərilmiĢdi ki,
Ġsmayıl mirzə hər bir iĢdə ancaq və ancaq əmirin razılığı ilə hərəkət edə bilər.
Əli sultan Ģahın əmrinə əməl etməmiĢ, məktubun məzmunu ilə Ġsmayıl mirzəni elə
yoldaca tanıĢ eləmiĢdi. Əli sultan Herata çatanda Məhəmməd xan Təkəliyə belə
söyləmiĢdi: «ġah əmr edib ki, siz hər bir iĢdə Ģahzadəyə tabesiniz, nə buyursa, o da
olmalıdır».
Ġsmayıl mirzə Məhəmməd xan Təkəlini dövlət iĢlərindən uzaqlaĢdırdı və Ģahın
razılığını almadan vilayətlərin hakimlərinə məktub yazıb, onlardan dərhal qoĢun
toplamağı, Amasya sülh saziĢini pozub, Osmanlı vilayətlərinə yürüĢə baĢlamağı
tələb etdi.
Məhəmməd xan Təkəli görüb-eĢitdiklərini, Ġsmayıl mirzənin əməllərini bircə-bircə
yazıb Ģaha göndərdi. Qəzvində həmin gecə Ģahın gözünə yuxu getmədi. Çünki bu
məsələdə Ģəxsi-qərəzlik yoxdu, Ģahzadənin vilayət hakimlərinə göndərdiyi
məktublar onun əlindəydi. Bu məktublar açıqca Ģah atanın iradəsi əleyhinə idi. ġah
səhər tezdən qorçubaĢı Sevindik bəy ƏfĢarı Herata göndərdi ki, Ġsmayıl mirzəni
vəzifəsindən kənar etsin.
Ġsmayıl mirzə beləcə Heratın hakimliyindən uzaqlaĢdırılıb Qəhqəhə qalasına atıldı,
Əli sultan isə, bu yolda canından keçdi.
Pərixan bəyim heç kəsə deməsə də, atasının Ġsmayıl mirzəni Qəhqəhə qalasına
saldırmaqda həm də Ģahzadədən ehtiyat etdiyini düĢünürdü: «Deməli, atam həm də
Ġsmayıl mirzənin hakimiyyət ehtirasından qorxub. Görəsən, zindan həyatı onu
dəyiĢməyib ki? Mənim onun barəsində yazdığım «Zendaniyi-qəleye-Qəhqəhe»
mənzuməmdən xəbəri varmı? Yox, nə yolla olur-olsun, Ġsmayıl mirzəni zindandan
xilas etməliyik! YaxĢı, çox yaxĢı, bəs nə yolla?»
Bu yerdə atasının dövlət müĢavirələrindən birində təsadüflərin insan həyatında
gözlənilməz dəyiĢikliklər etdiyi barədə söylədiyi əhvalat yadıına düĢdü. Bir
www.kitabxana.net
– Milli Virtual Kitabxana
122
padĢahın imarətinin qabağında bir nalbənd yaĢayırmıĢ. Onun əxlaqlı, gözəl bir
arvadı varmıĢ. Amma bu qadının baĢ-gözü açıq olarmıĢ. Bir dəfə padĢah onu
görəndə soruĢur ki, bu qadın kimdi? Deyirlər, nalbəndin arvadıdı. PadĢah deyir:
- Ə, nalbənd qələt eləyir. Bu saat gedin ona deyin, arvadı boĢasın, onu alıram.
Vəzirlərdən biri yalvarır:
- PadĢah sağ olsun, bizi xalqın içində biabır eləməyin. Belə iĢ görməyin, o,
nalbəndin kəbinli arvadıdı.
O biri vəzir isə deyir:
- PadĢah sağ olsun, o qadını mən sənə alaram.
Gəlir nalbəndin yanına, deyir:
- Ölkə hakiminin qəlbinə toxunmaq olmaz. Arvadını boĢa, padĢah alsın.
Nalbənd deyir:
- A kiĢi, sən nə danıĢırsan, mən heç vaxt arvadımı boĢamaram.
Arvad da öz növbəsində deyir ki, mən heç zaman padĢaha ərə getmərəm.
Qansız, insafsız vəzirin biri padĢaha məsləhət verir:
- Qibleyi-aləm sağ olsun, gündə əlli adamın boynunu vurdurursan. Nalbəndə əmr
elə ki, sabaha qədər bu qədər at üçün nal kəs, səhər müharibəyə gedirik. Əgər səhər
tezdən nallar hazır olmasa, boynunu vurduracam.
PadĢah razılaĢır.
PadĢahın əmrini eĢidən nalbənd arvadına deyir:
- Ayrılıq aĢı biĢir, mənə ölüm qərarı kəsildi.
Arvad deyir:
- A kiĢi, ruhdan düĢmə, qalx ayağa, mən də kömək eləyim nalları kəsək.
KiĢi deyir:
- Yox, bir belə nalı bir gecəyə kəsib qurtarmaq olmaz. Ümidim tək olan Allahadır.
Heç bir çəkic də vurmayacağam.
Səhərə yaxın qapı döyülür. Arvad deyir ki, əĢi, səni çağırırlar. Nalbənd deyir:
www.kitabxana.net
– Milli Virtual Kitabxana
123
- Arvad, sənə yaxĢı olmuĢam, pis olmuĢam, halal elə.
Qadın deyir:
- A kiĢi, zəhər içərəm, kimsəyə təslim olmaram. Dünyadan imansız getmə.
Nalbənd durub qapını açır, dörd nəfər sadə adam girir içəri. Onlardan biri nalbəndə
deyir:
- QardaĢ, nal lazım olmadı. Bu gecə padĢah ölüb. Onun tabutu üçün beĢ-altı
mismar düzəlt ver, aparaq.
Onun üçun deyir ey:
Ey mıxı mismar eyləyən kiĢi,
Ey sayılı borcdan qurtaran kiĢi.
… Qapı açıldı. Qabaqda anası, ardınca gürcü qızı, sonra Heydər mirzə içəri girdi.
Anası boynunu qucaqladı:
- Qızım, özünü Ģərdən-böhtandan qoru. Sənin üçün kimin Ģah olmasının nə fərqi?
Pərixan bəyim nə düĢündüsə:
- Doğru buyurursan, ana, - dedi, - mən ağılsızlıq etmiĢəm.
O, bir anda Ģahlıq tacını baĢında gəzdirən Heydər mirzəyə tərəf atılıb onun
ayaqlarını öpdü. Sonra Heydər mirzənin anasına tərəf dönərək: - ġahid ol, bəyim,
əlahəzrəti taxta çıxdığına görə təbrik etmək və onun mübarək ayaqlarını öpməkdə
heç kəs məni qabaqlamadı, - dedi.
Heydər mizə sarayda nüfuz sahibi olan qürurlu Pərixan bəyimdən bu «mütiliyi»
qətiyyən gözləmirdi, ona görə də:
- Bacı, sənin sədaqətinə tamam inanmağım üçün «Quran»a and iç! - dedi.
Pərixan dərhal kitab dolabına doğru gedib əlinə ilk keçən kitabı götürüb qardaĢının
hüzurunda dayandı:
www.kitabxana.net
– Milli Virtual Kitabxana
124
- Sənin Ģahlığını qəbul edir, sənə itaət edirəm. - Əlini kitabın üstünə qoydu: - Bu
«Quran»a and içirəm, sənə heç zaman xəyanət etməyəcəyəm. -- Ürəyində isə baĢqa
söz deyirdi: - «Sən Heydər mirzəni qəhrəman Ġsmayıl mirzənin haqqını
tapdalamağa qoymayacağam». - Ġnandın, qardaĢ?!
- Ġnandım!
- Onda, icazə ver evimə gedim.
- Niyə gedirsən?
- QardaĢım Ģahzadə Süleymanı, dayım ġamxal sultanı muĢtuluqlamaq istəyirəm.
- Bacı axı onlar Ġsmayıl Mirzənin tərəfindədirlər.
- Mən sənə itaət etdim, inĢallah, onlar da edərlər. Ġcazə ver, onları da saraya
gətirim, sənin xidmətində dursunlar.
- Oldu, əziz bacım, gözləyirəm, get qardaĢın Süleymanla, ġamxal dayını gətir
mənim yanıma.
Pərixan bəyim baĢ əyib otaqdın çıxdı. Daha doğrusu, qanadlanıb uçdu. «Uduzdun,
Heydər mirzə, uduzdun! Sənin Ģahlığın bitdi! Mən sənin ayaqlarından Qəhqəhə
qalasında yatan qəhrəman Ġsmayıl mirzənin xətri üçün öpdüm».
Tələsirdi, çox tələsirdi, əsrə bərabər saatlardan qurtulmuĢdu, indi hər Ģeyi dayısı
ġamxal sultana çatdırmalıydı. O, tələsik hərəmxana bağından At meydanına aparan
gizli qapını öz açarı ilə açaraq dayısının yanına qaçdı. Qaçarkən yaylığının
sürüĢərək çiyinlərinə düĢdüyünü, bir cüt xurmayı hörüyünün kürəyində ilan kimi
qıvrılıb açıldığını, sinəsini qabardan döĢlərinin necə incə bir ahənglə
silkələnməsinin fərqində deyildi. Onu ancaq illərlə xəyalında əzizlədiyi, igidliyi,
Ģəxsiyyəti ilə öyündüyü, güvəndiyi Ġsmayıl mirzənin sağ-salamat zindandan çıxıb
Ģahlıq taxtında oturması düĢündürürdü. Hər gün ünsiyyətdə olduğu, əməlisaleh,
rəhimdil, ədalətli, mehriban Heydər mirzə qətiyyən düĢündürmürdü. Heç elə bil
onu görmürdü. XoĢbəxtlik də belədi, bəzən o, bizə əl altında olacaq qədər yaxın
olur, amma biz onu görmürük. XoĢbəxtliyimizi gedib çox-çox uzaqlarda axtarırıq.
Pərixan bəyim dayısı ġamxal sultan Çərkəzi tapıb hərəmxana bağçasının açarını
ona verdi. ġamxal sultan hərəmxana bağçasının açarlarını əlində görəndə gözləri
parıldadı. Pərixan bəyim dayısının gözlərindəki bu parıltıdan diksindi. O, Heydər
mirzənin öldürülməsini istəmirdi, sadəcə, onu Ģahlıq taxtına layiq bilmirdi. Amma
indi dayısının gözlərindəki o parıltıdan sümükləri eyməndi. Bir anlıq bilmədi
neyləsin, dayısı ġamxal sultan bircə dəfə fit verdi, dərhal üç yüz çərkəz hazır oldu.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
125
ġamxal sultan qabaqda, çərkəzlərdən ibarət qorçuları ardınca, hərəmxana
bağçasına keçdilər.
Pərixan bəyim iki yol ayrıcında qaldı. Gedənlərin arxasınca xeyli baxandan sonra
evinə döndü.
* * *
Günün axırıydı. Hüseyn bəy YüzbaĢı və tərəfdarları baĢa düĢdülər ki, Hüseynqulu
Xüləfa onları aldadıb. Ġsmayıl mirzədən bir xəbər yoxdu. Onun gəlməsi söhbəti boĢ
bir xülyadı. Hüseyn bəy YüzbaĢı tərəfdarlarına dedi ki, gedək dövlətxananın
keĢiyini təhvil alaq. Hamısı atlandı, Ģahzadə Mustafa mirzə də onlarla idi. Yolda
Allahqulu sultan Aycəkoğlu onun sözünü eĢidib Hüseynqulu Xüləfanın üstünə
getmədiklərini bəhanə gətirərək onlardan ayrıldı.
Hüseyn bəy YüzbaĢı baĢının dəstəsi ilə dövlət xəzinəsinin arxa tərəfindən keçən
yolla irəliləyirdi. Çünki əsas yol tutulmuĢdu. Xəzinənin keĢikçiləri onları qarətə
gələnlərə oxĢadıb güllə-ox yağıĢına tutdular. Hüseyn bəy YüzbaĢı qıĢqıra-qıĢqıra
dedi ki, bizim sizinlə heç bir Ģərikli malımız yoxdur. KeĢik çəkməyə gedirik.
Bəsdirin, saxlayın bu güllə-ox yağdırmağı…
Hüseyn bəy YüzbaĢının dəstəsi dövlətxanaya çatanda qapıları bağlı gördülər. Onlar
təlaĢla qapıları döysələr də, açan olmadı. Hüseyn bəy YüzbaĢı baĢa düĢdü ki,
gecikiblər. Ġçindən ağrı keçdi: «Gərək Aycəkoğlunu eĢidəydik, bu qazdan ayıq
Hüseynqulu Xüləfanı o dünyaya göndərsəydik, indi qapılar üzümüzə
bağlanmazdı».
Onlar aramsız olaraq qapıları döyürdülər, sanki dövlətxanada ins-cins yoxdu,
qapılar onların üzünə bəlkə də həmiĢəlik qapanmıĢdı.
Hüseyn bəy YüzbaĢı dostlarına söylədi ki, biz çox ləngimiĢik, qorxuram
Hüseynqulu Xüləfa tərəfdarlarını xiyaban yolu ilə aparıb At meydanından
hərəmxana bağçasına keçirsin. Yəqin ondan ötrü heç bir müqəddəs dəyər
qalmayıb.
Hüseyn bəy YüzbaĢı yanılmamıĢdı. Doğrudan da, Hüseynqulu Xüləfa
tərəfdarlarını At meydanından hərəmxana bağçasına keçirərək ġamxal sultanın
adamlarıyla birləĢdirmiĢdi. Bu iki birləĢmiĢ dəstənin yarısı bağçada qalmıĢdı, yarısı
isə artıq hərəmxana dairəsinə adlamıĢdı. Lap öndə tosqun Hüseynqulu Xüləfa,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
126
yanağından qan daman ġamxal sultan, onların ardınca Süleyman mirzə, Əli bəy
ġamlı, CəmĢid bəy Çərkəz, Vəlixan bəy Rumlu irəliləyirdilər. Sanki böyük bir
qoĢunun üstə gedirdilər. SiyrilmiĢ qılınclar günəĢin Ģəfəqləri altında bərq vururdu,
ox-yayını çiyninə salanlar, əlitüfəngli olanlar da vardı. Elə bil ov dalınca
gedirdilər. Bu «ovun» canlı insan olduğunu, dünənə qədər görəndə «ġah, Allah»
deyə qarĢısında ikiqat olduqları ġah Təhmasibin oğlu olduğunu, sanki,
unutmuĢdular. BaĢlarını soxmadıqları dəlmə-deĢik yoxdu…
Heydər mirzə heç vaxt inanmazdı ki, Ģahın təbəələri nə zamansa hərəmxana
otaqlarına soxula bilərlər. Amma yanılmıĢdı, sağlığında Ģahın ayaqlarını öpənlər
onun hərəmxanasında eĢələmədikləri künc-bucaq qalmamıĢdı. Hamı Heydər
mirzəni axtarırdı.
Xanımlar, kənizlər hürkmüĢ göyərçinlər kimi otaqdan-otağa qaçırdılar. Xanımlar
Heydər mirzəni qana susamıĢ bu kütlənin qabağına çıxmağa qoymurdular. Onlar
çox gözəl bilirdilər ki, bu həngamə ancaq Heydər mirzəyə görədir. Hiyləgərlərin
fitnəsiylə ortaya atılan adamların baĢlarında ağıl deyilən Ģey qalmamıĢdı, onlar
Heydər mirzənin «qətlinə fərman» vermiĢdilər. Guya Heydər mirzə ölən kimi hər
Ģey düzələcəkdi. Axı, ġah Təhmasibin üçüncü oğlu Heydər mirzə niyə, nə üçün,
kimə və nəyə görə ölməli idi, heç kəs bu sualı özünə vermirdi.
Dövlətxanada aləm bir-birinə qarıĢmıĢdı. Hüseyn bəy YüzbaĢının dəstəsi hələ də
içəri keçə bilməmiĢdi. Ancaq Zal bəylə Əlixan bəy Gürcü bir neçə silahdaĢlarıyla
hərəmxana bağçasına adlaya bilmiĢdilər.
* * *
… Dayısı ġamxal sultanın yanına qaçan, hərəmxana bağçasının açarını ona verən
Pərixan bəyim evdə qərar tuta bilmədi. Ona elə gəldi ki, dövlətxanada boynu
vurulmuĢ zavallı Heydər mirzənin qanı hərəmxana bağçasından At meydanına,
oradan da onun evinə axır. Axan bu qan kəsmək bilmirdi. Pərixan bəyim, doğrudan
da, qana batmıĢ kimi zərif ayaqlarına baxdı və qorxmuĢ halda özünü çölə atdı. O,
indi də dövlətxanaya tərəf qaçırdı. Qaçırdı ki, baĢ verəcək fəlakətin qarĢısını alsın.
Dayısının gözlərindəki o parıltının, alıĢıb - yanan intiqam odunun üstünə su
səpməliydi. Pərixan bəyim demirdi ki, Heydər mirzə Ģah olsun, yox, qətiyyən,
ancaq ona qıymasınlar, eybi yoxdur, lap tutub zindana atsınlar, amma
öldürməsinlər.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
127
Pərixan bəyim böyük bir məmləkətin Ģahzadəsi, sevilib-seçilən bir xanımı
olduğunu unudub dövlətxanaya doğru qaçırdı.
… Heydər bəy ölümün artıq lap yaxınlıqda olduğunu hiss edirdi. Gənc idi,
təcrübəsiz idi, birinci dəfəydi belə bir oyuna düĢmüĢdü, nə edəcəyini bilmirdi. Bu
anda ona arxa duracaq beliqılınclı bir kiĢi də yoxdu, həkim Əbu Nəsir səs-küyü
eĢidən kimi harasa yox olmuĢdu. Yazıq Heydər mirzə qadınların əhatəsində
qalmıĢdı. Bu qadınlardan biri anası, beĢi isə analığıydı. Ögey bacısı Gövhər bəyim
də onlarlaydı. Yerdə qalanları kənizlər, qaravaĢlar, xadimələr idi. Bu qadınların
heç biri bu sarayın hərəmxanasına öz istəyi ilə gəlməmiĢdi. Gürcü qızı deyilən
doğma anası gürcü əyanlarından birinin qızıydı. Anası atasının xanımı Sultanım
bəyimin ilk günüsü idi. Ġnsafən Sultanım bəyim onun anasına qarĢı kin
bəsləməmiĢdi. Sultanımın sevmədiyi günülərindən biri Pərixan bəyimin anası idi.
Heç xoĢu gəlmirdi ondan. Bu qadın Dağıstan hakiminin qızıydı. ġahzadə
Süleyman da bu qadından doğulmuĢdu. Heydər mirzənin anasından baĢqa, Ģahın
xanımlarından daha ikisi gürcü əsilliydi. Bunun səbəbi Ģahın bir neçə dəfə
Gürcüstana yürüĢ etməsiylə bağlı idi. Yerdə qalan xanımlar, kənizlər, qaravaĢlar
Ģaha hədiyyə olunmuĢdular. Onların getməyə baĢqa bir yerləri də yoxdu. Bütün
ömürlərini saray hərəmxanasına bağlamıĢdılar. Bu qadınlar birinci dəfəydi ki,
sarayda belə bir ixtiĢaĢla qarĢılaĢmıĢdılar. Amansız insan seli onlara doğru gəlirdi.
Gələn bu sel Heydər mirzəyə görəydi. Bu sel onu qadınların əlindən alıb
aparacaqdı. Gürcü qızı son çarəyə əl atdı. Bir göz qırpımında oğlunu çadraya
bükdü. Heydər mirzə özünə yaraĢdırmadığı çadradan xilas olunmağa çalıĢdısa da,
qadınlar ona mane oldular. Sultanım bəyim Ģəfqətlə dedi:
- BaĢqa yol yoxdu, Ģahzadə! Bu gözüqızmıĢların əlindən qurtarmağın ayrı çarəsi
yoxdur!
- Bəs mənim Ģərəfim?!
Anası oğluna bozardı:
- ġahın meyitinin üstündən adlayıb onun oğlunu doğramağa hazır olan bu ikiayaqlı
cəlladlar Ģərəfli, iyirmi iki yaĢlı Ģahzadə qana susamıĢ insan sürüsündən gizlənmək
üçün baĢına çadra örtəndə Ģərəfsiz olur?!
Hirs-hikkəsindən Ģahzadənin gözlərində yaĢ parladı: «Allahım, bu Ģərəfsizliyi sən
mənə yox, körpə qızıma bağıĢla».
AzğınlaĢmıĢ kütlə artıq eyvana soxulmuĢdu. Qadınlar bir-birinə qısılıb qabaqda
gedirdilər. Onlar bu selin qabağından qaçıb xilas olmaq istəyirdilər. Doğrudu,
onlara toxunan yoxdu, amma Heydər mirzə aralarındaydı. Xanımlar Ģahzadəni
www.kitabxana.net
– Milli Virtual Kitabxana
128
ölümün pəncəsindən xilas etmək istəyirdilər. Kütlənin qabağında gələn
Hüseynqulu Xüləfa, Vəlixan bəy Rumlu, ġamxal sultan Çərkəz, onun qulamı
CəmĢid bəy Çərkəz, Ģahzadə Süleyman, Əli bəy ġamlı ovunu itirmiĢ qartal kimi
vurnuxurdular: «Hansı deĢiyə girdi bu «Ģah qoduq?».
Birdən Əli bəy ġamlı qatarlaĢıb gedən qadınlar arasında onların yeriĢilə
uyuĢmayan ayaqları sezdi:
- Budur bizim «Ģahımız», əyninə arvad paltarı geyinib qoĢulub arvadlara. Ey
Səfəvilər nəslinin adını batıran murdar, gəl bura! - deyib yerində donmuĢ Heydər
mirzənin baĢından çadranı çəkib yerə atdı. Gürcü qızı oğlunu xilas etməyə atılanda
Vəlixan bəy Rumlu onu geri itələdi. Heydər mirzə ona bozardı:
- Murdar, əlini çək!
ġahzadə Süleymanın qulamı CəmĢid bəy Çərkəz Vəlixan bəy Rumluya köməyə
gəldi, Heydər mirzəni çəkib qadınlardan araladılar. Hər iki cəllad gözlərini
Hüseynqulu Xüləfa ilə ġamxal sultana zillədi: «Ağalar nə buyurur?» Onlardan səs
çıxmadı, amma hiyləgər baxıĢları ilə «vur boynunu» iĢarəsini verdilər. Gürcü qızı
özündən getmiĢdi. Heydər mirzənin iki yaĢlı qızı qorxusundan sarısını udmuĢdu,
anası onun gözlərini əli ilə örtmüĢdü ki, atasının ölüm səhnəsini görməsin. Bu vaxt
hər iki cəlladın qılıncı göydə parladı.
- Dayan! - Sultanım bəyim hayqırdı. Ancaq gec idi, Heydər mirzənin baĢı
yerdəydi. Sultanım bəyim qadınlardan ayrılıb ġamxal sultanın qarĢısında dayandı
və var gücü ilə onun ətli sifətinə bir Ģapalaq vurdu:
- ġərəfsiz! Sən bu gün qəbrini öz əlinlə qazdın. - Sonra üzünü Hüseynqulu
Xüləfaya tutdu: - Dövlətxananın xüləfasına bax. Gör kimlərin ümidinə qalmıĢıq.
Qalx ayağa, hökmdar! Gör bunların murdar Ģərəfini! Gör sarayında nə qədər gödən
yırtan canavar bəsləyirmiĢsən!
Bu hərəkəti heç kəs gözləmirdi. Yenicə içəri girən Pərixan bəyim eyvanın
sütununa söykənib donmuĢdu: «Heydər mirzə, biz sənin ölümünün baiskarıyıq.
Allah bizi bağıĢlamayacaq!»
Zal bəyin səsi gəldi: «Heydər Ģah, hardasan?»
Kütlə yenidən coĢdu. Vəlixan bəy Rumlu Ģahzadənin kəsilmiĢ baĢını yerdən
qaldırıb Zal bəylə Əlixan bəy Gürcünün qarĢısına atdı:
- Alın, bu da sizin Ģahınız!
www.kitabxana.net
– Milli Virtual Kitabxana
129
Sütuna söykənmiĢ Pərixan bəyim kənara sıçradı. Ona elə gəldi ki, Heydər mirzənin
kəsilmiĢ baĢı onun qucağına düĢdü. «Bismillah!» deyib çökdü.
XX FƏSĠL
QĠYAMƏT GÜNÜ
Göstərən saətdə dövrani fələk bir inqilab,
Həm özü fani olur, həm ləĢkəri, həm kiĢvəri.
Məhəmməd Füzuli
ġ ahzadə Heydər mirzənin cənazəsini götürüb atasının meyitinin yanına qoydular.
Sarayda baĢ vermiĢ qanlı olaydan artıq bütün Ģəhər halı idi. Bayaqdan Hüseyn bəy
YüzbaĢının dəstəsinin üzünə bağlanmıĢ dövlətxana qapıları taybatay açıq idi.
Hərəmxana yüzbaĢısı Vəli bəy ƏfĢar heç bir Ģey olmamıĢ kimi qaĢlarını oynada-
oynada qəlyanını tüstülədirdi. O, «Biz son nəfəsimizə qədər dövlətxananı,
padĢahın namusu olan hərəmxananı qoruyacağıq» əhdini ayaqlar altına atmıĢdı.
Çox keçmədi əmirlər Cehelsütun eyvanına toplaĢdılar. Hüseynqulu Xüləfa, ġamxal
sultan Çərkəz, Ģahzadə Süleyman, Vəlixan bəy Rumlu, CəmĢid bəy Çərkəz oturub
məĢvərət eləyirdilər. Heydər mirzə tərəfdarlarından eĢikağası Ġbrahim mirzə
əmirlərin yanına gələndə hamı hörmətlə baĢ əydi. Az sonra Aycəkoğlu da gəlib
əmirlərin yanında əyləĢdi, ancaq ona əhəmiyyət verən olmadı.
Əmirlərdən çox adam gözə dəymirdi. Hər zaman əmirlər sırasında mötəbər mövqe
tutan Ģahzadə Mustafa mirzə, onun lələsi Hüseyn bəy YüzbaĢı yoxdular bu
yığnaqda. Bir-iki günün içində yollar haçalanmıĢdı. Əmirlər dövlətxanaya
toplaĢanda Hüseyn bəy YüzbaĢı bu münaqiĢədə uduzduğunu dərk elədi. BaĢına
topladığı ustaclılar tayfasından yaralananlar, ondan ayrılıb evinə gedənlər vardı.
Hüseyn bəy YüzbaĢı fürsət var ikən Ģahzadə Mustafa mirzəni və tərəfdarlarını
götürüb gözdən-könüldən uzaq bir yerə çəkilmiĢdi.
Əmirlər heç nə olmamıĢ kimi sakit halda oturmuĢdular. Nə Ģahın, nə indicə qanını
tökdükləri Heydər mirzənin dəfni barədə danıĢan yox idi. Təkcə Ġbrahim mirzənin
ürəyindən qara qanlar axırdı. Ancaq bu kəmfürsət adamların yanında məcburən
özünü onlara yaxın adam kimi aparırdı. Bilirdi ki, bir azdan fırtına qopacaq.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
130
Doğrudan da, çox keçmədi Ģəhərdə əsl qiyamət günü baĢladı. Ġllərlə ürəklərə
yığılmıĢ kin-küdurət qəfil baĢlamıĢ leysan yağıĢa bənzəyirdi. Göy guruldayır,
ĢimĢəklər çaxır, sel-su qarĢısına çıxan hər nə varsa süpürüb aparırdı. Artıq bu selin
qarĢısını almaq mümkün deyildi. Hər kəs intiqam atına minib Ģəhərdə dördnala
çapırdı. Ġnsanlar elə bil qana susamıĢdılar. NeĢtərləməyə, qarnını cırıb yerə
tökməyə, boynunu vurmağa adam axtarırdılar. Cəza verənlərlə «günahkarlar»
istənilən qədər idi. Əvvəl həkim Əbu Nəsiri axtardılar. Vəli xan ƏfĢar Hüseynqulu
Xüləfaya, ġamxal sultana çuğulluq eləmiĢdi ki, həkim Əbu Nəsir gecə sarayda
qalmıĢdı. Çox gözəl, bəs hanı bizim bu həkimimiz? Ora boylandılar, bura
Dostları ilə paylaş: |