görünməyən, nəfəssiz, ruhsuz «Ölüm» xəbəri kiminə sarsıntı, fəlakət, kiminə
müjdəydi. Bu «Ölüm» quĢunu tutub qəfəsə salmaq, baĢını üzüb atmaq mümkün
deyildi. O, qapısı bağlı otaq, uca barılar, əlisilahlı keĢikçilər, süvari qorçular,
əliqanlı cəlladlar, Ģeytana papıĢ tikən Hüseynqulu Xüləfalar tanımırdı. Bu, bütün
sədləri aĢan «Ölüm» adlı xəbər idi. Səfəvilər Ģahının dünyasını dəyiĢməsi, Heydər
mirzənin öldürülməsi xəbəri, Pərixan bəyimin əmri ilə onu Qəzvinə gətirməyə
gedən Heydər Çapuq Türkmandan daha tez uca hasarları aĢaraq, Qəhqəhə
qalasında Ġsmayıl mirzəyə yetiĢmiĢdi. Amma Ġsmayıl mirzə heç halını da
www.kitabxana.net
– Milli Virtual Kitabxana
141
pozmamıĢdı. EĢitdiyi «Ölüm» xəbərinə də çox da inanmamıĢdı, onu sınamaq, nələr
düĢündüyünü bilmək üçün qəsdən uydurulmuĢ söz-söhbət sanmıĢdı. Amma bir
xeyli and-amandan sonra bu xəbərin səhihliyinə Ģübhəsi qalmamıĢdı.
Atasının və qardaĢı Heydər mirzənin haqqa qovuĢmalarını çox sakit qarĢıladı.
Qarayanız üzündə nə sevinc, nə də qəm iĢartısı vardı. Belə təəssürat yaranırdı ki,
bu xəbər onun üçün qətiyyən gözlənilməz olmayıb.
Zindan həyatı məğrur və sərt təbiətli Ġsmayıl mirzəni bir az da güzəĢtsiz, amansız
eləmiĢdi. Allahın yox, Ģah atasının hökmü ilə on doqquz il altı ay iyirmi bir gün idi
ki, bu Qəhqəhə qalasında dustaq həyatı yaĢayırdı. O, burada aylarını, illərini yox,
bir-birinə bənzəyən günlərini saymıĢdı - 7 min 138 gün! 7 min 138 gün eyni
mənzərəni, ancaq oradan görünən göy üzünü seyr etmiĢdi. Fərəhi səhər üfüqdən
boylanan günəĢ, gecələr göy üzünə səpələnmiĢ parlaq ulduzlar olmuĢdu. Ġlin
fəsillərini - baharını, yayını, payızını, qıĢını bu qalanın içində yaĢamıĢdı. Baharın
gəliĢini havasından bilmiĢdi. Havadan bağlarda çiçək açmıĢ ağacların, yamyaĢıl
otun ətri gələndə bilirdi ki, yurda bahar gəlib. Saatlarla oturub zindanın
divarlarında yuva quran haçaquyruq qaranquĢlara tamaĢa edərdi. O, hərdən zindan
qoynuna sığınan qaranquĢların taleyini düĢünür, fikirləĢirdi ki, zindanda dünyaya
gələn zindanı özünə vətən sayar. Amma heç vaxt zindandan Vətən olmaz. Ancaq
elə ki, qaranquĢlar bala çıxarırdılar, hardan olsa yem gətirib balalarını yedirib
böyüdürdülər, sonra qanadları üstə alıb onlara uçmaq öyrədirdilər, Ġsmayıl
mirzənin rəng-ruhu açılırdı. Çünki qaranquĢlar gəldikləri kimi də uçub gedirdilər.
Ġsmayıl mirzə dəstəylə uçub gedən quĢların arxasınca sonsuz kədərlə baxardı. Axı,
bu dustaqxana həyatını baĢqa cür necə yaĢaya bilərdi. ġah onu bura saldıranda
deməmiĢdi ki, əziz oğlum Ġsmayıl mirzə, sən beĢ il, səkkiz il zindanda qalacaqsan.
Onu nigaranlıq içində qoymuĢdu. O da içində hikkə, qəzəb bəsləyə-bəsləyə
cikkildəyən quĢlara, vızıldaĢan arılara, ora-bura qaçıb bir deĢikdən girib
baĢqasından çıxan siçovullara, möhtəĢəm bir nizamla, qeyi-adi həmrəyliklə
yuvalarına dən daĢıyan qapqara qarıĢqalara baxa-baxa günlərini baĢa vururdu.
Bəzən oturub Ģeir yazırdı. Zindanın içində ədalət axtardığından, özünə Adili
təxəllüsü götürmüĢdü. ġeir yazanda baĢqa ovqatda olurdu, özündə, ruhunda qəribə
bir ikilik görürdü. Xasiyyətinə qətiyyən uyuĢmayan həlimlik, mərhəmət, Ģəfqət
hissləri köçürdü qəlbinə. ġeir yazan günlərində daha gümrah və coĢğun olurdu.
Allah, nə yaxĢı, insana xəyal adlı gözəgörünməz bir nemət verib. O da xəyalının
qanadlarında çox sevdiklərini «qalaya gətirib» onlarla üzbəüz oturur, dərdləĢirdi.
Ən çox bura gələndə, daha doğrusu, dustaq ediləndə xanımının qucağında qoyub
gəldiyi körpə qızıyla danıĢırdı. Gənc arvadını xatırlayanda odsuz-ocaqsız yanırdı.
Ömrünün ən qaynar çağını qala divarları arasında keçirməyə məhkum olunmuĢdu.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
142
Nə var, nə var, Osmanlılarla bağlanmıĢ sülh müqaviləsindən narazı olmuĢdu,
itirilmiĢ torpaqları, vilayətləri geri qaytarmaq fikrinə düĢmüĢdü. Məgər onun
düĢünməyə, baĢqa cür fikirləĢməyə, hərəkət etməyə haqqı yoxdurmu? Əlbəttə, var!
Sadəcə, əmirlər, lap elə doğma atası ġah Təhmasib bu dəliqanlı Ģahzadədən
qorxdular! Ay aman, birdən Ġsmayıl mirzə atasını taxtından salıb padĢah olar…
Vay-vay, itirərik hər Ģeyimizi… Gəlin var-dövlətimizi, vəzifəmizi, nüfuzumuzu
itirməkdənsə, onu itirək. ġahzadə biz deyəni demir, əl-ayağımıza dolaĢır, qoy, onu
nə gözümüz görsün, nə də könlümüz bulansın. Qoy, bu yolunu azmıĢ Ģahzadə
gedib o Qəhqəhə qalasında yatıb ağıllansın. Guya insan ancaq zindanda ağıllana
bilər. Bunlar hamısı ipə-sapa yatmayanlar haqqında düĢünülmüĢ tələdir.
Ġsmayıl mirzənin Ģah oğlu olduğunu qalada hər kəs bilirdi. Ancaq dustaq dustaqdı.
Daim göz altında, qapılar üzünə bağlı. Burada baĢqa dustaqlardan çox, ondan
qorxurdular. ġah oğludu, məmləkət boyda ad-sanı var, Allah eləməmiĢ, birdən nə
yollasa zindandan çıxar, baĢına adam toplayar, qiyam qaldırar, Ģahlıq fikrinə
düĢər… Haray bəri baĢdan, üstündə göz olun, göz olun… Toxunmayın,
həndəvərinə də getməyin, amma göz qoyun! Zindan da qəfəs kimidir, qoyun bu
qəfəsin içində ürəyi istəyən qədər vurnuxsun. Amma bir an belə gözdən qoymayın!
Ax, onu daim öz kölgəsi kimi izləyən gözlər! Bu göz sahibləri, deyəsən, ondan
özgə heç kəsi görmürdülər. Əvvəl-əvvəl onlara ürəyində yazığı gəlirdi. Doğan
günəĢə, açılan səhərlərə, aylı-ulduzlu gecələrə, huĢu baĢdan alan gözəllərə,
anasının bəyaz saçlarına, atasınıni günəĢdən yanıb qaralmıĢ sifətinə dikiləsi gözlər
ancaq ona zillənmiĢdi. Bu gözlər yalnız onun Ģəklini çəkirdi. Bu donuq, heç nə
ifadə etməyən, ancaq miskinlik yağan gözlərin aynasında onun əksindən baĢqa
özgə heç nə yoxdu. «Amandı, birdən qaçar, xəta törədər. Ehtiyatlı olun!»
Ġsmayıl mirzə onların nə düĢündüklərini çox yaxĢı bilirdi. Ona görə də onlara qarĢı
ürəyindəki rəhm, mərhəmət hissini təəssüf qarıĢıq nifrət əvəzləmiĢdi: «Axı, siz
niyə beləsiniz, nə olsun ki, sizə bərk-bərk tapĢırıblar ki, Ġsmayıl mirzəni gözdən
qoymayın. Özünüzə yazığınız gəlmir?» Amma hərdən özünə də acıyırdı. Zindana
düĢdükdən sonra özünü Ģübhəli hesab etdiyi çox Ģeydən qoruyurdu.. Miskin
adamların sui-qəsdindən ehtiyatlanırdı. Yatanda sərvaxt yatırdı, daha doğrusu,
gözüaçıq. Kənardan baxana elə gəlirdi ki, gözü açıqdı, baxır, amma əslində
yuxulayırdı, gözləri görə - görə yatırdı. Bu cür yatmağa vərdiĢ etmək üçün xeyli
güc, vaxt sərf etmiĢdi. Ehtiyatı əldən vermək istəmirdi! Deyir, baĢına gələn
baĢmaqçı olar. Əmiləri Əlqas mirzəylə Sam mirzəni bu Qəhqəhə qalasında qətlə
yetirməmiĢdilərmi? ġaiyə gəzirdi ki, onların hər ikisini atası ġah Təhmasib qətlə
yetirtdirib. ġah isə bunu iftira hesab edirdi. Deyirdi ki, atası ġah Ġsmayıl ona
vəsiyyət eləyib deyib ki, günahları olsa belə, heç vaxt qardaĢlarına qıyma. O da
www.kitabxana.net
– Milli Virtual Kitabxana
143
atasının vəsiyyətinə əməl eləyib. Günahları olduğuna görə, zindana saldırıb, amma
əlini onların qanına batırmayıb. Qaladakı düĢmənləri onları aradan götürüblər. ġah
Təhmasib onları cəzalandırıb.
Ġsmayıl mirzə ən çox ortaboylu, tökməbədənli Sam mirzənin ölümünə
heyifsilənirdi. Axı, Sam mirzə gözəl xəttat, rəssam, Ģair idi. Elə Ģairliyə həvəs də
onda Sam mirzənin məclislərində Ģairlərin beyitləĢməsini dinləyəndən sonra
yaranmıĢdı. Heyif ki, Sam mirzə Sultan Süleyman Azərbaycana hücum eləyəndə
ġamlu tayfasından olan lələsinin təhriki ilə qardaĢı ġah Təhmasibə qarĢı çıxmıĢdı.
Guya Sultan Süleyman həzrətləri Sam mirzəni Təhmasib Ģahın yerinə Səfəvilər
dövlətinin hökmdarı kimi tanımıĢ, ona «Oğlum» demiĢdir. «Dostları» beləcə, Sam
mirzəni çaĢdırmıĢdılar. Sonralar Sam mirzə tutduğu bu iĢdən peĢmançılıq çəksə də,
ġah Təhmasib onun xəyanətini bağıĢlaya bilmirdi. Buna görə də onu
yüksəltməmiĢdi. Ona Ərdəbilin hakimliyini, Səfəvilər məqbərəsinə nəzarəti
tapĢırmıĢdı. Ġllər sonra isə Qəhqəhə qalasına atdırmıĢdı.
O, əmisi Bəhram mirzəni daha çox sevirdi; atası ilə doğma qardaĢ olduğu üçün
yox, sədaqətinə, mehribanlığına, bir də məclis əhli olduğuna görə. Bəhmən mirzə
vaxt tapan kimi evində məclis qurardı. Xanəndə, aĢıq çağırtdırıb çalıb-oxutdurardı.
O özü də saz, tənbur çalıb-oxumaqdan çəkinməzdi. Bəhram mirzə ən çox «Xətai»
mahnıları oxuyardı. Bu «Xətai» mahnılarını ġah Ġsmayıl, oğlanları ġah Təhmasiblə
Bəhram mirzə düzüb qoĢmuĢdular. Qəhrəmanlıq ruhunda bəstələnmiĢ bu mahnılar
hamısı «Xətai» adı ilə oxunurdu. QızılbaĢların döyüĢ yolundan, Ģücaətlərindən
bəhs eləyən bu mahnıları sufilər çox sevirdilər. Bu məclislərdə Bəhram mirzənin
oğlu Ġbrahim mirzənin mahnıları da oxunurdu. Ġsmayıl mirzə əmisi evindəki bu
Ģənliklərdə ömrünün ən xoĢ, unudulmaz anlarını yaĢayardı.
Əmisi Bəhram mirzənin ölüm xəbəri Ġsmayıl mirzəyə Qəhqəhə qalasında çatmıĢdı.
Onun vəfatından çox kədərlənmiĢdi. Çox istərdi ki, onun dəfn məclisində iĢtirak
eləsin, əmisinin cənazəsi son mənzilə onun çiynində getsin, lakin dustaq olduğu
üçün bu mümkün deyildi…
Ədalət naminə, Ģah hərdən onun qayğısına da qalırdı. Ancaq çox vaxt o, atasının
bu qayğısını ona göstərilən mərhəmət hesab edir, acı istehza və qəzəblə
qarĢılayırdı.
Bir kərə atası qalaya, onun yanına beĢ kəniz göndərmiĢdi. ġah qala rəisinə xəbər
göndərmiĢdi ki, kənizləri ötürsün Ġsmayıl mirzənin yanına, onu əyləndirsinlər.
Amma Ġsmayıl mirzə atasının ona göstərdiyi bu iltifatdan bərk qəzəblənmiĢdi.
«Sən bir buna bax, baĢımı yarıb, ətəyimə qoz tökür».
www.kitabxana.net
– Milli Virtual Kitabxana
144
Cavan, sağlam bir kiĢinin qadınsız uca qala divarları arasında yaĢaması cəhənnəm
odunda yanmaq kimi bir Ģey idi. Yəqin hərəmxana arvadlarının, kənizlərin, gürcü,
çərkəz cariyələrinin əhatəsində həyat sürən Ģah oğlunun məhbəsdə qadınsız necə
əzab çəkdiyini təsəvvür eləmiĢdi. Əks təqdirdə, qalaya kənizlər göndərməzdi.
Doğrudan da, Ġsmayıl mirzə gecələr çox zaman ehtirasının odunda alıĢıb-yanırdı.
Onun odunun üstünə su tökən yoxdu. Zərif, yumĢaq qadın bədəninin təmasına
həsrət qalmıĢdı. Hərdən qeybdən onu qadın saçının, bədəninin qoxusu vururdu. Bu
anlarda qanı qaynayır, gicgahlarındakı damarlar Ģiddətlə vururdu. Heyrət eləyirdi
ki, onu Ģirin, sirli bir aləmə səsləyən bu qoxu necə də olduğu kimi ruhuna köçüb.
Nə yaxĢı bu xoĢ qoxunu, sinəsində gəzən ĢümĢad barmaqların təmasını, bu
barmaqlardan bədəninə hopmuĢ istiliyi unutmayıb. Belə anlarda ona elə gəlirdi ki,
yanında qadın olsa, onun ehtirasının odunda yanıb kül olar.
Amma atasının göndərdiyi kənizləri görəndə damarlarında qanı dondu. «Gör
mənim könlümü nəylə almaq istəyir, kiĢilərin ən zərif yerindən yapıĢır.
Doğrudanmı Ģah atam məni belə aciz, nəfsinin qulu zənn edir? Mənə azadlıq
vermək əvəzinə, baĢımı qatmağa kəniz göndərir. Mən azadlıqda olsaydım, indi
neçə uĢaq sahibiydim. Qızımı özüm boya-baĢa çatdırardım. Amma özü, maĢallah,
məni zindana salandan sonra neçə oğul-qız əkib. Mən bura düĢəndə Heydər
mirzənin iki, Mustafa mirzənin bir yaĢı vardı. Məndən sonra böyüyüblər,
evləniblər, uĢaqları var. Amma Mahmud mirzə, Ġmanqulu mirzə, Əli mirzə, Əhməd
mirzə mən zindana düĢəndən sonra anadan olublar. MaĢallah, Ģahımız vaxtını pis
keçirməyib. Ġndi mənə də rəhmi gəlib. Yanıma kəniz göndərib ki, mən də zindanda
uĢaq əkib-becərəm».
Ġsmayıl mirzə qalanın rəisinin yanında kənizləri gətirən qorçulara:
- Bu zavallıları saraya qaytarın, onlara mənim ehtiyacım yoxdur! Atama söyləyin
ki, kənizləri nökərlərimə layiq bilmədim, yoxsa onlara bağıĢlayardım, - dedi və
çıxıb getdi.
… Amma bir dəfə Ģahın göndərdiyi məktub onu kövrəltmiĢdi. Bu barədə
düĢünəndə həmiĢə təəccüb eləyirdi. Axı, necə olmuĢdu ki, ürəyi yuxalmıĢ, gözləri
nəmlənmiĢdi. ġah nəvəsinin, onun qızının balaca əlinin Ģəklini olduğu kimi
məktubun sonuna çəkib ona göndərmiĢdi. «Əlin» üstündə bənövĢəyi ləkə vardı.
Mürəkkəb ləkəsi idi. BaĢa düĢdü ki, bu ləkə atasının göz yaĢından yaranıb. Ġstər-
istəməz qızının «əlini» dodaqlarına apardı, bir neçə dəfə qoxlayıb öpdü. Onun da
yanağından bir gilə göz yaĢı süzülüb balaca «əlin» üstünə düĢdü.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
145
Çox sinirlənmiĢdi. Birinci dəfə idi ki, belə kövrəlirdi. Yadına uĢaqlığı, atası ilə
balıq tutmağa getdikləri günlər düĢdü. Bir dəfə Mərənddən Marağaya
getməliydilər. Onda onun on yaĢı olardı. Gördüyü hər Ģey ona nağıl kimi gəlirdi.
Onlar ordu ilə bir yerdə hərəkət edirdilər. Yolboyu kəndlərin yaxınlığında düĢərgə
salıb bir neçə gün dincəlir, sonra yollarına davam edirdilər. Nökərlər, qaravaĢlar
gecənin yarısı havanın sərin çağında məĢəlləri yandırıb dəvələri, qatırları
yükləyirdilər. Ġsmayıl mirzə üçün belə gecələrin əvəzi yoxdu. O, məĢəllərin
iĢığında dəvələrin, atların, qatırların, qoyun-quzunun par-par parıldayan gözlərinə
baxmaqdan doymurdı. Bu dəvələrə, qatırlara içərisi pal-partarla, yorğan-döĢəklə,
xalçalarla, gəbələrlə, cecimlərlə dolu məfrəĢlər, çadırlar, keçələr, un, arpa, düyü,
yağ dolu tuluqlar, çuvallar, su səhəngləri, mətbəx avadanlığı yüklənmiĢdi. Atların
baĢından içi arpayla dolu torbalar salınardı. Ġlahi, nə qədər mal-qara, qoyun-quzu
olardı! Köç yola çıxmağa hazır olanda nökərlər Ģaha xəbər verdilər. Atası
çadırından çıxanda qaçıb onun yanına getdi. «ġah! ġah! Allah, Allah» sədaları
ətrafı titrətdi. ġah əlini onun baĢına çəkdi: «Deyəsən köçməkdən xoĢun gəlir».
«Hə, ata, çox xoĢum gəlir».
Nəhayət, Ģah atlandı. On nəfət Ģatır* gəlib Ģahın qaĢqa, ayaqları səkil atının
qabağına düĢdü. ġahın ardınca bayraqdarlar gəlirdilər. Onlar ələm adlandırdıqları
nizənin ucuna enli qırmızı parça bağlamıĢdılar, nizənin ucundakı dəmir lövhəyə
«Əli vəli Allah, la illah illa Allah» sözləri yazılmıĢdı. Bayraqdarların ardınca dörd
min süvari, beĢ min tüfəngçi, iki yüz zərbzən, nağaraçı gəlirdi. Bu süvarilərin
baĢlarındakı on iki qırmızı zolaqlı parçadan tikilmiĢ heydəri papaqları kənardan
çox gözəl və möhtəĢəm görünürdü. Sanki göz iĢlədikcə uzanan əlvan, laləli bir
çəmənliyi süvarilər baĢları üzərinə alıb aparırdılar. Qorçuların bellərində qılınc,
kəmərlərində kiçik xəncər, sol qollarında qalxan, kürəklərində tüfəng vardı. Lap
arxada Ģahın bacısı Məhinbanu, hərəmləri, qızları, sonra kənizlər, cariyələr,
arxalarınca isə, hərəmxananın eĢikağası olan yaĢlı kiĢilər gəlirdilər. ġah ailəsinin
qadınları baĢlarına yeləni qızıl sapla tikilmiĢ ağappaq yaylıq bağlamıĢ, ətəkləri gen
olan tumanlarının altından al qırmızı Ģalvar geyinmiĢdilər. Ġncə bellərinə dolanan
qızıl kəmərlər məĢəllərin iĢığında parıldayırdı. Bu cür geyim onların kiĢilər kimi at
çapmalarına mane olmurdu. Atlarını mahmızladıqca topuqlarındakı xalxalların
ahəngdar cingiltisi ətrafa yayılırdı.
Ġsmayıl mirzənin anası Sultanım bəyimlə bibisi Məhinbanu xanım atlarını öndə
sürürdülər. Bu da onların Ģah sarayında, hərəm dairəsində xüsusi hörmət sahibi
olmalarının əlaməti idi. Bacısı Məhinbanu xanıma Ģahın xüsusi rəğbəti vardı. Hər
barədə onunla məsləhətləĢirdi. Bu xanımın möminliyi, paklığı ġah Təhmasibi
heyran eitmiĢdi. Məhinbanu xanım vaxtını ibadətdə keçirir, dini kitablar oxuyurdu.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
146
ġah onu on ikinci Ġmam Mehdi əl-Müntəzirə niĢanladığını söyləyirdi. Bu səbəbdən
də bacısını ərə vermirdi. Doğrusu, heç Məhinbanunun da birisinə ərə getmək
niyyəti yoxdu. ġah Ġmam Mehdi əl-Müntəzir üçün nalları gah gümüĢ, gah qızıldan,
yəhəri tünd-qırmızı məxmərdən olan ağappaq bir at saxlayırdı. Bu ağ at gələcəkdə
zühur edəcək imama məxsus olduğundan, atların önündə gedir və tərki həmiĢə boĢ
olurdu.
Lakin Məhinbanuya on ikinci imama ərə getmək nəsib olmadı. O, hicri 969 (1562)
- cu ildə haqqın dərgahına qovuĢdu.
ġahın qəribəliklərindən, yuxuya, möcüzələrə dərin inamından doğan bu kimi iĢlər
yeniyetmə Ġsmayıl mirzəni çox duyğulandırardı. Atasının döyüĢ vaxtı düĢmənlə
vuruĢmağa cəsarəti çatmayan qorçulara verdiyi cəza da onun çox xoĢuna gəlirdi.
ġah qoĢun baĢçılarına tapĢırmıĢdı ki, döyüĢdən yayınan qorçuları eĢĢəyin belində
tərsinə oturdub dövlətxanaya yollasınlar. Ġsmayıl mirzə Təbrizin küçələrində
eĢĢəyin belində tərsinə oturdulmuĢ qorçuları çox görmüĢdü. ġahın fərraĢları onları
Təbrizin məhlələrində gəzdirib tənbeh edərdilər. Axı, camaat igidiynən, qorxağını
tanımalıydı…
Nə isə, istirahət edə-edə bir neçə gün yol gedib Marağa dağlarının ətəklərində
düĢərgə saldılar. Bir gün dincələndən sonra əmiləri Bəhram mirzəylə Sam mirzə
atasının yanına gəlib ova getmək üçün ondan izn istədilər. Onların hər ikisi
Ģahinlərlə ova getməyi çox sevirdilər. Ġsmayıli mirzə atasına dedi ki, o da əmiləri
ilə ova getmək istəyir. Amma Ģah ona icazə vermədi, dedi ki, sabah səhər tezdən
səninlə balıq ovuna gedərik. Dağlarda çoxlu xırda göllər var. ġah tapĢırdı ki,
Ģahzadə gecə onun alaçığında yatsın. Ġsmayıl baĢa düĢdü ki, atası onu gözündən
uzaq qoymaq istəmir. Hətta balıq ovuna da onun xətrinə gedir.
Səhər tezdən Ģah onu yuxudan oyatdı: «Qalx, isti düĢməmiĢ gedək». Ġsmayıl mirzə
gözünü açanda atasını al-qırmızı köynəkdə, geniĢ balaqlı qısa salvarda gördü,
baĢına da sadə heydəri papaq qoymuĢdu. Atası bu geyimdə çox yaraĢıqlı
görünürdü. Ġsmayıl mirzə yerindən qalxdı, Ģah nökəri içəri çağırdı. O, əlində eynən
Ģahın geyindiyi kimi köynək, Ģalvar və papaqla içəri girdi. Ġsmayıl mirzə bu
paltarları geyinəndə özünü çox xoĢbəxt sanmıĢdı. Alaçıqdan çıxdılar, onları otuz
balıqçı gözləyirdi. Balıqçıların baĢçısı Hüseyn bəy Çəpni Ģahın qarĢısına yeriyib
təzim elədi və balıq ovu üçün hər Ģeyin hazır olduğunu söylədi. Atlandılar. Ġsmayıl
mirzə atını atası ilə yanaĢı sürürdü. Hiss eləyirdi ki, atası onun boy-buxununa
baxıb fərəhlənir.
Dağlara yaxınlaĢdıqca sərin meh gəlirdi. Bu xoĢ havadan vəcdə gələn Ģah
duyğulanmıĢdı ya nə idisə, atına qamçı göstərdi. At götürüldü. Ġsmayıl mirzə,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
147
balıqçılar Ģaha çatmaq üçün atlarını qamçıladılar. Elə bil uca dağlar onlara gəl-gəl
deyirdi. ġah yoxuĢa çatıb atın cilovunu dartdı. Onlar da Ģaha çatıb dayandılar.
Dağlara qalxan balıqçılar ikibir, üçbir bölünüb, xırda göllərin ətrafında düĢərgə
saldılar. Göllərdə, doğurdan da, çoxlu balıq vardı. O da atasına qoĢulub suya
qarmaq atmıĢdı. Saatlarla oturub suya baxmaq, qarmağına düĢən balıqları çəkib
sudan çıxartmaq, doğrudan da, əsl istirahət idi.
… FikirləĢdi ki, o da on doqquz il altı ay iyirmi bir gün bundan qabaq sudan
çıxarılıb yerə atılmıĢ balıq kimi idi. Ġntəhası, balıq susuz yaĢaya bilmir, amma
insan yaĢamaq üçün hər əzaba dözür. Ġsmayıl mirzə daha Qəhqəhə qalasında qala
bilməzdi. Bir yol tapıb buradan çıxmalıydı. O, əvvəl-əvvəl atasının xəstə yatarkən
onu qorumağa göndərdiyi qorçularla dil tapmalıydı. Vaxtilə Ģahın onu qorumaq
istəyini də qərəzlə qarĢılamıĢdı: «Məni nəyin naminə, nə üçün qoruyursan? Mən
zindanda kimə lazımam? Mən sənin vəliəhdinəmsə, bəs niyə zindandayam?
Deyiləmsə, niyə məndən nigaran qalmısan? Hə, yəqin sən elə Ģeylər bilirsən ki,
onu mən bilmirəm. Bəlkə, qalanın rəisi Xəlifə Ənsardan ehtiyatlanırsan? Ola bilər.
Hər Ģey ola bilər!». Amma o, bu qalada qaldığı dövrdə Xəlifə Ənsardan elə bir
pislik görməmiĢdi. O, sadəcə, öz vəzifəsini yerinə yetirirdi. O, indi bilmirdi ki,
Xəlifə Ənsar Ģahın ölüm xəbərini eĢidib, ya yox. Xəlifə Ənsar sübh tezdən ova
getmiĢdi. Bu ovaçıxma qəsdən idimi, yoxsa təsadüf, bax, Ġsmayıl Mirzə bunu
bilmirdi. Aldığı xəbərin doğruluğuna Ģübhə etmədiyi andan bu on doqquz ildə
zorla ipə-sapa yatırtdığı çılğın ruhu onu yerindən elədi. Onu qoruyan qorçuları
inandırdı ki, Ģah da, qardaĢı Heydər mirzə də ölüblər. Saraydan onu aparmağa
gələcəklər. O, Ģah olacaq və o zaman onların xidmətini unutmayacaq: «Ancaq
mənim tərəfdarlarım qalanın ətrafına toplaĢanacan özümüzü qorumalıyıq. Məni
öldürmək fikrinə düĢənlər, qardaĢım Mustafa mirzəni, ya bir baĢqasını Ģah taxtında
oturtmaq istəyənlər də tapılar. Ġndi qalanın rəisi Xəlifə Ənsar ova gedib, onun
mülazimlərini bir-bir yanımıza çağıracam, siz də əl-ayaqlarını bağlayıb hücrələrə
salarsınız. Qalanın da qapılarını bərk-bərk bağlayın. Ġçəri heç kəs girməməlidir!».
Ġsmayıl mirzə tələsirdi, çox tələsirdi. Elə bil Ġsgəndər paĢayla döyüĢ ərəfəsindəydi.
Allah qoysa, bu qaladan xilas olar. Səfəvilər taxtında oturar, onda onun kim
olduğunu görərlər. II ġah Ġsmayıl olacaq, II ġah Ġsmayıl!.. Babasının ruhunu Ģad
edəcək!
Xəlifə Ənsarın mülazimlərini bəhanələrlə bir-bir yanına çağırtdırıb əl-qollarını
bağlatdırdı. Günorta üstü artıq qala Ġsmayıl mirzənin əlindəydi. Səkkiz qorçunun
hərəsini qalanın bir tərəfinə keĢikçi qoymuĢdu, özü də mülazimlərin yarağını
götürüb silahlanmıĢdı. 7 min 138 gün idi ki, əlinə qılınc almırdı. Əlinə qılınc
www.kitabxana.net
– Milli Virtual Kitabxana
148
alanda ruhunda qəribə bir oyanıĢ hiss elədi. damarlarında ömürləri at belində
döyüĢlərdə keçmiĢ əcdadlarının qanı qaynadı…
Xəlifə Ənsar hələ ovda ikən Ģahın öz əcəli ilə dünyasını dəyiĢdiyini, Heydər
mirzənin qətlə yetirildiyini eĢitdi. O, vaxt itirmədən qalaya qayıtdı. Qapılar onun
da üzünə bağlanmıĢdı. Xəlifə Ənsar Ġsmayıl mirzənin kimliyini, nəyə qadir
olduğunu hər kəsdən yaxĢı bilirdi. Ġsmayıl mirzənin Qəhqəhə qalasını ələ
keçirdiyini eĢidən hər kəs təlaĢ içindəydi. Xüsusən Heydər mirzəni taxta oturtmaq
istəyənlər, o cümlədən ustaclı tayfasından olan əmirlər. Onlardan bəziləri qalanın
ətrafına gəlmiĢdilər. Təzə Ģahın qarĢısında günahlarını yumaq istəyirdilər.
Xəlifə Ənsar qala qapısının ağzında dayanıb yalvarırdı, öz vəzifəsini yerinə
yetirmək üçün içəri buraxılmasını xahiĢ edirdi. Amma Ġsmayıl mirzə ona nə «hə»,
nə də «yox» cavabı verirdi. Xəlifə Ənsarın dərdi təkcə Ġsmayıl dərdi deyildi, bura
toplaĢanlar bilmirdilər ki, Səfəvilər dövlətinin xəzinəsi də bu qalada saxlanılır.
Amma Ģah oğlu Ġsmayıl mirzənin xəzinə məsələsindən hali olduğunu bilirdi. Və
hətta bu xəzinəyə görə bir ara Ġsmayıl mirzənin baĢı ağrımıĢdı. Doğrudu, onda
Qəhqəhə qalasının rəisi Xəlifə Ənsar Qarabağlı deyildi, Həbib bəy Ustaclı idi.
Amma o zaman uzaqgörənlik eləməyib bir xətaya yol vermiĢdi.
Hicri 979 (1571) - cu ildə Qəhqəhə qalasından qızıl-gümüĢ külçələr oğurlandı.
Qala rəisi Həbib bəy Ustaclı (Ax, yenə ustaclı! Külçələrin yoxa çıxmasında
Ģahzadəni günahlandırdı. «Ġsmayıl mirzədən baĢqa bu iĢi görməyə kimsənin
cəsarəti çatmaz» deyirdi. Ġsmayıl mirzə isə Həbib bəy Ustaclının çənəsinin altına
girib ona bozarmıĢdı: «Mənə qara yaxma, Həbib bəy, öz qızının iĢidi».
ġah bu iĢi araĢdırmaq üçün Hüseynqulu Xüləfa Rumlunu, Qum hakimi Vəli Xəlifə
Dostları ilə paylaş: |