qoy onlar Səfəvilərin əzəmət və möhtəĢəmliyini görsünlər, – dedi və Ġsmayıl mirzə
üzünü bayaqdan bir kəlmə də olsa dinib-danıĢmayan Ġbrahim mirzəyə tutdu: –
www.kitabxana.net
– Milli Virtual Kitabxana
170
Ġbrahim mirzə, məmləkətin ən qabiliyyətli ustalarını çağırtdır, Çehelsütün
eyvanını, dövlətxananı, hərəmxananı, divanxananı, dəftərxananı, kitabxananı
könlümüzü, gözümüzü oxĢayan hala gətirsinlər.
Ġbrahim mirzə:
– BaĢ üstə, – dedi, – elə bu axĢam göstəriĢ verərəm.
Hüseynqulu Xüləfa canıyananlıq göstərdi.
– Bəs cülus gününə qədər hökmdar harada yaĢamaq istəyir?
– Yer taparıq.
Hüseynqulu Xüləfa yenə də özünü atdı ortaya:
– Hökmdar, ürəyiniz istərsə, mənim mülkümdə məskunlaĢın. Belə etsəniz, mənə
Ģərəf vermiĢ olarsınız.
Ġsmayıl mirzə Hüseynqulu Xüləfanın təklifini eĢidəndə fikirləĢdi ki, yaxĢı fürsətdir,
gedim onun evində qalım, görüm bu hansı «yuvanın quĢudu».
– Çox sağ ol, Xüləfa, maĢallah, qonaqpərvər kiĢisən. Cülus gününə qədər sənin
evində qalaram.
Hüseynqulu Xüləfanın iri baĢı çəpər basmıĢ boranı kimi ĢiĢman qarnı üstə əyildi:
– Çox məmnun olaram, hökmdar.
Ġsmayıl mirzə «Çox gözəl, çox pakizə» – deyib qabağa düĢdü.
* * *
Pərixan bəyim eĢidəndə ki, Ġsmayıl mirzə sarayda bir belə malikanələri qoyub
qalmaq üçün Hüseynqulu Xüləfanın mülkünü seçib, əməlli-baĢlı darıldı. ġəriəti,
adət-ənənəni nəzərə alıb özü Ġsmayıl mirzənin görüĢünə getməmiĢdi, amma
Pərixan bəyimi için-için ağrıdan da bu idi ki, yolunda çox Ģeydən keçdiyi Qəhqəhə
qalasının dünənki dustağı onu yad eləməmiĢdi. Elə bil Səfəvilər xanədanında,
Qəzvin sarayında hökm və səlahiyyət sahibi olan Pərixan adlı bir pəri yoxdu. O,
dünənki dustaqdan, haqqında mənzumə yazdığı bu Osmanlı-Səfəvi müharibəsinin
qəhrəmanı Ġsmayıl mirzədən nələr gözləyirdi, nələr gördü. Pərixan bəyim Ġsmayıl
www.kitabxana.net
– Milli Virtual Kitabxana
171
mirzədən qətiyyən belə hörmətsizlik gözləmirdi, amma gözlədiyinin tam əksi
alınmıĢdı.
Pərixan bəyim içində sarsılsa da, zahirən özünü tox tuturdu. Və nə yaxĢı ki,
Ģahzadələr, sarayın möhtəbər əmirləri, sultanları, müĢavirlər, haciblər,
qorçubaĢıları əvvəlki kimi ona sayğı ilə yanaĢır, hər əmrini yerinə yetirir, itaət
göstərirdilər.
Əslində bu məqamlarda sarayda ikihakimiyyətlik hökm sürürdü. Hakimiyyətin bir
baĢında hələ atası ġah Təhmasibin sağlığında onun müĢaviri, söz sahibi olan
Pərixan bəyim, digər tərəfdə isə adına məscidlərdə xütbə oxunan, lakin hələ də
cülus edəcəyi günü müəyyənləĢdirməyən, məmləkətdə, dövlət iĢlərində nə kimi
yeniliklər, dəyiĢikliklər edəcəyi biliməyən Ġsmayıl mirzə durmuĢdu.
Hamı Ġsmayıl mirzənin cülus edəcəyi günü gözləyirdi. Pərixan bəyim də. Amma
dünənki Ģah dustağı cülus etməyə qətiyyən tələsmirdi. O, münəccimləri yaxına
buraxmır, cülus gününü özünün seçəcəyini bəyan edirdi.
* * *
Hüseynqulu Xüləfanın sevinci isə yerə-göyə sığmırdı, evi bir günün içində
dövlətxanaya çevrilmiĢdi. Hər kəs Ġsmayıl mirzəni görmək üçün onun evinə
gəlirdi. ġahzadələr də hər axĢam Ġsmayıl mirzənin qonaqları sırasında lap baĢda
otururdular. O, qonaqlarına çox mehribanlıq göstərirdi və hər kəs də bunu görürdü.
ġahzadələrdən üç nəfər – böyük qardaĢı, Xorasanın hakimi Məhəmməd mirzə,
bayat tayfasına pənah aparmıĢ Mustafa mirzə, bir də Gəncədə yaĢayan on dörd
yaĢlı Əli mirzə burada yoxdular. O, Məhəmməd mirzəni heç gözləmirdi də.
Ədalətə qalsa, böyük oğul kimi Ģahın vəliəhdi o idi. Amma gözdən mayıf olmağı
bu Ģahzadəni arxa plana keçirmiĢdi. O, hələ altı yaĢında olanda atası ġah Təhmasib
onu Xorasan diyarının hakimi seçmiĢdi. Atası balaca Məhəmmədi lələsi
Məhəmməd xan ġərafəddinoğlu Təkəliyə tapĢırmıĢdı. XoĢxasiyyət, zarafatcıl,
əyləncə məclislərini sevən bu Ģahzadə hərdən əlinə qələm alıb Fəhmi təxəllüsü ilə
Ģeirlər də yazırdı. Onun böyük oğlu Həsən mirzə Seyfəl Hüseynin qızından
dünyaya gəlmiĢdi. Məhəmməd mirzənin ikinci arvadı, Mazandaran valisi Mir
Abdulla xanın qızı Xeyrannisadan Həmzə, Abbas mirzə, Əbutalıb mirzə və
Təhmasib mirzə adlı oğlanları vardı. Bu fars qızı Xeyrannisa xanım dörd Ģahzadə
anası olduğu üçün ona Məhdi-Ülya adı verilmiĢdi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
172
Mustafa mirzə bayat tayfasına pənah aparmıĢdı, on dörd yaĢlı Əli mirzə
Gəncədəydi və bu gün-sabah onu da Qəzvinə, Ġsmayıl mirzənin hüzuruna
gətirəcəkdilər.
Ġsmayıl mirzə beĢinci axĢamdı Hüseynqulu Xüləfanın evində məskunlaĢmıĢdı.
Günün batabat çağıydı, ona xəbər verdilər ki, bayat tayfasının əmiri Hacı Veys
sultan Mustafa mirzəni gətirib, hökmdarı görmək istəyir. Ġsmayıl mirzə bu
xəbərdən duyğusal oldu, tez: «Buyursunlar» – dedi. Əvvəl Ģahzadə Mustafa mirzə,
ardınca Hacı Veys sultan içəri girdi. Ġsmayıl mirzə böyük bir zalda baĢ tərəfdə
oturmuĢdu, onun sağ yanında Ģahzadələr, əmirlər, sultanlar, sol yanında
Hüseynqulu Xüləfa Rumlu, ondan aĢağı seyidlər, üləmalar, haciblər, qorçubaĢılar
əyləĢmiĢdilər.
Ġsmayıl mirzə yerindən qalxıb Mustafa mirzəni qucaqladı, ona Ģahzadələrin
yanında oturması üçün yer göstərdi. Mustafa mirzə özündən bir yaĢ böyük qardaĢı
Süleyman mirzənin yanında əyləĢdi.
Hacı Veys sultan əyilib hökmdarın ayaqlarından öpdü. Ġsmayıl mirzə də ona iltifat
göstərib əmirlər cərgəsində oturmaq üçün yer göstərdi.
Ġsmayıl mirzə hər Ģeyi gözəl bilsə də, Mustafa mirzənin öz dilindən eĢitmək üçün
onu sorğu-suala tutdu:
– Sənin neçə yaĢın var?
Mustafa mirzə ədəblə baĢ əyib cavab verdi:
– Ġyirmi yaĢım var.
– «Zindana salınmasaydım, indi sən yaĢda oğlum vardı». Evlisən?
– Bəli, iki qızım var.
– ġücaət göstərmisənmi?
– Bəli, Gilanın Piye-piĢə vilayətinin fəthində iĢtirak etmiĢəm. DöyüĢlərdən qalib
çıxdığıma görə, mərhum atamız mənə əyalət hakimi rütbəsi verərək qoĢun sahibi
olmağıma icazə vermiĢdi.
– «Aha, deməli bu, döyüĢ görüb, qorxudan çıxıb, üstəlik qoĢun sahibidi! Onun bu
cəhətini unutmaq olmaz!» Sənin lələn kim olub?
– Əvvəl ustaclı Nəzər sultan idi, o öləndən sonra Hüseyn bəy YüzbaĢı oldu.
Ġsmayıl mirzə:
www.kitabxana.net
– Milli Virtual Kitabxana
173
– Çox gözəl, – dedi və bir-bir Ģahzadələri sınayıcı nəzərlərlə süzdü: «Allah, sən
saxla, gör nə qədər rəqibim var. Səfəvilər səltənətinin taxtına gör nə qədər göz
dikilib. Hələ doğma qardaĢım Məhəmməd mirzə, onun oğlanları, Gəncədəki
Ģahzadə Əli mirzə, əmim Bəhram mirzənin uĢaqları – Qəndəhar vilayətinin və
Zəmindvərin mütləq hakimi Hüseyn mirzə, sarayın eĢikağası, Səfəvilərin Ģairi,
bəstəkarı, sərf-nəhv, fəlsəfə, tibb, ilahiyyat, nücum (saymaqla qurtarır ki…),
məntiq elmlərinə bələd, «Fərhəng-i-Ġbrahim» təzkirəsinin müəllifi, hörmət-izzət
sahibi Ġbrahim mirzə (yaxĢı ki, oğlu yoxdur), Pərixan bəyim kimi ağıllı-kamallı,
hiyləgər bir xanımın niĢanlısı Bədüzzaman mirzə (hələ bir oğlu da var). – Ġlahi,
ətrafımda gör nə qədər gödənyırtan ac canavar var. (Sükut.) Bunlarla bacara
biləcəyəmmi? Hərəsi bir vilayətin baĢçısı, qoĢunu, tərəfdarı. Yox, bunların
qarĢısını vaxtında almasam, məni aradan götürərlər… Bəs mənim kimim var?
Vəliəhdim yox, vur-tut Sultanbəyim adlı bir qızım var, onunla da vaxt tapıb hələ
görüĢə bilməmiĢəm».
Qabaqda yoluna qoyulası çox iĢlər vardı. Maneələri bir-bir aradan götürməliydi.
Bu Hüseynqulu Xüləfa da, deyəsən, yavaĢ-yavaĢ çaĢır. OturuĢunda, duruĢunda,
söz-söhbətində adamların gözü qabağında açıqca boynuma minnət qoymağa
baĢlayıb. Onun sözünün baĢına ip salanda, qaladığı ocağın közünü eĢəndə belə
çıxırdı ki, bu Hüseynqulu Xüləfa olmasaymıĢ, mən Qəhqəhə qalasında
qalasıymıĢam.
Ġsmayıl mirzə Hüseynqulu Xüləfanın bu əndazəni aĢan söz-söhbətinə son qoymaq
üçün bir axĢam onu sınağa çəkdi:
– Hüseynqulu Xüləfa, – dedi, – sən dünyagörmüĢ, ağıl-kamal sahibi olan bir
kiĢisən. Bu neçə vaxtda fikir verirəm, sənin səviyyən bu xüləfalıq mərtəbəsini artıq
ötüb keçmiĢdir. Mən sənə ali divanın vəkili (vəkalət-i ala) və hökmdarın naibi
vəzifəsini təklif eləyirəm.
Hüseynqulu Xüləfa yaxĢı bilirdi ki, sufilər onu mürĢidi-kamilin xəlifəsi və naibi
hesab edirlər, onun hökmünü Ģahın ikinci hökmü sayırlar. Buna görə təkcə
Qəzvində onun arxasında on min sufi dayanır. Ġndi hökmdarın təklifi ilə xəlifət əl-
xüləfa vəzifəsindən imtina etsə, arxasında dayanan, onun Ģəxsiyyətinə əzəmət və
möhtəĢəmlik gətirən on min sufini itirəcək.
Evinin yuxarı baĢında Ģahanə oturmuĢ hökmdar ondan cavab gözləyirdi. Hökmdar
onu yaman yerdə tutmuĢdu, qaçmağa yer yoxdu. Ona görə də dedi:
www.kitabxana.net
– Milli Virtual Kitabxana
174
– Hökmdar, mən xəlifət əl-xüləfa vəzifəsindən imtina etmərəm. Ġsrar edirsinizsə,
vəkillik vəzifəsi də xüləfalıq mənsəbinin üstünə gəlsin. Əks təqdirdə vəkilliyə razı
deyiləm.
Ġsmayıl mirzənin gözləri qıyıldı, gicgahındakı damarlar qabardı:
– «Qudurasan, a qurbağa. Sən bir bunun iddiasına, təĢəxxüs satmağına bax».
Ağsaqqal, sözündən belə çıxır ki, sarayın xəlifət əl-xüləfası olmaq hökmdarın
vəkili olmaqdan daha üstündür?
– Hökmdar, illərlə xüləfalıq etmiĢəm, birdən-birə vəzifəmdən imtina etmək mənə
çöçün gəlir.
Ġsmayıl mirzə qəzəbini udub:
– Nolar, – dedi, – məsləhət sənindi.
Bununla da söhbət bitdi, amma Ġsmayıl mirzə Hüseynqulu Xüləfanın ədasını,
arxasında duran on min sufisini, tamahının çoxluğunu unutmadı. Gecə yerinə
girəndə Hüseynqulu Xüləfanın etirazını yadına salıb bir az da qəzəbləndi: «Sən bir
bunun həddini aĢmağına bax, qudurğanlığına bax! Dayan, sabah açılsın, mən sənə
yerini göstərərəm!».
Səhəri gün rumlu əmirləri onun hüzurunda olanda üzünü onlara tutub soruĢdu:
– Hörmətli əmirlər, mən sizdən eĢitmək istəyirəm, sufilər və taliblər mürĢidi-
kamilin sözündən çıxsalar və onun göstəriĢinə tabe olmasalar, onda sufiliyin
yoluna, Səfəviyyə Ģeyxlərinin qaydalarına əsasən onlara nə mükafat düĢür?
Ġsmayıl mirzəylə Hüseynqulu Xüləfanın arasında olan söhbətdən xəbərsiz olan
rumlu əmirlər dedilər:
– Hökmdar, mürĢüdi-kamilin buyruğundan boyun qaçıran, ona tabe olmayan,
kimliyindən asılı olmayaraq, hər kəs xəta sahibidir və rədd olunmuĢ bir Ģəxsdir.
– Cənablar, sizin hörmətli Hüseynqulu Xüləfa mənim təklif etdiyim dövlətxananın
vəkili olmaq kimi Ģərəfli bir vəzifədən imtina etmiĢdir. Mənə qarĢı göstərdiyi
iltifatın qarĢısında onu Ģərəfləndirmək istədim, o isə mənim sözümü yerə saldı.
Əmirlər baĢlarını aĢağı salıb deməyə söz tapmadılar.
Ġsmayıl mirzə ilə əmirlər arasında olan söhbəti olduğu kimi Hüseynqulu Xüləfaya
çatdırmıĢdılar. O, tez-tələsik geyinib-kecinib hər səhər olduğu kimi hökmdarın
hüzuruna tələsdi. Ġsmayıl mirzədən üzrxahlıq etmək, qaranlıq mətləblərə aydınlıq
www.kitabxana.net
– Milli Virtual Kitabxana
175
gətirmək istəyirdi. O, öz evinin – hökmdarın hal-hazırda dövlətxanaya çevirdiyi
evin qapısını açıb həmiĢəki kimi vüqarlı və səlahiyyət sahibi kimi içəri keçmək
istəyəndə yolunu kəsdilər. Hüseynqulu Xüləfa hələ nə baĢ verdiyini, qarĢıda onu
nələr gözlədiyini bilmədiyindən qəfəsə salınmıĢ ilan kimi fısıldadı:
– Haciblər, qorçular, bu nə deməkdir, siz məni tanımırsınızmı?
BaĢı qapının çərçivəsini «öpən» hacib dedi:
– Ġçəri girmək olmaz, hörmətli Hüseynqulu Xüləfa. Bu ev sizə məxsus olsa da, hal-
hazırda padĢahımız bu evdə məskunlaĢmıĢdır. PadĢahın qaldığı yer isə Səfəvilər
xanədanının dövlətxanası sayılır.
Hüseynqulu Xüləfanın gözləri az qaldı hədəqəsindən çıxa:
– Ay qardaĢ, axı mən bu dövlətxananın xəlifət əl-xüləfasıyam («Bu evin
yiyəsiyəm» sözlərini isə ürəyində dedi).
– Bəli, elədir. Amma siz Hüseynqulu Xüləfa qızılbaĢların mürĢidi-kamili olan
padĢahın yanında təqsirkar və xəta sahibisiniz.
– Mən günahımın nə olduğunu mürĢidi-kamilin öz dilindən eĢitmək istəyirəm.
Ġçəri keçməyə cəhd edən Hüseynqulu Xüləfanın qarĢısında «ətdən» çəpər çəkdilər:
– Olmaz!
– «Ġlahi, sən bir iĢə bax, öz evimə girmək üçün icazə istəyirəm! Dağıl, ay dünya,
dağıl!» PadĢahımıza söyləyin…
– Olmaz! MürĢidi-kamilimiz sizi bağıĢlamayıb. Sufilik davranıĢ tərzinə görə, sizin
dövlətxanaya daxil olmağınız caiz deyildir. Hüseynqulu Xüləfa, mürĢidi-kamilimiz
sizi hüzuruna çağırana qədər dərgahın qapısı ağzında əyləĢin.
Hüseynqulu Xüləfanın baĢqa çıxıĢ yolu yoxdu. Elə bir oyuna düĢmüĢdü ki, oradan
necə və nə sayaq çıxacağını təsəvvür eləyə bilmirdi. Halı özündə deyildi. Hazırda
yaĢadığı mənzilə gedə də bilməzdi. Çünki haciblər qapının ağzında oturmaq üçün
yerini göstərmiĢdilər. Öz qapısının ağzında günahkar kimi oturmaqdan baĢqa əlacı
yoxdu. Elçi daĢının üstündı oturub (bu mərmər daĢın üstə oturub saatlarla onu
gözləyənlər çox olmuĢdu) baĢını əlləri arasına aldı. Hüseyn bəyYüzbaĢının səsi
gəldi qulaqlarına: «Səni qara eĢĢəyin belində tərsinə oturdub Qəzvinin küçələrində
gəzdirəcəklər». Belə görünürdü ki, Hüseyn bəy YüzbaĢı ondan daha uzaqgörən
imiĢ. Hər kəsdən hörmət-izzət görən Hüseynqulu Xüləfa öz tutduğuna mat
qalmıĢdı. Heydər mirzənin ölümünə öz evinə girə bilməmək üçünmü fitva
www.kitabxana.net
– Milli Virtual Kitabxana
176
vermiĢdi? Sən bir taleyin iĢinə bax, Səfəvilər xanədanında sözü ən keçərli birisi
olmaq əvəzinə öz evinin astanasındakı elçi daĢının üstündə oturub günahının
bağıĢlanmasını gözləyir. Ağıllı və hiyləgər olduğundan, hökmdarın gözündən
düĢməyin nə demək olduğunu, bunun nə ilə bitəcəyini çox yaxĢı bilirdi. Öz
ehtiyatsızlığı üzündən Qəhqəhə qalasının dünənki dustağının gözündən çox tez
düĢmüĢdü. Hökmdar on gün idi ki, onun evində qalırdı. Qazandığı hörmət-izzət bu
on günün içində ayaqlar altına atılmıĢdı. Yəqin Heydər mirzənin qanı tutub onu. –
Bu zaman Heydər mirzənin kəsik baĢı gözləri önündə canlandı: «Alın, bu da sizin
Ģahın baĢı!». Ġlahi, nə dəhĢətli mənzərəydi. Amma o anlarda bu dəhĢətli
mənzərədən zövq almıĢdı. Acı-acı düĢündü ki, atalar yaxĢı deyib, gen qaz, dərin
qaz, axırda özün düĢərsən.
Günortaüstü, acından qarnı quruldayanda içəridən bir nəfər yanına gəlib dedi:
– Hüseynqulu Xüləfa, padĢahımız buyurdu ki, öz mənzilinizə gedəsiniz, əgər sizə
deyiləsi sözü olarsa, çağırtdıracaq.
Hüseynqulu Xüləfa bu sözləri eĢidəndə rahat nəfəs aldı. Hıqqınaraq ağır gövdəsini
yerdən qaldırdı. «Yəqin Allah özü padĢahın qəlbinə rəhm hissi salıb. Yolunda can
qoymuĢam, qanlar axıdılıb, heç insafdandırmı sufilərin qarĢısında urvatsız olum».
Ağır addımlarla mənzilinə yollandı. QarĢısına süfrə saldılar, çay-çörək gətirdilər.
Boğazından çörək keçmədi, bir-iki qurtum çay içdi. Arvadı soruĢdu:
– Nə olub, nə baĢ verib, niyə qəm dəryasına qərq olmusan?
– DanıĢma, arvad, aləmə papıĢ tikənin indi özünə papıĢ tikiblər!
– Axı günahın nədir?
– Həddimi aĢmağım.
– Sən ki aləmə ağıl verirsən, ağlını niyə unutmusan, a kiĢi?
– Allahım belə məsləhət bilib. Vəkilliyə razı olmayıb, padĢahın qüruruna
toxundum. O da məni öz evimin kandarından içəri buraxmadı.
Yazın gözəl axĢamında Hüseynqulu Xüləfanın canına üĢütmə düĢdü. Qalxıb
yatağına girdi, üstünü də qalın yorğanla basdırtdı. (Bədəninin üĢüməsinə dözə
bilərsən, için üĢüdüsə vay halına).
www.kitabxana.net
– Milli Virtual Kitabxana
177
Hüseynqulu Xüləfa iki gün evdən çıxmadı. Üçüncü gün Ġsmayıl mirzə rumlu
əmirlərindən Dəli Budağı yanına çağırtdırdı:
– Bu günlərdə Hüseynqulu Xüləfanı görməmisən?
– GörmüĢəm, hökmdar.
– Halı necədir, nə fikirləĢir, məramı nədir?
– Halı pəriĢandı. Hökmünüzdən çıxdığı üçün çox peĢmandı. Canının salamat
qalması üçün dövlətxananın itsaxlayanı olmağa belə hazırdı.
Ġsmayıl mirzə gülümsədi.
– O məni rəhmdil atam ġah Təhmasiblə qarıĢıq saldı. Hər tərpəniĢində
öyündüyünü gördüm. Yolumda əmək sərf edənlərin əməyini də öz ayağına yazırdı.
Artıq onun Qəzvində qalması könlümü bulandırır. Amma mən onun
dustaqxanadan çıxmağım üçün göstərdiyi xidmətini də əvəzsiz qoymaq istəmirəm.
Dəli Budaq Hüseynqulu Xüləfanın Ģahın qəzəbindən xilas olduğunu zənn edib:
– Hökmdar, Allah sizdən razı olsun, – dedi:
– Budaq kiĢi («Dəli» ayamasını bilərəkdən xatırlatmadı), mən bu dünyada və
axirətdə savab qazansın deyə Xüləfanı MəĢhədin qorçularının qorçubaĢısı
vəzifəsinə təyin eləyirəm. Qoy yerdə qalan ömrünü Ġmam Rzanın məqbərəsində
xidmətdə keçirsin.
Dəli Budaq ikiqat oldu:
– Məsləhət sizindi, hökmdar.
– Budaq kiĢi, bu gün Hüseynqulu Xüləfanı ata mindirib paytaxtdan çıxardırsan.
– Gözüm üstə.
Dəli Budaq yerindən qalxmaq istəyəndə hökmdar gözlənilmədən baĢqa mətləbə
keçdi:
– Darıxma, indi gedərsən. Sən doğru danıĢan bir kiĢisən, ona görə də sənə Dəli
Budaq deyirlər.
– Vallah, hökmdar, hələ də bilmirəm nəyin dəlisiyəm?
www.kitabxana.net
– Milli Virtual Kitabxana
178
– Budaq kiĢi, bu camaat istəsə ağıllını dəli, dəlini ağıllı eləyər. Nəsə, məramım bu
deyil. De görüm əmirlərin hər gün Pərixan bəyimin hüzuruna yığıĢıb əmrinə
müntəzir dayanmalarına camaat necə baxır?
Dəli Budaq çəkinmədən dedi:
– Hökmdar, siz Qəzvində olmayanda adamlar bu iĢə təbii baxırdı. Çünki
baĢıpozuqluq olmasın deyə məmləkətin baĢında birisi oturmalıydı. Bilirsiniz ki,
Pərixan bəyim atanızın müĢaviri, məsləhət verənlərindən idi. Bu gün isə siz
Qəzvində ola-ola Pərixan bəyimin özünü az qala padĢah kimi aparması qızılbaĢlara
xoĢ getmir. Doğrusu, səltənətin sütunları olan əmirlər arasında xanımın evində
toplaĢmaq məsələsi barədə kinayəli söz-söhbətlər dolaĢır.
– Pərixan bəyim nə düĢünür?
– O, sizi qardaĢdan çox Osmanlı-Səfəvi müharibələrinin qəhrəmanı kimi sevir. Siz
Qəhqəhə qalasında olanda barənizdə yazdığı mənzumə dillər əzbəriydi, əl-əl
gəzirdi. Xanım həzrətləri belə düĢünür ki, sizin hakimiyyətə gəlməyinizdə
müstəsna xidmətləri olub, deməli, padĢahlıq iĢlərinə də qarıĢa bilər.
Ġsmayıl mirzənin hirsindən sifəti qapqara qaraldı: «Sən bir qudurmuĢluğa bax!».
– Söylə, hər Ģeyi söylə, Budaq kiĢi.
– Hökmdar, əmirlər, sultanlar, seyidlər, üləmalar, mən bəndəniz də belə düĢünürük
ki, qadınların məmləkət iĢlərinə qarıĢması Səfəvilər xanədanının və padĢahlığın
namusuna layiq deyildir! Hökmdar, boynum qıldan nazikdir, kiĢilərin Ģah ailəsinə
mənsub bir xanım Ģahzadə ilə oturub-durması Səfəvilər sülaləsinin ləyaqətinə
yaraĢmır.
– YaxĢı, bu iĢi yoluna qoyarıq, Budaq kiĢi. Ġndi get o, Hüseynqulu Xüləfanı
paytaxtdan çıxart, bir daha gözümə görünməsin.
* * *
Hüseynqulu Xüləfa ağlamaqdan özünü güclə saxlayırdı. Dəli Budaq Ģahın
təkliflərini bircə-bircə ona söyləmiĢdi. Hüseynqulu Xüləfa MəĢhədin qorçubaĢısı
vəzifəsinin nə demək olduğunu yaxĢıi bilirdi. ġah ona tamamilə etimadsızlıq
göstərmiĢdi. Bu, təklif olunan vəzifədən çox onun boynundan asılmıĢ qəzəb və
iltifatsızlıq niĢanəsiydi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
179
Rumlu tayfasında Ģahın ona rəva bildiyi vəzifənin adını eĢidən kimi ondan kənar
gəzdilər, hətta gecə-gündüz qapısının ağzında oturub hər əmrini canla-baĢla yerinə
yetirən mülazimləri də Hüseynqulu Xüləfanı tərk etdilər. Hüseynqulu Xüləfa baĢ
vermiĢ bu hadisələrin öləzimiĢ iĢiğında keçmiĢinə baxanda odsuz-ocaqsız yandı.
Həyatının indiki acı mənzərəsinə baxıb doğrudan-doğruya hürkdü. Dünənə qədər
onu mürĢidi-kamilin xəlifəsi və naibi hesab eləyən, onun hökmünü hökmdarın
ikinci hökmü sananlar, can-dildən ona tabe olanlar dərhal Hüseynqulu Xüləfanı
unutdular. Zaman-zaman onu ucaldanlar, bir göz qırpımında ayaqlar altına atdılar,
müdafiəsinə qalxmadılar. Ġndi dərk elədi ki, sən demə, onun arxasında bu vaxtacan
dayanan on min iqtidarsız rumlu tayfası yox, iqtidar sahibi olan Təhmasib Ģah imiĢ.
ĠĢdi, fələyin dəyirmanı tərsinə iĢləsə, hökmdarın iĢıq saçan Ģəhadət barmağı xeyir
niyyətlə ona tuĢlansa, indi onu evinin altında tək-tənha qoyanlar bir göz qırpımında
onun ətrafına toplaĢarlar.
Acı-acı fikirləĢdi ki, belə bir miskin ikiüzlülər, aciz-avaralar əhatəsində
yaĢamaqdansa, qorçubaĢı olub Ġmam Rzanın məqbərəsində xidmət etsə, yaxĢıdır…
Dəli Budaq yəhərli kəhəri Hüseynqulu Xüləfanın qarĢısına çəkdi:
– Hə, atlan görüm, Xüləfa.
Hüseynqulu Xüləfa fısıldayaraq qalxdı, dünənə kimi ona «bəli-bəli» deyən Dəli
Budağa:
– Daha mən xüləfa deyiləm, qorçubaĢıyam.
– Özü yıxılan ağlamaz, qorçubaĢı. At belinə qalxmaq sənə çətindi, ayağını bəri ver,
– dedi və onu atın belində oturtdu, özü də atlandı, Hüseynqulu Xüləfanın atının
cilovunu əlinə alıb qabağa düĢdü. Qəzvinin küçələrindən, məhəllələrindən
keçdikcə Hüseynqulu Xüləfa tez-tez bərkdən: «Allah, sənə Ģükür! Allah, sənə
Ģükür!», – deyirdi. Dəli Budaq ondan soruĢdu ki, ay bu günkü qorçubaĢı, dünənki
xüləfa, nəyə Ģükür eləyirsən? Hüseynqulu Xüləfa cavab verdi ki, Hüseyn bəy
YüzbaĢı deyən kimi də ola bilərdi.
– O necə demiĢdi?
– Hüseyn bəy demiĢdi ki, ey Xüləfa, gün gələr səni qara eĢĢəyin belində tərsinə
oturdub Qəzvinin küçələrində gəzdirərlər. Ġndi ona Ģükür eləyirəm ki, məni qara
eĢĢəyin belində tərsinə oturdub quyruğunu əlimə verməyiblər.
Nəhayət, Qəzvindən çıxıb, Ģəhərdən xeyli aralıda, tənha çinarın yanında Dəli
Budaq atının cilovunu dartdı. Dəli Budaq:
www.kitabxana.net
– Milli Virtual Kitabxana
180
– Əziz Xüləfa, incimə, – dedi, – bu Ģah əmridi, mən kiməm? Adicə bir buyruq
qulu. Burda gözlə, gedim əĢyalarını göndərim.
– Dəli ki dəli. Məni əĢyalarımla bir yerdə gətirə bilməzdinmi?
– PadĢah belə məsləhət bilib. Di salamat qal.
Hüseynqulu Xüləfa atdan düĢüb çinarın kölgəsində oturdu. Bu cür halı heç
kitablarda da oxumamıĢdı. DüĢünməyin də mənası yoxdu. Artıq heç kəs idi, quruca
adı qalmıĢdı. QoĢunu yox, tərəfdarları yox. Doğrudan da, ana gərək idi, dəsmal
götürüb halına ağlayaydı.
AxĢama yaxın Dəli Budağın göndərdiyi adam gəlib çıxdı. ƏĢyalarını, yaraq-
əslahını bir ata yükləmiĢdilər. Yükü gətirən adam Hüseynqulu Xüləfaya dedi ki,
Damğana getsin. TapĢırıq belədi. Onu orada Damğanın hakimi Əli xəlifə
Ağcaqoyunlu gözləyir.
Hüseynqulu Xüləfa əlacsız qalıb atlandı, yüklü atın cilovunu yəhərin qaĢına
bağlayıb üz tutdu Damğana.
* * *
Ġsmayıl mirzə Hüseynqulu Xüləfanı Qəzvindən çıxartdıqdan sonra onun evini tərk
Dostları ilə paylaş: |