elədi. Göz yaĢı görməyə, ağı səsi eĢitməyə nə halı, nə də hövsələsi vardı.
Cəzalandırdığı Hüseynqulu Xüləfanın evində qalmağı Ģəninə sığıĢdırmadı.
Səadətabada gedib xanımlarla, Pərixan bəyimlə görüĢəcəkdi.
Ġsmayıl mirzə Hüseynqulu Xüləfanı Damğanda nə gözlədiyini yaxĢı bilirdi. Çünki
qərarı çıxardan da, icra etdirən də o özü idi. Dəli Budağı Hüseynqulu Xüləfanın
ardınca göndərəndə, baĢqa bir qasidi də Damğana yola salmıĢdı. FikirləĢirdi ki,
ilanı yaralayıb buraxmaq olmaz. Xüləfanın on min sufisi vardı, ola bilməz ki, on
min adam bir gündə öz mürĢidindən üz çevirsin. Əlbəttə, onun döyüĢkən qorçuları
yanında on min sufi elə də qorxulu qüvvə deyildi, amma haçansa baĢ ağrısına
çevrilə bilərdi.
… Hüseynqulu Xüləfa taleyini düĢünə-düĢünə Damğana çatıb Əli xəlifə
Ağcaqoyunlunun hüzuruna getdi. Ġnsafən, Əli xəlifə onu gülərüzlə qarĢıladı, təsəlli
verdi: «Qul xətasız, ağa kərəmsiz olmaz, – dedi, – hökmdar yəqin bir gün
günahından keçər. ġahdan hökm gəlincə əziz qonağımsan».
www.kitabxana.net
– Milli Virtual Kitabxana
181
Hüseynqulu Xüləfa gözlərini döydü:
– QardaĢ, Ģah hökmünü verib məni MəĢhədin qorçubaĢısı təyin edibdi, daha nə
hökm?
– Əziz, Xüləfa, Ģahın hökmü belədir, mən kiməm. Bəlkə səni bağıĢlayacaq.
– «BağıĢlayan olsaydı Qəzvində bağıĢlayardı!» Allah bilən məsləhətdi, gözləyək,
görək nə olur.
Hüseynqulu Xüləfa beĢ gün idi Damğanda, Əli xəlifə Ağcaqoyunlunun qonağıydı,
arvad-uĢağından, qohum-əqrəbasından xəbərsiz günlərini baĢa vururdu. BeĢinci
günün Ģər vaxtı Əli xəlifə Ağcaqoyunlunun həyətində Kor ġahəli Rumlunu
görəndə dalağı sancdı. Fikir vermiĢdi, Ġsmayıl mirzə günahkarı öz doğmalarının, ya
da mənsub olduğu tayfanın əmirlərinin əli ilə cəzalandırırdı. Hüseynqulu Xüləfa
səbrini basa bilməyib, Kor ġahəli Rumlunun qarĢısına yeridi. ġahəlinin atı köpük
içindəydi.
– Xeyirdimi, ġahəli? – Hüseynqulu Xüləfa sonsuz nigarançılıq içində soruĢdu.
Kor ġahəli Rumlu ləng cavab verdi:
– Xeyir deyil, möhtərəm Xüləfa.
– Öldürməyəmi gəlmisən?
– BağıĢla, gözlərinə mil çəkməyə gəlmiĢəm.
– ġah baĢqa bir adam tapmırdımı göndərməyə?
– ġah kimin yanına kimi göndərdiyini çox yaxĢı bilir. O qədər kor olmaya-olmaya,
mənə Kor ġahəli demisən ki. Guya ġahəli desəydin, xəncərinin yaqut qaĢı
düĢəcəkdi.
Matı-qutu qurumuĢ Hüseynqulu Xüləfa:
– Haqlısan, qardaĢ, – dedi, – kor kora kor deməsə bağrı çatlar. Buyur, iĢini gör,
gözlərim səni görməsin.
– Sənə yaxĢılıq eləyib gözlərinə qızmar mil çəkməyəcəyəm, Heydər mirzənin
boynunun vurulması üçün iĢarə eləyən o hiyləgər gözlərini barmaqlarımla basıb
çıxaracam.
Nökərlər Hüseynqulu Xüləfanın əl-qolunu bağlayıb Kor ġahəli Rumlunun
qarĢısında dizi üstə oturtdular. Xüləfa sonuncu dəfə batmaqda olan günəĢə, qolunu
www.kitabxana.net
– Milli Virtual Kitabxana
182
bağlayan nökərlərə, yerdə dənlənən göyərçinlərə, hoppana-hoppana ona doğru
gələn çəyirtkəyə, otluqda domba gözlərini bərəldib özünə gölməçə axtaran
qurbağaya, baĢı üstə fırlanan zərif qanadlı kəpənəklərə, gözlərini çıxarmaq üçün
hazırlaĢan Kor ġahəli Rumluya, onun əzabını görməmək üçün uzaqlaĢmaqda olan
Damğan hakimi Əli xəlifə Ağcaqoyunlunun kürəyinə baxdı. Gözü ilə gördüyü son
mənzərə bunlar oldu.
Kop ġahəli əli-qolu bağlı Hüseynqulu Xüləfaya yaxınlaĢdı. Onların gözləri bir-
birinə tuĢlandı. Kor ġahəli Rumlu Hüseynqulu Xüləfanın kin, nifrət, yalvarıĢ,
qorxu dolu baxıĢlarına tab gətirməyib onun arxasına keçdi. Kobud, qüvvətli
barmaqlar Xüləfanın gözlərini bərk-bərk sıxdı. Xüləfa ömründə birinci dəfəydi ki,
fəryad qoparırdı. Ağrıdan qıvrılan, gözlərini itirmiĢ Hüseynqulu Xüləfa at
ayaqlarının səsindən bildi ki, gedən Kop ġahəli Rumludur. YaddaĢının aynasında
xəbər gözləyən Ġsmayıl mirzənin surəti canlandı. Təəssüfləndi ki, gözlərini itirsə də
yaddaĢına köçmüĢ Ġsmayıl mirzənin əksini ömrü boyu itirə bilməyəcək.
YaddaĢında daim onu kor eləyən adamla üz-üzə qalacaq.
XXVI FƏSĠL
GÖRÜġ
Ey məh, mənimlə dostlarımı düĢmən eylədin,
DüĢmən həm eyləməz bu iĢi kim, sən eylədin.
Məhəmməd Füzuli
Qəzvinin yaz səhəri Hüseynqulu Xüləfa əhvalatı ilə açılmıĢdı. Bircə günün içində
Hüseynqulu Xüləfa hadisəsi qanad açıb məmləkəti dolaĢmıĢdı. Qəzvində on min
sufisi olan Hüseynqulu Xüləfanın baĢına gələnlər (gətirilənlər) hər kəsi
səksəndirdi. Bu hadisə həm də Qəhqəhə qalasının dünənki dustağının əsl sifətini
göstərmiĢdi. Ġsmayıl mirzə onun Ģahlığa gedən yolunu təmizləyənlərdən birini –
Hüseynqulu Xüləfanı öz halalca evinin kandarında oturtdurubsa, Qəzvindən
qovdurub, Damğanda gözlərini çıxartdırırsa, deməli, onunla qaĢıq döyüĢdürmək
olmaz.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
183
Hadisənin təsirindən bu gözəl yaz havasına duyulacaq qədər qorxu, xof havası da
hopmuĢdu. Bu insan qəlbinə, ruhuna hopan qorxu, təlaĢ yavaĢ-yavaĢ yaz havasını
unutdururdu. Heydər mirzə tərəfdarları olan Ģahzadələr, əmirlər, ustaclı tayfası xof
içindəydilər. Canavara dedilər ki, mərifəti kimdən öyrəndin? – Gözü çıxan
qardaĢımdan! – dedi. Xüləfa hadisəsi Ġsmayıl mirzənin məmləkətə ünvansız
ismarıcı idi: «Bax, həddinizi bilin ha, gəlirəm (gəlmiĢəm yox ha, gəlirəm!).
Hüseynqulu Xüləfanın baĢına gələnlər Pərixan bəyimə də çatmıĢdı. Əvvəl çaĢıb
qalmıĢ, «ola bilməz?!» – demiĢdi. Amma xeyli düĢündükdən, Hüseynqulu
Xüləfanın hərəkətlərini götür-qoy etdikdən sonra qəlbində Ġsmayıl mirzənin
verdiyi cəzanı doğru sanmıĢdı. FikirləĢmiĢdi ki, kimliyinin fərqi yoxdur, hər kəs öz
yerini bilməlidir. Yoxsa, məmləkətdə hərki-hərkilik, özbaĢınalıq hökm sürər.
Xəbər ardınca xəbər gəlirdi. Allah axırını xeyir eləsin, günortaüstü eĢitdi ki,
Ġsmayıl mirzə Hüseynqulu Xüləfanın evini tərk eləyib. (Bu xəbərə lap sevindi.
YaxĢı deyildi axı, həm ev sahibinin gözünü çıxartdırasan, həm də evində
mütəkkəyə dirsəklənib təsbeh çevirəsən). ġahqulu sultan Yegan Ustaclının evinə
gəlib. FikirləĢdi ki, Hüseynqulu Xüləfa bir cüt gözündən olub, görəsən ġahqulu
sultan nəyindən olacaq?!
ġahqulu sultanın evi onun evi ilə ġah atı meydanın arasında, axar-baxarlı bir yerdə
yerləĢirdi. Atası Təhmasib Ģahın yanında ġahqulu sultanın hörməti böyük olmuĢdu.
O, Ģahın böyük oğlu Məhəmməd mirzənin lələsi və əmirülümərası olmuĢ, Ģahzadə
yetginlik yaĢına çatana kimi Xorasanı idarə etmiĢdi. Hazırda isə ġahqulu sultan
Heratda Məhəmməd mirzənin oğlu balaca Abbas mirzənin (gələcək Ģahın) lələsi,
deməli, həm də Heratın hakimi idi. Lakin son günlərdə baĢ verənlər, ustaclılara
qarĢı hücumlar ġahqulu sultanı da narahat eləməyə baĢlamıĢdı.
Pərixan bəyim Heydər mirzə əhvalatından sonra məmləkətdə iĢ baĢında olan
ustaclı əmirlərinə qarĢı aĢkar-gizli hücumların olduğunu görürdü. Bu ədalətsizliyə
qarĢı ancaq Ġsmayıl mirzə çıxa bilərdi. O isə Ģahlıq taxtında oturmağa tələsmirdi.
Pərixan bəyim Ģahın cülusu günü ətrafında çox düĢündükdən sonra bu qərara
gəlmiĢdi ki, Ġsmayıl mirzə qəsdən taxta çıxmağa tələsmir, bilərəkdən dövlət iĢinə
qarıĢmır. Ġstəyir ki, məmləkət intizarda qalsın, çalxalansın, gizlində olanlar aĢkara
çıxsın, niyyətlər ona bəlli olsun. Cülus gününə qədər yolunun üstündəkiləri bir-bir
sıradan çıxartsın.
Nökər gəlib Pərixan bəyimə söylədi ki, Ġsmayıl mirzə onunla və səltənətin digər
hörmətli xanımları ilə görüĢmək istəyir, buyurub ġahqulu sultanın evinə gəlsinlər.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
184
Dərhal hazırlaĢmağa baĢladı. Əyninə ən gözəl paltarını geyinib, ən bahalı
boyunbağısını, üzük və sırğalarını taxdı. Atası öləndən bəri baĢına örtmədiyi qızılı
yelənli ağ yaylığını baĢına örtdü. Çölə sıxanda gördü ki, səltənətin xanımları
hamısı burdadı. Əksəriyyəti yasdan çıxmadıqları üçün qara geyinmiĢdi. Ġsmayıl
mirzənin arvadı Səkinəsultan, qızı Sultanbəyim, anası Sultanımbəyim, Ģahın digər
xanımları burdaydı. Heydər mirzənin anası gürcü qızının üz-gözündən qəm
yağırdı. Ancaq o da Ġsmayıl mirzə ilə görüĢmək zorundaydı. Əks təqdirdə ziyan
çəkə bilərdi.
Xanımlar on nəfər əlidəyənəkli yaĢlı xacələrin müĢayiəti ilə ġahqulu sultanın evinə
gəldilər. Təkcə doğmaları yox, ona bir köynək yad olanlar da bu görüĢə xüsusi
maraq göstərirdilər. Onun zindanda qaldığı on doqquz il altı ay iyirmi bir gün
ərzində sarayda adı, sücaəti anılmadığı gün olmamıĢdı. «Ġgidin adını eĢit, üzünü
görmə» deyiblər. Ġndi həm də adını eĢitdikləri igidin üzünü görəcəkdilər.
KeĢikçilər xanımlara yol verdilər. Hamıdan qabaqda Sultanım bəyim gedirdi. O,
yeddi min yüz otuz səkkiz gün üzünə həsrət qaldığı oğlu ilə axır ki, görüĢəcəkdi.
Nəhayət, Pərixan bəyim də öz qəhrəmanını görəcəkdi.
KeĢikçilər onları böyük bir zala ötürdülər. Ancaq Ġsmayıl mirzə zalda yox idi.
Xanımlar ora-bura boylanıb ipəküzlü ocaqqırağı döĢəklər üstündə bardaĢ qurub
oturdular. Anlar ötürdü, amma Ġsmayıl mirzə hələ görünmürdü. Nigaranlıq
xanımları əməllicə darıxdırırdı ki, ayaq səsləri eĢidildi. Bu zaman qapı açıldı və
qırx üç yaĢlı, uca boylu, enli kürəkli, mərdanə sifətli, saçlarına azca dən düĢmüĢ,
Ģəvə bığlı Ġsmayıl mirzə içəri girdi. Xanımlar dərhal yerlərindən qalxdılar,
Sultanım bəyim qollarını açıb oğluna sarı getdi. Ġsmayıl mirzə körpə uĢaq kimi
anasının qucağına sığındı.
Sultanım bəyimin əlləri oğlunun kürəyində gəzdi:
– Can bala, çox Ģükür səni gördüm, dinə-imana gəldim.
Ġsmayıl mirzə anasının geniĢ, ağıllı alnından, əllərindən öpdü. O, Sultanım
bəyimdən aralanıb o biri xanımlara yanaĢdı. Arvadı Səkinəsultan çox dəyiĢmiĢdi,
illər öz iĢini görmüĢdü, onu xanımların, xüsusilə anasının yanında qucaqlayıb
bağrına basmaqdan özünü güclə saxladı, halını soruĢdu. Səkinə sultanın yanında
durmuĢ əsmər üzlü, ucaboylu, incəbelli qıza diqqətlə baxdı, hiss elədi ki, nə üçünsə
ürəyi çırpındı. Sual dolu gözləri qıza dikilib qaldı. Sultanım bəyim onu
nigaranlıqdan qurtardı:
– Qızın Sultanbəyimdi ey, ağrım alım.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
185
Ġsmayıl mirzə əyilib qızının üzündən öpdü. Sultanbəyim adını eĢidib üzünü indi
gördüyü atasını ürəyi istədiyi kimi qarĢılaya bilmədi. AnlaĢılmaz duyğular
içindəydi. Bu illər ərzində bir damın altında yaĢamadıqları üçün atası ona yad
adam təsiri bağıĢlayırdı. Sultanbəyimdə günah yoxdu. O, hələ ata məhəbbətinin nə
olduğunu bilmirdi, onları ancaq qan birləĢdirirdi.
Ġsmayıl mirzə o biri xanımlarla da görüĢdü, tanıdıqları da vardı, tanımadıqları da.
Tanımadığı xanımları atası o, zindanda olanda alıb halalı eləmiĢdi. Üz-gözündən
qəm yağan Heydər mirzənin anasına baĢsağlığı verdi, keçmiĢ olsun, dedi.
Qəsdənmi, ya təsadüfdənmi hamıdan yaraĢıqlı, təravətli görünən Pərixan bəyimlə
lap axırda görüĢdü. O zindana salınanda Pərixan bəyim səkkiz yaĢındaydı. Ġndiki
Ġsmayıl mirzə o zaman gördüyü gənc Ġsmayıl mirzə deyildi, gəncliyinin qocalığını
yaĢayan yaraĢıqlı bir kiĢiydi. O, təntənəsiz:
– XoĢ gördük, Pərixan! – deyib azacıq baĢını əyərək təzim etdi. Pərixan bəyim
Ģahlıq taxtına yolunu açdığı, haqqında uzun illər düĢündüyü, mənzumə yazdığı
Ġsmayıl mirzədən bu soyuqluğu gözləmirdi. Əlbəttə, bu anlarda o, nəyinsə
təmənnasında deyildi, amma gördüyü iĢlərin, keçirdiyi əzablı, yuxusuz gecələrin
müqabilində xoĢ söz, təĢəkkür eĢitmək istəyirdi. O, illərlə bu göruĢu gözləmiĢdi,
amma xəyalında qurduğu büsatdan əsər-əlamət yoxdu. Ġçində yavaĢ-yavaĢ qövr
eləyən, ləpələnən, dalğalanan, nəhayət, Ģahə qalxan dalğaların təkanından kinayəli
bir səs çıxdı ağzından:
– Atalar doğru deyibmiĢ, igidin adını eĢit, üzünü görmə.
Ġsmayıl mirzənin qaĢları çatıldı:
– Niyə, üzümüz elə çirkindi?!
Sultanım bəyim də Pərixana kinayə ilə baxdı: «Bu qız görən mənim oğlumu nə
hesab eləyir?»
Pərixan bəyim:
– Əksinə, gözəl üzünüzü gördüm, qəlbinizi yox, – deyə ikibaĢlı danıĢdı.
– Pərixan, sən hökmdar ailəsinə mənsub xanımsan, yad kiĢilərlə görüĢmək,
padĢahlıq iĢinə qarıĢmaq sənə yaraĢmaz.
– «Aha, qara qızın dərdi varmıĢ». Atamız ġah Təhmasibin meyiti ortalıqdaykən
hakimiyyət uğrunda Ģahzadələr, əmirlər bir-birini didirsə, sarayda qardaĢın Heydər
www.kitabxana.net
– Milli Virtual Kitabxana
186
mirzənin baĢını bədənindən ayrırlarsa, sən Qəhqəhə qalasında zindandasansa,
məmləkəti baĢsızmı qoymaq lazım idi?! Mənim padĢahlıq fikrim olsaydı, Ġbrahim
mirzəylə və Mirzə Salmanla səltənət və padĢahlıq əĢyalarını Qəhqəhə qalasına –
sənə göndərməzdim, adına məscidlərdə xütbə oxutdurmazdım. Xəbərin varmı bu
gün məmləkətdə nələr baĢ verir?
– Pərixan, ürəyin doluymuĢ ki.
– Bəli, ürəyim doludu. Bu Səfəvilər dövlətinin yaranmasında qanından keçmiĢ
ustaclı tayfasının adlı-sanlı əmirlərini bir-bir aradan götürürlər. Buna sözün nədir?
Bütün məmləkət sənin cülus edəcəyin günü gözləyir. Qəzvinin küçələrində adam
əlindən tərpənmək olmur, hamı sənə görə paytaxta axıĢır. Əmrlər, sultanlar
nigaranlıq içindədir…
– Bilirəm.
– Bəs nəyi gözləyirsən, qardaĢ? Bir mübarək gün seç, taxta otur, məmləkətin
müĢkül iĢlərini yoluna qoy!
– Cülus günü artıq bəllidi.
– Biz bu barədə eĢitməmiĢik.
– Mən cülus gününü siz bura gəlməmiĢdən fal açıb təyin etmiĢəm.
– O xoĢbəxt gün haçan olacaq?
– Cəmadiül-əvvəl ayının 27-də (22 avqust 1576), çaharĢənbə günü. Bu gün
tapĢıracam carçılar car çəksinlər, qonĢu məmləkətlərə də xəbər göndərsinlər.
– Mübarək olsun.
– Çox sağ ol.
Anası Sultanım bəyim oğluna:
– Taxtında qayım-qədim olasan.
– Sağ ol, ana.
– O iĢlər ki, atan öləndə baĢ verdi, heç kafər bəndəyə qismət olmasın. Bunu Allah
götürməzdi, necə ki, götürmədi, meyiti soyumamıĢ onun taxtı uğrunda boğuĢdular.
Atanın cənazəsi dövlətxanadakı ġirvani evində amanatdır. Atanın adına layiq
ehsan ver, cənazəni oradan götür.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
187
– YaxĢı, ana. Üzümüzə gələn cümə axĢamı ehsan verib, atamın cənazəsini
Ġmamzadaya apararıq, payızda isə müqəddəs MəĢhəddə dəfn edərik.
– Allah səndən razı olsun.
Ġsmayıl mirzə xanımlara müraciətlə soruĢdu:
– BaĢqa sözünüz?
Bayaqdan susub dayanmıĢ qızı dilləndi:
– Ata, bəs biz nə vaxt bir yerdə qalacağıq?
Ġsmayıl mirzə gülümsədi. BaĢa düĢdü ki, bu sözləri ona qızı desə də, arvadı
Səkinə-sultanın fikridi.
– Elə bu axĢamdan bir yerdə olacağıq, – dedi. – GörüĢ bitdi. Xanımlar onunla
sağollaĢıb çıxdılar. Pərixan bəyim ġahqulu sultanın evini nigarançılıq içində tərk
eləyirdi. Bu görüĢ arzuladığı kimi olmamıĢdı. Sonrası necə olacaqdı, bilmirdi,
ancaq bu ilk görüĢ onun xəyalında qurduğu büsatı alt-üst etmiĢdi.
XXVII FƏSĠL
QƏBĠRDƏN QƏBĠRƏ
Dərdimi dağa desəm dağ əriyər,
ġam Ģölə çəkər, piltə yanar, yağ əriyər.
(naməlum)
Ġsmayıl mirzənin göstəriĢi ilə Səadətabad bağı yaxınlığında çoxlu alaçıqlar
qurulmuĢdu. Bu alaçıqlardan bir qədər aralıda aĢ biĢirmək və halva çalmaq üçün
mətbəxlər düzəldilmiĢdi. Mətbəxlərə on iki min qab-qaĢıq gətirilmiĢdi. Hər min
nəfərə xidmət edəcək adamlara nəzarət hörmətli əmirlərdən birinə tapĢırılmıĢdı.
Ġsmayıl mirzə atası üçün ehsan verirdi.
ġahzadələr, seyidlər, üləmalar, adlı-sanlı əmirlər, sultanlar, səltənətin vəzir-vəkili,
Ģairlər, nəğməxanlar, nəqqaĢlar, xəttatlar, dəftərxana iĢçiləri dövlətxanaya
www.kitabxana.net
– Milli Virtual Kitabxana
188
toplaĢmıĢdılar. Hamı Ġsmayıl mirzəni gözləyirdi ki, Ģahın cənazəsini dövlətxanadan
çıxardıb Ġmamzada məqbərəsinə aparsınlar.
Nəhayət, Ġsmayıl mirzə Çehelsütun eyvanında göründü. Ora toplaĢanlar ikiqat
əyilib təzim elədilər. Ġsmayıl mirzə Ģahzadə qardaĢları, seyidlər, üləmalar, dövlət
adamları ilə birlikdə Ģahın cənazəsi qoyulmuĢ ġirvani otağına getdilər.
Üləmalardan biri Ģahın tabutu baĢına keçib yasin oxumağa baĢladı. Ġsmayıl mirzə
üləmanın sağ yanında dayanıb baĢını sinəsinə əymiĢdi. Yasin bitdikdən sonra
Ġsmayıl mirzə, Süleyman mirzə, Mustafa mirzə, Mahmud mirzə, Ġmamqulu mirzə
yaxınlaĢıb Ģahın cənazəsini çiyinlərinə götürdülər. Cənazəni qabaqda Ġsmayıl
mirzəylə Süleyman mirzə, arxada isə Mustafa mirzəylə Ġmamqulu mirzə aparırdı.
Ġsmayıl mirzə içində danıĢa-danıĢa gedirdi: «Ay ata, bu on doqquz il altı ay iyirmi
bir gün ərzində bir dəfə mənimlə görüĢmədin. Yeddi min yüz otuz səkkiz gün
sənin səsini eĢitmədim, mübarək üzünü görmədim. Heç olmasa ildə bir dəfə məni
qaladan çıxarıb yanına gətirtsəydin, üz-üzə oturub dərdləĢsəydik, indi mənim üçün
təsəlli olardı. Amma sən bunu etmədin. Düzdü, sənin də qayğıların baĢından aĢırdı,
məmləkətin min bir dərd-səri üstündəydi. Ancaq gərək vaxt tapaydın. BaĢa
düĢmürəm, ata da oğula bir belə kin bəsləyərdimi? Mən Qəhqəhə qalasının
divarları arasında ac yalquzağa dönmüĢdüm. Yaz gəlib ağaclar çiçəkləyəndə, quĢ
olub uçmaq istəyirdim. Ata, ay ata, sən məni on doqquz il altı ayın baharını bahar
kimi yaĢamağa qoymamısan. Heyif o boĢ keçən günlərimə. Heyif! O günlərimdən
mənə acı duyğulardan, kədərli xatirələrdən baĢqa nə qaldı? Heç nə! Öz aləmində
məni islah elətdirirdin, ay ata. Bunun üçün on doqquz il altı ay iyirmi bir günmü
gərək idi? Yəqin ki, haqqa qovuĢmasaydın, mənə azadlıq nəsib olmayacaqdı!
Zindanın qaranlıq küncündə insan islah olunmur, əksinə adamlıqdan çıxır. Hər
kəsə, hər Ģeyə nifrət eləyir. Bu illər ərzində qazancım indi hər Ģeydən və hər
kəsdən Ģübhələnməyim olub. Qəlbimdəki incə duyğular, zərif hislər məhv olub.
Bax, mənimlə bir yerdə addımlayan, cənazənin altına girmiĢ bu qardaĢlarımı da
sevə bilmirəm. Onlar da sənin kimi bir dəfə də olsun mənimlə görüĢməyə, dərdimi
dinləməyə can atmayıblar. Onlar qolları üstə boynu zınqrovlu Ģahin, yanlarında ov
tulaları at belində ova çıxanda mən hörümçəyin zindanın bir küncündə hördüyü
tora baxırdım. Bu dünyaya gətirdiyin Ģahzadələr kənizlərlə əylənəndə mən
yastığımı qucaqlayırdım. Ġndi mən azadlıqdayam, sənin cənazənsə mənim
çiynimdə. Ölümünə sevinmirəm, amma sən nə zamansa belə bir günün gələcəyinə
inanardınmı? Yox, inanmazdın. Ġnansaydın, mənə, cavan oğluna zərrəcə də olsa
rəhm edərdin. Yəqin sən məni, öz canından, qanından yarananı sevməmisən, taxt-
tacına görə doğma oğlundan qorxmusan. Bu Ģahzadələr də məndən qorxublar.
Zindandan qurtulmağımı onlar da istəməyiblər. FikirləĢiblər ki, yolları üstündə
əngəl olaram, baĢağrısına çevrilərəm. Eh, ata, kaĢ səninlə balıq ovuna getdiyimiz o
www.kitabxana.net
– Milli Virtual Kitabxana
189
günlər olaydı. Onda səni bir ata kimi necə də ürəkdən istəyirdim. Hər səni görəndə
qürur duyurdum. Sudan çıxmıĢ o balıqlar yadındamı? Yerdə çabalaya-çabalaya
ağzını açıb-yuman, sonra da canını tapĢıran o rəngbərəng balıqlar!»
Ġbrahim mirzə ona yanaĢıb çiynini cənazənin altına verdi. Ġsmayıl mirzə kənara
çəkildi. Cilovdar dərhal kəhəri onun qarĢısına gətirdi və o, atlandı. Böyük bir insan
seli ġah Təhmasibin cənazəsini, yaraq və Ģəxsi əĢyalarını Ġmamzadaya aparırdı.
Nəhayət, Ġmamzadaya çatıb ġah Təhmasibin cənazəsini sənduqəyə qoyub, onu
məqbərəyə yerləĢdirdilər. (Bura da onun hələ son mənzili deyildi, payızda
MəĢhədə aparmaq üçün amanat qoyulmuĢdu). Üləmalardan biri vəhĢət ayəsini
oxudu. Bundan sonra on iki min adam geri qayıdıb ehsan süfrəsi arxasında oturdu.
Səfəvilər tarixində birinci dəfə idi ki, belə möhtəĢəm təziyə keçirilib, ehsan
verilirdi.
* * *
ġahqulu sultanın evində Pərixan bəyimin ona söylədikləri tez-tez yadına düĢürdü.
Özü ilə baĢ-baĢa qalarkən Pərixan bəyimin dediklərinin həqiqət olduğunu etiraf
edirdi. Məmləkətdə, xüsusilə Qəzvində hələ də intizamsızlıq hökm sürürdü. Hamı
onun cülusunu gözləyirdi. Çox götür-qoydan sonra Ġbrahim mirzəni yanına çağırdı,
həmiĢəki kimi ona mehriban yanaĢdı:
– QardaĢ, – dedi, – sən atamın sağlığında ona oğul yerindəydin. Ġndi də sən həm
mənim qardaĢım, həm də həmsöhbətimsən. EĢikağası vəzifəsi sənə münasib
deyildir, bu gündən dövlətin möhürdarısan. HəmiĢə yanımda olarsan, bu səltənətin
iĢlərini yoluna qoyaq.
Sonra Ġsmayıl mirzə Səfəvilər dövlətinin müstövfi əl-məmaliki* olan Mirzə
ġükrulla Ġsfəhanini dövlətin vəziri seçdi, eĢikağası vəzifəsini isə Hüseynqulu sultan
ġamlıya tapĢırdı. Lakin bununla hələ iĢ bitmirdi. Cülus edəcəyi gün yaxınlaĢdıqca,
nigarançılığı da artırdı. O, heç də taxta çıxmağın, keçiriləcək mərasimin
nigarançılığını yaĢamırdı. Bu mərasimin dildə-ağızda dolaĢacaq möhtəĢəm
səviyyədə keçəcəyinə zərrəcə Ģübhəsi yoxdu. Onu hakimiyyətinin sabahı narahat
eləyirdi. Qəhqəhə qalasında yaĢadığı o yeddi min yüz otuz səkkiz gün heç də izsiz
ötüb-keçməmiĢdi. ġüurunda, zehnində, ruhunda iz salmıĢdı. Heç kəsə inanmamaq,
hər kəsdən Ģübhələnmək ona zindandan qalma mirasdı. Rəhm hissini çoxdan
qəlbindən çıxarıb dəfn eləmiĢdi. «Mənə rəhm olunmuĢdumu, mən də kiməsə rəhm
eləyim» fəlsəfəsi ilə yaĢayırdı. QardaĢlarının heç biri ilə fəxr eləmirdi. FikirləĢirdi
www.kitabxana.net
– Milli Virtual Kitabxana
190
ki, onlar hansı fövqəladə keyfiyyətlərinə görə naz-nemət içində böyüyüblər? Hansı
Ģücaəti göstəriblər, hansı qalanı fəth ediblər? Bunların ən böyük Ģücaətləri ataları
ġah Təhmasibin yanında mütilikləri olub. ġahın müti ilə, hər sözə ləbbeyk deyənlə
nə iĢi vardı?! Onun iradəsindən çıxan, isə Ġsmayıl mirzə kimi, Qəhqəhə qalasında
çürüyürdü. Heç olmasa bu müti Ģahzadələr bu yeddi min yüz otuz səkkiz gündə
vaxt tapıb bircə kərə, tək bircə kərə ona baĢ çəkəydilər. Doğmalarından həssaslıq,
duyarlıq uma-uma yaĢadı o məĢəqqətli günləri. Ġçinə hər gecə zərrə-zərrə nifrət
yığa-yığa. Gözlə görünməyən, ölçüyə, çəkiyə gəlməyən nifrət! Ona görə də
ürəyində qarĢısına çıxan hər kəsi məhv etmək istəyi hər Ģeydən güclüydü.
DüĢünürdü ki, atasının sevimli Ģahzadələri ondan çox səltənətin adlı-sanlı
əmirlərinə, sultanlarına lazımdılar. Sabah Ģah xoĢlarına gəlməsə, gecənin birində
boğub öldürüb, yerinə onlardan birini oturtsunlar. ġah olmağa layiqdi, layiq deyil,
bu məsələ elə də önəmli deyildi. Önəmlisi Ģahlıq taxtına oturtduqları Ģahzadənin
onların istəklərinə cavab verməsi idi. FikirləĢirdi ki, bir belə Ģübhə içində, qorxa-
qorxa yaĢamaqdansa, Ģübhə yaradanları, yuxuna haram qatanları aradan götür…
Hadisələr gözlənilmədən onun xeyrinə iĢləyir, cəza verməyə bəhanə tapılırdı. Bir
səhər Herat bəylərbəyi, balaca Abbasın lələsi ġahqulu sultan Yegan Ustaclının
Dostları ilə paylaş: |