Milli Virtual Kitabxananın e nəşri n 01 58 (2012) Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: Azərbaycan yazı



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7187
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   23
aləmində Pirə Məhəmməd xan Ustaclı gəlib yadına düĢmüĢdü. «Qızıl-gümüĢ 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
159 
 
külçəsi» əhvalatında Ģahın Qəhqəhə qalasına göndərdiyi adamlardan ona ən çox 
nəzakət və həssaslıqla yanaĢan Pirə Məhəmməd xan Ustaclı olmuĢdu. Hətta 
qulağına çatmıĢdı ki, düĢmənləri Pirə Məhəmməd xanın ona göstərdiyi iltifatın 
arxasında gizli bir ittifaq görmüĢ, bu barədə Ģahı da xəbərdar etmiĢdilər. Amma Ģah 
müdriklik göstərib deyilənlərə əhəmiyyət verməmiĢdi. Ġndi Ġsmayıl mirzənin 
qəlbində Pirə Məhəmməd xan Ustaclı sarıdan bir nigaranlıq vardı. Heydər sultan 
Çabuq ona Qəzvində baĢ verənlərdən, təkəlilərin Heydər mirzə tərəfdarları olan 
ustaclı tayfasının adlı-sanlı əmirlərindən Allahqulu sultan Aycəkoğlunu, Piri bəy 
və Pirə Məhəmməd xanın oğlu Əlixan bəyi qılıncdan keçirdiklərini söyləmiĢdi. 
Ġsmayıl mirzə Pirə bəy Məhəmməd xan Ustaclının oğlunun intiqamını almaq 
fikrinə düĢəcəyindən ehtiyat edirdi. Onun belə düĢünməyə əsası da vardı. Heydər 
mirzənin silahdaĢı Murad xan Süfrəçi Ģahın və Heydər mirzənin ölüm xəbərini 
eĢidən kimi Kəcur qalasının ətəyində yerləĢdirdiyi qoĢunu götürüb Lahicana 
getmiĢ, Allahqulu sultan Aycəkoğlundan sonra oranın hakimi olmuĢ həmtayfası 
Pirə Məhəmməd xana qoĢulmuĢdu. Qorxurdu ki, Murad xan Süfrəçi onu yoldan 
çıxara. Bir tərəfdən də, on dörd yaĢlı ögey qardaĢı Ġmamqulu mirzə Lahicanın 
valisi, Pirə Məhəmməd xan Ustaclı isə onun lələsiydi. Ġsmayıl mirzə fikirləĢirdi ki, 
onların hər birinin ürəyində ona qarĢı kin-küdurət yarana bilər. Bu hadisələrin 
gediĢatında Murad bəy saraydan uzaqlaĢdırılmıĢ, Pirə Məhəmməd xanın oğlu, 
Ġmamqulu mirzənin dayısı Zal bəy Gürcü qətlə yetirilmiĢdilər. Pirə Məhəmməd 
xanla Murad xan Ġmamqulu mirzəni əldə bayraq eləyər, təkəlilərdən ziyan görmüĢ 
ustaclılar onların baĢına toplaĢar, Gilanın - Lahicanın təbii qalalarına sığınıb ona 
qarĢı qiyam qaldıra bilərdilər. Ġsmayıl mirzə ilk növbədə, bunun qarĢısını 
almalıydı. Gecikmək olmazdı. Nə qədər ki, ürəkləri intiqam alovu sarmamıĢdı, 
üstünə su tökməliydi. Ġlk növbədə, vaxtilə ona böyük sayğı göstərmiĢ Pirə 
Məhəmməd xan Ustaclını sınamalıydı. Elə gecə ikən dəftərxana darğası Əlixan bəy 
Türkmanı yanına çağırtdırdı. Əlixan bəy ürəyi əsə-əsə Ġsmayıl mirzənin qarĢısında 
ikiqat olub gecənin yarısı çağırılmağının səbəbini bilmək istəyirdi. Ġsmayıl mirzə 
ürəyində darğaya deyiləsi münasib sözlər axtarırdı: 
- Əlixan bəy, elə bu gecə Lahicana yola düĢürsən, - dedi. 
- BaĢ üstə. 
- Hələ bir nə üçün, kimin yanına getdiyini bil, sonra baĢ üstə, göz üstə de. 
- BaĢ üstə. 
Ġsmayıl mirzənin istər-istəməz dodağı qaçdı: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
160 
 
- Gedirsən Pirə Məhəmməd xan Ustaclının yanına. Mənim adımdan deyirsən ki, 
Qəhqəhə qalasındakı əhdimizi unutmamıĢam. Onun ustaclı tayfası ilə bağlı bütün 
istəklərini yerinə yetirəcəm. Amma Kəcur qalasının fəthini yarımçıq qoyub onun 
yanına qaçmıĢ o Murad xan Süfrəçi qızılbaĢlar arasında fitnə-fəsada bais olub. Ona 
görə də onun hər iki gözünü çıxarıb qoysun ovcuna. Bundan sonra qardaĢım 
Ġmamqulu mirzəni də götürüb Zəncan çəməninə gəlsin. Sabah tezdən Ərdəbilə 
gedirəm. Onu Zəncan çəmənində gözləyəcəm. Gedə bilərsən. 
Əlixan bəy Türkman baĢ əyib, arxa-arxaya gedib alaçıqdan çıxdı. Ġsmayıl mirzə 
gedib yerinə uzandı. Çadırının ətrafında onu qoruyan keĢikçilər olsa belə, hələ də 
Qəhqəhə qalasındakı vərdiĢini tərgidə bilmirdi, gözləri baxa-baxa yatırdı. 
Yata bilmirdi. Taleyində elə gözlənilməz dəyiĢiklər olmuĢdu ki, hələ də ona yuxu 
kimi gəlirdi. Ağlına da gəlməzdi ki, atası qəfil xəstələnib dünyasını dəyiĢər, 
dövlətxananın iĢlərini əlinə almıĢ, xəzinənin, silah-sursat anbarının açarlarını 
cibində gəzdirən Heydər mirzə yox, Qəhqəhə qalasının məĢhur dustağı Ģah olar. O, 
bütün bu baĢ verən gözlənilməzliklərə görə Allahına, bir də bacısı Pərixan bəyimə 
borcluydu. Bu qız həqiqətən onun yolunda fədakarlıq etmiĢdi. FikirləĢirdi ki, 
Pərixan bəyimin bu fədakarlığını heç vaxt unutmaq olmaz. 
Çöldən at ayaqlarının tappıltısı gəldi: «Yəqin Əlixan bəy Türkmandı gedən» - 
fikirləĢdi və dərindən nəfəs alıb sağ böyrü üstə çöndü. 
 
* * * 
 
Ġsmayıl mirzə Ərdəbildə, babalarının uyuduğu ġeyx Səfi məqbərəsində bir gün, bir 
gecə qaldı. O, məqbərəyə pənah gətirmiĢ ustaclılara da toxunmadı. Ġsmayıl mirzə 
artıq Qəzvinə, Səfəvilər xanədanının taxtında oturmağa tələsirdi. Nücum elmini 
yaxĢı bildiyindən münəccimlərdən kimsəylə məsləhətləĢmirdi. O özü hər gecə 
ulduzların hərəkətini müĢahidə edir, cülusu üçün uğurlu gün arayırdı. Həlilik o xoĢ 
saatı müəyyənləĢdirə bilməmiĢdi. 
Ġsmayıl mirzə, əvvəlcədən nəzərdə tutduğu kimi, Zəncan çəməninə gələndə 
divanxanadan, hərəmxanadan və padĢah büyütatından* ibarət dövlətxananın 
çadırlarını nizamla qurulan gördü. Dövlətxana çadırının üstünə padĢahın zərnigar 
çətirini vurmuĢdular. Dövlətxanaya məxsus olan çadırlar payalara bağlanmıĢ 
kəndir hasarlarla əhatə olunmuĢdu. Bu kəndir hasarları keçəndən sonra çadırlara 
girmək olardı. Qəhqəhə qalasında keçirdiyi dustaqlıq həyatı izsiz ötüĢməmiĢdi. O, 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
161 
 
üzə vurmasa da, azadlığa çıxdığı gündən bəri hər kəsə Ģübhə ilə yanaĢdığını hiss 
eləyirdi. Ətrafındakı insanlara çox da inanmırdı. Amma onlarsız da keçinmək 
olmazdı. BaĢa düĢürdü ki, adamları gözəgörünməz tellər bir-birinə möhkəm 
bağlayır. Atalar nahaq söyləməyib ki, Ģahın da ələkçiyə iĢi düĢər. 
Əmirlər, sultanlar onu təbrik etməyə, diz çöküb ətəyini öpməyə tələsirdilər. 
EĢikağası Ġbrahim mirzəylə nazir Mirzə Salman, sarayın, hərəmxananın, 
divanxananın məmurları Ġsmayıl mirzənin hüzurundaydılar, O, əmisi oğlu Ġbrahim 
mirzənin əvvəl Heydər mirzənin tərəfdarı olduğunu bilsə də, indi bunun üstünü 
vurmadı, ona «qardaĢım» deyib mehribanlıqla qucaqladı: 
- XoĢ gördük, xoĢ gördük. 
Sonra Mirzə Salmanla görüĢdü. Onların diz çöküb ayaqlarını öpməsinə icazə 
vermədi. 
Ġbrahim mirzənin iĢarəsi ilə qulamı qızıl yəhərli atı Ġsmayıl mirzənin hüzuruna 
gətirdi. Ġbrahim mirzə ġah Təhmasibin qılıncını, möhür üzüyünü, Ġsmayıl mirzəyə 
təqdim elədi və sonra Zəncan çəməninə möhtəĢəmlik gətirən dövlətxana 
alaçıqlarını ona göstərərək: 
- PadĢahlığınız mübarək olsun, - dedi. - Səfəvilər xanədanının, babamız ġah 
Ġsmayılın, atamız ġah Təhmasibin taxtında qaim-qədim olasınız! 
Ġsmayıl mirzə Ġbrahim mirzəyə təĢəkkür edib ötəri də olsa Ģahlıq büsatını seyr etdi: 
«Allahın iĢinə bax». Elə bu zaman təpələrin arxasından on atlı çıxdı. Gələn Pirə 
Məhəmməd xan Ustaclıydı. O, atını yeniyetmə bir oğlanla lap qabaqda sürürdü. 
Ġsmayıl mirzə baĢa düĢdü ki, atın üstəki cavan, o, dustaq olanda dünyaya gəlmiĢ 
Ģahzadə Ġmamqulu mirzədir. 
Atlı dəstə gəlib yetiĢdi. Pirə Məhəmməd xan Ustaclı tez aĢırılıb atdan düĢdü və 
təzə Ģahın hüzuruna gedib onun ayaqlarını qucaqladı. Ġsmayıl mirzə onun enli 
çiyinlərindən yapıĢıb ayağa qaldırdı, «XoĢ gəlmisən» dedi. Pirə Məhəmməd xan da 
öz növbəsində, «XoĢ gününüzə gəlmiĢik» dedi və «Qibleyi-aləm, əmriniz yerinə 
yetirildi. Murad xan Süfrəçini dünya iĢığına həsrət qoydum. Bir də əl-ayağa 
dolaĢmaz» müjdəsini verməyi də unutmadı. 
Ġsmayıl mirzə əmrinin belə dərhal yerinə yetirilməsindən məmnun qaldı. On dörd 
yaĢlı Ģahzadə Ġmamqulu mirzəni sinəsinə sıxıb, «qardaĢım», deyə əzizlədi 
(MaĢallah, yaxĢı boyu var. Əgər zindanda olmasaydım, indi bundan da böyük 
oğlum olardı. Qırx üç yaĢım var, hələ bir qız atasıyam. Sabah Səfəvilər 
xanədanının taxtında oturacağam, amma mənim varisim, vəliəhdim yoxdur. Ancaq 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
162 
 
məni əvəz eləyən gör nə qədər Ģahzadə, əmim, bibim, bacım oğlanları var. Onlar 
yəqin baĢımı gora salamat aparmağa da qoymazlar). Ətrafdakılar bu mənzərədən 
xeyli duyğusal oldular. EĢikağası Ġbrahim mirzə bu «qucaqlaĢıb-öpüĢmə» 
səhnəsinin səmimiliyinə ürəyinin lap dərinliyində inanmırdı. Ġsgəndər bəy isə 
görüb eĢitdiklərini axĢam kağıza köçürmək üçün darıxırdı. 
Dəstə-dəstə atlılar Zəncan çəməninə, məmləkətin yeni Ģahının piĢvazına gəlirdilər. 
Bir sözlə, dövlətxanaya, təzə Ģaha yaxın olmaq istəyənlər hərəkətdəydilər. Onlar 
hər cür xidmət göstərməyə hazırdılar, təki təzə Ģahın gözlərində ucalsınlar. Pirə 
Məhəmməd xan Ustaclı əmirlər, sultanlar arasında elə Ģəstlə dayanmıĢdı ki, heç elə 
bil bir sifariĢlə öz həmtayfası, dünənə kimi bir süfrə baĢında çörək kəsdiyi Murad 
xan Süfrəçini dünya iĢığına həsrət qoyan o deyildi. 
Günorta naharından sonra Ġsmayıl mirzənin göstəriĢi ilə paytaxta doğru hərəkət 
etdilər. Böyük bir köç Ġsmayıl mirzənin ardınca gedirdi. Ġsmayıl mirzə göz 
iĢlədikcə uzanan biçənəklərə, meĢələrə, yaxından, uzaqdan görünən kəndlərə, 
obalara baxıb fərəhlənirdi. Biçənəklərə doluĢmuĢ bildirçin, qaratoyuq, 
çobanaldadan quĢları at ayaqlarının tappıltısından hürküb baĢları üstündə dövrə 
vururdu, atlar kiĢnəyir, dəvələr manqırıĢır və bütün bu könüloxĢayan mənzərələri, 
sanki, gözəgörünməz bir qüvvə xəyal «yaylığı»na büküb Ġsmayıl mirzənin uĢaqlıq, 
yeniyetməlik çağlarını özünə qaytarırdı. AxĢama yaxın dağlardan əsən sərin meh 
özü ilə yovĢan, kəklikotu, yarpız qoxusu gətirirdi. Yarpız ətri gələndə bilirdilər ki, 
yaxınlıqda ya bulaq, ya da çay var. 
Ġsmayıl mirzəni müĢayiət eləyən köç mənzilbəmənzil irəliləyərək, böyük təntənə, 
əzəmət və Ģadlıqla uzaq məsafəni qət edib pəncĢənbə günü, rəbiül-əvvəl ayının 16-
da (13 iyun 1576) Qəzvinin ətəklərinə çatdı. Ġsmayıl mirzə yenə də gizlində 
özünün bildiyi üsulla fal açıb Ģəhərə girmədi (bəlkə də, bir baĢqası olsaydı 
dövlətxana, saray, səltənət taxtı bu qədər yaxınkən səbirsizlik edərdi), Ģəhərdən 
Ģimalda düĢərgə salıb qəlbində tutduğu o uğurlu saatı gözləməyə baĢladı. Deyir, 
dağ Məhəmmədə sarı gəlməz, Məhəmməd dağa doğru gedər. Xalq biləndə ki, 
Ġsmayıl mirzə Qəzvinin yaxınlığında düĢərgə salıb, onun görüĢünə axıĢdı. Pərixan 
bəyimin doğmaca qardaĢı Süleyman mirzə dayısı ġamxal sultanla, sonra on səkkiz 
yaĢlı Mahmud mirzə, rəhmətlik ġah Təhmasibin Sultan Əhməd Bağdadi deyə 
əzilzədiyi on üç yaĢlı Əhməd mirzə adını eĢidib üzünü görmədikləri Qəhqəhə 
dustağının hüzuruna gəldilər. Ġsmayıl mirzə Süleyman mirzəni sinəsinə çəkib 
üzündən öpdü: 
- Neçə yaĢın var? 
- Ġyirmi bir. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
163 
 
- Sən bir il dörd aylıq olanda mən zindana düĢdüm. 
- KeçmiĢ olsun, hökmdar. 
- Amma istəsən də keçmiĢ keçmiĢdə qalmır (sükut). Sən bir yaĢında olanda səni 
çox atıb-tutmuĢam, oynatmıĢam (Ģaqqanaq çəkib güldü), hələ desən, bir dəfə də 
üstümə iĢəmisən. 
Süleyman mirzənin yanaqları xəfifcə qızardı. 
- Atamız səni hara göndərmiĢdi? - Ġsmayıl mirzə soruĢdu. 
- Vəlinemətimiz hələ tifilkən məni müqəddəs MəĢhəd Ģəhərinə göndərmiĢdi. 
MəĢhəd hakimi mənim lələm idi. Həddi-buluğa çatanda mürĢidi-kamilimiz məni 
müəllimə tapĢırdı. Mən dərslərimi baĢa vurandan sonra Ġmam Rzanın məqbərəsinin 
xadimbaĢçısı oldum. Daha sonra mürĢidimiz məni orduya gətirdi. 
- Çox gözəl, - deyib Ģahzadə Mahmud mirzəni qucaqladı. - Mahmud mirzə, sənin 
neçə yaĢın var? 
- On səkkiz. 
- Məni Qəhqəhə qalasına salanda iyirmi dörd yaĢım vardı. Sən onda dünyaya hələ 
gəlməmiĢdin. 
- Elədir, hökmdar. 
- Evlisən? 
- Bəli. 
- Övladın varmı? 
- Bəli, bir oğlum var, hökmdar. 
- Adı nədir? 
- Məhəmmədbağır. 
- Adıyla böyüsün.  
- Əskik olmayasınız, hökmdar. 
- Bu on səkkiz ildə heç məni yad etmisənmi? 
- Sarayda tez-tez sizi xatırlayırdıq, hökmdar. Sizdən danıĢanda Ģah atamızın gözləri 
dolardı. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
164 
 
Ġsmayıl mirzənin üzündə istehzalı təbəssüm dolaĢdı: 
- Amma bir dəfə də olsun vaxt tapıb yanıma gəlmədiniz! 
Mahmud mirzənin baĢı sinəsinə əyildi. Ġsmayıl mirzə əlini gəncin sifətinə vurdu: 
- YaxĢı, keçmiĢ olsun. 
O, Mahmud mirzədən aralanıb yeniyetmə Əhməd mirzəni qucaqladı: 
- Ay maĢaallah, nə gözəl oğlansan. 
- Sağ olun, hökmdar. 
- Sənin neçə yaĢın var, Əhməd? 
- On üç yaĢım var, hökmdar. 
- Çox əcəb, çox gözəl. Əziz balam, sənin nə qəĢəng gözlərin var?! 
Əhməd mirzə utanıb baĢını aĢağı dikdi. Ġsmayıl mirzə yenidən Süleyman mirzənin 
qarĢısında durdu: 
- Bu Mustafa mirzə hardadı? 
- Hökmdar, Mustafa mirzə Heydər mirzə öldürüldükdən sora bayat tayfasına pənah 
aparıb. 
- Bayat tayfasına niyə? 
- Bayat tayfasının adamları onun mülazimləridirlər. 
- Onun lələsi kimdir? 
- Hüseyn bəy YüzbaĢı. 
- YaxĢı, bəs Ģahzadə Əli mirzə hardadı? 
- Gəncədə. 
- Onun neçə yaĢı var? 
- On dörd. 
- Ay maĢallah. - (O bu «maĢallahı», əslində, mərhum atasının ünvanına söyləyirdi). 
EĢikağası Ġbrahim mirzəyə müraciətlə. - Çapar göndərin, qoy Ģahzadə Əli Qəzvinə 
gəlib dövlətxanada gözümüzün qabağında yaĢasın. 
Ġbrahim mirzə baĢ əydi. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
165 
 
DüĢərgəyə insan axını hələ də davam edirdi. Nəhayət, bu son günlərdə baĢ verən 
hadisələrin baiskarlarından olan Hüseynqulu Xüləfa baĢının mülazimləri ilə özünü 
təzə Ģahın düĢərgəsinə yetirdi. Atdan düĢüb ĢiĢman qarnını qabağa verib gərdənini 
yırğalaya-yırğalaya, təkəĢ-təkəĢ Ġsmayıl mirzənin qarĢısına yeridi. O, Ġbrahim 
mirzənin, Mirzə Salmanın, Pirə Məhəmməd xan Ustaclının, ġamxal sultanın, 
Süleyman mirzənin, Mahmud mirzənin, Ġmanqulu mirzənin, Əhməd mirzənin 
əhatəsində Ģahanə görkəmdə ətrafı, getdikcə artan izdihamı seyr edirdi. 
Hüseynqulu Xüləfa Ġsmayıl mirzənin qarĢısında baĢ əyib ona «XoĢ gəldin» dedi. 
Ġsmayıl mirzənin ayaqlarını öpməyə əyildi, ĢiĢman qarnı imkan vermədi və təzə 
Ģah da ilan kimi fısıldayan, köklükdən təngnəfəs olmuĢ Xüləfanı «ayaqöpmə» 
əzabından qurtarıb onun əhvali-Ģərifini soruĢdu. Hüseynqulu Xüləfanın çöhrəsi 
hamamdan təzəcə çıxmıĢ xanımların yanağı kimi qızardı. «ġükür ilahinin 
kərəminə, axır ki, haqq-ədalət öz yerini tapdı» - deyib salavat çevirdi. 
GülüĢ səsləri Ġsmayıl mirzənin diqqətini Hüseynqulu Xüləfadan yayındırdı. Xoca 
Fərrux və qorçular əynində çoban paltarı olan keçəpapaq bir nəfəri ona doğru 
gətirirdilər. Kütlə coĢmuĢdu. Keçəpapaq adama lənətlər yağdırırdılar. Hətta qılınca 
əl atanlar da oldu. Əgər qorçular mane olmasaydılar, keçəpapaq doğranacaqdı. 
Ġsmayıl mirzə yavaĢca Hüseynqulu Xüləfadan soruĢdu: 
- Bu kimdir? 
 
Xüləfa qartal caynağına oxĢar balaca əlini gözü üstə günlük elədi və onlara 
yaxınlaĢmaqda olan keçəpapaq adamı tanıyıb Ģaqqanaq çəkdi. Ġsmayıl mirzə 
əmirlərin, camaatın yanında özünü bu cür saymazyana aparan Hüseynqulu 
Xüləfaya tərs bir nəzər saldı. GülüĢü Hüseynqulu Xüləfanın üzündə dondu və o 
ciddi bir görkəm alıb:  
- Bu keçəpapaq ustaclı əmiri Hüseyn bəy YuzbaĢıdı, - dedi. - Heydər mirzəni sizin 
yerinizə Ģah taxtına oturtmaq istəyən, Mustafa mirzənin lələsi, bax, bu 
haramzadadır. 
Hüseyn bəy YüzbaĢı Hüseynqulu Xüləfanın son sözlərini eĢitdi: 
- Ey Hüsenqulu Xüləfa, - dedi, - üstümü unlu görüb adımı dəyirmançı çağırma. 
Sən xislətdə olan miskin adamlar Ģahdan ənam almaq niyyəti ilə məni adıma, 
Ģərəfimə, nəslimə yaraĢmayan gülünc hala salıblar. Darıxma, hər gecənin bir 
sabahı var. Sən hardan bilirsən ki, sabah sənin baĢına nə gələcək? Bu gün məni 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
166 
 
keçə papaqda, çoban paltarında hökmdarın hüzuruna gətirənlər, inĢallah, bir gün də 
səni qara eĢĢəyin belində tərsinə oturdub, Qəzvinin küçələrində gəzdirəcəklər. 
Hüseynqulu Xüləfa cin atına mindi: 
- Kəs səsini, hərzə-hərzə danıĢma. Belə görürəm ki, sənin o iti dilin kəsilməsə 
(oğrunun yadına daĢ salırdı), çox Ģey danıĢarsan. Hardadı sənin o dil verdiyin, 
lələlik elədiyin Mustafa mirzə?  
- Sənə nə var, sən kimsən? 
Camaatın arasında dayanıb bu söz atıĢmasına qulaq asan Ġsgəndər bəy ürəyində 
Hüseyn bəy YüzbaĢının özünü belə mərdanə aparmasından qürur duyurdu. Allaha 
yalvarırdı ki, hökmdar onu bağıĢlasın. Elə bu vaxt Ġsmayıl mirzə ondan soruĢdu: 
- Günahını boynuna alırsanmı, Hüseyn bəy? 
Hüseyn bəy əlini üzünə çəkib salavat çevirdi: 
- Sübhanallah. Hökmdar, mənim kim olduğunu yaxĢı bilirsən. Atanız ġah 
Təhmasibin hüzurunda məĢvərət sahibi, qoĢunumla, həyatımla ona xidmət edən, 
Səfəvilər xanədanın dayaqlarından biri olmuĢam. 
- Günahın olub, olmayıb, ondan danıĢ.  
- PadĢah sağ olsun, ətrafımız günahkarlarla dolu olduğu halda, təkcə mənmi 
günahkar oldum? 
- Belə görünür. Mənə söylədilər ki, Heydər mirzəni taxtda oturtmaq üçün 
dövlətxananın üstünə qoĢun çəkibsən. 
- Xeyr, yalan söyləyirlər, mən qızılbaĢlar arasında nifaq salınmasını, qan 
tökülməsini heç vaxt istəməmiĢəm. Əgər qan tərəfdarı olsaydım, qoĢun çəksəydim, 
bu gün Hüseynqulu Xüləfa sizin yanınızda dayanmazdı. 
- Günahın var, ya yox?! 
- Günahım günahsızlığımdı, hökmdar. Ey padĢah, camaatın hamısı Sultan Heydər 
tərəfdarı olsa da, axırda sizin bəxtiniz yüksəldi. Allah-taala öz istəyini həyata 
keçirdi. Ġntiqam almaq istəsəniz, onda gərək bir aləm adamı qətlə yetirəsiniz! 
Hüseynqulu Xüləfa Ġsmayıl mirzənin duruxduğunu görüb narahat oldu. O, Hüseyn 
bəy YüzbaĢının bəraət almasını heç istəmirdi. Ona görə də gözünü hökmdarın 
ağzına dikmiĢdi, sanki onun ağzından çıxan sözləri, eĢidilməsin deyin, udacaqdı. 
Ġsmayıl mirzə:  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
167 
 
- Hüseyn bəy, səni mərdliyinə bağıĢlayıb qətlinə fərman vermirəm, amma günahsız 
da bilib azad etmirəm. Səni ali divanın qorçularına tapĢırıram, gəlin aparın bunu! 
Qorçular gəlib Hüseyn bəy YüzbaĢının qoluna girdilər. Hüseyn bəy YüzbaĢı qətlə 
yetirilmədiyi üçün pərt olmuĢ Hüseynqulu Xüləfaya çəpəki nəzər salıb: 
- Ey Xüləfa, - dedi, - çox da dünya malına bel bağlama. EĢitmisənmi gəncəli ġeyx 
Nizami nə deyib: 
 
Cənnəti almaq olmaz axça ilə, 
Girmək olmaz behiĢtə rüĢvət ilə. 
 
Adamların arasında gülüĢ qopdu. Hüseyn bəyi apardılar. 
 
XXV FƏSĠL 
FƏRƏHLĠ GÜNLƏRĠN SONU 
 
Utansın o kəs ki, ömrü puç etdi, 
Dünyadan köçəndə xəcalət getdi. 
Sədi ġirazi 
 
Ġsmayıl mirzə baĢının məiyyəti ilə düĢərgəsindən çıxıb atasının saldırdığı 
Səadətabad bağına gəldi. Səadətabad bağı, doğrudan da, öz böyüklüyü, ağac 
növlərinin rəngarəngliyinə görə çox möhtəĢəm idi. Burada ilin hər fəslində bar 
verən meyvə ağaclarıyla yanaĢı, nadir bəzək ağacları, gül kolları da vardı. 
Ġsmayıl Qəhqəhə qalasına salınmazdan qabaq Qəzvinə yolu düĢəndə bu bağda çox 
xoĢ anlar yaĢamıĢdı. Ġndi ötən günlərinin Ģirin xatirələri ilə bağı dolaĢırdı. Hər 
ağac, gül kolu, içində balıqlar üzən hovuzlar, bağın ortasından axan su arxı onu 
duyğulandırırdı. Ağaclara baxıb atasını xatırlayırdı. Təhmasib Ģah bu bağı az qala 
öz əli ilə salmıĢdı. FikirləĢdi ki, Qəhqəhə qalasından çıxmasaydı, ömru boyu bu 
bağı görməyəcəkdi. Bağı gəzdikcə ona elə gəlirdi ki, kimsə kölgə kimi ondan 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
168 
 
qabaqda gedir. Kim idi, nə idi bu? Bəlkə onu qara basırdı. «Olmaya Heydər 
mirzənin ruhudu, bağda dolaĢır?! Yazıq sağ qalsaydı, indi Səfəvilər dövlətinin 
hökmdarı kimi gəzirdi bu bağda. Allah Ģahiddir ki, mənim əlim onun qanına 
batmayıb. Görünür, Tanrının məsləhəti belə imiĢ». 
Ġsmayıl mirzənin qəlbindən keçənlərdən xəbərsiz olan Hüseynqulu Xüləfa cibindən 
çıxartdığı iri yaylıqla boyun-boğazının tərini qurulayıb: 
– Bura cənnətdi, hökmdar, cənnət, – dedi və onu düĢüncələrdən ayırdı. 
– Nə buyurdun, Xüləfa? – soruĢdu. 
– Deyirəm, hökmdar, bağ deyil ey, cənnətdi. 
– Elədi. 
– Gör bülbüllər necə cəh-cəh vurur! 
Ġsmayıl mirzə Hüseynqulu Xüləfanın bu sözlərinə ayaq saxladı: «Ġlahi, insandakı 
bu ikilik nədəndir? Dünən Hüseyn bəy YüzbaĢı kimi mərd bir kiĢinin qətlini 
istəyən Hüseynqulu Xüləfa indi bülbüllərin cəh-cəhindən zövq alır». 
Ġsmayıl mirzəni müĢayiət edən Ģahzadələr, seyidlər, üləmalar, əmirlər, sultanlar 
hökmdarın nə deyəcəyini gözləyirdilər. Ġsmayıl mirzə keçirdiyi halı bir bənd Ģeirlə 
ifadə elədi: 
– ġirvanlı Ġmadəddin Nəsimi yaxĢı deyibdir: 
 
Gör necə fəryad edər biçarə bülbül dərdilən
Kim, onun fəryadinə əfganə gəldi daĢlar. 
 
Bilmirəm insanda bu təbiətə sonsuz məhəbbətlə, təbiətin bir parçası olan 
həmcinsinə nifrət hardandı? (Bu sualı içində özünə də verirdi, amma cavabını tapa 
bilmirdı). 
Hüseynqulu Xüləfa Ġsmayıl mirzənin nə demək istədiyini göydə tutdu: 
– Hökmdar, insan insanın rəqibidir, təbiətin yox. Bir ananın bətnindən çıxanlar da 
rəqibdilər. Əslində, qardaĢ deyil, qarındaĢdı… 
– Niyə? 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
169 
 
– Bu sirri-xudadı, hökmdar. Yer üzündə yeyib-içən bütün canlılar bir-birinə 
rəqibdir. 
– Amma, Hüseynqulu Xüləfa, heç bir canlı insan qədər Ģər ruhlu deyildir. 
– Elədir, hökmdar. ġeyx Nizami bu xüsusda yaxĢı buyurubdur: 
 
Aslan ki, ormanda etmiĢdir məsgən, 
Qorxaraq gizlənmiĢ insan Ģərindən. 
 
Ġsmayıl mirzə baĢdan-ayağa Hüseynqulu Xüləfanı süzdü: «Ġlahi, sən bütün varlığı 
ilə Ģər olan bu Xüləfanın dilindəki hikmətə bir bax. Görünür, insan öz xislətinin 
fərqində deyildir». 
– Ey Hüseynqulu Xüləfa, gəncəli ġeyx Nizami bir də deyib ki: 
 
Ġnsanda insanlıq öləndən bəri 
ĠtmiĢ insanlığın parlaq gövhəri. 
 
Təzəcə çiçəkləmiĢ nar ağacının yanında ayaq saxladılar, nar çiçəyinin al-qırmızı 
ləçəkləri günün Ģəfəqləri altında daha da parlaq görünürdi. Hər ağacın baĢqa-baĢqa 
rəngdə çiçəkləyib, baĢqa biçimdə meyvə gətirməsinin özü də Ġlahi möcüzəsiydi. 
Hökmdar susduğundan, kimsə dinib-danıĢmağa cəsarət etmirdi. Nəhayət, arxın 
üstündəki körpüdən keçib nisbətən açıqlığa çıxdılar. Buradan dövlətxananın 
binaları görünürdü. Hökmdarın boynunda haqq-sayı olan adam kimi yenə də 
hamıdan qabaq Hüseynqulu Xüləfa dilləndi: 
– Hökmdar, dövlətxanaya təĢrif buyurmağınızın zamanı deyilmi? 
– Xüləfa, mən hələ dövlətxanaya getməyə tələsmirəm. Rəhmətlik atam ġah 
Təhmasib Qəzvini məmləkətin paytaxtı seçib, bu cür bağ saldırıb, bir belə saraylar 
tikdirib, gərək mən də ustalar çağırtdırıb təmir elətdirəm, ondan sonra bir xoĢ 
gündə cülus edərik. Cülus günü yaxından, uzaqdan bura çoxlu qonaqlar gələcək, 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin