boylandılar, siçovul kimi bir deĢikdən girib, o biri deĢikdən çıxdılar. Nəhayət, onu
Ģahın meyiti olan otaqda buxarının içində tapdılar. Rumlulardan iki pəzəvəng onun
ayaqlarından yapıĢıb buxarıdan çıxartdı. Yazıq həkimin üst-baĢı, üz-gözü yaman
gündəydi. Onu görən kimi Hüseynqulu Xüləfa ayağa qalxdı (o, artıq özünü qalib
gəlmiĢ sərkərdə kimi aparırdı):
- Ə, vələdüzzina, bu gecə sarayda niyə qalmıĢdın?
- Mən sarayda Ģahın əmrilə qalmıĢdım.
Bəli, tökülən qanlara baiskar tapılmalıydı. Hüseynqulu Xüləfa da belə iĢlərin, yəni
Ģər atıb , ev yıxmağın ustasıydı.
- Biz belə hesab edirik ki, sən nürənin tərkibinə zəhər qatmısan. Ona görə də Ģahın
bədəni yara səpmiĢdi, - gözlərini bərəldə-bərəldə dedi:
- Mən heç vaxt belə bir iĢ tutmamıĢam. Allah özü Ģahiddir ki, heç bir günahım
yoxdur.
- Bəs niyə gedib buxarıya girmisən, hə? Çünki xainsən! Xain xoflu olar!
- Bəs nə edəydim?! ġahın oğluna qıyanlar mənə qıymazdılarmı?
Vəlixan bəy Rumlu söhbətə qarıĢdı:
- Hüseynqulu Xüləfa, bununla söz güləĢdirməyə vaxtımız yoxdur. Heydər mirzə
buyurub, bu da Ģahı zəhərləyib.
- Yalandı! Böhtandı! - az qaldı Əbu Nəsirin gözləri yuvasından pırtlayıb yerə
düĢsün. - Adamın Allahı olar!
Vəlixan bəy qılıncını sıyırmağı ilə həkimin qarnına yortmağı bir oldu:
- Çərənləmə! ġahı sən zəhərləmisən, haramzada.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
131
Həkim ağrıdan bağırıb Vəlixan bəy Rumlunun ünvanına ədəbsiz bir söyüĢ söydü
və lombasıyla qatilinin üzünə tüpürdü, müvazinətini saxlaya bilməyib, Vəlixan bəy
Rumlunun ayaqları altına yıxıldı. Qatili qılıncını onun çalmasıyla silib üstündən
adladı:
- Hər kəs cəzasını almalıdı.
ġamxal sultan yanındakı çərkəzlərə dedi ki, gedin Zal bəylə Əlixan bəyi tapın
gətirin bura.
Hüseynqulu Xüləfa elə bil yuxudan ayıldı:
- Görün o Hüseyn bəy YüzbaĢı hardadı! Çox hərzə-hədyan danıĢırdı.
Allahqulu sultan Aycəkoğlu fikirləĢdi ki, bu xəmir hələ çox su aparacaq. «YaxĢı,
sağ olun» deyib hıqqıldayaraq qalxdı. Bir günün içində elə bil beli ikiqat olmuĢdu,
qəddini düz saxlaya bilmirdi. Hüseynqulu Xüləfaya nəzər saldı: «Məni eĢitmədilər,
əgər vaxtında eĢitsəydilər, bu hiyləgər köstəbək indi Ģah sarayında meydan
sulamazdı. Yazıq Ģahzadənin baĢı bədənindən üzülməzdi». Dərindən bir ah çəkdi
və çalmasını düzəldib asta-asta dövlətxanadan çıxıb evinə yollanda. Onu saraya
gələndə necə biganəliklə qarĢılamıĢdılarsa, gedəndə də eyni etinasızlıqla yola
saldılar. Daha doğrusu, heç onu adam yerinə də qoymadılar. Onun arxasınca
Hüseynqulu Xüləfa ilə ġamxal sultan mənalı-mənalı baxıĢdılar. Hüseynqulu
Xüləfa uzun təsbehini Ģaqqıldadaraq:
- Bu Allahqulu sultanda da üz var ha, özünü elə aparır, guya Ġsmayıl mirzənin
yolunda canını fəda eləyər.
ġamxal sultan bığlarına tumar çəkərək:
- Hardan, qanımızı tökməyə hazırdı. Əlacı yoxdu. Qılınc qurĢayıb dövlətxanaya
üstümüzə gəlməyib deyə, özünü Ġsmayıl mirzənin tərəfdarı sayır, - dedi.
Hüseynqulu Xüləfa gözlərini qıydı:
- Deyirsən yəni indi onun qanı halal deyil? - Hüseynqulu Xüləfa Aycəkoğlunun
onu aradan götürmək təklifini eĢitmiĢdi.
- Məmləkətin xüləfası buyurandan sonra, əlbəttə, halaldı.
Çox adamın dərdi tərpənmiĢdi, köhnə yaraların qərtməyi qopmuĢdu. «QaĢınıram,
qanım çıxır, qaĢınmıram canım» məsəli yada düĢmüĢdü. Heratda təkəli Qazan
www.kitabxana.net
– Milli Virtual Kitabxana
132
xanın qiyamını yatıranlardan biri də Allahqulu sultan Aycəkoğlu olmuĢdu. BaĢda
Allahqulu sultan olmaqla, ustaclı tayfası yolunu azmıĢ təkəli tayfasına toy
tutmuĢdu. Rəhmətlik Ģah da təkəlilərin qiyamını yatırtdıqdan sonra onlardan olan
əmirləri saraydan uzaqlaĢdırmıĢdı. Ġndi təkəlilərin əlinə fürsət düĢmüĢdü. Onlar
Heydər mirzə tərəfdarları olan ustaclılara divan tutmaq fikrində idilər. Təkəlilərdən
biri Hüseynqulu Xüləfanın yanına gəlib, bu Aycəkoğlunun dərsini vermək fikrində
olduqlarını söylədi. Hüseynqulu Xüləfa ona göstərilən ehtiramın bolluğundan
sərməst olmuĢdu. Gözlərindən gülə-gülə:
- Qanı halaldı! - dedi. - «Qanana bir iĢarə də bəsdi. Mal kimi nə oturub üzümə
baxırsan, fitvasını verdim də, get iĢini bitir.»
… Yüz nəfər təkəli atlanıb Allahqulu sultan Aycəkoğlunun üstünə getdilər.
Aycəkoğlu qırx nəfərlə atlanıb onların qarĢısını çıxdı:
- Hələ Aycəkoğlu ölməyib ha, mənim, əhli-əyalımın üstünə qoĢun çəksinlər.
- Aycəkoğlu, qisas qiyamətə qalmaz deyiblər, Heratda qanımızı tökmüĢdün, indi də
biz sənin qanını tökəcəyik.
- Ay haramzada, Ģah məni Herata sizin qiyamınızı yatırmağa göndərmiĢdi. Sən
olsan, getməzdinmi? Yer üzünün Allahının sözünü yerə salmaq sənə beləmi asan
gəlir?
- Bizim Ģahımız da bizi sənin üstünə göndərib, haramzada, - Ģit-Ģit güldü.
- Kimdi sizin Ģahınız?
- Hüseynqulu Xüləfa!
- Adı gülüm olanın, baĢına külüm olar.
- Hərzə-hərzə danıĢma!
Allahqulu sultan Aycəkoğlu qılıncını tovlayıb onunla deyiĢənin baĢına vurdu.
Rəqibinin qanı üstünə fıĢqırdı. At Ģahə qalxıb üstündəki yaralını yerə çırpdı. DöyüĢ
baĢladı. Allahqulu sultan Aycəkoğlu bilirdi ki, qırx nəfərlə yüz nəfərin qarĢısında
sonadək tab gətirmək olmaz. Amma geriyə yol yoxdu, namusu, ləyaqəti yolunda
son nəfəsədək çarpıĢacaqdı…
Bir saatdan sonra qırx nəfərdən iyirmi dördünün meyiti yerdəydi. Allahqulu sultan
Aycəkoğlu da onların arasında. Qılıncının dəstəyindən bərk-bərk yapıĢmıĢdı. Sanki
döyüĢə atılmağa hazırlaĢırdı.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
133
* * *
Təkəlilər Allahqulu sultan Aycəkoğlunun meyitinin üstündən keçərək onun evini
alt-üst elədilər. Allahqulu sultan Aycəkoğlunun illərlə yığdığı var-dövlət bir saatın
içində tar-mar olundu. Artıq təkcə Allahqulu sultan Aycəkoğlunun evində deyil,
Ģəhərin hər yerində qarət baĢ alıb gedirdi. Heydər mirzə tərəfdarlarının evləri bir-
bir yağmalanmaqdaydı. Zal bəy Gürcü ilə Əlixan bəy Gürcünün evləri xarabalığa
çevrilmiĢdi, özləri isə ayaqyalın, baĢıaçıq atdöĢü edilərək dövlətxanaya
gətirilmiĢdilər. Onları doğma vətənlərindən çox-çox uzaqda - Qəzvində
Hüseynqulu Xüləfayla ġamxal sultan Çərkəzin, Vəlixan bəy Rumlunun gözləri
qabağında sorğusuz-sualsız doğradılar. Amma ürəkləri hələ də soyumamıĢdı.
Onlara Hüseyn bəy YüzbaĢı lazımdı. Hüseyn bəy YüzbaĢı ilə Ģahzadə Mustafa
mirzə isə yağlı əppəyə dönmüĢdülər, onları «gördüm» deyən yoxdu. Hüseynqulu
Xüləfa bundan çox dilxor olmuĢdu.
* * *
Hüseyn bəy YüzbaĢı ilə Ģahzadə Mustafa mirzə və tərəfdarları Ģəhərdən çıxanda
artıq axĢam düĢmüĢdü. Hər Ģey o qədər sürətli və gözlənilməz baĢ vermiĢdi ki,
danıĢmağa belə maraqları qalmamıĢdı. Ancaq atların fınxırtısı və ayaq səsləri
eĢidilirdi. Hüseyn bəy YüzbaĢı qəlbində özünü asıb-kəsməklə məĢğuldu. Niyə gec
tərpəndi, nə üçün vaxtında tədbir görmədi, onlarda bu arxayınlıq nədən
yaranmıĢdı? Olan olub, keçən keçmiĢdi. Artıq çox gec idi, fürsəti əldən
vermiĢdilər. Hüseyn bəy YüzbaĢı bu saat Ģəhərdə nələr baĢ verdiyini çox yaxĢı
təsəvvür edirdi. Barı bu burulğandan Ġsgəndər bəy salamat çıxaydı. Allah qorusun,
tariximizi yazır… Yəqin baĢımıza gələn bu müsibətləri də qələmə alar. Oxuyub
bilərlər; baĢımız nə bəlalar çəkib.
ġahzadə Mustafa mirzə də dinib-danıĢmırdı. O, qardaĢı Heydər mirzənin taleyinin
bir gecənin içində belə gözlənilməz acı sonluqla baĢa çatacağını gözləmirdi.
Mustafa mirzə baĢ verənlərdən çox sarsılmıĢdı.
Bir məsələyə görə də qəlbinin lap dərinliyində incimiĢdi. FikirləĢirdi ki, ən əvvəl,
gərək Heydər mirzəyə qıymayaydılar, bir halda ki, onu əbədi susdurmuĢdular,
əmirlər Ģahzadə olaraq onu Ģah taxtına oturda bilərdilər. Ancaq bunu etmədilər, ona
www.kitabxana.net
– Milli Virtual Kitabxana
134
sayğı göstərmədilər. Məhz bu sayğısızlıq onun qəlbini məngənə kimi sıxırdı:
«Bilmirəm bu adamlar Ġsmayıl mirzədə nə görüblər. Mələkdi - nədi? Zindanda olsa
da, bəxti varmıĢ. Onu sevənlər, Ģah taxtına layiq bilənlər gör nə qədərdi. Amma
heç kəs fikirləĢmir ki, görən Ġsmayıl mirzə bu illər ərzində dəyiĢməyib ki? Zindana
qəhrəman kimi girib, qatil kimi də çıxmaq olar. Bu saat onun baĢına zindanda nə
gəldiyini doğru-düzgün bilən də yoxdur. Bəlkə bizə doğma olan, Qəhqəhə
qalasının rəisi Xəlifə Ənsar Qaradağlı Ģahın ölüm xəbərini eĢidib Ġsmayıl mirzənin
çoxdan iĢini bitirib? Doğrusunu Allah bilir… Yazıq Heydər mirzə, hiylədən,
məkrdən uzaq qardaĢım, körpə balan yetim qaldı. Allah, Allah, nə qədər hiyləgər,
paxıl, ikiüzlü adamlar varmıĢ ətrafımızda. Biz fikirləĢənəcən onlar atlanıb çayı
keçdilər».
BaĢqa bir vaxt olsaydı, bəlkə də, belə bir bahar gecəsində yol getməkdən, atların
ayaqları altından pırıltıyla qalxıb uçan bildirçinlərdən, ora-bura dazıyan
siçovulların ciyiltisindən, qorxaq dovĢanların qaçıĢından, tülkü-çaqqal
vaqqıltısından zövq alardılar. Amma indi nigaranlıqla elə yüklənmiĢdilər ki, heç
nəyin fərqində deyildilər. Təki namərd əllərə keçməsinlər. Təki ucuz ölümə tuĢ
gəlməsinlər! Atalar nə yaxĢı deyib: «Fələk məni bağa bağban eylədi, axırda
əsirgədi bağı da məndən».
Çöllüklə gedirdilər. BaĢları üstündəki Ayın iĢığı öləzimiĢdi, ulduzlar bir-bir
sönürdü, Ģərq tərəfdə göy üzü qızılı rəng almaqdaydı. Artıq səhər açılırdı. Onlar
heç vaxt indiki qədər açılan səhərin fərqində olmamıĢdılar. Gecə bir yerdə at qovan
bu adamlar, sanki bir-birini indi görürdülər. Hamısının sifətində bir xof, gərginlik
vardı, yuxusuzluq da bir yandan. Siyasət meydanına atıldıqlarından, isti yataqdan,
qarın dolusu çörəkdən olmuĢdular.
Elə bil səhərin açılmasını gözləyirdilər. Yol gəldikləri vaxtı bir dəfə də bu barədə
düĢünməmiĢdilər: «Biz hara gedirik?»
Onlar hara getdiklərini, doğrudan da, bilmirdilər. Onlar Qəzvinin küçələrindən,
dövlətxanadan, Hüseynqulu Xüləfanın, ġamxal sultan Çərkəzin, Vəlixan bəy
Rumlunun ölüm torundan xilas olmaq üçün qaçmıĢdılar.
- Biz indi hara gedirik? - Hüseyn bəy YüzbaĢının qardaĢı soruĢdu.
ġahzadə Mustafa mirzə:
- Kim istəyirsə, mənimlə bayat tayfasına gedə bilər. Mən onların içərisində çox
yaĢamıĢam. Onlar mənim mülazimlərimdilər. Bizi ələ verməzlər.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
135
Hüseyn bəy YüzbaĢı ona etiraz etmədi, ancaq söylədi ki, bayat tayfasından ehtiyat
edir. ġahzadə soruĢdu ki, yaxĢı, bəs sən hara gedəcəksən? Hüseyn bəy də Luristana
getmək istədiyini söylədi. Atdan düĢüb cilovu qardaĢına verdi:
- QardaĢ, mən gərək qiyafəmi dəyiĢəm, məni tanıya bilərlər. Sən isə Ģahzadənin
yanında qal, hər zaman onun qulluğunda dur. Ġnsan gərək ən çətin anda da kəsdiyi
duz-çörəyi itirməsin. YaxĢı, salamat qalın.
Hüseyn bəy YüzbaĢı yoldaĢlarından ayrılıb Luristana tərəf yol aldı. Xeyli
aralanandan sonra qayıdıb geri boylandı, dostları görünmürdü. Ancaq havada
atların ayaqlarından qalxan toz dumanı qalmıĢdı. Ömrü boyu at belində olan, hər
kəsdən hörmət-izzət görməyə, bir-birindən xoĢ günlər yaĢamağa adət etmiĢ Hüseyn
bəy YüzbaĢı üçün düĢdüyü indiki vəziyyətlə barıĢmaq elə də asan deyildi. Artıq
piyada yeriməyə adət etməmiĢ ayaqları sözünə baxmırdı. Bir yandan da ona aclıq,
susuzluz güc gəlirdi. Daha dözə bilmirdi. Luristana - ümid məskəninə isə hələ çox
vardı. Bir az getmiĢ alaçığa rast gəldi. Yolda hər ehtimala qarĢı paltarını dəyiĢib,
baĢına çoban papağı qoymuĢdu. Tanınacağından ehtiyat edirdi. Alaçığa çathaçatda
bir atlının çaparaq gəldiyini gördü: «Bu kimdi?!»
Alaçığın yanındakı payaya bağlanmıĢ çoban iti özünü dağıdırdı. At ayaqlarının və
itin səsinə alaçıqdan iki cavan çıxdı. Birisi itə təpindi, digəri atlının qabağına qaçıb
atın cilovundan yapıĢdı:
- XoĢ gəlmisən, ağa.
- XoĢ günün olsun.
Hüseyn bəy YüzbaĢı yolun ortasında donub qalmıĢdı. Bilmirdi geri qayıtsın, yoxsa
irəli getsin. Tərs kimi, qılıncını da götürməmiĢdi. ĠstəmiĢdi ki, görənlər onu
yurdsuz-yuvasız, yoldan keçənin biri bilsin. Luristana çatandan sonra hər iĢi
qaydasına düĢəcəkdi. Hər halda, belə düĢünürdü. Əgər, əlbəttə, Luristandakı
dostları etibarsız çıxmasalar.
«Ağa» deyilən Ģəxs aĢırılıb atından düĢdü. Yolun ortasında çaĢıb qalmıĢ adama
yaxınlaĢdı, ona diqqətlə baxıb Ģaqqanaq çəkib güldü:
- Hüseyn bəy, bu nə halət, bu nə qiyafə? Olmaya çobanlıq eləyirsən?
Hüseyn bəy YüzbaĢı yalan danıĢmağın mənasız olduğunu anladı.
- Zəmanənin üzü qara olsun, bircə günün içində hakimi cani, bəyi çoban eləyir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
136
- Arxayın ol, mən nə çobana, nə caniyə toxunmuram. Mənə Xoca Fərrux deyərlər.
EĢitmisən?
- Haçansa səni Hacı Veyis bəy Bayatın yanında görmüĢəm.
- Düz tapmısan, mən Hacı Veyis bəyin adamıyam. Ġncimə, səni Ġsmayıl mirzə
Qəzvinə gələnədək qonaq saxlayacam.
- A kiĢi, məni yolumdan eləmə, qoy varım gedim. Bilirsən ki, Ġsmayıl mirzə
Qəhqəhə qalasında dustaqdır.
- Atasının ölümü ilə Allah qapısını açıb. Özün de, sabah gəlib Ģah olanda məndən
soruĢmaz ki, ay Xoca Fərrux, məni Ģah görmək istəməyən o Hüseyn bəy YüzbaĢını
niyə tutub saxlamadın? Hə, nə cavab verərəm?
Hüseyn bəyin nitqi batdı, qorxudan yox, bu dünyada heç bir sirrin gizli
qalmamasından.
- Doğru buyurursan, qardaĢ, - dedi. - YaxĢı deyiblər ki, yerin də qulağı var. Axır ki
bu gün yerin qulağını öz gözümlə gördüm.
XXI FƏSĠL
PƏRĠXAN BƏYĠM HAKĠMĠYYƏT BAġINDA
Of, mənim baĢıma bəla baĢım…
Aydın Məmmədov
Ġ brahim mirzə əmirlərdən ayrılıb Pərixan bəyimin yanına getdi. Məmləkəti baĢsız
qoymaq olmazdı. Ġyirmi yaĢlı Mustafa mirzəni əmirlər heç yada da salmamıĢdılar.
Ġyirmi bir yaĢlı Süleyman mirzə qanlı olaylarda iĢtirak etmiĢdi, Ġmamqulu mirzə,
Əli mirzə on dörd, Əhməd mirzə isə on üç yaĢında idilər. Və bu Ģahzadələrin Ģah
taxtına oturması barədə heç danıĢan da yoxdu. Gözlər Qəhqəhə qalasından çıxıb
gələcək Ġsmayıl mirzəyə dikilmiĢdi. Heç onun böyük qardaĢı, gözdən mayıf
Xorasan hakimi Məhəmməd mirzə də yada düĢmürdü.
Pərixan bəyim pəriĢan idi. Bir günün içində baĢ verənlər onu sarsıtmıĢdı. Bayaqdan
dizlərini qucaqlayıb oturmuĢdu. Ölçüyə, çəkiyə gəlməyən ağır, çox ağır bir yükün
www.kitabxana.net
– Milli Virtual Kitabxana
137
altındaydı. Gözlə görünməyən bu yükün ağırlığı bütün əzalarına çökmüĢdü.
Canında qəfil sarsıntıdan, gözlənilməz olayların ağırlığından doğan süstlük vardı.
Olub-olmuĢları, sabah baĢ verə biləcək hadisələri hələ də sona qədər cözüb qurtara
bilməmiĢdi. Hər Ģey bir göz qırpımında olmuĢdu. Qəlbinin lap dərinliyində Heydər
mirzənin faciəli ölümündə özünü təqsirkar sanırdı. Bəla burasında idi ki, Heydər
mirzənin ölümü ilə hələ heç nə öz həllini tapmamıĢdı. Əksinə, insanlar yurd-
yuvasından perik düĢmüĢ, öldürülmüĢ, həbsxanalara atılmıĢdılar. Hüseynqulu
Xüləfanın könlündən keçirdi ki, Heydər mirzənin lələsi Sədrəddin xan ġeyxvənd
də qətl olunsun. Nə yaxĢı ki, bu barədə onun da rəyini soruĢmuĢdular. O, isə qəti
etiraz etmiĢdi: «Siz nə danıĢırsınız, onun atası Məsum bəy ġeyxvənd Səfəvi -
Osmanlı müharibələrində Ģücaət göstərmiĢ, Ģahın ən sadiq vəzirlərindən olmuĢdur.
Deyirsiniz indi biz onun oğlunu öldürək? Yox, olmaz, hələlik dustaq edilsin,
Ġsmayıl mirzə taxta çıxandan sonra cəzasını özü müəyyənləĢdirər». Beləcə,
Sədrəddin xan Pərixan bəyimin köməyi ilə qılıncdan qurtarıb zindana atılmıĢdı.
Nökər Ġbrahim mirzənin gəldiyini söylədi:
- Qoy gəlsin.
Ġbrahim mirzə təlaĢla içəri girdi. Pərixan bəyim Ġbrahim mirzəyə yer göstərdi:
- Nə yaxĢı gəldin, - dedi, - lap ürəyim sıxılır.
- Sıxılar da. Bizim əzizimiz, məmləkətin Ģahının meyiti ortada qalıb. Bu az imiĢ
kimi, Heydər mirzəni də qətlə yetirdilər. Dəfn mərasimi barədə fikirləĢmək
lazımdır.
- Üləmalara, seyidlərə xəbər verin. Dəfn mərasimini sabah həyata keçirək. Heydər
Çabuq Türkmanı Qəhqəhə qalasına Ġsmayıl mirzəni gətirməyə göndərək. Elə ki
onlar qaladan sağ-salamat çıxdılar, sən də nazir (naziri-beyutat) Mirzə Salmanla
səltənət və padĢahlıq əĢyalarını götürüb onu qarĢılayarsınız.
Ġbrahim mirzə ürəyindən keçənləri, istəməsə belə, dilinə gətirməyə məcbur oldu:
- Sən o qədər bu Ġsmayıl mirzəyə böyük ümidlər bəsləyirsən, sanki bir mələkdir,
Qəhqəhə qalasından uçub gələcək, bütün müĢküllərə son verəcəkdir.
- Ġsmayıl mirzə zindana atılanda iyirmi dörd yaĢlı bir qəhrəmandı. Arzum budur
həbsdən də qəhrəman kimi çıxsın. Mən həmiĢə Qəhqəhə kimi zindanda onun
nahaqdan yatdığını düĢünmüĢəm. Ġndi istəyirəm onun halal haqqı özünə
qaytarılsın.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
138
- Allah ümidlərini doğrultsun. O, hələ zindandan azadlığa çıxmamıĢ, yolunda nə
qədər qanlar tökülüb. Nə gizlədim, qorxuram bu xəmir hələ çox su aparsın.
- OlmuĢlardan mən də rəncidəyəm. Sabah nə olacaq, nələr baĢ verəcək, onu ancaq
Tanrı bilər.
- Pərixan bəyim, yəqin Ģəhərdə nələr baĢ verdiyindən xəbəriniz var. Məhəllələrdə,
küçələrdə küçəbəndlər qurulub, məmləkətdə əsl qiyam baĢ verib. Adamlar
evlərindən çölə çıxmağa cürət etmirlər, oğurluq, qarət baĢ alıb gedir. Dükan-bazar
bağlı…
Pərixan bəyim yerindən qalxdı, qara örpəyini alnına sürüĢdürərək:
- Biz bu hərc-mərcliyə son qoymalıyıq, Ġbrahim mirzə. Babalarımızın, atam ġah
Təhmasibin, sənin atan Bəhram mirzənin Səfəvilər dövlətinin yaranması, ərazisinin
geniĢlənməsi yolunda nə əziyyətlər çəkdiklərini, necə böyük itkilər verdiklərini
unutmamalıyıq.
- Doğru buyurursan, Pərixan bəyim.
- Mənim adımdan carçılara əmr elə məhəllələrdə car çəksinlər, küçəbəndlər
yığıĢdırılsın, asayiĢi pozan hər bir kəs yerindəcə cəzalandırılsın, dükan-bazarlar
açılsın. Biz Ġsmayıl mirzə gələnə kimi məmləkətdə qayda-qanun yaratmalıyıq. Ġlk
iĢimiz sabah Ģahın təziyəsini adına layiq keçirmək, camaatı came məscidinə
toplayıb səltənət və padĢahlıq xütbəsini Ġsmayıl mirzənin adına oxutdurmaqdır.
- Məsləhətim budur ki, dövlətxanaya gəlin, müvəqqəti də olsa hakimiyyəti əlinizə
alın.
- Bacararammı? - Pərixan bəyim sınayıcı nəzərlərlə Ġbrahim mirzəyə baxdı.
- Bacararsınız, aslanın erkəyi, diĢisi olmaz. Heyif ki, Ģəriətimizə görə, qadınların
Ģah taxtında oturması caiz sayılmır.
- Nə etmək, biz də Ģəriətin qanunundan kənara çıxmaq fikrində deyilik. Ancaq
Ġsmayıl mirzə gəlib taxtında oturana qədər ölkəni baĢsız qoymaq olmaz.
- Doğrudur. Sağlığında rəhmətlik atanızın ən etibarlı və ağıllı müĢaviri sayılırdınız.
- Etimadına görə sağ ol, əmioğlu, indi xahiĢ edirəm vaxt itirmədən çatıĢmazlıqları
aradan götürək.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
139
Ġbrahim mirzə iĢləri yoluna qoyacağına söz verib getdi. Pərixan bəyim
dövlətxanaya getməyə hazırlaĢdı.
* * *
Səhəri gün tezdən üləmalar, Ģeyxlər, Ģahzadələr, əmirlər dövlətxanaya gəldilər.
Hərəmxana bağçasında ġah Təhmasiblə oğlu Heydər mirzənin meyitlərini yumaq
üçün daldalanacaq düzəltmiĢdilər. Meyitləri bahalı xalçalara bükərək Hərəmxana
bağçasına - yuyat yerinə apardılar. ġahın arvadları, qızları, gəlinləri qapqara
libasda idilər. Qara rübənd altından ancaq gözləri görünürdü. Onlar ağı deyib
ağlaĢırdılar.
Meyitləri yuyub kəfənləmək, meyit namazına durmaq mərasimi xeyli çəkdi. ġahın
cənazəsini tabuta qoydular. ġahzadələr tabutu çiyinlərinə qaldırıb apardılar.
Cənazə dövlətxanadakı ġirvan evinə qoyuldu. ġahın cənazəsi burada amanat idi,
sonra onu MəĢhədə aparıb imam Rzanın məqbərəsində dəfn edəcəkdilər.
Ġndi də hamı Heydər mirzənin cənazəsi ətrafına toplaĢmıĢdı. Onu sevənlər də,
sevməyənlər də, cəlladları Vəlixan bəy Rumlu, CəmĢid bəy Çərkəz, Ģahzadənin
ölüm fitvasını verən Hüseynqulu Xüləfa, ġamxal sultan Çərkəz, Əli bəy ġamlu da
utanıb-eləmədən meyitin ətrafında dairə vurub dayanmıĢdılar. Onların sifətlərində
yalançı, taxma bir kədər vardı. Ġbrahim mirzə əl atıb onların üzündəki bu «taxma
kədəri» qoparıb atmaq, onların içində gizlənmiĢ əsl sifətlərini dartıb oradan
çıxartmaq istəyirdi. Ancaq indilikdə bu mümkün deyildi, cəlladlar mələk
donundaydılar. Özlərini əsl söz sahibi, xanədanın sütunlarından sanırdılar. Öz
məkirli niyyətlərinə görə axıtdıqları qanlara da hüquqi don geydirib Qəzvinin
küçələrinə çıxarmıĢdılar. Ay camaat, ay el, ay oba, hər Ģey Ġsmayıl mirzənin halal
haqqını özünə qaytarmaq naminə baĢ verib.
Ġbrahim mirzənin ürəyinin lap dərinliyində belə bir inam vardı ki, o, bu
«qəhrəmanlarla» bir yerdə, çiyin-çiyinə eyni yolu getməyəcək. Onların yolları
haradasa ayrılacaq. Heç nədən baĢı bədənindən qoparılmıĢ Ģahzadə Heydər
mirzənin ahı tutacaq onları. «Tutacaq, tutacaq, hökmən tutacaq!»
Axund «Allah rəhmət eləsin!» deyəndən sonra Ģahzadələr Heydər mirzənin
cənazəsini çiyinlərinə qaldırdılar. Ġbrahim mirzə də çiynini bu yükün altına
verənlərin sırasındaydı. Lap öndə ülamələr, seyxlər, arxada isə əmirlər, dövlətxana,
dəftərxana iĢçiləri, qadınlar gəlirdilər. Heydər mirzənin cəsədini Ġmam Hüseyn
www.kitabxana.net
– Milli Virtual Kitabxana
140
məscidinin həyətində dəfn edib came məscidinə gəldilər. Burada adam əlindən
tərpənmək olmurdu. Buna baxmayaraq, camaat üləmalara, Ģeyxlərə, Ģahın ailə
üzvlərinə, hörmətli əmirlərə içəri keçmək üçün yol verdilər. Axund minbərə
çıxanda hamı susdu. Axund dedi ki, məmləkətimizə ağır itki üz verib.
Vəlinemətimiz, ġahənĢah Təhmasib Səfəvi dünyasını dəyiĢib, indi o haqq, biz
nahaq dünyadayıq. AnlaĢılmazlıq ucbatından Ģahın sevimli oğlu Ģahzadə Heydər
mirzə də qətlə yetirilib. Allah rəhmət eləsin. Ġndi mən səltənət və padĢahlıq
xütbəsini hamımızın istəklisi, qəhrəman, cəsur sərkərdə, mərhum Ģahımızın
vəliəhdi Ġsmayıl mirzənin adına oxuyuram.
Hamı sakitcə dayanıb xütbəni dinlədi. Beləcə, babasının adını daĢıyan Qəhqəhə
qalasının dustağı Ġsmayıl mirzə II ġah Ġsmayıl olaraq tarixə düĢdü.
Axund minbərdən düĢüb öz yerini xətibə verdi. Xətib gözəl səslə ġah Təhmasibin
Ģərəfinə mərsiyə oxumağa baĢladı. Onun uca və məlahətli səslə oxuduğu:
- ġəhər möhnət və qəmlə doludur, ey ġəhriyar, hardasan? - harayı ürəklərə od
saldı.
XXII FƏSĠL
ZĠNDANDAN AZADLIĞA
Ruh cəfaya dözəcək,
Bəlkə bədən dözmədi.
Asif Ata
Q əzvindən Qəhqəhə qalasına doğru «Ölüm» adlı bir «quĢ» - xəbər uçurdu. Gözlə
görünməyən, qanadsız, nəfəssiz, ruhsuz, amma hər zaman dipdiri bir quĢ! Bu gözlə
Dostları ilə paylaş: |