Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə26/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   22   23   24   25   26   27   28   29   ...   71
kitab20111201122645312

Ə  L  A  V  Ə:  Cavad  ağa  Paşa  ağa  oğlu  adlı  bir  nəfər  müsəlman  həmişə 

ermənilərə  hörmət  edir,  onlara  rəhmlə  yanaşardı.  Çalışardı  ki,  ermənilərlə 

müsəlmanlar  arasında  həmişə  sülh  olsun.  Buna  baxmayaraq,  yuxarıda  adı  çəkilən 

Həmzad  adlı  erməni  cəlladı  öz  dəstəsilə  Cavad  ağanın  kəndinə  basqın  etmişdir. 




38 

 

Onlar  Cavad  ağanın  və  onun  rəiyyətinin  evlərinə  və  gözəl  atlar  saxlanılan 



tövlələrinə od vurub yandırmış, mal-dövlətini qarət etmişlər. 

Ə L A V Ə: Erməni quldur dəstələri Xənəzək kəndinə də basqın etmişdilər. 

Məmmədağa Ataxan oğlunun bu kənddə gözəl imarətləri və bağları var idi. Erməni 

quldurları  vəhşicəsinə  bu  imarətləri  dağıtmış,  bağların  ağaclarını  doğramış,  evdə 

olan mal-dövləti qarət etmiş və üç yüz qoyununu aparmışlar. 

 Onun  nökərləri qaçıb  canlarını xilas etmişlərsə də, çoban onlardan qurtara 

bilməmişdir. Quldurlar onu vəhşicəsinə öldürmüşlər. 



Ə  L  A  V  Ə:  Bu  zaman  Qalaya  bir  adam  gəlib  xəbər  gətirdi  ki,  erməni 

quldurlarının  bu  vəhşiliklərinə  son  qoymaq  üçün  hər  tərəfdən  müsəlman  atlıları 

tökülüb ermənilər yaşayan Sissi kəndinə hücum etmişlər. Kənddə müsəlman atlıları 

erməni  quldurlarının  bir  neçəsini  öldürmüş,  bəziləri  isə  qaçıb  canını  qurtarmışdı. 

Müsəlman kəndlərindən qarət edilmiş mal-dövlət geri qaytarılmışdır. Kəndə basqın 

zamanı müsəlman atlıları övrət-uşağa toxunmamışdılar. 

Bundan  sonra  atlılar  Məşhər  adlı  əksəriyyəti  erməni  olan  kəndə  tərəf 

yönəldilər.  Ermənilər  müsəlman  atlılarına  müqavimət  göstərə  bilməyib  hərəsi  bir 

tərəfə  qaçdı.  Onlar  bu  kənddə  olan  heyvanları  və  bəzi  əşyaları  özləri  ilə  qənimət 

götürüb  və  iqamətgahlarına  göndərdilər.  Bir  para  quldur  evlərinə  və  onların  ot 

tayalarına od vurduqdan sonra atlılar Saru kəndinə tərəf yollandılar. Bu kənddə də 

müsəlmanlar  istədiklərini  etdikdən  sonra  Qarabulaq  kəndinə  üz  qoydular.  Oradan 

isə Xəlifə kəndinə getdilər. Bu kəndlərdə də övrət-uşaqlara əl vurmadan quldurlara 

divan tutaraq aparılan malların hamısını geri qaytardılar. 



Ə L A V Ə: Yuxarıda haqqında danışdığımız Həmzad adlı erməni qulduru 

öz  dəstəsi  ilə  yenə  gəlib  Əsgəran  bürclərinə  doldular.  Onlar  bu  səngərlərdən 

namərdcəsinə  yolla  gəlib-gedən  müsəlmanları  qəflətən  güllə  ilə  vurub 

öldürürdülər.  Meyidini  isə  odlayıb  yandırırdılar.  Həmin  gün  Mustafa  bəy  adlı  bir 

nəfər  müsəlmanı  eləcə  öldürdükdən  sonra  yandırmışdılar.  Bu  əhvalatdan  bir  neçə 

gün sonra, yəni ramazan ayının üçüncü günündə İsa bulağının yaxınlığında meşədə 

müsəlmanlar  üç  erməni  ilə  dalaşırlar.  Müsəlmanlar  erməninin  ikisini  öldürür, 

üçüncüsü  isə  qaçır.  Arxadan  atılan  güllələrdən  ancaq  biri  qaçan  erməniyə  dəyib 

yaralayır. Yaralanmasına  baxmayaraq, qaçıb aradan çıxır və  özünü  şəhərə  yetirir. 

O,  şəhərdə  fəryad  qoparır  ki,  nə  durmusunuz  müsəlman  atlıları  dörd  tərəfdən 

üstümüzə gəlir, yolda da iki ermənini öldürüblər. Mən isə yaralanıb qaçmışam. 

Ermənilər  onun  bu  fəryadını  eşidən  kimi  dükan-bazarı  şaraqqa-şuruqla 

bağlayıb qorxu içərisində Qalaya müvəkkil olan qoşun böyüyünün yanına gəldilər 

və dedilər ki, müsəlmanlar dörd tərəfdən üstümüzə gəlirlər. İki adamımızı öldürüb, 

birini isə yaralayıblar. 

Qoşun böyüyünün əmri ilə əsgərlər dərpal şeypur çaldılar. Qalada nə qədər 

ki  rus  qoşunu  var  idi,  hamısı  silahlanıb  musiqi  çala-çala  müsəlman  bazarına 

gəldilər.  Gördülər  ki,  bazarda  dükanlar  açıq,  hər  kəs  də  öz  işi  ilə,  alış-verişi  ilə 

məşğuldur.  Davadan  heç  bir  əsər-əlamət  yoxdur.  Rus  əsgərləri  yenə  musiqi  çala-



39 

 

çala erməni məhəlləsinə qayıtdılar və ermənilərə bildirdilər ki, onlar öz-özlərindən 



nahaq yerə belə qorxuya düşüblər. 

Ə  L  A  V  Ə:  Həmin  günün  sabahı  ermənilərdən  on  dörd  nəfər  atlanıb 

şəhərdən kənarda yerləşən Yarma adlı yerə gəlir və müsəlmanların yolunu kəsir və 

onların  gediş-gəlişinə  mane  olurlar.  Müsəlmanlar  əhvalatdan  xəbərdar  olan  kimi 

bir  neçə  igid  döyüşçü  həmin  yerə  gələrək  ermənilərin  üstünə  hücum  edirlər. 

Ermənilər  karıxıb  hərəsi  bir  tərəfə  qaçarkən  onlardan  üçünü  öldürüb  birini  isə 

yaraladılar.  Qaçanlar  Qalaya  gəlib  erməniləri  əhvalatdan  xəbərdar  etdilər.  Dərhal 

qımdatların  rəhbərliyi  altında  bir  dəstə  erməni  Yel  dəyirmanı  adlanan  qayanın 

üstünə  gəldilər.  Qayanın  üstünə  çıxıb  durbinlə  çay  tərəfdən  gələn  müsəlmanları 

müşahidə  etməyə  başladılar.  Axşama  bir  saat  qalanda  gördülər  ki,  bir  fağır  qoca 

müsəlman  kişisi  odun  yüklənmiş  atla  gedir.  Kişi  oruc  olduğuna  görə  atın 

quyruğundan  tutub  yavaş-yavaş  addımlayırdı.  Erməni  quldurları  qocanı  güllə  ilə 

vurub  öldürdülər.  At  isə  qaçıb  yüklü  halda  kişinin  evinə  gəlir.  Kişinin  külfəti 

vəziyyəti  belə  gördükdə  qorxuya  düşüb  tanış-bilişi  köməyə  çağırdı.  Onlar  kişini 

axtarsalar da, artıq gecə düşdüyündən qaranlıqda onu tapa bilmədilər. Səhərisi gün 

gedib  onun  meyidini  tapdılar  və  bu  haqda  divana  məlumat  verdilər.  Sonra  isə 

kəfənə tutub dəfn etdilər. Həmin kişi Səfərəlinin oğlu Qulu dəllək idi. Mərhumun 

qardaşı  hamıya  bildirdi  ki,  ermənilər  o  biçarəni  öldürəndən  sonra  qarnını  yırtıb, 

başını daşla əzib, qulağını kəsib aparmışdılar. Vay olsun bu növ tayfanın əhvalına 

ki, Allah-təalanın məxluquna nahaq yerə belə zülmlər edib, dünyanı rahatsız qoyub 

özlərini də zəlil ediblər. 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin