219
bətləri, tədris-tərbiyə, elmi-metodik, təşkilati və təsərrüfat fəa-
liyyətlərini məqsədyönlü şəkildə tənzim etməkdə ifadə olunur.
Ali məktəb rəhbərliyi inzibati və kollegial orqanlardan
ibarətdir.
nzibati rəhbərliyi ali məktəb səviyyəsində rektor,
prorektorlar, habelə idarə, şöbə və bölmə rəhbərləri, fakültə sə-
viyyəsində isə dekan və onun müavinləri, dekanlığın
işçiləri
həyata keçirir.
Ali məktəbin
kollegial orqanlarına rektorluq,
ali məktə-
bin Elmi Şurası, Elmi-Metodik Şura, fakültə elmi şuralari və
elmi-metodik şuralar daxildir.
Ali məktəbdə bir çox
struktur bölmələr fəaliyyət göstərir.
Onlara aşağıdakılar daxildir:
tədris hissəsi, magistratura
və doktorantura şöbəsi, elmi-
tədqiqat bölməsi, kadrlar şöbəsi, hüquq şəbəsi,
istehsalat və
pedaqoji təcrübə rəhbəri, arxiv şöbəsi,
nəşriyyat, qəzet redak-
siyası, elmi kitabxana və s.
Bunlardan əlavə ali məktəbdə ümumi şöbə, dəftərxana,
mühasibatlıq, elmi-tədqiqat institut və laboratoriyaları, fənn
kabinetləri, telefon qovşağı, səhiyyə məntəqəsi, yeməkxana və
bufetlər, mühafizə xidməti fəaliyyət göstərir.
Bütün bu strukturlar ali məktəbin ümumi fəaliyyətinin hə-
yata keçirilməsinə, mütəxəssis hazırlığına bu və ya digər dərə-
cədə xidmət göstərir. Onların hər birinin öz sahəsində yaxşı ça-
lışması ümumi məqsəd baxımından
mühüm əhəmiyyət kəsb
edir.
Dostları ilə paylaş: