M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə131/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 
Sual və tapşırıqlar 
1. Elmi dünyagörüşünün mahiyyəti, struktur ünsürləri, vəzifələri, yolları 
və vasitələrini səciyyələndirin. 
2. Əqli tərbiyənin vəzifələri və yolları hansılardır? 
3. 
İdeya-mənəvi tərbiyə hansı vəzifələri yerinə yetirir, hansı yollarla həyata keçirilir? 
4. Əxlaq tərbiyəsinin nəzəri-psixoloji əsaslarını izah edin. 
5. Əmək tərbiyəsinin vəzifələri, pedaqoji şərtləri, sistemi, yol və vasitələri 
hansılardır? 
6. Estetik tərbiyənin əhəmiyyəti, nəzəri-metodoloji əsasları, vəzifələri və 
vasitələrini şərh edin. 
7. Fiziki tərbiyənin vəzifələri, məzmunu və vasitələri hansılardır? 
8. Ekoloji tərbiyə hansı vəzifələri yerinə yetirir? O, hansı yollarla həyata keçirilir? 
9. Hüquq tərbiyəsinin vəzifələrini, forma və metodlarını səciyyələndirin. 
10. İqtisadi tərbiyənin vəzifələri və yolları hansılardır? 
11. Kollektiv hansı inkişaf mərhələlərindən keçir? 
12. Tələbə kollektivində özünüidarə orqanları hansılardır? 
13. Pedaqoji ünsiyyətin struktur ünsürləri və funksiyaları hansılardır? 
14. Pedaqoji ünsiyyətin forma və üslublarını səciyyələndirin. 
15. Bir tələbə ilə demokratik üslubda ünsiyyət yaradın.


217 
IV BÖLMƏ 
ALI MƏKTƏBƏ RƏHBƏRLIK 
 
X fəsil 
Ali məktəbə rəhbərliyin əsasları,
ali məktəb rəhbərliyi və kollegial orqanlar 
 
Plan: 
1. Ali məktəbə rəhbərliyin əsasları 
2. Ali məktəbin strukturu 
3. Ali məktəb rəhbərliyi. Fakültə və kafedraya rəhbərlik 
4. Ali məktəbin kollegial orqanları 
1. Ali məktəbə rəhbərliyin əsasları 
Ali məktəb cəmiyyətin tələbatına uyğun yüksək ixtisaslı 
mütəxəssislər hazırlığı ilə məşğul olan təhsil müəssisəsinin 
yüksək tipi, fasiləsiz təhsilin mühüm bir həlqəsidir. Ali təhsil 
müəssisələrinin müxtəlif növləri fəaliyyət göstərir: universi-
tetlər, institutlar, akademiyalar, konservatoriyalar və digər ali 
təhsil müəssisələri bu qəbildəndir. 
Ali məktəbin səmərəli fəaliyyət göstərməsi ona düzgün 
rəhbərlikdən, təlim-tərbiyə prosesinin elmi-pedaqoji əsaslarda 
idarə edilməsindən çox asılıdır. Ali məktəbin “idarə edilməsi» 
və “ona rəhbərlik” bir-birilə sıx bağlı anlayışlardır.  darəetmə 
dedikdə, müəyyən obyektə (məktəbə, pedaqoji kollektivə) məq-
sədyönlü, planlı, mütəşəkkil təsirləri təmin edən fəaliyyət başa 
düşülür. İdarəetmə obyektləri şəxsiyyət və ya kollektiv olduqda 
idarəetmə rəhbərlik forması kəsb edir. Başqa sözlə, rəhbərlik 
bilavasitə insanlarla işdə idarəetmə vəzifələrini həyata keçir-
məklə bağlı səmərəli fəaliyyət növüdür. Bu halda idarəetmə 
subyektləri və obyektləri ümumi məqsəd naminə şüurlu şəkildə 
qarşılıqlı fəaliyyət göstərir. Rəhbərlik bir-birinə zidd iki üslub-
da – avtoritar və demokratik üslublarda həyata keçirilir. De-
mokratik rəhbərlik daha səmərəli olub, kollektivdə normal iş 
şəraiti, insani münasibətlər, sağlam mənəvi-psixoloji iqlim 


218 
yaratmağa imkan verir. Rəhbərliyin yüksək forması kollektiv 
rəhbərlik hesab olunur. Çünki bir şəxsin (rəhbərin) iradəsindən 
asılı olan rəhbərlik zamanı subyektivizm halları özünü göstərir. 
Kollektiv rəhbərlikdə isə belə hallar xeyli məhdudlaşır və ya 
tam aradan qalxır. Həm də bu halda kollektiv qərar qəbulunda 
iştirak edən adamlarda məsuliyyət hissi yüksək olur. 
Ali məktəbə rəhbərlik mövcud qanunvericiliyə və mü-
vafiq dövlət sənədlərinə əsaslanır: 1) Azərbaycan Respublikası-
nın Konstitusiyası; 2) Azərbaycan Respublikasının Təhsil Qa-
nunu; 3) «Ali təhsil müəssisəsi haqqında Əsasnamə»; 4) Ali 
məktəbin Nizamnaməsi. 
Ali məktəbə rəhbərlik müəyyən prinsiplərə əsaslanır. 
Həmin prinsiplər aşağıdakılardan ibarətdir: 
1) Məqsədyönlülük prinsipi
2) Demokratiklik prinsipi
3) Aşkarlıq prinsipi
4) Şəffaflıq prinsipi
5) Elmilik və işgüzarlıq prinsipi
6) Prinsipiallıq və obektivlik prinsipi
7) Optimallıq prinsipi
Ali məktəbə rəhbərlik prosesində göstərilən prinsiplərə 
vəhdətdə, həm də dəqiq əməl etmək vacib şərtdir. Əks halda 
rəhbərlik və idarəetmə sahəsində yüksək səmərə və keyfiyyət 
əldə etmək çətindir. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin