192
Əmək tərbiyəsi qarşısında bir sıra
vəzifələr durur:
- əmək bacarıq və vərdişləri, əmək mədəniyyəti və əməyə
tələbat formalaşdırmaq;
- gənclərin mənəvi tərbiyəsinə, peşə-ixtisas hazırlığına
kömək göstərmək.
Əmək tərbiyəsi
məzmunca çoxcəhətli və rəngarəngdir.
Tələbənin
əsas əməyi təlim əməyidir. Buna görə də ali
məktəbin başlıca vəzifəsi – I kursdan başlayaraq tələbələrə tə-
lim əməyi vərdişləri, zehni əmək mədəniyyəti,
əməyin elmi
təşkili bacarıqları aşılamaqdan ibarətdir. Tələbələri öz təlim
fəaliyyətlərini düzgün planlaşdırmağa, hər fənn üzrə səmərəli iş
priyomlarının tətbiqinə, özününəzarət və özünüqiymətləndir-
məyə geniş cəlb etmək lazımdır. Bu priyomlara yaxşı yiyələn-
məklə tələbələrdə özünütəhsil bacarıqları formalaşdırmaq asan
olur.
Tələbənin əməyi təkcə təhsil əməyi ilə məhdudlaşmır.
Buraya habelə özünəxidmət əməyi, ictimai-faydalı əmək, məh-
suldar əmək kimi sahələr daxildir.
Ali məktəbdə özünəxidmət
əməyi auditoriyaların təmiz saxlanması, kitabxana kitablarının
təmiri, növbətçilik, iməciliklər formalarında həyata keçirilir. Bu
əmək növündə iştirak etməklə tələbələr təmizlik, səliqəlilik,
kollektivçilik keyfiyyətlərinə yiyələnir, başqalarının
əməyinə
hörmət etməyi öyrənirlər.
ctimai-faydalı əmək növü ictimai faydası olan könüllü
əməkdir. Belə əməyin müxtəlif növləri vardır: təhsil müəssisə-
sinin həyətinin yaşıllaşdırılması, onun ehtiyacları üçün tələbə-
lərin əməyi, tarixi və mədəniyyət abidələrinə qayğı göstəril-
məsi, digər təhsil müəssisələrinə –
ümumtəhsil və orta ixtisas
məktəblərinə hamilik işləri (kabinetlərin tərtibi və təchizi,
pedaqoji və texniki xidmət göstərilməsi) və s. İctimai-faydalı
əmək tələbələrdə xeyirxahlıq, məsuliyyət, əməksevərlik, ictimai
fəallıq, vətəndaşlıq keyfiyyətləri formalaşdırmağa kömək
göstərir.
Məhsuldar əmək bilavasitə müəyyən məhsul istehsalı ilə
193
bağlıdır. Vaxtilə tələbələr müxtəlif əmək birliklərində – tələbə
inşaat dəstələrində, yay əmək və istirahət
düşərgələrində məh-
sul toplanmasında və başqa formalarda məhsuldar əməyə cəlb
olunmuşdur. Hazırda istehsalat təcrübəsi keçən tələbələr müx-
təlif peşə-ixtisas sahələrində belə əməklə məşğul olmaq imkanı
qazanırlar.
Tələbə gənclərin əməyini təşkil edərkən nəzərə almaq
lazımdır ki, hər bir əmək tərbiyə etmir. Əməyin tərbiyə vasitəsi
olması
üçün onu müəyyən pedaqoji tələblər əsasında təşkil
etmək vacibdir:
1. Əmək təlim-tərbiyə məqsədinə xidmət etməli, gənc-
lərin ideya-mənəvi tərbiyəsi ilə sıx bağlanmalıdır.
2. Tələbədə əmək fəallığı, təşəbbüskarlıq, əməyə yaradıcı
münasibət formalaşdırmaq vacib şərtdir.
3. Gənclərdə əməyə tələbat formalaşdırmaq qeydinə
qalmaq lazımdır.
4. Kollektiv əməyə üstünlük verilməlidir.
Belə əməkdə
şəxsiyyətin bir sıra müsbət keyfiyyətləri (kollektivçilik, inti-
zam, məsuliyyət, dəqiqlik, yaradıcı fəallıq, təşəbbüskarlıq,
əmək adamına hörmət, tənbələ nifrət və s.) tərbiyə olunur.
Əmək tərbiyəsini göstərilən tələblər əsasında qurmaqla
əməyin tərbiyəvi rolunu gücləndirmək mümkündür.
Dostları ilə paylaş: