M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Tələbələrin estetik, fiziki, ekoloji, hüquq və iqtisadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə121/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   142
Ali mekteb pedaqogikasi-kitab

3. Tələbələrin estetik, fiziki, ekoloji, hüquq və iqtisadi 
tərbiyəsi 
Tələbələrin şəxsiyyət – Vətəndaş kimi formalaşmasında 
elmi dünyagörüşü, ideya-mənəvi və əmək tərbiyəsi ilə yanaşı 
tərbiyənin digər sahələrinin də böyük rolu vardır. Yüksək ha-
zırlıqlı mütəxəssisi, dolğun şəxsiyyəti estetik, fiziki, ekoloji, 
hüquq və iqtisadi tərbiyə olmadan formalaşdırmaq çətindir. 
Buna görə də ali təhsil müəssisələrində bu sahələr də diqqət 
mərkəzində durmalıdır.
Estetik tərbiyə. Estetik tərbiyə ahəngdar inkişaf etmiş 
şəxsiyyət tərbiyəsinin tərkib hissələrindən biridir. “Estetika” 


194 
yunanca “estezis” sözündən olub, hiss etmək, qavramaq de-
məkdir. Estetik tərbiyə dedikdə, incəsənət və həyatdakı gözəl-
liklərin qavranmasına, estetik zövq və qabiliyyətlərin inkişafına 
yönələn təsirlərin məcmusu nəzərdə tutulur. 
Estetik tərbiyə şəxsiyyət tərbiyəsində böyük rol oynayır
O, tərbiyənin digər tərkib hissələri ilə sıx bağlıdır. Estetik 
tərbiyə əqli tərbiyəyə kömək göstərir: o, həyatı dərk etməyə 
yardım edir. Estetik tərbiyə insan əxlaqına güclü təsir göstərir: 
gözəllik hissi insan qəlbini təmizləyir, saflaşdırır, onu yaxşı 
əməllərə yönəldir. Gözəl qəlbə malik insan pisliyə, bədxahlığa, 
qəddarlığa yol verməz. Bu mənada “Dünyanı gözəllik xilas 
edəcək” fikrinə haqq qazandırmaq olar. Estetik tərbiyə şəx-
siyyətin əmək və fiziki tərbiyəsində də böyük rol oynayır. 
Estetik tərbiyə nəzəri-metodoloji əsas kimi estetika el-
minə istinad edir. Estetika gözəllik haqqında elmdir. Gözəllik 
mütənasiblik, forma və məzmun vəhdəti, ahəngdarlıqdır. İn-
sanın gözəlliyi daxili və zahiri gözəlliyin vəhdətindədir. 
Estetik tərbiyə bir neçə vəzifəni həyata keçirir: 
1. Gənc nəsildə estetik baxış və təsəvvürlər, estetik şüur 
aşılamaq; 2. Estetik hisslər və bu əsasda varlığa və incəsənətə 
estetik tələbat formalaşdırmaq; 3. Estetik zövq və mühakimə 
bacarığı formalaşdırmaq; 4. Bədii yaradıcılıq bacarıq və vər-
dişləri, bədii-estetik qabiliyyətləri inkişaf etdirmək. 
Ali məktəbdə estetik tərbiyə müəyyən sistemdə aparılır: 
tədris prosesində, auditoriyadankənar tədbirlərdə, elmi-tədqiqat 
fəaliyyətində, insan münasibətlərində, əməkdə, gəncləri əhatə 
edən mühitdə, təbiətə münasibətdə, ədəbiyyat və incəsənətdə, 
geyim və davranışda estetik tərbiyə işləri bu sistemə daxildir. 
Tədris prosesi estetik tərbiyənin çox mühüm vasitəsi olub 
gənclərin estetik şüurunun inkişafında böyük rol oynayır. 
Tədris və tədris-tədqiqat işlərinin bütün formaları (mühazirə və 
məşğələlər, tələbə müstəqil işləri, tədqiqat işləri, pedaqoji təc-
rübə və s.) estetik tələblər əsasında qurulmalıdır.
Tədris etdiyi fəndən asılı olmayaraq müəllim öz gözəl 


195 
nitqi, davranışı, münasibəti, geyimi ilə tələbələrin zövqünü 
tərbiyə edir: “Hər bir fənn müəllimi estetik tərbiyə müəllimi ol-
malıdır” (M.Cəfər).
Təlimdə aparılan estetik tərbiyə auditoriyadankənar 
işlərdə daha da dərinləşdirilir və genişləndirilir. Bu işlər tələ-
bələrin maraqlarının və fərdi yaradıcılıq qabiliyyətlərinin inki-
şafına kömək göstərir. Estetik tərbiyə üzrə auditoriyadankənar 
işlərin məzmunu, forması müxtəlif və rəngarəngdir. Bunları üç 
qrupa ayırmaq olar: dərnək işləri, kütləvi işlər və fərdi işlər. 
Bədii yaradıcılıq və incəsənət dərnəkləri estetik tərbiyə 
üzrə auditoriyadankənar işlərin geniş yayılmış formalarından-
dır. Belə dərnəklərə musiqi, xor, rəqs, ədəbiyyat, dram və b. 
dərnəklər daxildir.
Gənclərin estetik tərbiyəsində kütləvi işlərin – teatr və 
konsertlərə, sərgi və muzeylərə gedişləri, bədii-estetik mövzu-
larda disput və konfransların, bədii əsərlərin müzakirəsinin, 
ədəbiyyat və incəsənət xadimləri ilə görüşlərin, ədəbi-bədii ge-
cələrin, bayram və tarixi günlərin keçirilməsi mühüm əhə-
miyyət kəsb edir.
Tələbələrin estetik tərbiyəsi sistemində təbiət gözəllikləri 
əvəzsiz rol oynayır. Təbiət gözəlliklər mənbəyi, həm də ən yax-
şı tərbiyəçidir: o, insanın zövqünü, əxlaqını, ağlını, qəlbini 
zənginləşdirir, nəcib hisslər və keyfiyyətlər aşılayır. Gənclərlə 
tərbiyə işində təbiət gözəlliklərindən istifadə etmək, onlarda tə-
biətə humanist münasibət formalaşdırmaq qeydinə qalmaq 
lazımdır.
Estetik tərbiyənin mühüm bir vasitəsi insan gözəlliyi, in-
sani münasibətlərdə gözəllikdir. Xeyirxahlıq, humanizm, mədə-
nilik, sadəlik və təvazökarlıq, həssaslıq, başqalarının sevincinə 
və kədərinə şərik olmaq – insanın estetik mədəniyyətinin, daxili 
gözəlliyinin mühüm göstəriciləridir. Əksinə, kobudluq, nəza-
kətsizlik, ədalətsizlik, mərifətsizlik, insan ləyaqətinə toxunan 
sözlər estetik mədəniyyətin aşağı səviyyəsini göstərir. Kobud-
luq, ədalətsizlik gənclərdə emosional və estetik "gönüqalınlıq" 


196 
(V.A.Suxomlinski) doğurur. Onların qəlbində xeyirxahlıq və 
insan ləyaqəti hisslərinin kütləşməsinə gətirib çıxarır. Gəzəlliyi 
görmək üçün insan gözəl qəlbə malik olmalıdır. 
Estetik tərbiyədə estetik mühitin, gözəllik mühitinin 
yaradılması böyük əhəmiyyətə malikdir. Təhsil müəssisəsinin 
təmiz, səliqəli, gözoxşayan həyəti, tədris binasının, otaqların, 
iclas zallarının, yeməkxanaların səliqə-səhmanı, təmizliyi, bədii 
tərtibi, müəllimlərin geyimi, danışığı, davranışı, müəllim-tələbə 
münasibətlərinin və ali məktəb həyatının estetik-mənəvi tələb-
lər əsasında qurulması gənclərin estetik zövqünün formalaş-
masında mühüm rol oynayır.
Ali məktəbdə hər şey, ilk növbədə, insanların qarşılıqlı 
münasibətlərinin gözəlliyi, insana ən qiymətli sərvət kimi yana-
şılması, tələbəyə yüksək qayğı və diqqət göstərilməsi estetik 
mühitin yaranmasının vacib şərtini təşkil edir. Belə şəraitdə 
ətraf mühitin gənclərə estetik təsiri digər təsirlərlə birləşərək 
daha güclü olur. Tələbələrin məişət, geyim, davranış mədə-
niyyəti də bu sahədə az rol oynamır.
Tələbə gənclərin estetik inkişafında ədəbiyyat və incə-
sənət aparıcı yer tutur. Bədii ədəbiyyat ideya-mənəvi və estetik 
tərbiyənin qüdrətli vasitəsidir. O, həyatı, insan münasibətlərini, 
insan gözəlliyini və əzəmətini dərk etməyə kömək göstərir. Ali 
məktəb tələbəsi elmi əsərlərlə yanaşı bədii əsərlərin mütaliəsi 
ilə də məşğul olmalı, kitaba mənəvi tələbat duymalıdır. Bunsuz 
insanı mənəvi boşluq, emosional və estetik həyatın yoxsulluğu 
gözləyir. Ədəbiyyat kimi incəsənətin müxtəlif növləri – musiqi, 
təsviri sənət, rəqs, kino, teatr həyat və insan gözəlliklərini, yük-
sək estetik idealları dərk etməyə, insan qəlbini nəcibləşdirməyə 
kömək edir. V.A.Suxomlinskinin sözləri ilə desək, ağıllı kitab-
la, musiqi və təsviri sənətlə – bu incə vasitələrlə idrakın və 
emosiyaların bütün həyat boyu tərbiyəsi davam etməsə, neqativ 
hallara qarşı heç bir mübarizə vasitəsi kömək etməz.
Estetik tərbiyənin səmərəsi üçün bəzi pedaqoji tələbləri 
gözləmək lazımdır:


197 
1. Estetik tərbiyə zehni, ideya-mənəvi, əmək tərbiyəsi ilə 
sıx əlaqəli şəkildə aparılmalıdır. 2. Estetik tərbiyə hərtərəfli 
aparılmalıdır: gəncləri gözəllik mənbələri ilə – təbiət, ədəbiy-
yat, incəsənət, əmək, insan və cəmiyyət gözəllikləri ilə daha 
çox qovuşdurmaq lazımdır. 3. Estetik tərbiyə sistemli xarakter 
daşımalı, onun ayrı-ayrı ünsürlərinin qarşılıqlı vəhdəti təmin 
olunmalıdır. 4. Estetik tərbiyədə kursdan-kursa keçdikcə müəy-
yən varislik, ardıcıllıq gözlənilməlidir.
Estetik tərbiyə vasitələrinin kompleks tətbiqi şəxsiyyətin 
emosional-estetik və mənəvi inkişafına, həyata və insanlara 
estetik münasibətin formalaşmasına kömək göstərir.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin