M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə124/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Hüquq tərbiyəsi. Hüquq tərbiyəsi şəxsiyyətin ahəngdar 
inkişafına yönələn ideya-tərbiyə işləri kompleksinin mühüm bir 
istiqamətini təşkil edir. “Hüquq” ərəbcə “haqq söz” deməkdir. 
Hüquq ictimai şüurun bir forması olub, dövlət tərəfindən müəy-
yən edilən və mühafizə olunan, ictimai münasibətləri tənzimlə-
yən məcburi davranış qaydaları sistemidir. Hər cür fəaliyyətdə 
olduğu kimi, hüquqi fəaliyyət də insanın hüquqi düşüncəsi, 
inamı və hüquqi davranışının vəhdəti kimi özünü göstərir.
Hüquq tərbiyəsi insanın hüquqi şüurunun bütün kompo-
nentlərinə təsir göstərir: hüquqa dair biliklər (idrak komponen-
ti), hüquqa münasibət (qiymətləndirmə komponenti), insanın 
davranış mövqeyi (iradi komponent). Hüquqi şüurun hər üç 
komponenti vəhdət halında çıxış edir. Hüquq normalarına dair 
biliklər və onlara müsbət münasibət əsasında hüquqi əqidə və 
davranış mövqeyi, yəni hüquqauyğun davranışa hazırlıq və səy 
formalaşır.
Hüquq tərbiyəsi gənc nəslin hüquqi şüur və davranışını, 
habelə hüquq normalarına münasibətini formalaşdırmaq məq-
sədi güdən planlı və mütəşəkkil fəaliyyət prosesidir. Hüquq 
tərbiyəsi qarşısında aşağıdakı vəzifələr durur: 
a) gənc nəsildə hüquqi şüur, hüquqa və qanunçuluğa dair 


202 
biliklər, baxış və təsəvvürlər aşılamaq; b) hüquqi davranış təc-
rübəsi, birgəyaşayış qaydalarına uyğun düzgün davranış baca-
rıqları formalaşdırmaq; c) sosial-hüquqi fəallıq, hüquqazidd 
hallarla mübarizə əzmi tərbiyə etmək. 
Hüquq tərbiyəsi müxtəlif forma və metodlarla həyata 
keçirilir. Bu formalar içərisində təlim əsas yer tutur. Tədris pro-
sesində tələbə gənclərdə hüquqa dair biliklər, hüquq psixo-
logiyası – qanunlara, birgəyaşayış qaydalarına hörmət və onlara 
əməl etməyə daxili tələbat yaratmaq, qanun və qaydaların po-
zulması hallarına qarşı dözümsüzlük hissi, hüquq normalarına, 
cəmiyyət qarşısında öz hüquq və vəzifələrinə şüurlu münasibət 
formalaşdırmaq, hüquqi dövlət quruculuğu və hüququn alili-
yinə dair təsəvvür və baxışlar aşılamaq diqqət mərkəzində dur-
malıdır. Bu işdə fənlərarası əlaqələrin yaradılması da mühüm 
əhəmiyyət kəsb edir.  
Hüquq tərbiyəsi üzrə təlim prosesində aparılan işlərlə 
yanaşı, auditoriyadankənar işlər də böyük əhəmiyyət kəsb edir. 
Hüquq tərbiyəsi ilə bağlı auditoriyadankənar işlər müxtəlif 
formalarda təşkil edilir. Məqsəd və məzmununa görə onları iki 
qrupa bölmək olar: a) hüquq təbliğatı və hüquqi şüurun forma-
laşmasına xidmət edən formalar; b) hüquq-mühafizə fəaliyyə-
tinin təşkili formaları. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin