203
mazlıq tərbiyə etmək.
İqtisadi
təhsil və tərbiyənin məzmunu geniş və rənga-
rəngdir. İqtisadi təhsil, bir tərəfdən,
iqtisadi bilikləri, digər tə-
rəfdən isə iqtisadi bacarıq və vərdişləri özündə birləşdirir.
qti-
sadi biliklərə iqtisadi qanunlarla tanışlıq, iqtisadiyyat və əmək
sahəsində əsas anlayışların mənimsədilməsi, dövlət büdcəsi və
onun əldə edilməsi yolları, milli gəlir, idxal, ixrac və s. haqda
məlumatların verilməsi daxildir.
qtisadi bacarıq və vərdişlərə isə işin planlaşdırılması
(əmək əməliyyatlarının sistemi, işin icra mərhələləri, icra me-
todları, işin təhlili və qiymətləndirilməsi) və təşkilati bacarıqlar
(iş yerinin təşkili, işin səmərəli metod və priyomlarının tətbiqi,
öz əməyinə nəzarətin həyata keçirilməsi) və s. daxildir.
İqtisadi
təhsil və tərbiyə müxtəlif yollarla və vasitələrlə
həyata keçirilir. Bu sahədə
təlim prosesi böyük imkanlara ma-
likdir. Müxtəlif fənlərdə gənclər cəmiyyətin iqtisadi inkişafının
qanunları ilə tanış olur, iqtisadi təsəvvürlərə yiyələnirlər.
İqtisadi təhsil və tərbiyə sahəsində təlimdə aparılan iş
auditoriyadankənar tədbirlər yolu ilə möhkəmləndirilir və daha
da dərinləşdirilir. İctimai-faydalı və məhsuldar əmək zamanı
gəncləri iqtisadi münasibətlərə qoşmaq,
iqtisadi məsələlərin
praktik həllinə cəlb etmək mühüm şərtdir. Tələbələrin iqtisadi
fəaliyyətinə praktik istiqamət vermək,
onu real iqtisadi pro-
seslərə yaxınlaşdırmaq vacibdir.
Vaxtaşırı olaraq fakültələrdə tələbə təşkilatları xətti ilə
qənaətcillik reydləri və ayları keçirmək,
bu zaman dövlət əm-
lakına, elektrik enerjisinə, suya qənaət edilməsi vəziyyətini öy-
rənmək, reydlərin nəticələrini kollektivdə müzakirə etmək
qənaətcillik, təsərrüfatçılıq baxımından əhəmiyyətlidir.
Dostları ilə paylaş: