M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Ali məktəb rəhbərliyi. Fakültə və kafedraya rəhbərlik



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə133/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 
3. Ali məktəb rəhbərliyi. Fakültə və kafedraya rəhbərlik 
Ali məktəb rəhbərliyi. Ali məktəbə rektor rəhbərlik 
edir. Rektor ali məktəbin bütün sahələri üçün dövlət qarşısında 
məsuliyyət daşıyır. Rektor tanınmış, nüfuzlu alim, böyük şəx-
siyyət, bacarıqlı pedaqoq, baş tərbiyəçi və baş təşkilatçı kimi ali 
məktəb həyatında böyük rol oynayır. O, əmək qanunvericili-
yinə uyğun olaraq kadrların seçilməsi və yerləşdirilməsini hə-
yata keçirir, ali məktəbin və fakültələrin elmi şuralarında mü-


220 
sabiqə yolu ilə seçilmiş professor-müəllim heyətini əmrlə təs-
diq edir. Rektor işçiləri yaxşı tanıdıqda, onlara hörmət və tələb-
karlıqla yanaşdıqda, təşəbbüsləri həvəsləndirdikdə, müəllim və 
tələbələrə lazımi qayğı və diqqət göstərdikdə ali məktəbin bü-
tün sahələrində işlərin uğurla getməsi üçün, kollektivdə müsbət 
mənəvi-psixoloji iqlimin yaranması və hər bir işçinin daha 
məhsuldar işləməsi üçün əlverişli şərait yaratmış olur. 
Ali məktəb rektorunun səmərəli fəaliyyəti onun işə məsu-
liyyətli münasibəti ilə sıx bağlıdır. Respublikamızda tanınmış 
rektorlardan birinin təbirincə desək, rektor şöhrət və nüfuz üçün 
çalışmamalıdır; bu halda o öz işində uğur qazana bilməz. 
Əksinə, vəzifənin məsuliyyəti ilə çalışdıqda işlər lazımi qay-
dada gedir, şöhrət də, nüfuz da onu daha tez tapır.
Rektorun işinin səmərəsi həm də onun yüksək elmi, pe-
daqoji-psixoloji səriştəyə malik olmasından, işgüzarlığından, 
təşkilatçılığından, şəxsi keyfiyyətlərindən, xüsusən müdrik, 
ədalətli, obyektiv, xeyirxah, mədəni, alicənab bir şəxsiyyət ol-
masından çox asılıdır. Belə rektor insanlara-tabeçiliyində olan 
müəllim və tələbələrə, tədris-köməkçi heyətə diqqət və qayğı 
ilə yanaşır, bəzən də güzəştə gedir, imkan daxilində kömək 
edir, eyni zamanda tələbkarlıq və prinsipiallıq göstərir. 
Rektor ali məktəbin müxtəlif struktur bölmələrinə rəh-
bərliyi müvafiq prorektorlar vasitəsilə həyata keçirir. Pro-
rektorlar konkret sahələrə bilavasitə rəhbərliyi həyata keçirir və 
rektor qarşısında məsuliyyət daşıyırlar. 
Prorektorlar aşağıdakı sahələr üzrə fəaliyyət göstərir: 
tədris işləri üzrə prorektor (I prorektor); elmi işlər üzrə 
prorektor; humanitar məsələlər üzrə prorektor; qiyabi və əlavə 
təhsil üzrə prorektor; beynəlxalq əlaqələr üzrə prorektor; ümu-
mi işlər üzrə prorektor; inzibati-təsərrüfat işləri üzrə prorektor. 
Ali məktəb rəhbərləri-rektor və prorektorlar fakültə rəh-
bərliyi ilə sıx əməkdaşlıq şəraitində işləyir, müxtəlif tədbirləri 
onların fəal iştirakı ilə həyata keçirirlər. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin