213
Avtoritar üslub – inzibati-amirlik üslubudur. O, nüfuza və
tabeçiliyə əsaslanır. Bu halda insana (uşağa, şagirdə, tələbəyə)
sadəcə obyekt kimi baxılır: təşəbbüsə,
etiraza imkan verilmir,
müəllim öz dediyini həyata keçirir («Mən deyən olmalıdır»).
Onun əsas vasitələri əmr, tələb, qadağan, qışqırıq və cəzadır.
Bu üslubda müəllim tələbəyə «yuxarıdan aşağı» baxır, hər xır-
da şeyə sərt reaksiya verir, qadağan və danlağa, bəzən təhqirə əl
atır. Avtoritar üslubda formal ünsiyyət əsas yer tutur; müəllim
birbaşa təsirlərə – cəza metodlarına geniş yer verir. Bu halda
tələbə
zahirən itaət göstərsə də, daxilən narazı qalır, inciyir,
müəllimə soyuq münasibət (bəzən kin) bəsləyir, yeri gəldikdə
itaətsizlik və müqavimət göstərir. Belə üslüb pedaqoji ünsiyyəti
çətinləşdirir, əsəbilik, inamsızlıq, qeyri-sağlam psixoloji mühit
yaradır, münaqişələrə yol açır.
Demokratik üslub – əməkdaşlığa əsaslanan üslubdur. O,
qarşılıqlı hörmət, humanizm, bərabərlik, ədalət üzərində qurulur.
İnsana təlim-tərbiyə prosesinin fəal iştirakçısı – subyekti kimi
baxılır; onun rəyi, arzuları, mövqeyi, tələbat və maraqları, mə-
nafeyi nəzərə alınır. Tələbələrin təşəbbüs və fəallığına geniş yer
verilir. Müəllim öz tələblərini məcburi şəkildə,
zorla qəbul et-
dirmir; tələbəni inandırmağa çalışır, nəticədə tələbə müəllimin
tələblərini şüurlu şəkildə dərk edərək könüllü qəbul edir. De-
mokratik üslubun əsas vasitələrini inandırma, xahiş, məsləhət
təşkil edir. Müəllim qərar qəbul edərkən qrupla, fəallarla məs-
ləhətləşir, yeri gəldikdə güzəştə gedir. Bu üslubda qeyri-rəsmi
ünsiyyət formasına, dolayı təsir priyomlarına geniş yer verilir.
Demokratik üslub normal ünsiyyət qurmağa, sağlam mənəvi-psi-
xoloji mühit yaratmağa, insanın şəxsi ləyaqət hissini qorumağa,
müəllimin nüfuzunu yüksəltməyə imkan verir.
Liberal uslub – ünsiyyətdə səhlənkarlığa, laqeydliyə əsas-
lanan üslubdur: müəllim heç nəyə qarışmır, fəallıq
göstərmir,
məsələlərə formal yanaşır, məsuliyyətdən kənar olmağa çalışır.
Bu isə normal pedaqoji ünsiyyətə və bütövlükdə təlim-tərbiyə
işinin keyfiyyətinə mənfi təsir göstərir.
214
Qeyd edilən ünsiyyət üslubları içərisində ən səmərəlisi
demokratik üslubdur. Ali məktəb müəllimi bu üsluba əsaslan-
malıdır. Avtoritar və liberal ünsiyyət üslublarından yaxa qurtar-
maq üçün tələbələrlə münasibətləri yeni əsaslarda – əmək-
daşlıq, xeyirxahlıq, hörmət və tələbkarlıq, qarşılıqlı inam, həs-
saslıq, ədalət, pedaqoji etika tələbləri üzərində qurmaq, müəl-
lim və tələbələri ayıran psixoloji səddi, şübhə və etimadsızlığı,
qeyri-səmimiliyi aradan qaldırmaq, bir sözlə,
ünsiyyət mədə-
niyyətinə yiyələnmək lazımdır.
Tərbiyə təcrübəsində demokratik, avtoritar və liberal ün-
siyyət üslublarının müxtəlif təzahür formaları – fərdi
ünsiyyət
üslubları müşahidə olunur. Onlardan əsaslarını qeyd edək:
a) birgə yaradıcı fəaliyyət üslubu – müəllimin tələbələrlə
birgə yaradıcı axtarışlarına əsaslanır;
b) dostcasına ünsiyyət üslubu – müəllimin (yaşlı yoldaş
kimi) tələbələrlə mənəvi yaxınlıq və dostluq münasibətlərinə
(müəyyən hədd daxilində) əsaslanır;
c) ünsiyyət – qorxu üslubu – qorxuya, hədəyə əsaslanır;
ç) ünsiyyət – məsafə üslubu – müəllimin tələbələrlə
müəyyən məsəfə saxlamasına əsaslanır;
d) ünsiyyət – ələalma üslubu – tələbəni ələ almaqla, onun
qılığına girməklə, ona xoş gəlməklə
süni nüfuz qazanmağa
əsaslanır.
Bu fərdi ünsiyyət üslublarının ilk ikisi demokratik ünsiyyət
üslubunun, üçüncüsü – avtoritar, son ikisi isə liberal ünsiyyət
üslubunun təzahürləridir. Qorxu, məsafə və ələalmağa əsaslanan
ünsiyyət üsulları normal ünsiyyət yaratmağa mane olur. Həm də
bu neqativ ünsiyyət üslubları gənc müəllimlərin fəaliyyətində
tədricən möhkəmlənərək, dönməz fərdi ünsiyyət üslubuna
çevrilir və təlim-tərbiyə işini xeyli çətinləşdirir.
Bunu nəzərə
alaraq ali məktəb müəllimi (xüsusən gənc müəllimlər) ünsiyyət
texnologiyasına, demokratik ünsiyyət üslubuna yiyələnməyə ça-
lışmalıdır. Çünki pedaqoji ünsiyyət müəllimin şəxsi işi deyildir;
onun pedaqoji fəaliyyətinin ayrılmaz tərkib hissəsi və təlim-
215
tərbiyə işinin səmərə və keyfiyyətinin çox mühüm şərtidir.
Dostları ilə paylaş: