218
yaratmağa imkan verir. Rəhbərliyin yüksək forması
kollektiv
rəhbərlik hesab olunur. Çünki bir şəxsin (rəhbərin) iradəsindən
asılı olan rəhbərlik zamanı subyektivizm halları özünü göstərir.
Kollektiv rəhbərlikdə isə belə hallar xeyli məhdudlaşır və ya
tam aradan qalxır. Həm də bu halda kollektiv qərar qəbulunda
iştirak edən adamlarda məsuliyyət hissi yüksək olur.
Ali məktəbə rəhbərlik mövcud qanunvericiliyə və mü-
vafiq
dövlət sənədlərinə əsaslanır: 1) Azərbaycan Respublikası-
nın Konstitusiyası; 2) Azərbaycan Respublikasının Təhsil Qa-
nunu; 3) «Ali təhsil müəssisəsi haqqında Əsasnamə»; 4) Ali
məktəbin Nizamnaməsi.
Ali məktəbə rəhbərlik müəyyən
prinsiplərə əsaslanır.
Həmin prinsiplər aşağıdakılardan ibarətdir:
1)
Məqsədyönlülük prinsipi.
2)
Demokratiklik prinsipi.
3)
Aşkarlıq prinsipi.
4)
Şəffaflıq prinsipi.
5)
Elmilik və işgüzarlıq prinsipi.
6)
Prinsipiallıq və obektivlik prinsipi.
7)
Optimallıq prinsipi.
Ali məktəbə rəhbərlik prosesində göstərilən prinsiplərə
vəhdətdə, həm də dəqiq əməl etmək vacib şərtdir. Əks halda
rəhbərlik və idarəetmə sahəsində yüksək səmərə və keyfiyyət
əldə etmək çətindir.
Dostları ilə paylaş: