82
Təlimin qanunları təlim prinsiplərində öz əksini tapır.
Təlim prinsipləri təlimin qanunlarını əks etdirən,
təlim prose-
sinin səmərəli qurulmasına imkan verən ilkin ideyalar, fəaliyyət
normaları, əsas tələblərdir. Qanunlar və prinsiplər çox yaxın an-
layışlardır: qanun obyektiv əlaqələri əks etdirir (məsələn, H
2
O
birləşməsi bütün hallarda suyu təşkil edir). Prinsip isə qanunun
həyata keçməsi şərtlərini bildirir (məsələn, suyu almaq üçün 2
atom hidrogenlə 1 atom oksigeni birləşdirmək lazımdır).
Təlimin qaydaları təlim prinsiplərini həyata keçirməyin
şərtlərini,
istiqamətlərini, müəllim üçün tövsiyələri əks etdirir
(bu və ya digər prinsipi reallaşdırmaq üçün nə etmək lazım-
dır?).
Pedaqoji
ədəbiyyatda təlim prinsiplərinin təsnifatı ilə
bağlı vahidlik yoxdur; bu sahədə müxtəlif fərqli mövqelər özü-
nü göstərir. Belə fərqlər isə prinsiplərin əsasında duran təlim
qanunlarının kifayət qədər öyrənilməməsi ilə izah oluna bilər.
Təlim prinsipləri didaktik qanunlarla sıx bağlı
olduğundan
onları həmin qanunlar əsasında təsnif etmək daha düzgündür.
Təlim prinsipləri təlim prosesinin müxtəlif ünsürləri arasında
çoxcəhətli əlaqələri tənzim etməyə xidmət göstərir. Təlimin ün-
sürləri və qanunları ilə prinsipləri arasındakı əlaqələri nəzərdən
keçirək (
bax: cədvələ, səh.83).
Təlim prinsiplərinin göstərilən təsnifatı şərtidir, çünki real
təcrübədə təlim vahid, bütöv bir proses kimi cərəyan edir.
Prinsiplərin mahiyyətini ayrılıqda nəzərdən keçirək .
Dostları ilə paylaş: