90
ləbələrin fərdi xüsusiyyətlərini nəzərə almağı, hər kəsin inkişafı
üçün əlverişli şərait yaratmağı və təlimdə uğurlu fərdi cığırını
tapmağı tələb edir. Təlimdə fərdi yanaşmanın
vacibliyi onunla
bağlıdır ki, qrupdakı tələbələrin qüvvə və imkanları eyni deyil-
dir: bəziləri təlim materialını tez qavrayıb
uzun müddət yadda
saxlaya bildikləri halda, başqaları gec öyrənib tez də unudurlar.
Təlimdə fərdi fərqlər müxtəlif sahələrdə (bilik səviyyəsində, işgü-
zarlıqda, müstəqillik və fəallıq səviyyəsində, motivlərdə, iradi in-
kişaf səviyyəsində və s.) özünü göstərir. Müəllim bu göstəricilər
üzrə hər bir tələbənin fərdi xüsusiyyətlərindən çıxış edərək
təlimdə fərdi yanaşmanı həyata keçirir.
Bu
prinsipin tətbiqində müxtəlif qaydalar əsas götürülür:
- tələbələrin fərdi maraq və qabiliyyətlərini inkişaf etdir-
mək;
- fərdi fərqlərdən çıxış edərək tapşırıqları fərdiləşdirmək
və diferensiallaşdırmaq;
- zəif və yaxşı oxuyan tələbələrlə onların
səviyyələrinə
uyğun iş aparmaq (fərdi tapşırıqlar, əlavə məşğələlər, məs-
ləhətlər və s.), müəllimin köməyini fərdiləşdirmək;
- fərdi tədris planı ilə təhsil
alan tələbələrlə fərdi işi
gücləndirmək.
Təlim üçün zəruri şəraitin yaradılması prinsipi. Bu
prinsip təlim üçün lazımi şərait yaratmaqla onun səmərəsini
yüksəltməyi nəzərdə tutur. Qeyri-normal şəraitdə (məsələn, çox
isti və ya soyuq otaqda) keçilən təlimdən yüksək nəticə əldə et-
mək mümkün deyildir.
Bu prinsip belə bir qanuna əsaslanır:
təlim prosesi lazımi şəraitdə cərəyan etdikdə onun səmərəsi
artır və əksinə.
Təlim üçün zəruri şərait dedikdə
dörd qrup şərait nəzərdə
tutulur: a) tədris – maddi şərait (təlimin dərslik, dərs vəsaitləri,
əyani və texniki vasitələrlə təmin edilməsi); b) gigiyenik şərait
(auditoriyanın sahəsi, hava tutumu, temperaturu, işıqlığı və s.);
c) mənəvi-psixoloji şərait (demokratik
ünsiyyət, humanist mü-
nasibət, sağlam mənəvi-psixoloji iqlim, pedaqoji etika və s.); ç)
91
təlimdə estetik şərait (məktəbin
estetik tərtibi, münasibətdə,
nitq və davranışda gözəllik, geyim estetikası).
Bu
prinsip müəyyən qaydalarla həyata keçirilir:
- təlim üçün normal gigiyenik şərait yaratmaq;
- sağlam mənəvi-psixoloji
iqlim yaratmaq;
- müəllim-tələbə münasibətlərini humanistləşdirmək;
- tələbələrdə müsbət emosional vəziyyət yaratmaq.
Dostları ilə paylaş: