M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Dərsliklər və dərs vəsaitləri



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə60/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Dərsliklər və dərs vəsaitləri. Dərslik – tədris proqramı 


103 
əsasında və ona müvafiq tərtib edilən sənəddir: proqramda 
göstərilən mövzular dərslikdə açılır, elmi biliklər tələbələrin 
səviyyəsinə, təlim prinsiplərinə uyğun olaraq şərh edilir.
Dərslik tərtibində iki cəhət diqqət mərkəzində durmalıdır: 
məqsədin qoyuluşu – tələbələrdə öyrənmə motivi yaradılması (I 
ünsür); elmi biliklərin məzmununun didaktik cəhətdən işlən-
məsi (II ünsür). Bu vəzifələri ödəmək baxımından dərsliyin 
dörd tipi ayırd edilir: a) didaktik tip (hər iki ünsür nəzərə alı-
nır); b) doğmatik tip (I ünsür çatmır); c) deklarativ tip (II ünsür 
çatmır); ç) monoqrafik tip ( hər iki ünsür çatmır). Bunlardan I 
tip ən səmərəli, II və III tip qeyri-səmərəli, IV tip isə tam yarar-
sız dərslik tipi hesab olunur.
Dərslik müəyyən tələblərə cavab verməlidir: 
- proqrama uyğun olmalı, orada qoyulmuş məsələləri 
elmin son nailiyyətləri əsasında şərh etməlidir: 
- təlimin tərbiyəedici və inkişafetdirici vəzifələrinin həl-
linə kömək göstərməlidir; 
- tələbələrin müstəqil işi üçün istiqamət verməlidir; 
- metodik cəhətdən tələbələrin anlama səviyyəsinə mü-
vafiq tərtib edilməli, materialların mənimsənilməsinə kömək 
edən metodik aparata malik olmalıdır (suallar, tapşırıqlar, 
izahlar, nümunələr, əyanilik və s.); 
- dərslik səhiyyə-gigiyenik tələblərə cavab verməlidir 
(şriftərin ölçüsü, kağızın rəngi, sətirarası məsafələr və s.)
Yaxşı dərslik bu tələblərə cavab verməli, inkişaf edən 
elmlə ayaqlaşmalı, vaxtaşırı yeniləşdirilməli və təkmilləşdiril-
məlidir. Dərsliklə yanaşı dərs vəsaitləri də təhsilin məzmununun 
mənimsənilməsində mühüm rol oynayır. Tədris proqramına tam 
uyğun tərtib edilən dərslikdən fərqli olaraq dərs vəsaitləri proq-
ramın müəyyən bölmə və mövzularının geniş şərhinə həsr olu-
nur. Dərslik və dərs vəsaitlərindən əlavə təlimdə elektron tədris 
materiallarından da istifadə edilir (videodisklər, videokasetlər 
və s.). 
Müəllim təlim prosesində dərsliklərdən, dərs vəsaitlərin-


104 
dən, elektron tədris materiallarından kompleks halda istifadə et-
məlidir. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin