təlif nəzəriyyələr mövcud olmuşdur: maddi, formal və
dialektik təhsil nəzəriyyələri.
Maddi təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi tələbə-
lərə həyatda lazım olan bilik və bacarıqlar verməkdən ibarətdir;
buna müvafiq olaraq təlimdə əsas diqqət faydalı həyati biliklər
verən fənlərin tədrisinə yönəldilməlidir. Sonralar praqmatik
fəlsəfi cərəyanın nümayəndələri olan bəzi pedaqoqlar da
(C.Dyui, V. Kilpatrik və b.) bu mövqedə durmuşlar.
Formal təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi ağlı,
zehni qabiliyyətləri inkişaf etdirməkdir: bu halda insan istədiyi
biliyi müstəqil şəkildə əldə edə bilər. Təlimdə əsas diqqət zehni
inkişafa imkan verən fənlərin tədrisinə (qədim və müasir dil-
lərə, ədəbiyyata, riyaziyyata, məntiq və psixologiyaya) yönəl-
dilməlidir.
Göstərilən hər iki mövqe yanlış olub, təlimin əsas məq-
sədlərini bir-birinə qarşı qoyur. Bu birtərəfli, metafizik nəzə-
riyyələrdən fərqli olaraq dialektik təhsil nəzəriyyəsi təlimin hər
iki məqsədini vəhdətdə götürür: təlim həm bilik verməli, həm
də zehni qabiliyyətləri (ağlı) inkişaf etdirməlidir. Təlimdə ke-
çilən bütün fənlər bu məqsədlərin yerinə yetirilməsinə xidmət
99
etməlidir. Ali təhsilin məzmunu elə qurulmalıdır ki, tələbələr
elmi biliklərlə yanaşı, zehni qabiliyyətlərə, təfəkkür metod-
larına da yiyələnmiş olsunlar.
2. Ali təhsilin məzmunu, onu əks etdirən sənədlər
Ali təhsilin məzmunu müəyyən normativ sənədlərdə öz
əksini tapır. Təhsilin məzmununu əks etdirən sənədlərə daxildir:
a) tədris planı; b) tədris proqramları; c) təhsil proqramları
(kurikulumlar); ç) dərslik və dərs vəsaitləri.
Tədris planı – müəyyən tip təhsil müəssisəsində keçilən
fənlərin tərkibini, ardıcıllığını, hər fənnə ayrılan saatların miq-
darını, tədris ilinin strukturunu müəyyən edən dövlət sənədidir.
Tədris planları ixtisaslar üzrə dövlət təhsil standartlarına uyğun
olaraq ali təhsil müəssisələri tərəfindən tərtib və təsdiq edilir
(təhsil müəssisəsinin elmi şurasında). Tədris planlarıının baza
komponenti isə Təhsil Nazirliyi tərəfindən müəyyən olunur.
Tədris planında fənlər üç qrupa bölünür: a) məcburi və
ardıcıl öyrənilən fənlər. Buraya, əsasən, ixtisas fənləri daxildir;
b) məcburi, lakin qeyri-ardıcıl öyrənilən fənlər. Buraya, əsasən,
peşə hazırlığı və ümumi hazırlıq fənləri və s. daxildir; c) seçmə
fənlər. Buraya humanitar və sosial fənlər, seçmə kurslar və s.
daxildir. Bu fənlərin öyrənilməsi tələbələrin nəzəri-metodoloji
hazırlığını təmin etməyə, onlarda elmi dünyagörüşünü forma-
laşdırmağa imkan verir.
Tədris planında müəyyən ixtisas üzrə keçilən fənlər, hər
fənnə ayrılan kreditlərin sayı, saatlar o cümlədən auditoriya və
auditoriyadankənar saatların miqdarı, hər fənn üzrə mühazirə,
seminar və laboratoriya məşğələlərinə ayrılan saatlar, həftəlik
dərs yükü, kurs və semestr qeyd edilir.
Məsələn, Boloniya sistemində pedaqogika fənni ilə bağlı
tədris planı nümunəsini nəzərdən keçirək.
|