98
ləndirmə-emosional münasibətinin formalaşmasında ifadə olunur
və onun inamının, ideallarının əsasını təşkil edir. Hər hansı bilik
sahəsi və ya ideya tələbədə müsbət emosional münasibət, onun
həqiqiliyinə inam doğurmursa, bu halda həmin biliklərin və
ideyanın tam mənimsənilməsindən danışmaq çətindir.
Təhsilin məzmununun göstərilən komponentləri bir-birilə
sıx bağlı olub, birlikdə ümumi didaktik məqsədin həyata keçi-
rilməsini təmin edir. Təhsilin məzmunu bütöv təlim prosesinin
mühüm bir ünsürü olub digər ünsürlə ‒
təlimin məqsədi ilə şərt-
lənir. Optimallıq prinsipindən göründüyü kimi, təlimin məqsədi
onun məzmununu və digər komponentləri müəyyən edir. De-
məli, məqsəddən asılı olaraq məzmun dəyişir. Bəs, təlimin
(məktəbin) başlıca məqsədi nədir? Bu sualla bağlı pedaqogika
tarixində (XVIII-XIX əsrlər)
təhsilin məzmununa dair müx-
Dostları ilə paylaş: