M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə64/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Didaktik məqsədlər 
Təlim metodları 
1. Təsəvvürlərin formalaşdırıl-
ması (qavrama) 
1. Təsəvvürlərin formalaşdırılması 
(qavrama) metodları 
2. Nəzəri biliyin (anlayış və 
qanunların) mənimsədilməsi və 
möhkəmləndirilməsi (anlama 
və möhkəmlətmə) 
2. Nəzəri biliyin (anlayış və qa-
nunların) mənimsədilməsi və möh-
kəmləndirilməsi (anlama və möh-
kəmlətmə) metodları 
3. Bacarıq və vərdişlərin for-
malaşdırılması (tətbiqetmə) 
3. Bacarıq və vərdişlərin forma-
laşdırılması (tətbiqetmə) metodları 
4. Bilik, bacarıq və vərdişlərin 
yoxlanması (nəzarət) 
4. Təlimdə nəzarət metodları 
Metodların belə təsnifatı idrakın bütün pillələrini, habelə 
təlim prosesini bütövlükdə əhatə etməyə imkan verir: I qrup 
metodlar hissi qavramanı, II qrup – məntiqi idrakı, III qrup – 
biliklərin praktikaya və çalışmalara tərbiqini, IV qrup – nəzarət 
və qiymətləndirməni təmin edir. Əlbəttə, bu təsnifat (eləcə də 
bütün təsnifatlar) şərtidir, çünki təlim prosesində bütün metodlar 
qarşılıqlı əlaqədə çıxış edir, bir-birini tamamlayır. 
 
4. Təlim metodlarının səciyyəsi və əlaqəli tətbiqi 
Təsnifatdakı hər bir metodlar qrupu əsas didaktik məq-
sədlərin yerinə yetirilməsinə xidmət edir. 
1. Təsəvvürlərin formalaşdırılması (qavrama) metod-
ları. Hissi qavramanı təmin etmək, ətraf aləm haqqında dolğun 
təsəvvürlər yaratmaq məqsədi güdür. Bu qrup metodlara mü-


108 
şahidə, illüstrasiya, demonstrasiya və təsvir metodları daxildir. 
Müşahidə metodu müəyyən məqsədlə, planlı və sistemli 
şəkildə qavrama prosesinin təşkili metodudur. O, cisim və 
hadisələr haqqında ilkin təsəvvürlər aşılamağa, müşahidəçilik 
bacarığının və müstəqilliyin inkişafına kömək göstərir. 
Müşahidə metodunun səmərəsi onun düzgün təşkilindən 
asılıdır. Müşahidə bir neçə mərhələdə təşkil olunur: məqsədin 
aydınlaşdırılması, müşahidə planının və vasitələrinin müəyyən 
edilməsi, müşahidənin qeydə alınması və nəticə çıxarılması. 
 llüstrasiya metodu əyani vasitələrin köməyi ilə təlim 
materialının qavranmasını nəzərdə tutur. Əyani vasitələr müx-
təlif növdə olur: a) təbii əşyalar; b) şəkil və plakatlar; c) sxe-
matik materiallar (sxem, cədvəl, diaqramlar); ç) simvolik əyani 
vəsaitlər (xəritələr, qlobus). Məqsəd və məzmundan asılı olaraq 
əyani vasitələrin müxtəlif növləri seçilib tətbiq edilir. 
Demonstrasiya metodu əşya və hadisəni dinamikada, yəni 
dəyişmə və inkişaf halında nümayiş etdirmək metodudur. 
Buraya təcrübələr, kino, diafilmlər və televiziya verilişlərindən, 
kompüterdən istifadə daxildir. 
Əyani və texniki vasitələri toplamaq və sistemə salmaq 
üçün xüsusi filmotekalar yaradılır. Burada fənlər və mövzular 
üzrə kino, diafilm, diapozitiv və videolentlər toplanır. 
Təsvir metodu müəyyən fakt və hadisəni söz vasitəsilə 
tələbələrin təsəvvüründə canlandırmaq metodudur. Bu iki yolla 
- müəllimin hadisəni təsvir etməsi və kitabda (dərslikdə) təsvir 
yolu ilə həyata keçirilir. Bəzən bu iki təsvir növü vəhdətdə 
tətbiq olunur və bu əsasda daha dolğun təsəvvürlər yaradılır. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin