111
lərinə və ya əlamətlərinə ayırmaq məqsədi güdür. Bu metodlara
müqayisə (oxşarlıq və fərqi müəyyənləşdirmək), təsnifetmə
(əşya və faktları əsas əlamətlərinə görə ayırmaq), analogiya (bir
obyektlə bağlı biliyi digər obyektə keçirmək) və b. daxildir.
Sintetik metodlar obyektin ayrı-ayrı
hissə və əlamətlərini
fikrən bir tam halında birləşdirmək məqsədi güdür. Bu yolla
öyrənilən obyekt (cisim və hadisə) haqqında tam təsəvvür ya-
ranır. Sintetik metodlara sistemləşdirmə (obyektlərin müəyyən
prinsip (əlamət) əsasında sistemə salınması), ümumiləşdirmə
(ümumi xassəyə malik olan cisim və hadisələrin fikrən birləşdi-
rilməsi), konkretləşdirmə (ümumi müddəanın xüsusi hallara tət-
biq edilməsi), sübutetmə (fikirlərin əsaslandırılması) və b. me-
todlar daxildir.
nduktiv metod xüsusidən ümumiyə,
deduktiv metod isə
ümumidən xüsusiyə keçməklə əqli nəticə çıxarmaq metodudur.
Məntiqi metodlar digər təlim metodları ilə, xüsusən kitab
üzərində iş metodları ilə sıx bağlıdır.
Kitab üzərində iş metodları bilik mənbəyi kimi kitab-
dan müxtəlif məqsədlərlə istifadə etməyi nəzərdə tutur. Kitab
üzərində iş metodları və tərzləri çoxdur: əsas fikrin tapılması,
plan, tezis və konspekt tərtibi, oxunanları fikirdə nəzərdən ke-
çirmək, oxu metodları (tam və hissələrlə oxumaq) və s.
Təlimdə, bütün fənlərdə tələbələri kitab üzərində işə
geniş
cəlb etmək, təkcə dərslik və dərs vəsaitlərinə yox, eyni
zamanda ilk mənbələrə, lüğət və məlumat ədəbiyyatına,
bədii
ədəbiyyata istinad etmək vacibdir.
Dostları ilə paylaş: