115
larından da geniş istifadə edilir. Belə metodlara “əqli hücüm”
(və ya “beyin həmləsi”), “Dəyirmi masa”, “insert” metodu,
“bibo cədvəli” metodu, Venn diaqramı metodu, şaxələndirmə
(klaster) metodu, ziqzaq (ekspert) metodu və b. daxildir.
“
Əqli hücüm” (“Beyin həmləsi”)
metodu tələbələri
fəallaşdırmağa, müstıqilliyi inkişaf etdirməyə xidmət edir. Bu
metodda qrup iki yarımqrupa bölünür, 3 tələbə ekspert rolunda
çıxış edir. Əvvəlcə müəllim məşğələnin gedişi haqda məlumat
verir, problemləri irəli sürür. Sonra I yarımqrup müəllimin irəli
sürdüyü problemin həlli yolları ilə bağlı mülahizələrini bildirir.
II yarımqrup onların fikirlərinə tənqidi yanaşır, münasibət
bildirir, problemin həlli üçün irəli sürdükləri ideyaları təhlil
edib,
qiymətləndirir, düzgün hesab etdikləri həll variantlarını
müəyyənləşdirir və düzgün cavab siyahısına yazılır. Ekspertlər
hər iki yarımqrupun fəaliyyətini təhlil edib qiymətləndirir, düz-
gün ideyaları qeyd edirlər. Bu metod tələbələrdə təhlil və ya-
radıcılıq qabiliyyətlərinin formalaşmasına müsbət təsir göstərir.
“Dəyirmi masa” metodu şifahi və yazılı şəkildə keçirilə
bilər. Şifahi “dəyirmi masa” iştirakçıları qoyulmuş problem-
lərlə bağlı fikirlərini söyləyir, başqalarının fikirlərinə münasibət
bildirir, öz fikirlərini əsaslandırırlar.
Müəllim və ya ekspert qru-
pu tələbələrin fəaliyyətini təhlil edib, deyilənləri ümumiləşdirir.
Yazılı formada bu iş yazılı şəkildə aparılır.
“İnsert” metodu təlim materialı üzərində tələbənin fəal
zehni işi ilə bağlıdır. Tələbə mətni oxuduqca müəyyən işarələr
sistemindən istifadə edir. O, karandaşla vərəqin qırağında yeni
informasiyanı
+ işarəsi ilə, məlum məsələni
v işarəsi ilə, əlavə
məlumat tələb edən məsələni
? işarəsi ilə, əvəllki biliklərlə zid-
diyyət təşkil edən informasiyanı isə
‒ işarəsi ilə qeyd edir. Bu
metod materialı şüurlu mənimsəməyə,
təhlil və ümumiləşdirmə,
qiymətləndirmə və tənqidilik bacarıqlarının inkişafına kömək
göstərir.
“Bibo cədvəli” metodu da buna yaxındır. Tələbə mətni
oxuyub cədvəldə cavab yazır: nəyi bilirik?,
nəyi bilmək
116
istəyirik?, nəyi öyrəndik? Sonra tələbələrin cavabları kollektiv
və ya fərdi şəkildə təhlil olunub müəllim və ya ekspertlər
tərəfindən qiymətləndirilir.
“Venn diaqramı” metodu tələbələrdə təhlil və müqayisə
bacarıqlarını inkişaf etdirməyə xidmət edir.
Tələbələr verilən
iki obyekti (hadisəni) müqayisə edib, onların oxşar və fərqli cə-
hətləri cədvəl və ya diaqram şəklində yazırlar. Məsələn, həndə-
sədən kvadrat və düzbucaqlını müqayisə etmkələ diaqram tərtib
olunur:
Bütün tərəflər
4 tərəfi
Qarşı tərəflər
bərabərdir
4 təpəsi
bərabərdir
4 düz bucağı
Dostları ilə paylaş: