M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Problem-axtarış metodları



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə68/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Problem-axtarış metodları təlimdə tələbələrin zehni 
fəallığını, müstəqilliyini təmin edən metodlardır. Bu halda 
tələbələr qarşısında müəyyən problemlər qoyulur və onlar bu 
problemlərin həllinə cəlb edilir. 
Tələbələrin zehni fəallığının səviyyəsindən asılı olaraq 
problem-axtarış metodları müxtəlif növlərdə olur: problemli 
şərh (müəllim problemi özü həll edir), qismən axtarış (problem 
qismən tələbələrin iştirakı ilə həll olunur), tədqiqatçılıq (prob-


112 
lem tələbələr tərəfindən müstəqil həll olunur) metodları. 
Tədqiqatçılıq metodu tələbənin daha yüksək müstəqilliyi-
nə əsaslanır. Bu zaman tələbə problemli təlimin bütün pillələ-
rini müstəqil yerinə yetirir. Problemli təlimin pillələrinə aşa-
ğıdakılar daxildir: 
1) fakt və hadisələrin müşahidəsi və təhlili; 
2) problemin (həlli tələb olunan məsələnin) qoyuluşu; 
3) problemin həlli yollarının axtarışı (kollektiv müza-
kirəsi): fərziyyələrin irəli sürülməsi və yoxlanması; 
4) problemin həllinə dair nəticə çıxarılması. 
Müəllim tələbələri problemli təlimin bütün mərhələlərinə 
cəlb etməli, elmi idrak metodları ilə onları tanış etməli, tədricən 
problemin müstəqil həlli üçün tədqiqatçılığa alışdırmalıdır.
3. Bacarıq və vərdişləri formalaşdıran metodlar. Bu 
metodlar nəzəri biliyi tətbiq etdirməklə bacarıq və vərdiş ya-
ratmaq məqsədi güdür. Bu qrupa çalışmalar, praktik və la-
borator işlər, didaktik oyunlar və s. daxildir. 
Çalışmalar metodu bir çox fənlərdə geniş yayılmış me-
toddur. Çalışmalar müxtəlif növdə olur: yazılı, şifahi, qrafik, 
musiqi, bədən tərbiyəsi çalışmaları. Tələbələrin müstəqillik sə-
viyyəsindən asılı olaraq çalışmaların üç tipi ayırd edilir: nümu-
nə üzrə çalışmalar (hazır nümunə əsasında icra edilir), variativ 
çalışmalar (biliklərin yeni şəraitdə tətbiqinə əsaslanır), yaradıcı 
çalışmalar (biliklərin müxtəlif hallara yaradıcı tətbiqinə əsas-
lanır). 
Praktik işlər nəzəri bilikləri hər hansı əməli işlərə tətbiq 
etmək metodudur: ölçmə, hesablama işləri, tədris-təcrübə sahə-
sində iş, bitki becərilməsi, təcrübəçilik və konstruktorluq işləri 
və s. Praktik işlər müəllimin təlimatı ilə başlayır: müəllim nəyi 
və necə görmək haqda izahat verir. Sonra tələbələr əməli işi 
müstəqil yerinə yetirirlər. Müəllim bu zaman nəzarət edir, isti-
qamət verir. Axırda görülmüş işlər yekunlaşdırılıb qiymətlən-
dirilir. 
Laborator məşğələlər tələbələrin müstəqil təcrübələr və 


113 
müşahidələr aparması metodudur. Məs., mikroskop altında can-
lıları öyrənmək, hava, bitki və heyvanlar üzərində uzunmüddət-
li müşahidələr aparmaq, müxtəlif təcrübələr qoymaq və s. belə 
işlərdəndir. 
Laborator məşğələlər iki növdə olur: frontal məşğələlər 
və praktikumlar. 
Frontal məşğələdə bütün tələbələr eyni işi, təcrübəni ye-
rinə yetirir, praktikum zamanı isə kiçik qruplarla (3-5 nəfərlik) 
müxtəlif işi, təcrübələri icra edirlər. Birinci halda müəllim 
şifahi, ikinci halda isə yazılı təlimatdan istifadə edir. Axırda gö-
rülmüş işlərə yekun vurulur, onlar təhlil edilib qiymətləndirilir. 
Didaktik oyun metodları biliklərin möhkəmləndirilməsi, 
tətbiqi məqsədi güdən idrak oyunlarıdır. 
Son vaxtlar işgüzar rollu oyunlardan geniş istifadə olu-
nur. Məs., xarici dil dərslərində tələbələrə müxtəlif rollar (səy-
yah, müəllim, həkim, satıcı, alıcı, sürücü və s.) tapşırılır, hərə 
öz rolunu ifa edir. Bu metodla keçilən eksperimental dərslər 
(Q.Kitayqorodskayanın intensiv metodu) göstərir ki, tələbələr 
xarici dili daha tez və həvəslə öyrənirlər. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin