M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə76/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 
Tədqiqatın 
icrası 
(fərziyyələr) 

 
Kollektiv 
müzakirə 

 
Nəticə 
çıxarılması 
Fəal təlim texnologiyasında çox müxtəlif interaktiv me-
todlardan (“beyin həmləsi”, diskussiya, müzakirə, mətn üzrə iş, 
situativ təhlil, sxem və cədvəllərlə iş, işgüzar rollu oyunlar və 
s.) istifadə edilir. 
Oyun texnologiyaları. Təlim oyunları biliklərin möh-
kəmləndirilməsi və tətbiqində, tələbələrin zehni inkişafında, 
təlimə marağın artmasında, emosional mühit yaradılmasında 
yaxşı vasitə rolunu oynayır. Təlim oyunlarının növləri müxtə-
lifdir: didaktik oyunlar, işgüzar rollu oyunlar, oyun-tapmacalar
oyun-yarışlar, oyun situasiyalarının yaradılması və s.. Didaktik 
oyunlar müəyyən didaktik vəzifənin həllinə xidmət edir (sözü, 
cümləni tamamla; dinməcə oyunu; fiquru, bitkini tap və s.). İş-
güzar rollu oyunlar hər hansı bir problemə müxtəlif mövqedən 
yanaşmağı tələb edir. Tələbələr bu yolla hadisələrin iştirakçısı 
olmaq, mövcud vəziyyətə başqalarının gözü ilə baxmaq imkanı 
qazanırlar. Oyun belə bir ardıcıllıqla keçir: 
Oyuna 
hazırlı


 
Rol 
bölgüs
ü 

Təlima


 
Oyunun 
keçirilməs


 
Oyunun 
müzakirəs



123 
Oyun – tapmacalar, oyun-yarışlar təlimdə gərginliyi 
götürmək, tələbələrin fəaliyyətini canlandırmaq məqsədi güdür. 
Məsələn, «Sözü, anlayışı tap» oyun-tapmacasında tələbələr ve-
rilmiş əlamətlərə görə müvafiq sözü, anlayışı tapırlar. Məsələn, 
«XVI əsrin əvvəli», «Təbriz», «Şah İsmayıl» sözlərinə görə və-
rəqin arxasında yazılmış sözü, ifadəni («Səfəvilər dövləti») tap-
maqla bağlı müəllim tarixçi tələbələrlə oyun-tapmaca keçirir. 
Göstərilən oyun metod və priyomlarından yerinə görə – 
didaktik məqsəd və vəzifədən, mövzunun xüsusiyyətindən asılı 
olaraq istifadə edilir.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin