M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə72/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Təlimin vasitələri. Təlimin səmərəli təşkilində təlim va-
sitələrinin, xüsusən texniki vasitələrin tətbiqi mühüm əhəmiy-
yət kəsb edir. Təlimin vasitələrini üç qrupa bölmək olar: a) təd-
ris-əyani vəsaitlər; b) tədris avadanlıqları; c) təlimin texniki 
vasitələri. 
Tədris-əyani vəsaitlər təlimdə əyaniliyin ifadəsi kimi ge-
niş tətbiq olunur. Belə vəsaitlərə şəkil, cədvəl, sxem, diaqram 
və xəritələr, didaktik materiallar ‒ paylama materialları, fərdi 
tapşırıq vərəqləri (kartoçkalar), dərsliklər, dərs vəsaitləri (mün-
təxəbatlar, çalışma kitabları, lüğət və məlumat kitabları, atlaslar 
və s.) daxildir. 
Tədris avadanlıqlarına müxtəlif cihaz və qurğular, alət və 
dəzgahlar daxildir. 
Təlimin texniki vasitələrinə maşınlar, elektron resurslar 
aiddir. Onlar bir neçə qrupa bölünür: 
- audovizual vasitələr (tədris kinosu, televiziya, tədris 
proqramları, videomaqnitafon, kodoskop, epidiaskop, diapro-
yektorlar); 
- səs-texniki vasitələr (radio, maqnitafon, patefon və s.); 
- təlim maşınları (EHM-lər, mikrokalkulyatorlar, kompü-
terlər, displey auditoriyaları, avtomatlaşdırılmış auditoriyalar); 
- elektron təlim materialları (videodisklər, videokasetlər, 
elektron dərsliklər və məlumat kitabları); 
- proqramlaşdırılmış təlim vasitələri (proqramlaşdırılmış 
dərsliklər, siqnal kartoçkaları, perfokartlar və s.). 
Təlim vasitələri əyaniliyi qüvvətləndirir, tələbələrin 
diqqət və fəallığını artırır, təlimin emosional təsirini və fənnə 
marağı gücləndirir. Müəllim yeri gəldikcə təlim vasitələrindən 


119 
istifadə etməklə təlimin səmərə və keyfiyyətini yüksəldə bilər. 
5. Təlim texnologiyaları 
Müasir tədqiqatlar göstərir ki, təlim prosesinin səmərə-
liliyi pedaqoji texnologiyaların düzgün seçilib tətbiq edilmə-
sindən çox asılıdır (“Texnologiya” yunanca “ustalıq”, “baca-
rıq” mənasını verir). Hazırda dünya təcrübəsində pedaqoji 
texnologiyalar geniş tətbiq edilir.
Təlim texnologiyası dedikdə, qarşıya qoyulmuş məqsəd 
baxımından təlimin təşkili və idarə edilməsinə yönəlmiş əmə-
liyyatlar sistemi başa düşülür. Bu zaman təlimin bütün kom-
ponentləri – məqsəddən nəticəyə və onun qiymətləndirilməsinə 
qədər bir sistem halında götürülür.
Təlim texnologiyası mürəkkəb quruluşa malikdir. Onun 
aşağıdakı struktur ünsürlərini qeyd etmək olar: təlimin məq-
sədləri, təhsilin məzmunu, pedaqoji ünsiyyət vasitələri, 
motivlər, təlim prosesinin təşkili, tələbə-müəllim münasibətləri, 
təlimin nəticələri (o cümlədən, tələbənin peşə hazırlığı səviy-
yəsi). Bu proseslər bir-birilə qarşılıqlı əlaqədə cərəyan edir. 
Təlim fexnologiyalarının növləri çoxdur: ənənəvi və fəal 
təlim texnologiyaları, proqramlaşdırılmış və problemli təlim
inkişafetdirici təlim texnologiyaları, pedaqoji oyun, məsafədən 
təhsil texnologiyaları və s. Onlardan bəzilərini qısaca nəzərdən 
keçirək. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin