M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Mühazirəyə verilən tələblər



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə80/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Mühazirəyə verilən tələblər. Yaxşı mühazirə necə 
olmalıdır? O, hansı tələblərə cavab verməlidir? Mühazirənin 
səmərəli olması üçün ona müəyyən pedaqoji tələblər verilir. 
Belə tələblər çoxdur. Onları bir neçə qrupda birləşdirmək olar: 
1) Mühazirənin məzmununa verilən tələblər: mühazirə 
tədris proqramına uyğun olmalıdır; elmin müasir səviyyəsini 
əks etdirməli, mövzu elmi cəhətdən düzgün şərh edilməli
mühazirədə təlimin prinsipləri gözlənilməlidir (sistematiklik, 
nəzəriyyə və təcrübənin vəhdəti, şüurluluq və fəallıq, əyanilik, 
müvafiqlik və s). 
2) Mühazirəçinin nitqinə verilən tələblər: mühazirəçinin 


128 
nitqi aydın, sadə, yığcam, ədəbi dil normalarına uyğun, anla-
şıqlı, canlı olmalıdır; nitqin tempi orta (adi danışıq tempində), 
tonu dəyişkən olmalıdır (danışığın məzmununa uyğun olaraq 
ton dəyişməlidir); nitq texnikasından (diksiya, intonasiya, mən-
tiqi vurğu, pauza və s.), mimika və jestlərdən düzgün istifadə 
etməlidir. Mühazirəçinin nitq üslubu müxtəlif üslubların ele-
mentlərini (elmi-kütləvi, publisistik, bədii-obrazlı) özündə bir-
ləşdirən elmi üslubda olmalıdır. 
3) Mühazirənin estetik, mənəvi-psixoloji mühitinə verilən 
tələblər: mühazirədə yüksək mənəvi-psixoloji iqlim hökm sür-
məlidir (xeyirxahlıq, humanizm, qarşılıqlı inam, anlaşma, mə-
dənilik, əməkdaşlıq); mühazirədə estetik mühit, müsbət emo-
sional fon yaradılmalıdır (yüksək əhval-ruhiyyə, gümrahlıq, 
yaradıcı mühit, gözəllik mühiti, yüksək münasibət, nitq, dav-
ranış və geyim gözəlliyi); müəllim yumor hissinə malik olmalı, 
mülayimlik və ciddiliyi uzlaşdırmağı bacarmalıdır. 
4) Mühazirədə tələbələrin fəaliyyətinə verilən tələblər
mühazirə prosesində tələbələrin fəallığı təmin olunmalı, bu 
məqsədlə müxtəlif priyomlardan istifadə edilməlidir: problem 
vəziyyət yaratmaq, tələbələri problemlərin həlli ilə bağlı müla-
hizələr yürütməyə, diskussiya və dialoq ünsürlərinə, qeydlər 
götürməyə sövq etmək; diqqəti cəlb etmək məqsədi ilə mövzu 
ilə bağlı maraqlı faktlar, həyati misallar gətirmək; auditoriya ilə 
əks əlaqə yaratmaqla diqqəti yayınan və intizamsızlıq edən 
tələbələri müxtəlif yollarla (göz kontaktı, ciddi baxış, mimika, 
jest, ötəri xəbərdarlıq və s.) ümumi işə qoşmaq; müəllimin 
danışığına auditoriyanın reaksiyasını duymaq (laqeydlik, kənar 
işlə məşğul olmaq, söhbət etmək, gözüaçıq və gözüyumulu 
yatmaq, replikalar və s.) və öz fəaliyyətində müvafiq korrektə 
işi aparmaq.
Mühazirəyə verilən bütün bu və ya digər tələblərə cavab 
vermək üçün müəllim mühazirəyə ciddi hazırlaşmalı, mühazi-
rənin təşkilati tərəfinə, quruluşuna da ciddi fikir verməlidir. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin