131
seminarın mövzusunu, plan və ədəbiyyatını tələbələrə çatdırır.
Seminar-diskussiya (disput) elmi mübahisə doğuran
mövzularda keçirilir. Burada tələbələr məsələyə (problemə)
münasibətlərini bildirir, öz mövqelərini ifadə edib əsaslandır-
mağa, başqalarının mövqelərini təkzib etməyə çalışırlar. Müəl-
lim tələbələrə mübahisə etməyi,
bir-birini dinləməyi, başqala-
rının fikirlərinə hörmət etməyi, tərəf-müqabilinə münasibətdə
dözümlülük (tolirantlıq) göstərməyi, bu zaman pedaqoji etika
tələblərinə riayət etməyi öyrətməlidir.
Referativ seminarlar tələbələrin
müəyyən mövzular üz-
rə referat hazırlayıb seminarda çıxış etməsi ilə bağlıdır. Sonda
müəllim çıxışları təhlil edib qiymətləndirir.
Referativ seminarlar bəzən
seminar-mühazirə forma-
sında təşkil olunur. Bu halda bir və ya iki tələbə müəllimin
məsləhəti və istiqaməti əsasında nisbətən geniş məruzə və ya
tezislər hazırlayıb seminarda çıxış edirlər.
Bir neçə tələbə aktual mövzularda məruzə və ya referat
hazırlayıb çıxış etdikdə
seminar-nəzəri konfrans formasından
istifadə olunur. Bu zaman daha ciddi, yaradıcı müzakirələr
gedir, məruzəçilər qoyulmuş suallara əsaslandırılmış cavablar
verir, öz ideya və mövqelərini müdafiə etməyə çalışırlar.
Müzakirələr diskussiya, disput xarakteri ala bilər.
Tələbələri seminar məşğələlərinə hazırlamaq məqsədi ilə
proseminar formasından istifadə olunur. Proseminar seminarqa-
bağı seminar da adlanır və adətən I, II kurslarda aparılır. Müəl-
lim tələbələri seminar forması, onun təşkili, seminara hazırlıq
məsələləri ilə tanış edir, habelə ədəbiyyat üzərində müstəqil iş,
icmal tərtibi, seminarda çıxış etmək qaydası haqqında
məlumat
verir.
Tələbələrin seminar məşğələlərinə hazırlaşdırılması son-
rakı kurslarda da davam etdirilir. Son kurslarda, xüsusən ma-
gistratura pilləsində daha ciddi – tədqiqat xarakterli seminarlara
geniş hazırlıq işi aparılmalıdır. Bu hal
xüsusi seminarlar,
se-
minar-tədqiqatlar üçün daha səciyyəvidir. Belə seminar forma-
132
larında tələbələr, magistrlər elmi-tədqiqatlar aparmağı, mate-
rialları ümumiləşdirib tərtib etməyi öyrənirlər.
Bəzən seminarlar “
dəyirmi stol”, “
işgüzar oyun” for-
malarında keçirilir.
Seminar məşğələlərinin quruluşu fəndən, mövzudan,
məşğələnin məqsəd və məzmunundan asılı olaraq hər bir konkret
halda müəllim tərəfindən yaradıcılıqla müəyyən edilir.
Lakin
bütün seminar məşəğələləri üçün s
əciyyəvi struktur ünsürləri
vardır:
müəllimin giriş sözü (məqsəd qoyuluşu, motivasiya,
tələbələrin məşğələyə səfərbər edilməsi),
əsas hissə (qoyulmuş
məsələlərin
müzakirəsi, tələbələrin müzakirəyə cəlb edilməsi,
zəruri olduqda müəllimin müzakirəyə müdaxiləsi), müəllimin
yekun sözü (çıxışların təhlili, səhvlərin düzəldilməsi, qiymətlən-
dirmə, növbəti məşğələnin mövzusu, məqsədi, ona hazırlıqla
bağlı metodik tövsiyələrin verilməsi). Müəllim tələbələrin çıxış-
larını təhlil edib qiymət verərkən, tənqidi qeydlərini bildirərkən
diqqətli olmalı, pedaqoji takt gözləməlidir (tələbəni ələ salmaq,
kinayə etmək, yol verilən səhvə görə onu utandırmaq, ləyaqətinə
toxunmaq, gülüş obyektinə çevirmək yolverilməzdir).
Dostları ilə paylaş: