133
dəndir. Müəllim fənndən, mövzudan asılı olaraq praktik iş
növlərini seçib tətbiq edir. Məsələn, coğrafiyadan bu işlərin
köməyi ilə coğrafi və topoqrafik xəritələri oxumaq, müəyyən
coğrafi səthin planını tərtib etmək, təbiətdə müxtəlif müşahi-
dələr (meteoroloji, hidroloji, geomorfoloji və s.) aparmaq və s.
bacarıqlar aşılanır.
Keçilən mövzudan, məşğələnin məqsəd və vəzifələrin-
dən asılı olaraq praktik işləri
müxtəlif məkanda – auditoriyada,
tədris-təcrübə sahəsində, coğrafiya meydançasında, təbii şərait-
də, müxtəlif obyektlərdə aparmaq olar.
Praktik məşğələlərin quruluşu bir çox cəhətdən, seminar
məşğələləri ilə ümumilik təşkil edir:
giriş mərhələsində müəl-
lim iş üçün zəruri olan nəzəri bilikləri sorğu yolu ilə yada salır,
işin təşkili və təhlükəsizlik qaydalarına dair təlimat verir;
əsas
mərhələdə tələbələr praktiki işi müstəqil icra edir, müəllim
lazım gəldikdə ayrı-ayrı tələbələrə kömək göstərir, cari təlimat
verir.
Yekun mərhələsində görülən işlər təhlil edilib qiymət-
ləndirilir.
Praktik məşğələlərin səmərəli təşkili üçün müəyyən
şərtləri gözləmək lazımdır: a) tələbələr praktik işə ciddi hazır-
laşmalı, tətbiq ediləcək nəzəri bilikləri yaxşı mənimsəməlidir-
lər; b) müəllim praktik işlərin yerinə yetirilməsi priyomları ilə
tələbələri tanış etməlidir; c) işin icrası üçün lazım olan vəsait,
alət və avadanlıqlar əvvəlcədən hazırlanmalı və tələbələrin ha-
mısı təmin olunmalıdır; ç) müəllim tələbələrin müstəqilliyini
məhdudlaşdırmadan işlərin icrasına nəzarət etməli, zəruri hal-
larda istiqamət verməlidir; d) görülən işlər ciddi təhlil olunub
obyektiv qiymətləndirilməlidir.
Dostları ilə paylaş: