Tələbə elmi işləri
Ali təhsil iki başlıca fəaliyyətə ‒ tədris və elmi fəaliyyətə
əsaslanır. Bununla da o, orta və orta ixtisas məktəblərindəki tə-
limdən köklü surətdə fərqlənir. Ali təhsildə elm öyrənildiyi
139
üçün bu iki fəaliyyət sahəsi bir-biri ilə sıx vəhdət təşkil edir və
biri digərini şərtləndirir: elmin inkişafı təhsilə, təhsil də elmə
güclü təsir edir.
Digər tərəfdən, ali məktəbdə təlimin bir çox formaları (kurs
və diplom işləri və layihələri, buraxılış işləri, elmi xarakterli
laborator və praktik işlər, elmi seminarlar və s.) tələbələrdən
elmi axtarışlar, yaradıcılıq tələb edir. Deməli, tələbə elmi işləri
ali məktəbin tədris prosesinin zəruri tərkib hissəsini təşkil edir.
Gələcək mütəxəssis həm dərin elmi biliklərə yiyələnməli, həm
də yaradıcı fəaliyyətə hazırlanmalıdır. Buna görə də tələbələri
hələ aşağı kurslardan elmi fəaliyyətə cəlb etmək lazımdır.
Vaxtilə Zaqafqaziya Müəllimlər Seminariyasında bu sahədə
müsbət təcrübə əldə edilmişdir. F.B.Köçərli, U.Hacıbəyli,
R.B.Əfəndiyev və başqaları hələ tələbə ikən ciddi elmi-tədqiqat
işi ilə məşğul olmuş, bir çox əsərlərini seminariyada oxuyarkən
yazmağa başlamışlar.
Müasir şəraitdə tələbələrin elmi fəaliyyəti iki yolla həyata
keçirilir:
a) auditoriya məşğələləri ilə bağlı işlər; b) auditoriyadan-
kənar elmi işlər.
Birinci halda tələbənin elmi fəaliyyəti tədris prosesinin
tərkib hissəsi kimi özünü göstərir. Belə elmi axtarıcılıq işləri
tələbə tədris tədqiqat işləri (TTT ) adlanır. Buraya kurs işləri və
layihəsi, diplom işləri və layihəsi, buraxılış işləri, habelə
mühazirə, seminar, laborator və praktik məşğələlərlə, istehsalat
və pedaqoji təcrübə ilə əlaqədar, habelə xüsusi kurs və se-
minarlar üzrə tədqiqat xarakterli tapşırıqların icrası və s. da-
xildir. Tədrislə bağlı tədqiqat işləri fənn və mövzudan, qarşıya
qoyulan təlim məqsədindən asılı olaraq tələbələri çox müxtəlif
elmi fəaliyyətə cəlb etməyi nəzərdə tutur. Məsələn, müəyyən
bir problem üzrə müxtəlif mənbələri oxuyub təhlil etmək, ümu-
miləşdirmək, təsnifat aparmaq, eyni problemlə bağlı müxtəlif
konsepsiyaları müqayisə etmək, qruplaşdırmaq, onlara tənqidi
münasibət göstərmək və s. Kurs, buraxılış və diplom işləri,
140
elmi-tədqiqat xarakterli iş formaları mümkün qədər nəzəri və
təcrübi-eksperimental səciyyə daşımalıdır.
Ali məktəbdə tələbələri elmi işə cəlb etməyin ikinci yolu
auditoriyadankənar elmi fəaliyyətin təşkilidir. Bu cür elmi işlər
tələbə elmi-tədqiqat işləri (TET ) şəklində özünü göstərir. Ha-
zırda universitetlərdə TETİ-nin müxtəlif formaları fəaliyyət
göstərir: tələbə elmi dərnəkləri, elmi klublar; tələbə elmi la-
boratoriyaları; elmi konfranslar, seminar və simpoziumlar; fənn
olimpiadaları; tələbə elmi işlərinin müsabiqəsi; yay elmi mək-
təbləri; tələbə konstruktor bürosu; təsərrüfat müqaviləsi üzrə
tədqiqat işləri və s.
Elmi fəaliyyətlə məşğul olan tələbələr tələbə elmi cəmiy-
yətində (TEC) birləşirlər. TEC bu istiqamətdə tələbələrlə işin
mərkəzi və təşkilatçısıdır. O, tələbələri cəmiyyətin fəaliyyətinə
cəlb edir, elmi birliklərin işinə nəzarət edir, kütləvi elmi tədbir-
ləri (elmi konfranslar, seminarlar, olimpiadalar, müsabiqələr və
s.) hazırlayıb həyata keçirir. TEC kafedralarla sıx əməkdaşlıq
edir, tələbə elmi dərnək və klublarına kömək göstərir. Fəal,
yaradıcı tələbələrdən biri TEC-in sədri seçilir. Tələbə elmi cə-
miyyətinin ümumi yığıncağı TEC şurasını seçir (1 il müddə-
tinə), şura cəmiyyətin işinə təşkilati rəhbərliyi təmin edir. Uni-
versitetdə tələbə elmi işinə ümumi rəhbərliyi rektor, bilavasitə
rəhbərliyi isə elmi işlər üzrə prorektor və kafedra müdirləri hə-
yata keçirir. Tələbə elmi işinə kafedranın rəhbərliyi müxtəlif
istiqamətlərdə təmin olunur:
a) kafedra nəzdində tələbə elmi dərnəklərinin təşkili;
b) kafedra və laboratoriyaların elmi-tədqiqat mövzularının
işlənməsində tələbələrin iştirakı;
c) istehsalat və pedaqoji təcrübə dövründə tələbələrin elmi-
tədqiqat xarakterli tapşırıqları yerinə yetirmələri;
ç) ümumi tədqiqat planı və ya xüsusi tematika üzrə kurs,
diplom və laborator işlərinin icrası və s.
1. TTTİ və TETİ gələcək mütəxəssislərin yaradıcı şəx-
siyyətlər kimi formalaşmasına kömək göstərir. Elmi işdə fəal
141
iştirak edən tələbələr gələcəkdə elmi-tədqiqat fəaliyyətini daha
da genişləndirir, magistr, doktorant kimi elmi pillələri uğurla
keçirlər.
Dostları ilə paylaş: |