M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Seminar məşğələlərində tələbələrin cavablarına görə



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə94/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Seminar məşğələlərində tələbələrin cavablarına görə 


152 
balların hesablanması. Seminar məşğələlərinə görə tələbənin 
biliyinin qiymətləndirilməsi jurnaldakı qiymətlər (sorğu və kol-
lokvium qiymətləri) əsasında orta bal çıxarılmaqla hesablanır. 
Seminar məşğələlərində tələbənin jurnalda ən azı 3 qiyməti 
olduğu halda ona ballar hesablanır. Əks təqdirdə ona bal ayrılmır. 
Seminar məşğələlərində tələbələrin qiymət meyarları 
aşağıdakı kimidir: 
10 bal – tələbə proqram materialını dərindən başa düşür, 
cavabı dəqiq və hərtərəflidir. Əvvəllər keçilən mövzulara dair bütün 
suallara düzgün və inamlı cavab verir. 
9 bal – tələbə proqram materialını tam başa düşür, cavabı 
dəqiqdir, mövzunun məzmununu aça bilir. Əvvəllər keçilən möv-
zulara dair sualların çoxuna düzgün cavab verir. 
8 bal – tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol 
verir. Keçilənlərə dair sualların bəzilərinə inamsız cavab verir. 
7 bal – tələbə materialı yaxşı başa düşür, lakin bəzi məsələləri 
əsaslandıra bilmir. Keçilənlərə dair sualların bir qisminə dəqiq cavab 
vermir. 
6 bal – tələbənin cavabı əsasən düzgündür. Keçilənlərə dair 
müəyyən suallara cavab verməkdə çətinlik çəkir. 
5 bal – tələbənin cavabında çatışmazlıqlar var, materialı tam 
əhatə edə bilmir. Keçilənlərə dair suallara müəllimin köməkliyi ilə 
cavab verir. 
4 bal – tələbənin cavabı qismən doğrudur, lakin materialı izah 
edərkən bəzi səhvlərə yol verir. Keçilən mövzulara dair suallara 
cavabında da səhvlərə yol verir. 
3 bal — tələbənin mövzudan xəbəri var, lakin fikrini 
əsaslandırmağı bacarmır. Keçilənlərə dair sualların çoxuna yanlış 
cavablar verir. 
1-2 bal tələbənin mövzudan qismən xəbəri var. Keçilənlərə 
dair suallara cavab verə bilmir. 
0 bal – mövzunu öyrənməyib. 
Seminar məşğələlərinə görə balların hesablanma qaydası 
belədir (bakalavr pilləsi üçün): 1) Jurnalda ballar toplanır 
(4+5+6=15 bal); 2) Orta bal tapılır (15: 3=5 bal); 3) Alınan 
nəticə fənnin maksimum bal həddinə vurulur (5

2,5 = 12,5 bal). 


153 
Seminar məşğələləri üzrə yekun balların düzgün çıxarılması 
üçün fənni tədris edən müəllim məsuliyyət daşıyır. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin