M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


III BÖLMƏ  TƏRBİYƏ NƏZƏRİYYƏSİ



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə96/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   142
Ali mekteb pedaqogikasi-kitab

III BÖLMƏ 
TƏRBİYƏ NƏZƏRİYYƏSİ 
 
VIII fəsil 
Ali məktəbdə tərbiyə işinin mahiyyəti, prinsip və metodları 
 
Plan: 
1. Tərbiyənin mahiyyəti və xüsusiyyətləri 
2. Tərbiyənin qanunauyğunluqları və prinsipləri 
3. Tərbiyə metodları 
4. Tərbiyə texnologiyası: fərdi təsir mexanizmi 
1. Tərbiyənin mahiyyəti və xüsusiyyətləri 
Tərbiyə prosesini elmi əsasda qurmaq üçün onun ma-
hiyyətini düzgün başa düşmək lazımdır. 
Pedaqogika tarixində tərbiyəyə müxtəlif baxışlar olmuş-
dur. Orta əsrlərdə tərbiyəyə insanı idarə etmək vasitəsi kimi 
baxılırdı: uşaq qoyulmuş qaydalara, böyüklərin tələblərinə tabe 
olmalı idi. Belə tərbiyə avtoritar tərbiyə adlanırdı. Onun əsas 
vasitələri nəzarət, cəza, tələb, əmr, qadağan idi. 
Kapitalizmin inkişafı ilə əlaqədar tərbiyəyə yeni baxışlar 
meydana çıxdı. Tərbiyə insanın təbii qüvvələrini inkişaf etdi-
rən, onun sərbəst inkişafını təmin edən vasitə kimi başa düşü-
lürdü. Bu əsasda azad tərbiyə ideyası irəli sürüldü (J.J.Russo). 
Bu ideya Rusiyada L.N.Tolstoy tərəfindən müdafiə olunmuş-
dur. 
Tərbiyəyə müasir baxış həm avtoritar, həm də azad tər-
biyəni inkar edir: birinci halda tərbiyə insan şəxsiyyətini boğur, 
fəallığını məhdudlaşdırırsa, ikinci halda kortəbiiliyə, ifrat sər-
bəstliyə gətirib çıxarır. Tərbiyə insana müəyyən sərbəstlik 
verməklə ağıllı pedaqoji rəhbərliyi uzlaşdırmağa əsaslanmalı-
dır. Müasir pedaqogika tərbiyəyə şəxsiyyətin ahəngdar forma-
laşması və inkişafı prosesi kimi baxır. Tərbiyəçi və tərbiyə olu-
nan ümumi məqsəd üçün birgə qüvvə ilə çalışan fəal tərəflər 
kimi qəbul olunur. Tərbiyə insana birtərəfli təsir kimi yox, 


155 
pedaqoji əməkdaşlıq kimi başa düşülür. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin