M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Tərbiyəyə kompleks yanaşma prinsipi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə104/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Tərbiyəyə kompleks yanaşma prinsipi. Bu prinsip tərbiyə 
işinin bütün sahələrini, müxtəlif fəaliyyət növlərini vəhdətdə 
həyata keçirməyi nəzərdə tutur. Kompleks yanaşma prinsipi bütöv 
pedaqoji prosesin öz mahiyyətindən irəli gəlir: pedaqoji proses 
ideya-siyasi, əxlaq, əmək, estetik, fiziki tərbiyə vəzifələrini vəh-
dətdə həyata keçirməklə şəxsiyyətin ahəngdar inkişafını təmin et-
məyə istiqamətlənir. Vahid pedaqoji prosesin hər hansı bir sahəsi 
çatışmadıqda tərbiyənin ümumi məqsədinə nail olmaq mümkün 
deyildir. 
Kompleks yanaşma bütöv tərbiyə sisteminin, eləcə də onun 
hər bir tərkib hissəsinin səmərəsini yüksəltməyə, tərbiyə işində 


165 
birtərəfliliyi aradan qaldırmağa imkan verir. 
Tərbiyəyə kompleks yanaşma habelə bu prosesdə iştirak 
edən bütün qüvvələri (müəllim, valideyn, tələbə və onun yol-
daşları, ictimai təşkilatlar, tələbə kollektivləri və s.) əlaqələn-
dirməyi nəzərdə tutur. 
Tərbiyədə pedaqoji rəhbərliklə insanın təşəbbüs və 
özfəaliyyətinin əlaqələndirilməsi (əməkdaşlıq) prinsipi. Bu 
prinsip pedaqoji nəzarətlə insanın sərbəstliyini əlaqələndirməyi, 
pedaqoji əməkdaşlığı nəzərdə tutur. Bu sahədə tərbiyə təcrü-
bəsində iki cür səhvə yol verilir: ya insan tam sərbəst, özbaşına 
buraxılır, ya da onun hər addımına nəzarət edilir, ona daim qəy-
yumluq göstərilir. Hər iki hal zərərlidir. Birinci halda insan tam 
sərbəst olur, öz ağlı ilə hərəkət edir, heç kəslə hesablaşmır. İkinci 
halda o, başqalarından (böyüklərdən) asılı olur, heç bir sərbəst 
addım ata bilmir, aciz və passiv olur. 
Bu sahədə orta xətt götürmək lazımdır; insana müəyyən 
sərbəstlik verməklə yanaşı, ona ağıllı pedaqoji rəhbərlik etmək, 
düzgün yol göstərmək vacibdir. Lakin bu zaman tərbiyəçi (va-
lideyn) özünü hakimi-mütləq kimi yox, yaşlı yoldaş, məslə-
hətçi, təcrübəli insan və dost kimi aparmalıdır. Tərbiyəçi-
müəllim tələbənin hər addımına nəzarət etməməli, onun müs-
təqillik və təşəbbüskarlığını boğmamalıdır. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin