M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Tərbiyənin prinsipləri, onların təsnifatı



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə100/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Tərbiyənin prinsipləri, onların təsnifatı. Tərbiyə prin-


159 
sipləri tərbiyə prosesinin qanunauyğunluqlarını əks etdirən
tərbiyə işində rəhbər tutulan əsas tələblərə, başlıca müddəalara 
deyilir. Tərbiyə prosesi elmi prinsiplər əsasında qurulduqda 
daha yaxşı nəticə verir. Əksinə, tərbiyə prinsiplərinə etinasız 
yanaşdıqda xoşagəlməz nəticələr alınır. Məsələn, tələblərdə 
vahidlik pozulduqda insanda müsbət davranış adətləri yaratmaq 
çətindir. 
Pedaqogikada tərbiyə prinsiplərinin təsnifatında vahidlik 
yoxdur: prinsiplərin miqdarında və ifadəsində fərqli baxışlar 
mövcuddur. Bu isə prinsiplərin əsasında duran tərbiyə qa-
nunlarının tam öyrənilməməsi ilə bağlıdır. 
Tərbiyənin prinsipləri tərbiyə prosesinin komponentləri 
arasındakı qanunauyğun əlaqə və asılılıqları tənzimləməyə xid-
mət edir. Buna görə də tərbiyə prinsiplərini tərbiyənin qanunaları 
əsasında təsnif etmək mümkündür.
Tərbiyə qanunları və prinsipləri arasındakı əlaqəni nə-
zərdən keçirək (bax: cədvələ, səh. 160). 
 
Tərbiyə prinsiplərinin səciyyəsi və qarşılıqlı əlaqəsi 
Tərbiyədə məqsədyönlülük prinsipi. Bu prinsip tərbiyə 
işində məqsədi aydın müəyyən etməyi və ona əsaslanmağı nə-
zərdə tutur. Tərbiyə məqsədyönlü prosesdir: tərbiyə fəaliyyəti 
məqsəddən başlayır və onun həyata keçirilməsi ilə tamamlanır. 
Tərbiyə işinin məzmunu, vasitə və metodları da məqsədlə 
müəyyən olunur. 
Yaxşı düşünülmüş və planlı həyata keçirilən məqsəd 
tərbiyə işinə düzgün istiqamət verir, tərbiyəçini kortəbii hərəkət 
etməkdən çəkindirir. 
Tərbiyədə məqsədyönlülük prinsipi A.S.Makarenkonun 
adı ilə bağlıdır. Böyük pedaqoq göstərirdi ki, biz qarşıya 
ümumi məqsəd qoymadan insanı sadəcə tərbiyə edə bilmərik. 
Tərbiyəçi öz işində əsas məqsədi – ahəngdar şəxsiyyət tərbi-
yəsini həmişə rəhbər tutmalı, onu bir an belə unutmamalıdır. 


160 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin