M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Fəaliyyətin təşkili və ictimai davranış təcrübəsini for-



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə108/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Fəaliyyətin təşkili və ictimai davranış təcrübəsini for-
malaşdıran metodlar. Bu metodlar qrupu insanda müsbət 
adətlər yaratmaq və iradəni möhkəmlətməklə düzgün davranış 
təcrübəsi formalaşdırmağa xidmət edir. İnsan qəbul etdiyi 
mənəvi ideyanı, öz əqidə və inamını gündəlik davranış və rəf-
tarında tətbiq edir, müəyyən fəaliyyətə alışır. Bu mənada bəzi 
pedaqoji mənbələrdə bu metodlar qrupu alışdırma metodları 
adlanır. Həmin metodlar bir çox formalarda olur. 
1. nsanın müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi onda 
davranış təcrübəsinin formalaşmasında böyük rol oynayır. 
Məsələn, oyun və idman insanın iradəsini möhkəmlədir, onda 
bir sıra müsbət keyfiyyətlər – kollektivçilik, yoldaşlıq, dostluq, 
intizam tərbiyə edir. İctimai iş, fəaliyyət insanda məsuliyyət
dəqiqlik, fəallıq, təşkilatçılıq keyfiyyətləri aşılayır. 
2. Tərbiyələndirici situasiyaların yaradılması metodu 
əvvəlki metodla sıx bağlıdır. Burada da tərbiyəçi müxtəlif fəa-


173 
liyyət növlərinin vasitəsilə gəncləri xüsusi təşkil edilmiş tərbi-
yəedici situasiyaya salır. Ayrı-ayrı fəaliyyət növlərində belə 
situasiyalar yaradılır. Məsələn, tələbə təlimdə yoldaşlıq kömə-
yinə, ictimai işdə – müxtəlif ictimai tapşırıqlara, başqalarına 
qayğı göstərməyə, idmanda küsülülərlə bir komandaya, əməkdə 
birgə tədbirlərə cəlb edilir.
Gənclərlə tərbiyə işində onları xüsusi ictimai vəzifələrə, 
tapşırıqlara cəlb etməklə təşkilatçılıq, yoldaşlıq, dəqiqlik və s. 
keyfiyyətləri formalaşdırmaq olar.
3. Tələb metodu insanı müsbət əməllərə sövq etmək və 
xoşagəlməz hərəkətlərdən çəkindirmək yolu ilə düzgün dav-
ranış təcrübəsi formalaşdırmaq məqsədi güdür. Tələb tərbiyə-
nin vacib şərtidir: tələbsiz tərbiyə yoxdur (A.S.Makarenko).
4. ctimai rəy metodu tələbin kollektiv forması olub, mü-
əyyən şəxs və hərəkətlə bağlı kollektivin ümumi rəyini, qiy-
mətini ifadə edir. İctimai rəy kollektivin iradəsini əks etməklə 
fəal və təsirli qüvvə kimi çıxış edir. O, bacarıqlı tərbiyəçinin 
əlində tərbiyə metodu funksiyasını yerinə yetirir, tərbiyənin 
subyekti, müəllimin etibarlı müttəfiqi rolunu oynayır. 
Əksinə, birgə ictimai rəyin olmaması özbaşınalığa, la-
qeydliyə, mənfi halları himayə etməyə, yaxşı oxuyan və inti-
zamlı tələbələri ələ salmağa (təəssüf ki, belə də olur), məhdud 
qrup mənafelərinin inkişafına gətirib çıxarır. 
5. Təmrin (məşq) metodu hərəkətlərin təkrarı yolu ilə on-
ları möhkəmləndirib müsbət davranış adətləri yaratmaq məq-
sədi güdür. Təmrin iki mənada başa düşülür. Geniş mənada o, 
insanın həyat və fəaliyyətini davranış normalarına uyğun təşkil 
etməyi nəzərdə tutur. Dar mənada isə hər hansı bir hərəkəti, 
fəaliyyəti təkrar etdirib adət yaratmaq metodu kimi başa dü-
şülür.
Gəncləri müəyyən davranış və fəaliyyətdə təmrin etdir-
məyin mühüm bir vasitəsi rejimdir. 
6. Rejim insanın həyat və davranışını tənzim edən qay-


174 
daların məcmusudur. İnsanın günü rejimlə tənzim edildikdə o, 
müəyyən qaydalara tez alışır, onda davranış adətləri daha tez və 
asanlıqla yaranır. Rejimsiz həyat sürən gənc isə qaydasız gün 
keçirir, məktəbdə və ictimai yerlərdə müəyyən davranış tərzinə 
alışa bilmir. 
Rejimin tərbiyə vasitəsi olması üçün bəzi pedaqoji tə-
ləbləri nəzərə almaq lazımdır: rejim tələblərinin vacibliyi izah 
edilməli, onlar dürüst yerinə yetirilməli, rejim müəyyən dövr 
üçün sabit olmalı, onun pozulmasına yol verilməməli, bu məsə-
lədə heç kəsə güzəşt edilməməlidir. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin